Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5051/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2425/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialında biznesin inkişafı üzrə menecer vəzifəsində işləmiş və şirkət rəhbərliyinin 18 may 2020-ci il tarixli əmri ilə tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İş üzrə İddiaçı 2020-ci ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən öz xahişi ilə azad olunmasına dair ərizəni işəgötürənin təzyiqi altında yazmaqla onun iradəsinə uyğun olmamasını, həmin ərizəni yazdığı vaxtdan 24 saat keçməmiş ərizəsindən yazılı imtina etməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməməsini və s. əsas göstərməklə həmin əmrin ləğv ed ilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki vəzifəsinə bərpa olunmasına və dəymiş mənəvi ziyana görə cavabdehdən onun xeyrinə 50.000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4501/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: R.A.Xəlilov) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara obyektiv və düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2425/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.A.Şirinov v ə F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(006)-4501/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək işdən azad olunması barədə ərizəni filial direktorunun təzyiqi və hədə-qorxusu altında yazmasını və əmrin verildiyi vaxtdan 24 saat keçməmiş həmin ərizəsindən imtina etməsini, pozulmuş hüquqlarının müdafiəsi barədə vaxtında əmək müfəttişliyinə müraciət etdiyi üçün onun iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi barədə məhkəmənin nəticəsinin düzgün olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüqu q normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" şirkətinin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 69, 1-ci hissə İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69, 2-ci hissə Ərizə verildiyi gündən bir təqvi m ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik e dilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən olunduğu kimi İddiaçı 18 may 2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək onun 18 may 2020-ci il tarixdən işdən azad edilməsini xahiş etmiş və cavabdehin həmin tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İddiaçı cavabdehə təqdim etdiyi ərizəsində işdən azad edildiyi günü (18 may) göstərdiyindən, işəgötürən Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbinə müvafiq olaraq həmin maddədə müəyyən olunmuş 1 aylıq xəbərdarlıq müddətini gözləmədən onunla əmək müqaviləsinə xitam vermək hüququna malik olmuşdur. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi bu maddə ilə müəyyən ol unmuş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İddiaçı onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra ərizəni götürmək barədə işəgötürənə müraciət etdiyi üçün həmin ərizə qanunun tələbinə müvafiq olaraq heç bir hüquqi qüvvəyə malik olmamışdır. İşdən azad edilməsi barədə ərizəni təzyiq və hədə-qorxu nəticəsində yazmasını iddia etsə də, iddiaçı bununla əlaqədar göstərdiklərini sübuta yetirə bilməmişdir. İşdən görünür ki, məhkəmə instansiyaları tərəfindən bunu təsdiq edən sübutlar müəyyən olunmamışdır. Bundan başqa, işdən görünür ki, İddiaçıla əmək müqaviləsinə 18 may 2020-ci il tarixdə xitam verilməklə əmrin surəti və əmək kitabçası ona həmin gün təqdim olunma sına baxmayaraq o, işə bərpa tələbi barədə iddia ərizəsi ilə məhkəməyə 06 avqust 2020-ci il tarixdə müraciət etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsində müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Göstərilən vəziyyətdə pozulmuş hüquqlarının müdafiəsi üçün əvvəlcə Əmək Müfəttişliyinə müraciət etməsinə dair İddiaçı göstərdikləri iddia müddətinin ötürülməməsi barədə nəticəyə gəlmək üçün əsas verməmişdir. Kollegiya işin yuxarıda göstərilən hallarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddia tələbinin rədd edilməsi müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun olduğundan qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2425/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5051/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5051/2021
13.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver