Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5052/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Heydər Əliyev adına X5 Cavabdeh1 və Cavabdeh2 qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, maddi və prossesual hüquq normalarının pozuntusunun yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(103)-882/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat Heydər Əliyev adına X6 (Zavod) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zavoda məxsus magistral neft boru kəmərlərinin mühafizə zonasında - ünvan 1 ünvanında cavabdehlər tərəfindən qanunsuz tikinti işlərinin aparıldığını, tikintinin kəmərdən təxminən 10-15 metr məsafədə yerləşdiyini, həmin tikinti işləri başlanılan andan etibarən SOCAR-ın Təhlükəsizlik İdarəsinin 30 saylı komandasının əməkdaşla rı və Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin X3 Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən cavabdehlərə, eləcə də, tikinti işlərini həyata keçirən nümayəndələrinə neft boru kəmərlərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının mövcud qanunvericiliyin tələblərinə zidd olması barədə müvafıq məlumatlar verildiyini və tikinti işlərinin dayandırılmasının tələb olunduğunu, lakin onların bu tələbə əhəmiyyət vermədiklərini, neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olmaqla onların mühafizə zonasında hər an yanğın-partlayış və digər fövqəladə halların baş verə biləcəyini bildirmiş, buna görə də ünvan 1 ünvanında neft boru kəmərlərinin mühafizə zonasında cavabdehlər tərəfindən inşa edilən tikililərin sökülərək mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Pərviz Zamanlı) 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, həmçinin ekspertizanın keçirilməsinə çəkilmiş xərc qismində 50 (əlli) manatın cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər E.Həsənov - sədrlik edən və məruzəçi, V.Sadıqov və F.Babayev) 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti vermişlər. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikasının Ali Məhkəməsinin 19.05.2021-ci il tarixli qərardadı ilə “şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının ümumiyyətlə göstərilməməsi” əsas göstərilməklə şikayətin icraata qəbulundan imtina edilərək, kassasiya şikayətinin qaytarılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayəti işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmaması ilə əsaslandırılmışdır. Şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2021-ci il tarixli 2(103)-882/2021 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-882/2021 saylı iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının, 2(103)-882/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 408.1.5-ci maddəsinin tələblərinə uyğun tərtib olunmadığından geri qaytarılmalıdır. Həmin qərardaddan narazı qalan cavabdehlər kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2021-ci il tarixli 2(103)-882/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi şəhid atası X1 verilmişdir. Həmin sahədə də tikinti işi onlar tərəfindən aparılmayıb. Ümumiyyətlə həmin sahənin hər bir tərəfi, (sağı, solu, arxa hissəsi və qabaq hissəsi) fərdi yaşayış evləri ilə əhatə olunub. X2 şəhid atası və yaşlı insan olmasına baxmayaraq özlərini SOCAR-ın əməkdaşları kimi təqdim edən şəxslər onu döyərək xəsarət yetirmişlər, sonradan bunun ağır nəticələrə səbəb olacağını bilərək belə bir iddia ilə məhkəməyə müraciət etmişdirlər. Halbuki onların cavabdehlərə qarşı belə bir iddia qaldırmaları qanunsuzdur, həmin torpaq sahəsinin və orada olan tikilinin cavabdehlərə aidiyyəti yoxdur. Lakin işə baxmış apellyasiya instansiya məhkəməsi bu faktı dəqiq araşdırmadan, əsl cavabdehi müəyyən etmədən yekun məhkəmə aktı qəbul etmişdir ki, bu hal isə maddi və prosessual hüquq pozuntusudur. İşə baxmış məhkəmələr iş üzrə qeyri obyektiv mövqe tutmayaraq əsl həqiqətin üzə çıxmasına nail olmadan ədalətiz və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edil mədən, şikayətini təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının, 28 yanvar 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinin tələblərinə uyğun tərtib olunmadığından həmin Məcəllənin 408.1.5-ci maddəsinin tələblərinə görə geri qaytarılmalıdır. Qanunvericiliyin tələblərinə əsasən kassasiya şikayətində maddi və prossesual hüquq normasının pozuntusunun nədən ib arət olduğu ətraflı əsaslandırılmalıdır. Kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verildiyi, həmin normanın pozuntusunun nədən ibarət olması, onun pozulmasının iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnməsi və s. əsaslandırılmamışdır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual hüquq normalarının tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 408.1.5, 417 və 419-cu mad dələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-882/2021 nömrəli iş üzrə 04 iyun 2021- qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.