Məhkəmə qərarları › İş №2(102)-5055/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5055/2021

12.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5055/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq işləmiş iş vaxtına görə ödənişin edilməsi və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 21.04.2021-ci il tarixli, 2(103)4182/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən İddiaçı 14.03.1980-ci il tarixdə Bakı şəhər Texniki İnventarlaşdırma Bürosunda texnik-inventarizator vəzifəsinə işə qəbul edilmiş, həmin tarixdən qeyd olunan təşkilatda və onun hüquqi varisi olan təşkilatlarda müxtəlif vəzifələrdə işləmiş, 05.01.2016-cı il tarixindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş e kspert vəzifəsində işləyir.

2. İddiaçının işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və həftəlik iş vaxtının mövcud qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi barədə 14 yanvar 2020ci il tarixli müraciətinə baxılmış, bununla əlaqədar bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02.12.2019-cu il tarixli əmri ilə ərizəsi əsasında 09.12.2019-cu il tarixdən 05.01.2020-ci il tarixədək 25 təqvim günü (01.07.2018-01.07.2019-cu iş ilindən qalan) əmək məzuniyyəti verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqı nda” Əsasnamənin 12-ci bəndinə əsasən məzuniyyət dövründə, yəni 12.12.2019-cu il tarixdən 30.12.2019-cu il tarixədək xəstə olması ilə bağlı təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsinə uyğun olaraq həmin dövr üçün (14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına) müavinətin ödənilməsi təmin edilir. Eyni zamanda bildirilmişdir ki, 2-ci qrup əlil olduğuna görə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən həftə ərzində qısaldılmış iş vaxtı tətbiq edilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 17.07.2020-ci il tarixli məktuba əsasən iddiaçının işlədiyi dövr üçün növbəti əmək məzuniyyətinin verilməsi və əlillik dərəcəsinə görə qısaldılm ış iş rejiminin tətbiq edilməməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq əmrləri ilə ona 2-ci qrup əlil olduğuna görə 2018/2019-cu iş ili üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinə əsasən 42 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. Eyni zamanda bildirilmişdir ki, 2-ci qrup əlil olduğuna görə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən həftəlik qısaldılmış iş vaxtı tətbiq edilməsi ilə bağlı əmək müqaviləsinə edilmiş dəyişiklikləri imzalamaqdan imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək qanunvericiliyinə uyğun olaraq ona 36 gün məzuniyyət verildiyi halda, 2012, 2013 və 2014-cü illərdə 22 gününü, 2015 və 2016-cı illərdə isə 36 məzuniyyət gününün 15 gününü işdə olmağa məcbur edilmiş, 2016-cı ildə məzuniyyətdə olduğu, lakin işlədiyi günlərin əmək haqqını tələb etdiyinə görə cavabdeh qurumun rəhbərliyinin ona münasibəti dəyişmiş və təqibə məruz qalmışdır. Göstərilənləri nəzərə alaraq, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 66 gün, 2015-2016cı illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 30 gün üçün əmək ha qqının cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 06.11.2017-ci il tarixli rəyinə əsasən ona İİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə müvafiq olaraq İİ dərəcəli əlil olması barədə həkim ekspert-komissiyasının sistemdən əldə edilmiş məlumatını iş yerinə təqdim edərək qısaldılmış iş gününün tətbiq edilməsini xahiş etsə də, cavabdeh təşkilat buna məhəl qoymamış, hamı kimi gündəlik iş vaxtının səkkiz saatını işlədikdən sonra evə buraxılmışdır. Cavabdeh qurum tərəfindən ona qarşı edilən bu qanunsuzluqla bağlı Azərba ycan Respublikası ƏƏSMN-ni DƏMX-nə 10.12.2019-cu il, 10.02.2020-ci il tarixlərdə elektron məktubla, bundan sonra isə Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə şikayətlərlə müraciət etmiş, şikayətlərin hamısı elə cavabdehin özünə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə etdiyi şikayət cavabdeh quruma göndərilmiş və cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, guya Əmək Məcəlləsinin 91-ci maddəsinə riayət olunaraq ona 7 saatlıq iş günü tətbiq edilmiş və ona əmək müqaviləsinə dəyişikliyin edilməsi təklif olunmuş, o isə bu dəyişiklikləri qəbul etməmişdir. Bunların hamısı yalandır. İşə gəlibgetməsi vaxtı idarənin girişində quraşdırılmış elektron qeydiyyatçıda (turniketdə) qeydə alınmışdır. Cavabdehin müraciətlərinə və qanunvericiliyin tələbinə məhəl qoymadan onu qanunsuz olaraq gündəlik 7 saatın əvəzinə 8 saat işlətməsi xəstəliyinin pisləşməsinə səbəb olmuş (nevroloji amillər xəstəliyin ağırlaşmasına), təcili yardımın iş yerinə gəlib, ona yardım göstərilməsi ilə nəticələnmişdir. Bununla belə 02.12.2019-cu il tarixində ərizə ilə müraciət edərək, 09.12.2019-cu il tarixdən etibarən əmək məzuniyyəti verilməsini xahiş etmiş, DƏDRX-nin 02.12.2019-cu il tarixli əmri ilə 09.12.2019-cu il tarixindən 05.01.2020-ci il tarixinədək 25 təqvim günü (01.07.2018-01.07.2019-cu ilindən qalan) əmək məzuniyyəti verilmişdir. Məzuniyyətə buraxılması barədə əmr 09.12.2019-cu il tarixdə verilməsinə baxmayaraq qurumun Ərazi İdarəsinin rəhbərliyi sözügedən əmrlə onu qərəzli olaraq tanış etməyərək 09.12.2019-cu il, 10.12.2019-cu il və 11.12.2019-cu il tarixlərində qanunsuz olaraq məcburi işlətmişlər. Məzuniyyət pulu gecikdirilərək ona 13.12.2019-cu il tarixdə verilmişdir. Bu hal da təsdiq edir ki, məzuniyyət barədə əmri sonradan rəsmiləşdirilmiş, 11.12.2019-cu il tarixdə, iş vaxtı isə ona məlumat verilmişdir ki, artıq 09.12.2019-cu il tarixdən məzuniyyətdədir. Əmrlə tanış olmaq istəmiş, verməmişlər. Şifahi verilən məlumata əsasən artıq üçüncü gündür ki, qanunsuz olaraq işlədiyini onlara irad tutmuş, verilən cavab aralarında narazılığa səbəb olmuşdur. Nəticədə səhhətində nasazlıq baş vermiş, halı pisləşmiş, iş yoldaşları durumu görərək təcili yardım çağırmışlar. İlkin tibbi yardım aldıqdan sonra 5 nömrəli şəhər xəstəxanasına yerləşdirilmiş, nəfəs darlığı aradan qalxdığından ərizə yazaraq, həkimin razılığı ilə ev şə raitində müalicə olunmaq üçün evə buraxılmışdır. 14.11.2017-ci il tarixindən 16.09.2020-ci il tarixədək tabeldə 313 gün, bayram günləri qabağı 6 gün olmuşdur. Göründüyü kimi sözügedən müddət 313 saat əlavə, qanunsuz olaraq işlədilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1169/2021 saylı, 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı “artıq işləmiş iş vaxtına görə ödənişin edilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-dən qarşı 14.11.2017-ci il tarixindən 02.12.2020-ci il tarixədək 313 gün, 09.12.2019-cu il tarixdən 11.12.2019-cu il tarixə dək 3 gün, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxt 66 gün, 2015-2016-cı illərdə məzuniyyətdə olduğu vaxt 30 gün artıq işlədiyini iddia etsə də, iddia ərizəsinə qeyd olunan halları təsdiq edən heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı hazırki tələblə bağlı iddia vermək hüququndan vaxtında istifadə etməməsi, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olmuşdur.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə dəyişikliklərin yalnız tərəflərin razılığı ilə edilməsi nəzərdə tutulduğundan, iddia tələbi “qısaldılmış iş vaxtı tətbiq edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəs inin cavabdehin üzərinə qoyulması” hissəsində də əsasızdır və təmin olunmamalıdır.

10. Məhkəmə hesab etmişdir ki, iddia tələbi tamamilə əsassız və qanunsuz olduğundan, həmçinin məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 17, 46, 91, 288, 296-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla yanaşı bildirmişdir ki, hazırda o, cavabdeh qurumunun işçisi olaraq bu günə qədər də onun əmək müqaviləsi qüvvədədir. Cavabdehlə əmək münasibəti davam e tdiyinə görə iddia müddəti tədbiq edilməməlidir. Eyni zamanda qeyd etmişdir ki, məzuniyyət vaxtı məcburi olaraq işləməyi, cavabdeh qurumun işdən azad olunma təhdidi ilə olmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.04.2021-ci il tarixli, 2(103)4182/2021 saylı qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1169/2021 saylı, 11 fevral 2021- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşayaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinə dəyişikliklərin yalnız tərəflərin razılığı ilə edilməsi nəzərdə tutulduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini “qısaldılmış iş vaxtı tədbi q edilməklə onunla bağlanmış əmək müqaviləsinə dəyişikliyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin etməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-dən qarşı 14.11.2017-ci il tarixindən 02.12.2020-ci il tarixədək 313 gün, 09.12.2019-cu il tarixdən 11.12.2019-cu il tarixədək 3 gün, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxt 66 gün, 2015-2016-cı illərdə məzuniyyətdə olduğu vaxt 30 gün artıq işlədiyini iddia etsə də, iddia ərizəsinə qeyd olunan halları təsdiq edən heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə baxışında isə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir Kassasiya şikayətinin və ona etirazın dəlill əri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən hallara diqqət yetirməmiş, cavabdeh tərəfindən yol verilmiş əmək qanunvericiliyinin kobud şəkildə pozulmasına məhəl qoymamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hazırda iddiaçı cavabdeh qurumun işçisi olmaqla müqaviləsi qüvvədədir. Cavabdehlə əmək münasibəti davam etdi yinə görə iddia müddəti tətbiq edilməməlidir. Eyni zamanda məzuniyyət vaxtı məcburi olaraq işləməyi cavabdeh qurumun işdən azad olunma təhdidi ilə olmuşdur. Bununla belə 09-11 dekabr 2019-cu il tarixdə məzuniyyətdə olduğu halda işləməyi ilə bağlı əmək haqqının hesablanmasına gəlincə də iddiaçı əgər bir il (iddia müddəti) ötmədən məhkəmədə iddia qaldırırsa, burada da müddəti ötürməmiş olur. Lakin apellyasiya instansiyası məhkəməsi bu hallara toxunmamış, ümumiyyətlə iddia tələbinin obyektiv araşdırılmasında maraqlı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilm əsi barədə qərar qəbul olunmasını xahiş etdilər.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 nümayəndəsi məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iş tirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Vəkil izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

28. Belə ki, baxılan iddia üzrə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqan kimi müəyyən edilmişdir (31.1.2-ci bənd).

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

30. İPM-nin 8.1.3-cü maddəsində deyilir ki, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi y erin məhkəməsi tərəfindən baxılır.

31. İşə baxmış məhkəmələr tərəfindən iddiaçının dövlət qulluqçusu statusunda olubolmaması müəyyən edilməmişdir.

32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 33. “Dövlət qulluğu haqqında” qanunun 2.1-ci maddəsinə əsasən, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlah iyyətlərini yerinə yetirməsidir.

34. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır (Qanunun 7.1-ci maddəsi).

35. Məhkəmə kollegiyası ilk növbədə aidiyyətlə bağlı xüsusatların araşdırılmasını zəruri hesab etdiyinə görə, kassasiya şikayətinin digər dəlillərinə qiymət vermir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzə rdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

36. İşə yenidən baxan məhkəmə iddiaçının dövlət qulluqçusu statusuna malik olubolmamasını araşdırmalı, bunun üçün onunla bağlanmış müqaviləni tələb edib tədqiq etməli, dövlət qulluqçusu olduğu halda işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına görə icraata xitam verilməli, dövlət qulluqçusu olmadığı halda işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən v ə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.04.2021-ci il tarixli, 2(103)-4182/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar