Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-497/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı X14 cavabdehlər cavabdeh12 və başqalarına (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X18 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Mehtiyev İlham Rəşid oğlunun iştirakları ilə, İddiaçı X14 cavabdehlər cavabdeh12 və başqalarına (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və s. tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0.051 ha torpaq sahəsi ümumi birgə pay hüququ ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və İddiaçı adına 1618022145 qeydiyyat nömrəsi, ************ reyestr nömrəsi ilə ##.##.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
2. xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin verdiyi ##.##.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdeh X4 və ailə üzvlərinin faktiki istifadəsində olan 0,0296 ha torpaq sahəsində yerləşən tikililərin 172 kv.m hissəsi (yaşayış evləri) və cavabdeh Şahbazov İsmayıl İsrafil oğlunun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,0170 ha torpaq sahəsində yerləşən tikililərin 77 kv.m hissəsi (yaşayış evi) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2018-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli çıxarışla ümumi birgə pay hüququ ilə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0510 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində yerləşir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx“ publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən cavabdeh cavabdeh3 və ailə üzvlərinin faktiki istifadəsində olan 0,0296 ha torpaq sahəsində yerləşən tikililərin 172 kv.m hissəsi (yaşayış evləri) və cavabdeh Şahbazov İsmayıl İsrafil oğlunun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,0170 ha torpaq sahəsində yerləşən tikililərin 77 kv.m hissəsi (yaşayış evi) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2018-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli çıxarışla ümumi birgə pay hüququ ilə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0510 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir.
4. Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh3 istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və İddiaçı mülkiyyət hüquqlarını müəyyən edən ************ nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)- **/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin icrasına dönüş edilmiş, həmin məhkəmə aktı əsasında ləğv edilmiş-Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən torpaq sahəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və İddiaçı mülkiyyət hüquqlarına dair ************ reyestr nömrəli çıxarışın bərpa edilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı İddiaçı cavabdehlər Həsənov Yaşar Əli oğlu, cavabdeh12, X7, Şahbazov İsmayıl İsrafil oğlu, cavabdeh10, Şahbazova Xeyrənsə İsmayıl qızı, Şahbazova Zülfiyyə İsmayıl qızı, Şahbazova Gülüstan İsmayıl qızı, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər, onların ailə üzvləri və orada məskunlaşmış digər şəxslərin üzərinə Xırdalan şəhəri, Tağıyev küçəsi 1, Təmir tikinti səyyar mexaniki dəstənin yerləşdiyi 0.051 ha sahəsində (koordinatlar X******.1159- Y4477580.4099, X******.2243-Y4477587.5509, X3944930.0948-Y4477563.9845, X******.9049-Y4477557.6442) qanunsuz tikilmiş fərdi yaşayış evlərinin sökülməsi, tikinti materiallarının daşınması, torpaq sahəsini əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsinin boşaldılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyət hüququ əsasında (RX № ******* seriya nömrəli çıxarış) ümumi birgə pay hüququna malikdir. Qeyd edilmiş əmlak onlara (digər iki payçılar da daxil olmaqla) vərəsəlik əsasında ataları X11. Atası X11 ünvan 1 ünvanında yerləşən Təmir tikinti səyyar mexaniki dəstənin yerləşdiyi 10439.8 kv.m sahəni auksion vasitəsi ilə X1 ilə birlikdə mülkiyyət hüquqi əsasında əldə etmişdir. Sonralar müəyyən vaxtlarda həmin torpaq sahələrinin hissə-hissə fərqli insanlara qanuni əsaslarla satmış və yerdə qalmış sahəni 4 ayrı-ayrı hissələrə bölməklə ümumi birgə payçı olan X2 ilə bölmüşdür. Yerdə qalan torpaq sahəsinin üzərində hər hansı tikinti olmadığından ünvan verilməmiş, fərqli sənədlər və fərqli ünvanlar qeyd edilmişdir. Bunun nəticəsində onların mülkiyyətlərində torpaq sahəsi əldə edilmişdir. Mübahisə predmeti məhz qeyd edilmiş torpaq sahələri ilə bağlıdır. Belə ki, yuxarıda qeyd edilmiş torpaq sahələri qanunsuz olaraq müəyyən şəxslər tərəfindən zəbt edilmiş, orada qanunsuz olaraq tikinti aparmış, özlərinə fərdi yaşayış evləri tikmiş və halhazırda yaşamağa davam edirlər. Dəfələrlə torpağı boşaltmağı və təhvil verməyi tələb etmələrinə baxmayaraq, bu günə qədər bunu etməmişdirlər. Həmin torpaq sahəsi Həsənov Yaşar Əli oğlu, cavabdeh12, X7, Şahbazov İsmayıl İsrafil oğlu, cavabdeh10, Şahbazova Xeyrənsə İsmayıl qızı, Şahbazova Zülfiyyə İsmayıl qızı, Şahbazova Güllüstan İsmayıl qızı, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 tərəfindən zəbt edilmişdir.
10. Məhkəmə gedişatında iddiaçının vəkili və nümayəndəsi Mehtiyev İlham Rəşid oğlu vəsatətlə məhkəməyə müraciət edərək, paylı mülkiyyətçilər olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmasını xahiş etmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdirlər.
11. Məhkəmə gedişatında iddiaçının vəkili və nümayəndəsi Mehtiyev İlham Rəşid oğlu Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Həsənov Yaşar Əli oğlu, cavabdeh12, X7, Şahbazov İsmayıl İsrafil oğlu, cavabdeh10, Şahbazova Xeyrənsə İsmayıl qızı, Şahbazova Zülfiyyə İsmayıl qızı, Şahbazova Gülüstan İsmayıl qızı, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3, onların ailə üzvlərinin və orada məskunlaşmış digər şəxslərin üzərinə Xırdalan şəhəri, Tağıyev küçəsi 1, Təmir tikinti səyyar mexaniki dəstənin yerləşdiyi 0.051 ha sahəsində (RX ******* seriyalı çıxarışa əsasən) qanunsuz tikilmiş fərdi yaşayış evlərinin sökülməsi, tikinti materiallarının daşınması, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsinin boşaldılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə gedişatında iddiaçının vəkili və nümayəndəsi Mehtiyev İlham Rəşid oğlu vəsatətlə məhkəməyə müraciət edərək, ekspert rəyinə əlavə edilmiş sxemə əsasən iddiaçıya məxsus torpaq sahəsinin digər hissəsinin X5 və cavabdeh1 tərəfindən zəbt edildiyini bildirmiş və həmin şəxslərin cavabdehlər kimi işə cəlb olunmalarını xahiş etmiş, X5 və cavabdeh1 cavabdehlər kimi işə cəlb edilmişdirlər.
13. Məhkəmə gedişatında iddiaçının vəkili və nümayəndəsi Mehtiyev İlham Rəşid oğlu Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2, X13, cavabdeh1, Həsənov Yaşar Əli oğlu, cavabdeh12, X7, Şahbazov İsmayıl İsrafil oğlu, cavabdeh10, Şahbazova Xeyrənsə İsmayıl qızı, Şahbazova Zülfiyyə İsmayıl qızı, Şahbazova Gülüstan İsmayıl qızı, cavabdeh6, cavabdeh5, cavabdeh4, X8 və cavabdeh3, onların ailə üzvlərinin və orada məskunlaşmış digər şəxslərin üzərinə Xırdalan şəhəri, Tağıyev küçəsi 1, Təmir tikinti Səyyar mexaniki dəstənin yerləşdiyi 0.051 ha sahəsində (koordinatlar X******.1159-Y4477580.4099, X******.2243-Y4477587.5509, X3944930.0948-Y4477563.9845, X******.9049- Y4477557.6442) qanunsuz tikilmiş fərdi yaşayış evlərinin sökülməsi, tikinti materiallarının daşınması, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsinin boşaldılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə gedişatında iddiaçının vəkili və nümayəndəsi Mehtiyev İlham Rəşid oğlu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar cavabdehlər X5, X13 və cavabdeh1 qarşı iddia tələbini geri götürdüklərini bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir.
15. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin edilmiş, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2) ##.##.2018-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli çıxarışla ümumi birgə pay hüququ ilə mülkiyyətində olan, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0510 ha torpaq sahəsinin Şahbazov İsmayıl İsrafil oğlunun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,0170 ha torpaq sahəsində yerləşən tikililərin 77 kv.m hissəsi, cavabdeh cavabdeh3 istifadəsində olan 0,0296 ha torpaq sahəsində yerləşən tikililərin 172 kv.m hissəsi (yaşayış evləri), onların yəni, Şahbazov İsmayıl İsrafil oğlunun və cavabdeh3 öz vəsaiti hesabına sökülməsi, tikinti materialları oradan daşınması, torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməsi, cavabdehlər Şahbazov İsmayıl İsrafil oğlu, cavabdeh3, cavabdeh12, X7, cavabdeh10, Şahbazova Xeyrənsə İsmayıl qızı, Şahbazova Zülfiyyə İsmayıl qızı, Şahbazova Gülüstan İsmayıl qızı, cavabdeh6, cavabdeh5, cavabdeh4 və X8 Xırdalan şəhəri, Tağıyev küçəsi 1, Təmir tikinti səyyar mexaniki dəstənin yerləşdiyi 0.051 ha sahəsində, (koordinatlar X******.1159- Y4477580.4099, X******.2243-Y4477587.5509, X3944930.0948-Y4477563.9845, X******.9049-Y4477557.6442) qanunsuz tikilmiş fərdi yaşayış evlərindən və torpaq sahəsindən çıxarılması, cavabdehlər cavabdeh12, X7, Şahbazov İsmayıl İsrafil oğlu, cavabdeh10, Şahbazova Xeyrənsə İsmayıl qızı, Şahbazova Zülfiyyə İsmayıl qızı, Şahbazova Gülüstan İsmayıl qızı, cavabdeh6, cavabdeh5, cavabdeh4, X8 və cavabdeh3 müştərək qaydada aparılmış ekspertiza tədqiqatlarına görə 100 manat tutulub Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh cavabdeh6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh6 aid olan hissədə ləğv olunmasını və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh6 mübahisə predmeti olan əmlaka münasibətdə vicdanlı sahib olmuşdur. Tikililər müvafiq icra hakimiyyəti orqanının qanuni qüvvədə olan sərəncamına əsasən inşa edilmiş, həmin sərəncamlar isə məhkəmə tərəfindən əksi sübut edilənədək hüquqi qüvvəsini saxlamış və qanunsuz hesab edilməmişdir. Bu səbəbdən cavabdeh6 əmlaka sahibliyin qanunsuz olduğunu bilməmiş və bilməli də olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinin tələblərini düzgün tətbiq etməmiş, cavabdehi faktiki olaraq vicdansız sahib kimi qiymətləndirmişdir. Halbuki göstərilən maddəyə əsasən vicdanlı sahib yalnız əmlaka sahibliyin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu andan etibarən müəyyən hüquqi nəticələrə cəlb edilə bilər, əmlakdan istifadə ilə bağlı zərərə görə isə ümumiyyətlə məsuliyyət daşımır. Məhkəmə tərəfindən cavabdeh6 üzərinə tikililərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, habelə bu proseslə bağlı bütün xərclərin qoyulması, vicdanlı sahib anlayışına və Mülki Məcəllənin 157.5-ci maddəsinin mahiyyətinə ziddir. Qeyd olunan xərclər cavabdeh6 iradəsindən və davranışından asılı olmayan hallarla bağlı yaranmış, onun üçün külli miqdarda maddi zərərə səbəb olmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki, icra hakimiyyəti orqanı tərəfindən tikinti ilə bağlı sərəncam verilərkən torpaq sahəsinin başqa şəxsə məxsus mülkiyyət obyekti olması barədə cavabdehlərə məlumat verilməmişdir. Dövlət orqanlarının qəbul etdiyi inzibati aktlara etimad hüquqi müəyyənlik və legitim gözlənti prinsiplərinin tərkib hissəsidir. cavabdeh6 dövlət orqanının sərəncamına güvənərək hərəkət etmiş, sonradan həmin etimadın nəticələrinin bütün ağırlığı onun üzərinə qoyulmuşdur ki, bu da ədalətli balans prinsipinin kobud şəkildə pozulmasıdır. Beləliklə məhkəmə tərəfindən iddiaçının mülkiyyət hüquqları qorunduğu halda, cavabdehlərin, o cümlədən cavabdeh6 mülkiyyət hüquqlarına qeyri-mütənasib və əsassız müdaxilə edilmiş, Mülki Məcəllənin 157.5-ci maddəsi səhv şərh və tətbiq olunmuşdur. Bu isə qətnamənin maddi hüquq normalarına uyğun olmadığını və ləğv edilməli olduğunu göstərir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Mehtiyev İlham Rəşid oğlu apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh cavabdeh6 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
22. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
23. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
25. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
26. Maddə 164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
27. Maddə 165. Sahibliyin pozulması 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
28. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. (...)
6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.
29. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
31. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
32. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)
35. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
37. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh6 aid hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
41. Apellyasiya şikayətindən görünür ki, cavabdeh cavabdeh6 birinci instansiya məhkəməsinin qətnaməsini yalnız özünə aid olan hissədə mübahisələndirmişdir.
42. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh (apellyasiya şikayəti verən) cavabdeh6 cavabdeh cavabdeh3 qardaşıdır. Onun çıxarılması qət edilən ev cavabdeh cavabdeh3, torpaq sahəsi isə iddiaçı tərəfə məxsusdur.
43. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx“ publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən cavabdeh cavabdeh3 və ailə üzvlərinin faktiki istifadəsində olan 0,0296 ha torpaq sahəsində yerləşən tikililərin 172 kv.m hissəsi (yaşayış evləri) və cavabdeh Şahbazov İsmayıl İsrafil oğlunun və ailə üzvlərinin faktiki istifadəsində olan 0,0170 ha torpaq sahəsində yerləşən tikililərin 77 kv.m hissəsi (yaşayış evi) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2018-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli çıxarışla ümumi birgə pay hüququ ilə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0510 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir.
44. İşdə olan qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı cavabdeh3 cavabdehlər X15, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, İddiaçı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən və istifadəsində olan 0,03 ha torpaq sahəsi üzərində X15, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və İddiaçı mülkiyyət hüquqlarını müəyyən edən ************ nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir.
45. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
46. Həmin qərarlardan görünür ki, cavabdeh3 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. İstinad etdiyi Abşeron Rayon İcra Hakimiyyəti başçısının *** nömrəli, ##.##.2011 tarixli sərəncamı cavabdeh3 Xırdalan şəhəri ərazisində istifadəsində olan 0,03 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi haqqındadır. Hüseynova Cahangir qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və İddiaçı mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinə əsas olan sənədlər qüvvədədir, həmin sənədlər hər hansı şəxs və orqan, o cümlədən iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir.
47. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
48. Göründüyü kimi cavabdeh (apellyasiya şikayəti verən) cavabdeh6 qarşı mövcud iş üzrə təmin edilən tələb onun sökülməli olan cavabdeh cavabdeh3 məxsus evdən və iddiaçılara məxsus olan torpaq sahəsindən çıxarılması barədədir. Ona aid hər-hansı tikilinin sökülməsi qət edilməmişdir. O cümlədən qətnamədən digər cavabdehlər apellyasiya şikayəti verib mübahisələndirməmişlər.
49. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd edir ki, mübahisələndirilən torpaq sahəsindəki digər cavabdehə məxsus tikilinin sökülməsi halında cavabdeh (apellyasiya şikayəti verən) cavabdeh6 həmin tikilidə yaşamağa davam etməsi mümkün deyil. Odur ki, birinci instansiya məhkəməsinin cavabdeh cavabdeh6 həmin tikilidən və iddiaçı tərəfin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması barədə gəldiyi nəticə əsaslıdır.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, işin yuxarıda göstərilən hallarına və sadalanan qanunvericilik aktları normalarına əsasən apellyasiya şikayətinin mövcud dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh cavabdeh6 apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh cavabdeh6 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.