Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-761/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması və.s tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6751/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 23 fevral 2023-cü il tar ixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li Qərarından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 123 saylı və xx.xx.1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınaraq İddiaçı 2-ci kvartalda xxx.metrdən ibarət torpaq sahəsi ayrılmış (İddiaçı barədə məlumatlar əlyazma ilə əlavə edilmişdir), həmin sahənin yerləşmə sxemi təqdim edilmişdir. Yerləşmə sxemində bir dördbucaq cizgilənmişdir.
2. İddiaçı ona ayrılmış 1050 kv metr torpaq sahəsinin 200 kv metr hissəsindən istifad ə etməyə, üzərində tikinti aparmağa, həmin tikilini və torpağı özəlləşdirməyə və sair səlahiyyətlərə dair X5 xx.xx.2011-ci il tarixdə etibarnamə verimşdir.
3. Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 №-li Qərarından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetini xx.xx.1991-ci il tarixli 293 saylı qərarı ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınaraq Cavabdeh1 1200 kv.metrdən ibarət 843 “D” saylı torpaq sahəsi ayrılmışdır (Cavabdeh1 barədə məlumatlar əlyazma ilə əlavə edilmişdir).
4. Cavabdeh1 ona ayrılmış 0,12 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə, üzərində tikinti işləri aparmağa, həmin tikilini və torpağı özəlləşdirməyə və sair səlahiyyətlərə dair Cavabdeh2 xx.xx.2016-ci il tarixdə etibarnamə verimşdir.
5. Cavabdeh2 tərəfindən torpaq sahəsində yarımçıq tikili inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X8 cavabdeh X2 qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi-2-ci kvartalda 17 saylı sahədə iddiaçının istifadəsinə və sərəncamına verilmiş 200 kv.metr torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, cavabdeh çıxarılmaqla zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə etməyi ilə bağlı cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı özünə ev tikmək üçün İddiaçı tərəfindən verilmiş etibarnamə əsasında 2011-ci ildə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi-2-ci kvartalda 17 saylı sahədə İddiaçı ayrılmış 1050 kv.metr torpaq sahəsinin 200 kv.metr hissəsini almışdır. Maddi imkansızlıqdan ev tikə bilməmiş və torpağa baş çəkə bilməmişdir. X1 tərəfindən 2 sot torpağı zəbt edilmiş və yarımçıq tikili inşa edilmişdir.
8. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 163.1, 164.1, 164.2 və 166.3-cü maddələrinə istinad etmişdir.
9. Cavabdeh X6 iddiya etiraz edərək göstərib ki, torpaq sahəsini qızı Cavabdeh2 etibarnamə əsasında Cavabdeh1 alıb, oğlanları, yəni Arzunun qardaşları həmin torpaq sahəsində Arzu üçün ev tikirlər.
10. Birinci instansiya məhkəməsi iddiaçının razılığı əsasında əsl olmayan iddiaçı X7 əsl İddiaçı ilə, əsl olmayan cavabdeh X 3 əsl olan Cavabdeh2 ilə əvəz etmiş, Cavabdeh1 mülki iş üzrə cavabdeh kimi işə cəlb etmişdir.
11. İddiaçı nümayəndəsi və vəkili vəsatət verərək, torpaq sahələrinin üst-üstə düşübdüşməməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsi torpaq sahəsinin koordinatlarının olmadığını əsas gətirərək ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməmişdir.
13. Sabunçu rayon məhkəməsinin 2(008)-1305/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Tahirə Əsədova)
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpağın koordinatları mövcud olmadıqda onun dəqiq yerləşməsini də müəyyən etmək mümkün deyil. İddiaçı mübahisəli torpaq sahəsinə hüququnu təsdiq edə bilmədiyindən, belə bir iddia qaldırmağa onun su byektiv hüququ yoxdur.
15. İddiaçının subyektiv hüququnun olmamasını nəzərə alaraq, birinci instansiya məhkəməsi cavabdehlərin mübahisəli torpaq sahəsinə olan hüququnu araşdırmağı zəruri hesab etməmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 164.1, 164.2, 165.1-ci, Torpaq Məcəlləsinin 65, 67, 68-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmənin mövqeyi əsassızdır. Belə ki, Maştaga qəsəbəsi ərazisində “Savalan” yaşayış massivi-2-ci kvartalda 17 saylı Sahədə yerləşən mübahisəli torpaq sahəsinin iddiaçının qanini istifadəsinə, fərdi yaşayış evi tikintisi üçün 1200 kv.metr həyətyanı torpaq sahəsi ayrılması Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştaga qəsəbəsi Üzrə Nümayəndəliyi Aparatının 11 saylı, 20 noyabr 1997-ci il tarixli Qərarı ilə təsdiq edilir. Bu Qərar qüvvədədir. Həmçinin Qərarla iddiaçıya ayrılmış 1200 kv.metr həyətyanı torpaq sahəsi də naturada yerindədir; - iddiaçı müxtəlif vaxtlarda həmin torpaq sahəsini hissələrə bölərək özəlləşdirilməsi, tikinti işləri aparılması, torpaq və tikililərlə bağlı dövlət reyestrindən çıxarış alınması və sair hərəkətlər edilməsi ilə əlaqədar dövlət notariat kontorunda təsdiq edilmiş etibarnamələr əsasında Azərbaycan Respublikası vətəndaşlarının istifadəsinə, sahibliyinə vermişdir; - iddiaçı cavabdeh tərəfi tanımır və qanuni istifadə sinə ayrılmış 1200 kv.metr həyətyanı torpaq sahəsindən cavabdeh tərəfin istifadəsinə torpaq sahəsi verməmişdir; - torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini məhkəmə müəyyən etməyib, bu məsələ ilə bağlı ekspertiza təyin edilməsi barədə vəsatəti təmin edilməyib.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6751/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Fuad Talışinski)
20. Apellyasiya instansiyası məhkəməsi birinci ninstansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq mövqeyini də birinci ninstansiya məhkəməsinin qətnaməsinin məzmununa uyğun əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya ş ikayətinin dəlilləri
21. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Maddə 165.1. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 65, 1-ci hissə. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Maddə 67.
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkə n apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
25. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlməyib.
28. Belə ki, iddiaçı Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının xx.xx.1997-ci il tarixli 11 №-li Qərarı ilə ona ayrılmış Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivi 2-ci kvartalda 17 B saylı, 1200 kv.metrdən ibarət torpaq sahəsinin 200 kv.metr hissəsinin cavabdehlər tərəfindən zəbt edilməsinə və orada tikinti aparılmasına istinad edərək, həmin hissədə torpağın zəbtdən azad edilməsi və oradakı tikilinin sökülməsini xahiş edib.
29. Cavabdeh də iddiaya etirazının əsası kimi Maştağa qəsəbəsi XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 59 №-li Qərarı ilə Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1200 kv.metrdən ibarət 843 “D” saylı torpaq sahəsinin Cavabdeh1 ayrılması və sonuncunun həmin torpaq sahəsinə dair ona bütün səlahiyyətləri əks etdirən etibarnamə verməsinə istinad etmişdir.
30. İşdən görünür ki, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək məqsədilə iddiaçının nümayəndəsi ekspertiza təyin edilməsini xahiş etmişdir.
31. Birinci instansiya məhkəməsi torpaq sahələrinin koordinatlarının olmadığını əsas gətirərək ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməmişdir.
32. Məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, işdə həm İddiaçı ayrılan torpaq sahəsinin (2-ci kvartal, 17 “B” sahə), həm də Cavabdeh1 ayrılan torpaq sahəsinin (“843 D”) yerləşmə sxemi vardır. (i.v.9,10, 31, 40)
33. Birinci instansiya məhkəməsi torpaq sahələrinə dair həmin yerləşmə sxemlərinin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etməyə yetərli sənəd olubolmamasını aydınlaşdırmadan ekspertiza təyin etməməklə, Mülki Prosessual Məcəl lənin 9, 14.1 və 97.1-ci maddələrinin tələblərini pozmuş, ümumiyyətlə, mübahisənin qanuni həlli yönündə prosessual qanunvericiliyin verdiyi imkanlardan tam istifadə etməmişdir.
34. Halbuki analoji mübahisələrdə torpaq sahələrinin koordinatlarının və zəbt faktının müəyyən edilməsi, eləcə də yerləşmə sxemlərinin və ya hər hansı belə sənədlərin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etməyə yetərli sənəd olub-olmaması kimi sualların aydınlaşdırılması xüsusi bilik tələb edən ekspertizanın (ekspertin) fəaliyyət sferasıdır. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
35. İddiaç ı ekspertiza təyin edilməsi barədə vəsatətinin təmin edilməməsini apellyasiya şikayətində irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi də həmin dəlilə əhəmiyyət verməmiş, birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır. Baxmayaraq ki, qeyd edilən dəlil üzrə işin hallarının araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
36. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir.
37. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.
38. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
39. Nəticədə apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməli olması barədə gəldiyi qənaət ekspert rəyinə əsaslanmamışdır. Buna görə də kassasiya şikayətinin ekspertiza təyin edilməməsi barədə dəlili əsaslıdır.
40. Məhkəmə kollegiyası vurğulayır ki, işdə olan sübutları, tərəflərin dəlill ərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
41. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxıla n iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 43. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
44. Yuxarıda şərh edilənlər baxımından apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi əsaslı hesab edilə bilməz.
45. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxla yan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6751/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.