Məhkəmə qərarları › İş №2(102)-506/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-506/2024

16.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-506/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1006/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İ şin halları

1. Mübahisəli qaz xətti İsmayıllı rayonu, Mican kəndi ərazisindən keçməklə 1983cü ildə çəkilərək istismara verilmişdir.

2. X4 İsmayıllı rayonu, Mican kənd “Oktyabr” kolxozunun ümumi yığıncağının 18 mart 1989-cu il tarixli, 03 nömrəli protokol-qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. 3. 1989-cu ildə X5 İsmayıllı rayonu, Mican Kəndi ərazisində 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta tərtib edilmişdir. 4. 1991-ci ildə İsmayıllı rayonu, Mican kəndi ərazisində X1 adına fərdi yaşayış evinin tikintisi barədə texniki pasport tərtib edilmişdir.

5. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə X11, Yusubova SuqraYusub qızı, X12 və Cavabdeh mülkiyyətinə İsmayıllı rayonu, Mican kəndi ərazisindən 0,19 ha torpaq sahəsi verilmiş, 06 dekabr 2005-ci il tarixdə verilmiş “JN- 546F nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və kəmərin mühafizə zonasının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Mican kəndində yaşayış qeydiyyatında olan Ca vabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq həmin kəndin ərazisindən keçən İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr tör ətməklə yanaşı, həmin ərazidə yaşayan insanların həyatı üçün də ciddi təhlükə yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özəllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq e tdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar. İddiaçı İB-nin Ağsu X15 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 01OB-13HŞ-366 saylı xəbərdarlıq məktubu ilə cavabdehə qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə müraciət edilərək tikilinin sökülməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir.

8. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmi şdir ki, mərhum atası X4 İsmayıllı rayonu, Mican kəndi ərazisində yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi verilmiş, 1989-cu il tarixdə 1 mətəbəli,4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta, 1991-ci ilin aprel ayında isə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Həmin dövrdə də onların maddi imkanları olmadığından sözügedən evi onlara dövlət tikib vermişdir. Atası öldükdən sonra İsmayıllı rayonu AİK-nın6 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə anası X11, bacıları X7, X12 və ona Mican kəndi ərazisindən həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 0,19 ha torpaq sahəsi verilmişdir. Həmin yaşayış evi tikildikdən sonra dəfələrlə evlərindən qaz xəttinin keçməsi ilə bağlı qaz idarəsinə və icra hakimiyyətinə müra ciət etsələr də heç bir tədbir görülməmişdir. Hazırda həmin evdə 9 nəfər ailə üzvləri yaşayır, ev sökülərsə onların yaşayacaq başqa yaşayış evləri yoxdur. Əgər ev qeyri-qanuni olsa idi dövlət həmin evi onlara tikib verməzdi. Ona görə də həmin torpaq sahəsində qeyd edilən tikililər qanuni inşa edilmiş və hazırkı vaxta qədər ailəsi ilə birlikdə fasiləsiz və etirazsız olaraq orada yaşamışdır. Odur ki, tikilinin sökülməsi tələbinə dair iddianı qəbul etmir.

9. Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/231 nömrəli rəyindən görünür ki, İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin həyətdən yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafə 2,1 m, qeyd olunan kəmərin yeraltı keçən hissəsi ilə fərdi yaşayış evi arasında olan məsafə isə 1,5 m təşkil edir. Qeyd olunan qaz kəməri həyətin hasarının alt hissəsindən perpendikulyar olaraq keçir. İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafənin 2,1 m təşkil etdiyini və qeyd olunan qaz kəmərinin yeraltı keçən hissəsi ilə həmin fərdi yaşayış evinin arasında olan məsafənin isə 1,5 m təşkil etdiyini, eləcə də həmin qaz kəmərinin həyətyanı sahədən hasarın alt hissəsindən birbaşa perpendikulyar olaraq keçdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın (5 və nömr əli əlavələr) tələblərinə əsasən fərdi yaşayış evi və həyətin hasarı 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. İsmayıllı rayonu, Mican kəndində Cavabdeh məxsus həyətyanı sahədən keçən İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yeraltı keçən hissəsi həyətyanı sahədən hansı dərinlikdə keçməsi sualı üzrə vəsatət təmin edilmədiyinə görə tədqiqat aparılmadı.

10. İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(037)-27/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Hüseynov) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının boşaldılmasına dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əs aslandırmışdır ki, qanunvericiliyə görə fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport aid olduğu daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edilmişdir. Bu hala cavabdeh həmin fərdi yaşayış evində sosial mühit, habelə ailə mühiti və şəxsi təsərrüfat yaratmışdır. İddiaçı iddia etdiyi vaxta qədər cavabdeh özünün və ailəsinin, habelə təsərrüfatının elə həmin yerdə qalacağına ümid etmiş və ona heç kimin mane olmayacağına əmin olmuşdur. Çünki həmin vaxta qədər iddiaçı tərəfindən ona qarşı heç bir etiraz və sair xəbərdarlıq edilməmiş, daha doğrusu, iddiaçı cavabdehə qarşı dözümlülük nümayiş etdirərək susmuş, yalnız 2021-ci ildə tikilinin sökülməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh atasının adına texniki pasport tərtib edilməklə inşa edilmiş fərdi yaşayış evi üzərində birinci növbəli vərəsə kimi qanuni gözləntiyə malik olmuşdur. Belə olan halda həmin tikili qeyri-qanuni və özbaşına tikili kimi qiymətləndirilə bilməz.

12. Məhkəmə hesab etmişdir ki, həmin tikililər fərdi yaşayış evinin texniki pasportu tərtib edilməklə icazə əsasında inşa edildiyindən, müəyyən iqtisadi dəyərə malik olduğundan, həmçinin cavabdehin fasiləsiz və etirazsız olaraq uzun müddət istifadəsində qaldığından, cavabdehin həmin tikililərə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Ona görə də həmin tikililər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır.

13. Eyni zamanda məhkəmə iddiaçının istinad etdiyi maddi hüquq normalarının işin faktiki h allarına tətbiq edilib-edilməmə məsələsinə də aydınlıq gətirməyi zəruri hesab etmişdir. Belə ki, iddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalar”ın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmədiyini iddia tələbinin qanuni əsası kimi qeyd etmişdir. Həmin bəndin mənasından da göründüyü kimi, qanunverici görülmüş işləri deyil, görülməkdə olan işlərdən bəhs edir. İş materiallarından da göründüyü kimi sözügedən fərdi yaşayış evi 1991-ci ildə tikilmiş və bu barədə smeta tərtib edilərək texniki pasport verilmişdir.

14. Məhkəmə bir daha qeyd etmişdir ki, hazırda sökülməsi tələb edilən fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəd (texniki pasport) qüvvədədir və həmin sənədin etibarsızlığı və ya ləğvi ilə bağlı aidiyyəti məhkəməyə müraciətin olunması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda texniki pasporta əsasən tikintisinə icazə verilmiş fərdi yaşayış evi (tikinti) qanunsuz tikinti sayıla bilməz və bunun üçün ilk növbədə həmin hüquqmüəyyənedici sənəd ləğv edilməli və sonra sözügedən tikinti qanunsuz tikinti hesab edilərək sökülməsi barədə iddia qaldırılmalıdır.

15. Məhkəmə, iddia tələbinin cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilməsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən hadisələrin baş verməsi ehtimalı şübhəsizdir və mübahisə doğurmamaqla yanaşı, ehtimal ediləndir. Yalnız bədbəxt hadisənin qarşısının alınması vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli, əksinə mülkiyyətə müdaxilə ağlabatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin törənə biləcəyi ehtimalının qarşısının alınması İddiaçı pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələri vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməklə sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir.

16. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi nin İ hissəsinə, 29-cu maddəsinin İİİ və İV hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3.2, 152.1, 180.1 və 180.4-cü maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.3.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1 və 124.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na, “Müşfiq Bayramovun şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına, X18 məhkəməsinin “V.Q.Teryoxinin şikayəti ilə əl aqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən tədqiq edilən sənədlər dəqiq araşdırılmamışdır. Belə ki, Cavabdeh tərəfindən “Qaz təchizatı haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, İsmayıllı rayonu, Mican kəndində yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa olunmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş yaşayış evi orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi, qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasına maneçilik törədir. Cavabdeh tərəfindən inşa olunmuş tikililər qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir v ə daim təhlükə mənbəyidir. Qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilər. Göründüyü kimi, qətnamə çıxarılarkən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Hazırkı vəziyyətdə orta təzyiqli qaz kəmərinin həyətdə yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafə 2,1 metr, qeyd olunan kəmərin yeraltı keçən hissəsi ilə fərdi yaşayış evi arasında olan məsafə isə 1,5 metr təşkil edir. Qeyd olunan qaz kəməri həyətin hasarının alt hissəsindən perpendikulyar olaraq keçir. Göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan to rpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Fotoşəkillərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2022-ci il tarixli,10/231 nömrəli mühəndis-texniki ekspertizasının rəyindən sübut qismində düzgün istifadə edilməmişdir. Qaz kəmərinin iddiaçının həyətyanı ərazisindən və onun yaşayış evinə yaxın məsafədən keçməklə nə qədər təhlükə yaratdığını nəzərə alsaydı birinci instansiya məhkəməsi iddianın əsaslı olduğunu müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş, iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar olduğu halda iddianın təmin edilməməsi barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq süb utlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-940/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər- X14 (sədrlik edən və məruzəçi), X6 və X8) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə İsmayı llı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(037)-27/2022 nömrəli qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, Cavabdeh tərəfindən İsmayıllı rayonu, Mican kəndinin ərazisindən keçən İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin mühafizə zonasında inşa edilən yaşayış evinin cavabdehin öz hesabına sökülərək, mühafizə zonasından çıxarılması qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh atası mərhum YusubYusubova İsmayıllı rayonu, Mican kəndi ərazisində yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi verilmiş, 1989-cu il tarixdə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta, 1991-ci ilin aprel ayında isə fərdi yaşayış fo nduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Atası öldükdən sonra İsmayıllı rayonu AİK-nın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə anası X11, bacıları X7, X12 və ona Mican kəndi ərazisindən həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 0,19 ha torpaq sahəsi verilmişdir. Lakin tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması iş materialları ilə müəyyən olunmur. Məhkəmə tərəfindən də təklif olunmasına baxmayaraq cavabdeh həmin tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi (ilkin sənədləşmə hesab olunan texniki pasport istisna olmaqla) təqdim edə bilməmiş, sorğu-sual nəticəsində də evinin hasarının kənarından və pilləkən hissəsinin altı ndan qaz xəttinin keçməsini inkar etməmişdir. Həmçinin apellyasiya icraatı zamanı sorğu əsasında iddiaçı tərəf elektron kabinet vasitəsilə məhkəməyə məlumat və mövcud qaz kəmərinin texniki göstəricilərini əks etdirən sənədləri məhkəməyə təqdim etmişdir ki, həmin sənədlərdə sözügedən d-219 mm-lik qaz xəttinin 1983-cü ildə çəkilərək istismara verilməsi müəyyən edilmişdir. Cavabdehin təqdim etdiyi sənəddə (texniki pasportda) isə mübahisəsi gedən tikilinin qaz xəttindən sonra, yəni 1989-cu ildə inşa edilməsi müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi həmin dəlillərin tam araşdırmamış, müvafiq olaraq tikintinin müvafiq şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi ilə bağlı rəsmi sənədlərin mövcud olmamasına, tikilinin müvafiq qaz kəmərinin mühafizə zonasında yerləşməkl ə qaz xəttinin istismarından sonra inşa edilməsinə diqqət yetirməmiş, həmin tikilinin mühafizə zonasında tikilməsinə dair verilmiş ekspertiza rəyi ilə razılaşmamasının səbəbini əsaslandırmamışdır

21. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin İ və İİİ hissələrinə, 29-cu maddəsinin İV hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 101.3, 103.1, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.23, 2.24-cü bəndlərinə, “Daşınma z əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(102)-2518/2023 nömrəli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və Z.B.Babayev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.

24. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdehin sahibliyində və istifadəsində olmuş yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin evin Mülki Məcəllənin 180.1-ci maddəsində nəzərdə tutulmuş özbaşına tikintiyə aid edilməsi üçün kifayət qədər əsaslar olmamışdır, evin həyətyanı sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır, cavabdehi torpaq sahəsinin paylı mülkiyyətçilərindən biridir, torpaq sahəsi yaşayış səlahiyyətli dövlət orqanı (Rayon XDS İK) tərəfindən yaşayı ş evinin inşası üçün ayrılmışdır, evin inşası üçün layihə-smeta sənədləri təsdiq edilmişdir (Rayon XDS İK və baş arxitektor), 1991-ci ildən hal-hazıra kimi cavabdeh yaşayış evindən davamlı olaraq təyinatı üzrə istifadə etmiş, buna hər hansı dövlət orqanının və digər şəxslərin etirazı olmamışdır. Sonuncu fakt evin tikintisi zamanı tikinti normalarının və qaydalarını ciddi surətdə pozulmaması halına dəlalət edir.

25. Həmçinin kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan Texniki pasporta görə cavabdehə məxsus yaşayış evi 1991-ci ildə inşa edilmişdir, həmin tarixdən də təyinatı üzrə istifadə edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi evin yaxınlığından keçən qaz kəmərinin 1983-cü ildə istismara verildiyini əsas gətirərək iddianı təmin etmiş, qanunun zamana görə qüvv əsini tənzimləyən normaların tələblərini nəzərə almamış, evin tikintisi başa çatandan sonra qəbul edilmiş qanunların, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nı, 30 iyun 1998-ci il “Qaz təchizatı haqqında” Qanunu tətbiq etməklə mübahisəni həll etmişdir. Bununla da məhkəmə maddi hüquq normalarının tətbiqində də səhvə yol vermişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Mehdiyev (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, e-2(037)-27/2022 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən “Qaz təchizatı haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, İsmayıllı rayonu, Mican kəndində yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa olunmasına, cavabdeh tərəfindən inşa olunmuş tikilinin qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikili olmasına, qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasına maneçilik törətməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş materiallarında olan və cavabdeh tərəfindən rayon məhkəməsinə təqdim olunmuş sənədlərdən görünür ki, İsmayıllı rayonu, “Oktyabr” kolxozunun ümumi yığıncağının 18 mart 1989-cu il tarixli, 03 nömrəli protokol-qərarı ilə cavabdehin atası X4 İsmayıllı rayonu, Mican kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sahədə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün layihə və smeta sənədləri tərtib edilmiş, smeta sənədi rayon XDS İcraiyyə Komitəsinin sədri tərəfindən, layihə isə rayonun baş arxitektoru tərəfindən təsdiqlənmişdir. 1991-ci ildə tikilib başa çatdıqdan sonra evin Texniki pasportu tərtib edil mişdir. Texniki pasporta görə yaşayış evinə aid tikililərin ümumi sahəsinin 205,6 kv metr, torpaq sahəsinin sənəd üzrə 1200 kv metr, əslində isə 1290 kv metr olması göstərilmişdir. X13 öləndən sonra yaşayış evi oğlu, hazırkı iş üzrə cavabdehin sahibliyinə və istifadəsinə keçmiş, sonuncu ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam edir.

28. Həmçinin apellyasiya şikayətinin cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən daim təhlükə mənbəyi olması, qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsinin partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, bu kimi hadisələrin baş verməsi ehtimal ediləndir. Lakin bədbəxt hadisənin qarşısının alınması vətən daşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli, əksinə mülkiyyətə müdaxilə ağlabatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin baş verməsinin qarşısının alınması İddiaçı pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələrin vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməklə sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş və nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Kassasiya şikayəti nin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən ərazidə çoxsaylı şəxslər yaşayırlar, qaz kəmərinin mühafizə zonasında inşa edilmiş evdə yaşayan insanlarla yanaşı onlar da həmin evin yanındakı yoldan istifadə edirlər və dövlət onların təhlükəsizliyinə təminat verməklə, onların qarşısında pozitiv öhdəlik daşıyır. Tikilinin sökülməsi, orta təzyiqli qaz kəmərinin gələcəkdə birmənalı təkzib olunmayan partlaması (qaz sızması) ehtimalında orada yaşayan, hərəkət edən çoxsaylı vətəndaşların təhlükəsizliyinin təmin olunması kimi mə qsədə xidmət edir. Yəni bu tədbir başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilir və qanuni məqsədlərə yönəlir. Həmçinin hazırki mübahisənin həllində müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə sübuta yetirmişdir. Cavabdeh və digərlərinin İsmayılli rayonu, Mican kəndi ərazisində olan evi onun yerləşdiyi 0.19 ha torpaq sahəsində İddiaçı İB-nin balansında və istismarında olan, 219 mm diametrlik qaz kəmərinin mühafizə zonasında evin divarının qaz kəmərindən 2.1 metr, qaz kəmərinin yeraltı keçən hissəsi ilə həmin fərdi yaşayış evinin arasında olan məsafənin isə 1.5 m məsafədə inşa etmişdir. İşə baxan məhkəmələr tərəfindən bu hal tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli,103 saylı qərarı ilə təsdiq edilmiş “qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarını pozmuşdur. Məhkəmə kollegiyası həmin tikilinin cavabdehin mülkiyyətində olan torpaq sahəsində olmasını aydınlaşdırsa da həmçinin tikilinin qaz kəmərinin çəkilişindən öncə və ya sonra tikildiyini nəzərə almamış bu barədə heç bir araşdırma aparmayaraq verilmiş apellyasiya şikayətini təmin etməmişdir. Bu tikilinin həqiqətən qaz xəttindən öncə çəkilib çəkilməməsi barədə aidiyyəti qurumlara sorğu ünvanlamamışdır. Bundan əlavə hesab edirəm ki, torpaq sahəsinin çıxarışının olmasının və tikilinin texniki passportunun olması həmin tikiliyə mülkiyyət hüququnun tanınması kimi qəbul edilə bilməz. Çünki iş materillarından müəyyən olunur ki, 0,19 ha torpaq sahəsinə 2005-ci il tarixdə JN-546F saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Yəni bu qeydiyyat şəhadətnaməsi verilən zaman 1991-ci ildə tikintisi başa çatmış tikili mövcud olmuşdur. Əgər tikili qanunvericilikdə nəzərdə tutulmuş norma və qaydaların tələblərinə cavab vermiş olsaydı hər halda torpaq sahəsinə qeydiyyat şəhadətnaməsi verilən zaman onun üzərində mövcud olan tikiliyə də mülkiyyət hüququnun tanınması məsələsi həll olunmuş olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. M addə 13 (İİİ hissə). Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

35. Maddə 29 (İV hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

36. Maddə 149 (Vİİ hiss). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-c u maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

38. Maddə 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər.

39. Maddə 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.

40. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

41. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə et mir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

42. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

43. Maddə 19 (2-ci hissə) Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tə ləbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. İddia çı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

53. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehin atası mərhum X10 rayonu, Mican kəndi ərazisində yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsi verilmiş, 1989-cu il tarixdə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün smeta, 1991-ci ilin aprel ayında isə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Cavabdehin atası öldükdən sonra İsmayıllı rayonu, AİKnın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə anası X11, bacıları X7, X12 və ona Mican kəndi ərazisindən həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla 0,19 ha torpaq sahəsi verilmişdir. Həmin həyətyanı sahədən keçən diametri 219 mm-lik, orta təzyiqli qaz kəmərinin yerüstü keçən hissəsi ilə fərdi yaşayış evinin divarı arasında olan məsafənin 2.1 m təşkil etdiyini və qeyd olunan qaz kəmərinin yeraltı keçən hissəsi ilə həmin fərdi yaşayış evinin arasında olan məsafənin isə1.5 m təşkil etdiyini, eləcə də həmin qaz kəmərinin həyətyanı sahədən hasarın alt hissəsindən birbaşa perpendikulyar olaraq keçdiyini nəzərə aldıqda, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən fərdi yaşayış evi və həyətin hasarı 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir.

54. Apellyasiya instans iyası məhkəməsi, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin cavabdeh tərəfindən “Qaz təchizatı haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı Ağsu X15 İdarəsinin balansında və istismarında olan, İsmayıllı rayon, Mican kəndində yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin mühafizə zonasında yaşayış evi inşa olunmasına, cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikili olmasına, qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasın a maneçilik törətməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan və cavabdeh tərəfindən rayon məhkəməsinə təqdim olunmuş sənədlərdən görünür ki, İsmayıllı rayonu “Oktyabr” kolxozunun ümumi yığıncağının 18 mart 1989-cu il tarixli 3 nömrəli protokol qərarı ilə cavabdehin atası X4 Mican kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sahədə 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin tikintisi üçün layihə və smeta tərtib edilmiş, smeta sənədi rayon XDS İcraiyyə Komitəsinin sədri tərəfindən, layihə isə rayonun baş arxitektoru tərəfindən təsdiqlənmişdir. 1991-ci ildə tikilib başa çatandan evin Texniki pasportu işlənmişdir. Texniki pasporta görə yaşayış evinə aid tikililərin ümumi sahəsinin 205,6 kv metr, torpaq sahəsinin sənəd üzrə 1200 kv metr, əslində isə 1290 kv metr olması göstərilmişdir. X13 öləndən sonra yaşayış evi oğlu, hazırkı iş üzrə cavabdehin sahibliyinə və istifadəsinə keçmiş, sonuncu ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam edir.

55. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, işdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” 06 dekabr 2005-ci il tarixdə verilmiş JN-546F saylı Şəhadətnamədən göründüyü kimi mübahisənin predmeti olan yaşayış evinə aid 0,19 ha torpaq sahəsi İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli, 65 saylı qərarı ilə cavabdeh və onun ailə üzvləri X11, X7 və X2 ümumi mülkiyyətinə verilmiş, torpaq sahəsi üzərində onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmçinin işdə olan Texniki pasportdan göründüyü kimi cavabdehə məxsus yaşayış evi 1991-ci ildə inşa edilmişdir, həmin tarixdən də təyinatı üzrə istifadə edilir.

56. Beləliklə cavabdehin sahibliyində və istifadəsində olmuş yaşayış evi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin evin Mülki Məcəllənin 180.1-ci maddəsində nəzərdə tutulmuş özbaşına tikintiyə aid edilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Evin həyətyanı sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır, cavabdeh torpaq sahəsinin paylı mülkiyyətçilərindən biridir, torpaq sahəsi yaşayış səlahiyyətli dövlət orqanı (Rayon XDS İK) tərəfindən yaşayış evinin inşası üçün ayrılmışdır, evin inşası üçün layihə-smeta sənədləri təsdiq edilmişdir (Rayon XDS İK və baş arxitektor), 1991-ci ildən hal-hazıra kimi cavabdeh yaşayış evindən davamlı olaraq təyinatı üzrə istifadə e tmiş, buna hər hansı dövlət orqanının və digər şəxslərin etirazı olmamışdır. Sonuncu fakt evin tikintisi zamanı tikinti normalarının və qaydalarını ciddi surətdə pozulmaması halına dəlalət edir.

57. Apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən daim təhlükə mənbəyi olması, qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsinin partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, bu kimi hadisələrin baş verməsi ehtimal ediləndir. Lakin bədbəxt hadisənin qarşısının alınması vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnməməli, əksinə mülkiyyətə müdaxilə ağl abatan və mütənasib olmalıdır. Belə ki, bədbəxt hadisənin baş verməsinin qarşısının alınması İddiaçı pozitiv öhdəliyidir. Həmin öhdəliyin mahiyyəti isə sözügedən hadisələrin vətəndaşın mülkiyyət hüququnu pozmadan (kompensasiya verilməklə sökülmə, qaz boru xəttinin yerinin dəyişdirilməsi və s.) qarşısının alınmasını ehtiva edir.

58. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin qətnamə çıxarılarkən tədqiq edilən sənədlərin dəqiq araşdırılmaması, tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç birinin nəzərə alınmaması, fotoşəkillərdən, Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2022-ci il tarixli,10/231 nömrəli mühəndis texniki ekspertizasının rəyindən sübut qismində düzgün istifadə edilməməsi, sübutların əlaqəli şəkildə araşdırılmaması, sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verməməsi, MPM-in 88-ci maddəsinin tələblərinin pozulması, işin faktiki hallarının araşdırılmamasına dair dəlilləri ilə də razılaşmır.

59. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir.

60. Göründüyü kimi, iddiaçının iddia tələbi cavabdehin yaşayış sahəsi üzərində qanunla qorunan və gözlənilən mülkiyyət hüququnu poza bilər. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz ir adəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir.

61. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13, 29-cu maddələri).

62. Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

63. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 oktyabr 2023-cü il tarixli, 2(107)-1006/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar