Məhkəmə qərarları › İş №2(102)-5057/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5057/2022

06.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5057/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdehlər Cavabdeh1 na, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 na, Cavabdeh7 qarşı QƏRARİ (Açar sözlər: xüsusi mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və həmin şəxslərə kompensasiya ödənilməsi şərti ilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu, Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdehlər Cavabdeh1 na, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavab deh6 na, Cavabdeh7 qarşı qəzalı vəziyyətdə olan tikililərin sökülməsi və həmin binada yaşayan sakinlərin kompensasiya ödənilməsi şərti ilə köçürülməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2662/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışdan və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnaməsinə əsasən iddiaçı LTD Məhdud Məhsuliyyətli Cəmiyyəti xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tari xli 45 saylı Sərəncamına əsasən ünvandə mövcud fərdi yaşayış evlərinin sökülərək, yerində yaşayış evlərinin layihələşdirilməsi və tikintisinə icarə əsasında 0.41 ha ərazi iddiaçının istifadəsinə verilmişdir. 3. 13/233 saylı İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc aktına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 45 saylı Sərəncamı ilə yaşayış evlərinin layihələndirilməsi və tikintisi üçün verilmiş ünvandə yerləşən 0,4100 ha torpaq sahəsinin ayrıc aktı iddiaçının adına tərtib olunmuşdur.

4. Şirkət ayrılmış torpaq sahəsində hündürmərtəbəli yaşayış binası inşa etmək üçün həmin ərazidəki mülkiyyətçilərə məxsus olan mənzil və qeyri-yaşayış sahələrini sökmək barədə onlarla razılığa gələ bilməmiş və hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş mə hkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddiaçı LTD Məhdud Məhsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məcid oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «qəzalı vəziyyətdə olan tikililərin sökülməsi və həmin binalarda yaşayan sakinlərin kompensasiya ödənilməsi şərti ilə köçürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətlərində olan ünvan küçələrinin kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan mənzillərinin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.metr üçün 2200 manat kompensasiya ödənilməklə və ya həmin küçələrin kəsişdiyi qeyd olunan ərazidə artıq inşa edilmiş və hazır olan binada hazırkı mövcud faktiki sahələrindən 20% artıq sahəsi olan və təmirli mənzillər verilməklə, ca vabdehlərin və onlarla birlikdə mənzillərdə qeydiyyatda olan ailə üzvlərinin ünvan küçələrinin kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan mənzillərdən köçürülməklə, mübahisəli mənzillərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddiaçı LTD Məhdud Məhsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının fəaliyyətinin əsas istiqamətlərindən biri hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisidir. İddiaçı ölkə əhalisinin mənzilə və yaşayış şəraitinin yaxşılaşdırılmasına artan tələbinin ödənilməsi, “ekonom klass” kateqoriyasına aid olan mənzillərin tikintisi sahəsində çox böyük təcrübəyə, geniş və peşəkar kadr potensialına (mühəndis, memar, arxitektor, tikinti konstruktoru, is icraçıları, texnik və sair), eləcə də hündürmərtəb əli yaşayış binalarının tikintisi üçün zəruri olan müasir tipli texnika, mexanizm və digər qurğu və avadanlıqlara malikdir. İddiaçı paytaxtda və eləcə də regionlarda müasir memarlıq üslubuna uyğun hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının, insana rahatlıq və zövq bəxş edən, biznes və ticarət mərkəzlərinin, çoxlu sayda yaşayış və qeyri-yaşayış binalarının tikintisini müəyyən olunmuş müddətdə və yüksək keyfiyyətlə başa çatdıraraq sifarişçi təşkilatlara və vətəndaşlara təhvil vermişdir. Hal-hazırda iqtisadiyyatda yaranmış real vəziyyət fonunda ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq və tikinti sahələrində dövlət nəzarətini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il ta rixli, 86 saylı Qərarı sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər planı əsasında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binaların tikilməsi şəraitinin yaradılması yeni iqtisadi modelə keçid yolunda növbəti bir addımdır. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə müvafiq icra hakimiyyəti orqanları ilə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən ünvan küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında dəfələrlə aparılmış baxış zamanı müəyyən edilmişdir ki, həmin ərazidə yerləşən məhəllələrdə keçən əsrin əvvəllərində tikilən azmərtəbəli yaşayış və qeyri-yaşayış binaları qəzalı vəziyyətdədir, yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır, bundan başqa göstərilən ünvanda iddiaçının istifadasi nə verilmiş torpaq sahəsi uzunmüddət öncə qismən hesablanmış ərazidə yerləşən köhnə tipli evlərin əksər hissəsinin sakinləri köçürülmüş və həmin evlərin bir qisminin tam və qismən sökülməsi nətiçəsində ərazi yararsız və antisanitariya vəziyyətə salınmışdır. Yaşayış evlərinin istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmiş və yarasız hala düşmüşdür. Həmin xətlərin nizamsız olması və birmərtəbəli yaşayış evlərinin konstruksiyalarının əksər hissəsinin ağac materialından inşa olunması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə bilavasitə səbəb olacaqdır. Bundan başqa, həmin yaşayış evləri sanitar-gigiyenik normalarının tələblərinə cavab vermir, günü-gündən gözəlləşən paytaxtın ümumi görkəminə xələl gətirir, əsla uyğun gəlmir. Həyətin giriş hissəsinin dar olması, sakinlər tərəfindən müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə qanunsuz olaraq əlavə tikililərin inşa edilməsi nəticəsində tikililərin texniki vəziyyəti məhduddur, bu da gələcəkdə sakinlərin həyatı üçün ən böyük təhlükə mənbəyidir. Bu səbəbdən də, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 45 saylı Sərəncamı ilə ünvan küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə mövcud fərdi yaşayış evlərinin sökülərək, yerində yaşayış evlərinin layihələşdirilməsi, hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə söküləcəyi nəzərdə tutulan azmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının altında yerləşən 0.41 hektar torpaq sahəsi iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada daimi istifadəsinə ve rilmişdir. Ərazidə yerləşən 0.41 hektar torpaq sahəsi yüklü edilərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 45 saylı Sərəncamın 2-ci paraqrafı əsasında, yüklü edilmiş ərazidə yerləşən tikililərin sökülməsi və onların yerində müasir tələblərə uyğun yenilərin tikilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı adı çəkilən Sərəncama uyğun olaraq, ünvan küçələrinin kəsişməsində köhnə yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin əksəriyyəti ilə kompensasiya ödəmək şərti ilə Razılaşma Müqaviləsi bağlayaraq həmin sakinləri göstərilən ərazidən köçürülməsini təmin etmiş və ərazinin bir hissəsində söküntü işlərini tamamlayaraq yerində hündürmərtəbəli dörd və iki girişli çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirmişdir. Eyni zamanda, cavabdehlər və onların ai lə üzvləri mülkiyyətlərində olan mənzil sahəsinin əvəzi kimi iddiaçının təklif etdiyi, hər kvadrat metr üçün 2000 manat kompensasiya ödənişi ilə razı olmadıqlarından, reallığa uyğun olmayan, bazar qiymətindən qat-qat artıq, insanın təsəvvür qabiliyyətindən çox-çox kənarda qalan kompensasiya məbləği tələb etdiklərindən iddiaçı həmin ərazidə tikinti və abadlıq işlərini tam həcmdə apara bilməmiş və bununla da Bakı Şəhər İcra Hakimiyyəti Başçısının göstərilən Sərəncamından irəli gələn öhdəliklərini yerinə yetirə bilməmişdir. Bundan başqa cavabdehlərin mülkiyyətində olan həmin yaşayış sahələri ünvan küçələrinin kəsişməsində yerləşir və Baki Şəhər İcra Hakimiyyətinin iddiaçıya verilmiş, ayrıc aktının təsiri dairəsinə düşərək sökülməsi qərara alınmış torpaq sahəsində yerləşir və faktiki olaraq qə zalı vəziyyətdə olan tikililərdir. Eyni zamanda, cavabdehlərin əksəriyyəti orada yaşamır, həmin yaşayış sahələrini özbaşına olaraq, heç bir müvafiq İcra Hakimiyyəti orqanlarının Qərarı olmadan qeyri-yaşayış sahəsinə çevirərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri orada yerləşdirmişlər. Bunun da nəticəsində yüklü edilərək iddiaçının istifadə hüququna ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması ləngimiş və iddiaçı küllü miqdarda maliyyə vəsaiti itirməklə yanaşı, digər mülkiyyətçilər və podrat şirkətləri ilə bağladığı Müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyindən maliyyə sanksiyalarına məruz qalmışdır. Cavabdehlərlə mübahisəni razılaşma və danışıqlar yolu ilə həll etmək mümkün olmadığından məhkəməyə müraciət olunaraq müvafiq iddia qaldırılmışdır. Bakı şəhə rində artıq sakinlərin kompensasiya ödənilərək köçürülməsində formalaşmış ümumi praktika vardır. Belə ki, H.Əliyev sarayının arxasında Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədi ilə ünvan küçələrinin əhatəsində yerləşən ərazidə park-bağ kompleksinin salınması ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir və qeyd olunan işlərin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış qaydada, həmin ərazidə yerləşən yaşayış və qeyriyaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda göstərilən ərazinin köçürülməsi üçün dövlət büdcəsindən vəsait ayrılmadığından, ərazidə yerləşən tikililərin sökülməsi və vəsaitin ödənilməsində sahibkarların iştirakından istifadə edilərək şəhərin Baş Planının icrası təmin edilir. Aparılan monitoring nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin yaşadıqları evlər hal-hazırda qəzalı vəziyyətdədir və hər an uçmaq təhlükəsi vardır, bu baxımdan onların orada yerləşdirdikləri qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin həyatı üçün də təhlükəlidir. Bu səbəbdən də hesab edir ki, iddiaçıya ayrılmış ərazidə yerləşən tikililər sökülərək, cavabdehlər mübahisəli ərazidən köçürülməlidirlər. Mövcud sərəncamı icra edən iddiaçı tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, iddiaçı tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müq abilində ədalətli və praktiki olaraq ən yüksək təkliflər edilir. İddiaçının irəli sürdüyü təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, belə olan halda, cavabdehlərin müvafiq razılaşmaya getmədən, mənzillərinə görə şişirdilmiş, ağlabatan olmayan məbləğdə pul tələb etmələri cavabdehlərin mülkiyyət hüquqlarından sui-istifadə halıdır.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasına iştirak edən cavabdehlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi X7 ayrı-ayrılıqda izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim X8) 2(006)-5724/ 2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına istinad etmişdir ki, həmin Qərara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında münasibət bildirmişdi r. Konstitusiya Məhkəməsi Qərarında qeyd etmişdir ki, “Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır”. Göründüyü kimi iddiaçının istinad etdiyi Nazirlər Kabinetinin Qərarı qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınmasını deyil, əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılmasını nəzərdə tutur. Buna görə də iddiaçının iddia tələbinin əsası kimi göstərilən qərara istinad etməsi əsassızdır

11. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçü n alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. «Torpağın alınmasına əsas verən dövlət ehtiyacları» “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı cavabdehlərə məxsus yaşayış və qeyri-yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin alınması üçün həmin maddədə qeyd olunan dövlət ehtiyaclarından da heç biri müəyyən olunmamışdır.

12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Aərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublik asının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17-ci maddəslərinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 3.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5724/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydad a əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X10 (sədrlik edən və məruzəçi), X5 və X11) 2(103)-2662/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 71-ci maddələrinə, Mənzil Məcəlləsinin 28-ci maddəsinə, Azərbayjan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2662/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti iddia ərizəsinə, apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq maddi və prosessual normaların düzgün tətbiq olunmamasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır

24. Maddə

71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlar ını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

25. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. M addə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfind ən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmələr müəyyən etmişlər ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 45 saylı Sərəncamına əsasən ünvandə mövcud fərdi yaşayış evlərinin sökülərək, yerində yaşayış evlərinin layihələşdirilməsi və tikintisinə icarə əsasında 0.41 ha ərazi iddiaçının istifadəsinə verilmişdir. Şirkət ayrılmış torpaq sahəsində hündürmərtəbəli yaşayış binası inşa etmək üçün həmin əraz idəki mülkiyyətçilərə məxsus olan mənzil və qeyri-yaşayış sahələrini sökmək barədə onlarla razılığa gələ bilməmişdir.

37. İddiaçı iddia ərizəsində sökülməsini tələb etdiyi yaşayış və qeyri-yaşayış sahələrinin qəzalı vəziyyətdə olmasına istinad etsə də, qeyd olunan halın təsdiq olunması üçün sübutlar təqdim edə bilməmişdir.

38. İşdə olan məhkəmə aktlarından (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli qətnaməsi) görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 na, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 na, Cavabdeh7 qarşı «özbaşına tikililərin sökülməsi» tələbinə dair iddiası təmin olunmamışdır.

39. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia çı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1 na, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 na, Cavabdeh7 qarşı «mənzillər verilməklə köçürülmə, tikililərin sökülməsi» tələbinə dair iddiası təmin olunmamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən – iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə, sökülməsi tələb olunan daşınmaz əmlakların qəzalı vəziyyətdə olmasına dair müvafiq icra hakimiyyəti orqanının rəyinin olmaması, həmin əmlaklar üzərində cavabdehlərin mülkiyyət (əmlak) hüquqlarının mövcud olmasını, mülkiyyət hüququnun qanunla müdafiə olunması, mülkiyyətçinin razılığı olmadan əmlakın sökülməsinin yolverilməz olmasını, bu istiqamətdə iddiaçının subyektiv hüquqlarının olmamasını və s. göstərmişdir.

40. Gör ündüyü kimi, cavabdehlərə məxsus yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı əvvəlki məhkəmə mübahisələrinə baxılarkən də təsdiq olunmuşdur ki, cavabdehlərə məxsus olan əmlakların qəzalı vəziyyətdə olmasına dair müvafiq rəsmiləşmə mövcud deyil.

41. Mənzil Məcəlləsi qəzalı vəziyyətdə olan yaşayış sahələri ilə bağlı müvafiq hüquqi tənzimləməni müəyyən etmişdir. Belə ki, Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə görə, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

42. Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış bin asının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabat an müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.

43. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır.

44. Sökülməsi tələb olunan əmlaklar xüsusi mülkiyyətdə olan əmlakdır və mübahisə mülkiyyətçilərlə qarşılıqlı razılaşma əsasında həll edilə bilər.

45. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cü mlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

47. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci mad dəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyət maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X4rşı» işdə göstərmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi adətən mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və belə müdaxiləyə 1 saylı protokolun 1-ci maddəsi ilə haqq qazandırmaq olmaz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir.

49. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa ver ilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

50. İddiaçı tələbinin əsası kimi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 5 mart 2004cü il tarixli 45 saylı sərəncamının mövcudluğuna istinad etmişdir.

51. Həmin sərəncamla ünvandə mövcud fərdi yaşayış evlərinin sökülərək, yerində yaşayış evlərinin layihələşdirilməsi və tikintisinə icarə əsasında 0,41 ha ərazi iddiaçının istifadəsinə verilmişdir. Sərəncamda həmçinin qeyd edilmişdir ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə uyğun həyata keçirilmə lidir. Mülkiyyətçinin iradəsinə zidd olaraq mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi (hazırki vəziyyətdə əmlakın sökülməsi) yalnız qanunvericilikdə göstərilən hallarda və qaydada (əmlakın dövlət ehtiyacları üçün alınması, həmçinin Mülki Məcəllənin 203-212 və s. normalarında göstərilən əsaslar) həyata keçirilə bilər ki, iddiaçının da istinad etdiyi qeyd edilən sərəncam (həmin sərəncama əsasən müvafiq torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi faktı və s.) bu hala aid deyildir.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

53. İşin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması barədə dəlillərlə bağlı qeyd olunur ki, həmin dəlillər hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır (30-31&).

54. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin və zifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

55. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (26-27&).

56. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq düzgün qiymət vermişdir. 57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş ols un, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2662/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar