Məhkəmə qərarları › İş №2(102)-5062/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5062/2019

15.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5062/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili X2 iştirakları ilə, İddiaçı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim: F.N.Pənahov; 2(056)-306/2018) iddia qis mən təmin edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli 5 saylı Bakı " Asan Xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş ünvan 1 ünvanda 46.4 kv.m üzərində yerləşən fərdi yaşayış evinin bağışlanmasına dair "Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi" etibarsız hesab edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.X.Heydərov(sədrlik edən və məruzəçi), T.S.Kərimov və F.N.Abbasov; iş 2(106)-229/2019) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş,Sabirabad Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli,2(056)-306/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətna mə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş Bakı şəhəri, ****************** saylı evə dair Daşınmaz əmlakın dövlət reyestrində 07 oktyabr 2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş Bakı şəhəri, ****************** saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində 07 oktyabr 2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* saylı Çıxarışın etibarsız hesab edilərək ünvan 2 ünvanda yerləşən 0,022 ha torpaq sahəsinin 2/1 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çxıarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 16 yanvar 2000ci il tarixdə faktiki nikaha daxil olub ailə həyatı qurmuşlar. Birgə nikahlarından övladları olmamışdır. Onlara məxsus Bakı şəhəri, ********************** küçəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa edib 2004-cü ilin oktyabr ayından həmin evdə bir yerdə yaşayıb ümumi təsərüffat idarə etmişlər. Cehiz əşyaları və birgə nikah dövründə əldə etdikləri əmlakları həmin evdədir. Cavabdeh2 01 dekabr 2015-ci il tarixdə onu həmin evdən qoymuş və onu həmin yaşadığı və birgə inşa etdikləri evə buraxmırdı və orada yaşamağa imkan vermirdi. Buna görə də onun mübahisəli evə məhkəmə qaydasında məcburi köçürülməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə "evə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)1741/2016 saylı, 29 mart 2016-cı il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək onun Bakı şəhəri, ***************** küçəsində yerləşən evə köçürülməsi qət edilmişdir. Cavabdeh2 Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-5454/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmiş, qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 Bakı Ap ellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5139/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5139/17 saylı, 01 avqust 2017-ci il tarixli qərarı ilə təmin edilməmiş, qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Cavabdeh2 ona qarşı "kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair" iddia ərizəsi Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-613/2017 saylı, 06 mart 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Cavabdeh2 onun xəbəri olmadan və yuxarıda qeyd edilən məhkəmə prosesləri gedən vaxtı birgə aldıqları Bakı şəhəri, ***************** küçəsində yerləşən torpaq sahəsini öz adına rəsmiləşdirərək bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX sariyalı, ******* saylı, 14 mart 2016-cı il tarixli çıxarış verilmişdir. Həmin çıxarış əsasında mübahisəli fərdi yaşayış evini adına rəsmiləşdirdikdən sonra bilərəkdən dolayı yolla evin mülkiyyətçisini dəyişmək məqsədi ilə bacısı Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı,*********** saylı, 07 oktyabr 2017- ci il tarixli çıxarış verilmişdir. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsi və onun əsasında Cavabdeh1 Əhmə dağa qızı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarış məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh2 ilə 16 yanvar 2000-ci il tarixdə faktiki nikaha daxil olub ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövrdə Bakı şəhəri, ***************** küçəsində yerləşən torpaq sahəsini fərdi yaşayış evi inşa etmək üçün almışlar və alandan sonra həmin torpaq sahəsində ev inşa edib 2004-cü ilin oktyabr ayından həmin evdə bir yerdə yaşayın ümümi təsərrüfat idarə etmişlər. Cehiz əşyaları və birgə nikah dövründə əldə etdikləri əmlakları həmin evdədir. Hal-hazırda da o həmin evə köçürülmüş və orada yaşıyır. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün hə min məhkəməyə göndərilməsi barədə qərar çıxarılmağını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 158.2-ci madələrinin, Azərbaycan Respublikasının Mülki Prpsesual Məcəlləsinin 88 maddəsinintələblərinin pozulmuş, işin faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallara qiymət verilməmiş, nəticədəəsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının İddiaçı və vəkili X4 kassasiya şikayətininə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh Cavabdeh2 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izah atı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənlə şdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli, 2(010)-1741/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilərək, İddiaçı Bakı şəhəri, ***************** küçəsində yerləşən evə köçürülməsi, qarşılıqlı iddianın təmin edilməməsi, Cavabdeh2 ödənilmiş 10 (o n) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddia ilə bağlı məhkəmə xərclərinin Cavabdeh2 özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəmisinin Mülki Kollegiyasının 04 iyul 2016-cı il tarixli, 2(103)5454/2016 saylı, qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli, 2(010)-1741/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2017-ci il tarixli, 2(102)-5139/17 saylı qərarının surətindən görünür ki, kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 06 mart 2017-ci il ta rixli, 2(010)-613/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair» iddia ərizəsi təmin edilməmişdir. «Satıcı» X3 və X7 ilə «Alıcı» Cavabdeh2 arasında bağlanmış Bakı şəhəri, 10 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq olunmuş 26.02.2016-cı il tarixli, AN-İ ******* saylı «Daşınmaz əmlakın alqı-satqı» müqaviləsinin surətindən görünür ki, X3 və X7 Bakı şəhəri, ************************ ünvanında yerləşən ümumi sahəsi 0,022 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus X3 (1/2 hissə) və X7 (1/2 hissə) Cavabdeh2 4000 (dörd min) manat pula satmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xid məti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX*********** seriyalı çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda 46.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında 07.03.2017-ci il tarixdə ********** nömrə altında Cavabdeh2 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX********** seriyalı Çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda 46.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında 07.10.2017-ci il tarixdə ********** nömrə altında Cavabdeh1 adına qeydə alınmışdır. «Hədiyyə verən» Cavabdeh2 ilə «Hədiyyə alan» Cavabdeh1 arasında bağlanmış 5 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq olunmuş 27.09.2017-ci il tarixli «Daşınmaz əmlakın bağışlanması» müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanda 46.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini Cavabdeh1 hədiyyə etmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(010)384/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «Yaşayış sahəsindən cavabdehin və əşyalarının çıxarılması tələbinə dair» iddiası təmin olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən sübutlara istinad edərək cavabdeh iddiaçı ilə mənzillə əlaqədar mübahisələri başa çatmadan ondan xəbərsiz olaraq evə dair mülkiyyət hüququnun müəyyən edilməsinə və onun bacısı-iş üzrə digər Cavabdeh1 bağışlamaqla dolayı yolla mübahisə predmetinin əldən çıxmasına şərait yaratması, iddiaçının mənafeyinin pozulması qənaətinə gələrək, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişişin hallarından görünür ki, mübah isə predmeti təşkil edən fərdi yaşayış evində iddiaçı ilə Cavabdeh2 faktiki nikah münasibətində olaraq ər-arvad kimi yaşamışlar. Nikah münasibətləri rəsmiləşdirilməmişdir. Onlar arasında birgə yaşayış qaydalarına riayət edilməməsinə görə İddiaçı onun evdən qovulmasına istinad edərək, həmin fərdi yaşayış evinə köçürülməsindən ötrü məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilmiş, həmin tələb üzrə qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəyə minmişdir. İşin qeyd olunan hallarına qiymət verən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının həmin fərdi yaşayış evində yaşamaq hüququ yaranmışdır. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yarandığından, dövlət də yalnız dövlət q eydiyyatına alınmış nikah münasibətlərindən irəli gələn hüquqları tanıdığından, tərəflər (iddiaçı ilə Cavabdeh2 arasında olan münasibət) arasında rəsmi nikah münasibətləri olmadığından, onlar arasında olan münasibət ailə və ər-arvad münasibəti kimi dəyərləndirilmədiyindən, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi ilə bağlı münasibətlərə ailə hüququ kontekstindən yanaşılması istisna edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqan ında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisə predmeti təşkil edən fərdi yaşayış evinin Cavabdeh2 tərəfindən F.8 bağışlanması zamanı, Cavabdeh2 müqavilə bağlamaq hüququ iki halda məhdudlaşdırıla bilər. Birinci halda həmin əmlak ər-arvadın ümumi əmlakı kimi, ikinci halda isə vərəsəlik hüququ ilə məhdudlaşdırılmış olmalıdır. Vərəsəlik hüququ vərəsəlik hüququ münasibəti əsasında yarandığından, hazırkı halda istisna edilməlidir. Mübahisəli fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ realizə edilərkən iddiaçı ilə rəsmi nikah münasibətlərində olmadığından, həmin ə mlak da ər-arvadın ümumi əmlakı kimi qəbul edilə bilməz. Mübahisə predmeti təşkil edən fərdi yaşayış evi üzərində Cavabdeh2 tərəfindən iradə ifadəsi realizə edilərək sərəncam verilərkən vərəsəlik hüququ ilə məhdudlaşdırılmamışdır. İddiaçının mübahisəli fərdi yaşayış evində istifadə hüququnun olması Cavabdeh2 həmin əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Bundan əlavə, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi ər-arvadın birgə nikah dövründə əldə olunan əmlakı kimi qəbul edilmədiyindən, həmçinin mübahisəli fərdi yaşayış evin üzərində Cavabdeh2 mülkiyyət hüququnun olmasına dair çıxarış ləğv (və ya etibarsız hesab) edilmədiyindən, həmin əmlak ümumi paylı mülkiyyətdə olan əmlak kimi qəbul edilməməklə, həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hər hansı əqdin bağlanması, Cavabdeh2 mülkiyyət hüququnun realizəsi kimi dəyərləndirilməlidir. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (Mülki Məcəllənin 666.1-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 22 mart 2006-cı il tarixli qərarında şərh etmişdir ki, Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, MM-in 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. “M8 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 23 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 3 noyabr 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyətçi tərəfindən sərəncam səl ahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzər ində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Mübahisə predmeti təşkil edən fərdi yaşayış evi Cavabdeh2 tərəfindən digər Cavabdeh1 bağışlamışdır. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd bağlamaq imkanı verir. İddiaçı həmin əmlakın birgə mülkiyyətçisi deyil, yalnız orada istifadə hüququ olan şəxsdir. Mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxsin, yəni iddiaçıın iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxsə mənsub olduğunu göstərir. Bu isə mülkiyyət hüququnun mahiyyətinə zidd olmaqla, mülkiyyət hüququna müdaxiləni qaçılmaz edir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ünvan 1 ünvanda 46.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bağışlanmasına dair 27.09.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsaslı hesab edilə bilməz. Müqavilə etibarsız hesab edilmədiyindən, həmin müqavilə əsasında yaranmış hüququn qeydə alınmasına dair çıxarışın etibarsız hesab edilməsi tələbinə gəldikdə, çıxarışın verilməsinə əsas olan müqavilənin etibarsızlığı tələbi əsaslı hesab edilmədiyindən, çıxarışın etibarsız hesab edilməsi tələbi də əsaslı hesab edilə bilməz. Apellyasiya qaydasında işə baxan kollegiya hesab etmişdir ki. İddia tələbinin evin və həmin ünvanda yerləşən 0,022 ha torpaq sahəsinə paylarının müəyyən edilməsi tələbi mübahisə predmeti tə şkil edən daşınmaz əmlaklar birgə mülkiyyət kimi qəbul edilmədiyindən, həmin əmlaklar üzərində də payların müəyyən edilməsi tələbinin də qanuni əsası yaranmır. Eyni zamanda mübahisə predmeti təşkil edən fərdi yaşayış evi üzərində iddiaçının istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən köçürülməsi ilə yaranmışdır. İddiaçının mübahisəli mənzildən istifadə hüququnun olması işin mübahisəsiz halını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cüm lədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, fərdi yaşayış evi üzərində bağışlama müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyət hüququnun özgəninkiləşməsi nəticəsində Cavabdeh1 mülkiyyət hüququnun yaranması iddiaçının həmin fərdi yaşayış evindən istifadə hüququnu aradan qaldırmamaqla, həmin hüququn xitamına səbəb olmur. Belə olan halda fərdi yaşayış evi üzərində bağışlama müqaviləsinə əsasən mülkiyyət hüququnun dəyişməsi iddiaçının həmin əmlakdan istifadə etməsinin məhdudlaşdırılmasına səbəb ola bilməz. Beləliklə, iş üzrə toplanmış sübutları araşdırıb onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı hesab etmişdir k i, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(056)-306/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməməlidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə və prosessual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə koll egiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar