Məhkəmə qərarları › İş №2(102)-5082/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5082/2020

27.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5082/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 1 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X31rşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsə paylarının yenidən müəyyən edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İ ddiaçı1 vəkili Vəkil, Cavabdeh1 vəkili X21 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2830/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 1 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X31rşı "vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsə paylarının yenidən müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ataları X1 ünvan 1 saylı ünvanda, 600 kv.m torpaq sahəsində, ümumi sahəsi 94,8 kv. m olan fərdi yaşayış evi tikmişdir. Qeyd olunan əmlak iddiaçıların atasının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçıların atası və anaları X25 həmin evdə yaşamış, lakin qeydiyyatda Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Perevalnaya, ev 19-da pasport qeydiyyatında olmuşlar. xx xxxx 1985-ci ildə iddiaçıların ataları öldükdən sonra, anaları X25 hələ sağ olduğu üçün onlar düşünürdülər ki, ilk vərəsə ölənin arvadıdır və bütün əmlak da onun adına keçiriləcək. Sonradan 1988-ci ildə iddiaçıların anaları da öldükdən sonra miras əmlaklardan atalarının maşını Q-93- 02AQ nömrə nişanlı “QAZ-24” markalı minik avtomobili, ünvan 2 ünvanında fərdi yaşayış evi qardaşları X2 verilmişdir. O, bildirmişdir ki, həmin əmlakları anaları ona vəsiyyət etmişdir. Bu zaman iddiaçıların Şəki şəhərində olan evləri hamının istifadəsində qalmış və ara-sıra hamı həmin evdən istirahət zamanı istifadə etmişlər. Bu yaxınlarda eşitmişlər ki, Şəkidə olan evi Mahin satmaq istəyir. Hüquqlarının qorunması üçün peşəkar vəkillərə müraciət etdikdə, ilk dəfə iddiaçılara məlum oldu ki, ataları öldükdən sonra ölənin arvadı sağ olsa belə, övladları da onunla yanaşı vərəsəlik hüququna malikdirlər. Yəni iddiaçıların da anaları ilə bərabər və eyni dərəcədə miras payı almaq hüquqları vardır. Belə olan halda iddiaçılar valideynləri öldükdən sonra açılan vərəsəlik işlərinin tərəflərindən əldə edilərək öyrənilməsi zərurəti yarandı. Azərbaycan Respublikası Dövlət Notariat Arxivinin verdiyi rəsmi arayış və sənədlərdən iddiaçılara a ydın oldu ki, ataları öldükdən sonra Bakı şəhəri 1 saylı Dövlət Notariat İdarəsində və Şəki şəhəri Dövlət Notariat İdarəsində vərəsəlik işi açılmış və atalarının qardaşları Mahindən başqa digər 4 övladının da olmasına baxmayaraq, qanun üzrə yalnız 2 vərəsənin adı, X25 və X9 adları qeyd edilmişdir. Beləliklə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhəri 1 saylı Dövlət Notariat İdarəsində mərhum ataları X3 qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. xx.xx.1985-ci ildə Bakı şəhəri, Nəsimi rayonu 14 saylı Mənzil İstismar Sahəsinin verdiyi arayışa əsasən, r-93-02AT nömrə nişanlı “QAZ24” markalı minik avtomobilinə dair hər birinə 1/2 hissədə olmaqla X10 və anaları X17 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Elə həmin tarixdə X25 sözügedən avtomobili X10 vəsiyyət etmişdir. xx xxxxxxx 1986-c ı ildə Şəki şəhəri Dövlət X28 şəhəri, Jmerinko küçəsi 18 saylı ünvanda, 600 kv.m torpaq sahəsində, ümumi sahəsi 94,8 kv.m olan fərdi yaşayış evinə dair vərəsəlik işi açılmış və həmin evə dair əvvəlcə X15 1/2 hissədə mülkiyyət hüququnun olmasına dair (ər-arvad mülkiyyətindəki pay olaraq) şəhadətnamə verilmiş, daha sonra isə qalan 1/2 hissəyə dair də qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bir neçə gün sonra xx xxxxxxx 1986-cı ildə X5 evə dair X9 adına vəsiyyətnamə yazmışdır. Təbii ki, bunların heç birindən iddiaçıların o zaman nə xəbərləri, nə də hər hansı məlumatları olmamışdır. Daha sonra isə iddiaçıların anaları X25 xx xxxx 1988-ci ildə vəfat etmişdir. Arxiv sənədlərindən görünür ki, iddiaçıların analarının ölümündən sonra cavabdeh X16 xx xxxx 1988-ci ildə Bakı şəhərində 13 saylı Notariat Kontorunda vərəsəlik işi açmış və onun ölümündən sonra Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Perevalnaya küçəsi, ev 19B-nin və Q-9302AQ nömrə nişanlı “QAZ-24” markalı minik avtomobilinin və ünvan 1 saylı ünvanda fərdi yaşayış evinə dair vəsiyyət üzrə vərəsəlik hüququna dair şəhadətnamə almışdır. Hazırda mübahisə predmeti olan əmlak, yəni ünvan 1 saylı ünvanda, 600 kv.m torpaq sahəsində, ümumi sahəsi 94,8 kv.m olan fərdi yaşayış evinə dair iddiaçıların anaları vəsiyyətnamə yazsa da, həmin evin miras qoyan X15 özünün mülkiyyətinə keçməsi əvvəldən qanunsuz olmuşdur. İddiaçıların ataları X6 xx xxxx 1985-ci ildə öləndə onların anası X11 və qardaşları X8 başqa da qanun üzrə vərəsələri mövcud idi. Lakin bunu notariat orqanından gizlətməklə, həmin orqana vərəsəlik açılan zaman miras qoyanın ailə tərkibi haqqında düzgün olmayan arayış verməklə cavabdeh bütün əmlakın anasının adına keçirməklə, sonra da vəsiyyətnamə yazdırmaqla bütün miras əmlakı qanunsuz olaraq mənimsəmişdir. Göstərilənlərə əsasən xx xxxxxxx 1986-cı il tarixli, Şəki şəhəri Dövlət X28 şəhəri, Jmerinko küçəsi 18 saylı ünvanda, 600 kv.m torpaq sahəsində, ümumi sahəsi 94,8 kv. m olan fərdi yaşayış evinə dair X17 verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin, xx xxxxxxx 1986-cı il tarixli X15 X9 adına yazdığı vəsiyyətnamənin, xx xxxx 1989-cu il tarixli X10 verilmiş vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, ünvan 1 saylı ünvanda, 600 kv.m torpaq sahəsində, ümumi sahəsi 94,8 kv.m olan fərdi yaşayış evinə dair miras payların yenidən bölünməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-6237/2019) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, habelə iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İ-İE № 006843 seriyalı, xx.xx.1955-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq ol unmuş surətinə görə, İddiaçı1 Məmməd qızı xx xxxxxxx 1953-cü il tarixdə Nuxa şəhərində anadan olmuş, atası X7, anası X18r. İ-İE № 006842 seriyalı, xx.xx.1955-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə görə, X12 xx xxxxxx 1952-ci il tarixdə Nuxa şəhərində anadan olmuş, atası X7, anası X18r. AZ-İİ № 12912 seriyalı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə görə, İddiaçı3 xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X19, anası X20r. xx.xx.1986-cı il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə görə, X25 vəfat etmiş həyat yoldaşı X4 ona miras qalmış Q-93-02 AQ nömrə nişanlı “QAZ24” markalı minik avtomobilinin ½ hissəsinə vərəsə kimi payı müəyyən olunmuşdur. xx.xx.1989-cu il tarixli vəsi yyətnamənin surətinə görə, xx.xx.1986-cı il tarixdə, Şəki şəhərində X25 özünün ölüm gününə qalmış özünə məxsus olan Şəki şəhəri, 31-ci rayon, Jmerinko küçəsi, 18 №-li evini və ev əşyalarını nə olursa-olsun və harada olursa-olsun oğlu Cavabdeh1 sərəncamına verilməsini vəsiyyət etmişdir. xx.xx.1988-ci il tarixli vəsiyyətnamənin surətinə görə, xx.xx.1986-cı il tarixdə X25 özünün ölüm gününə qalmış özünə məxsus olan Q93-02-AQ nömrə nişanlı, “QAZ-24” markalı minik avtomobilini Cavabdeh1 sərəncamına verilməsini vəsiyyət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubuna görə, ünvan 3 ünvanında yerləşən 18 nömrəli fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdı r. Sözügedən fərdi yaşayış evini Şəki 2 saylı DNK-nın xx.xx.2018-cı il tarixli, 4Ə-588 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 “X30” MMC-yə satmışdır. “X30” MMC-nin adına xx.xx.2018-ci il tarixdə dövlət reyestrindən çıxarış qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında mübahisəli hüquq münasibətləri xx xxxxxxxx 2000-ci il tarixədək yarandığından hazırki iş üzrə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilən normalarını tətbiq etmişdir. xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictim ai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Eyni Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Göstərilən Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir. Qeyd olunan Məcəllənin 82-ci maddəsinin 1-ci bəndinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Göstərilən Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiyalarından göründüyü kimi iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Başqa sözlə, iddiaçılar daha öncə qeyd edildiyi kimi vəsiyyətnaməni mübahisələndirməsələr də, bütün hallarda belə mübahisə açmaq üçün iddia müddətini buraxmışlar. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçılar müddətin ötürülməsinin üzrlü səbəbləri kimi vərəsəlik hüququnun rəsmiləşdirilməsi zamanı gedən proseslərdən xəbərlərinin olmamasını göstərmişlər. Ha lbuki, valideynlərinin vəfat etmələrindən və onlardan sonra miras əmlakların qalmasından xəbərləri olmuşdur. Cavabdeh1 anasından miras qalmış əmlakları qanunda nəzərdə tutulmuş müddət ərzində qəbul etdiyindən 30 (otuz) ildən artıq müddət keçməsinə baxmayaraq, məhkəmə iddiaçıların bundan yeni məlumatlı olmalarını inandırıcı hesab etmir. Qanunun qeyd olunan tələbinə baxmayaraq, iddiaçılar həqiqətən də miras açıldığı vaxtdan vərəsəlik hüququnun qeydə alınması üçün gedən proseslərdən 30 il keçməsinə baxmayaraq, xəbərsiz olduqlarını sübuta yetirə bilməmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), C.Yusifov və V.Baxışova, iş № 2(103)2830/2020) iddiaçılar İ ddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6237/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia rədd edilməlidir. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə də iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnamələri və vəsiyyətnaməni mübahisələndirmək üçün əvvəla mirası əmlakı qəbul etmələrini sübut etməlidirlər. Belə ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə hazırkı mübahisənin həllində tətbiq olunan xx xxxxxxxx 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Apelyasiya instansiya məhkəməsi iddiaçıların mirası əmlakı qəbul etmələrini müəyyən etməmişdir. Çünki onlar Mülki Məcəllənin 552-ci maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişlər. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, bu hallar işin mübahisəsiz hallarıdır. Çünki iddiaçılar nəinki mirası qəbul etmələri ilə bağlı məhkəməyə sübut təqdim etmişlər, ümumiyyətlə iddia ərizəsində onlar tərəfindən mirasın qəbul edilməsi hallarına istinad belə etməmişlər. Apelyasiya instansiya məhkəməsində məhkəmə iclasında isə iddiaçılar etiraf etmişdilər ki, ataları vəfat etdikdən sonra mübahisəli evdən anaları və cavabdeh istifadə etmişlər. Bu baxımdan apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, xx xxxx 1985-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın (ünvan 1 saylı ünvanda, 600 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 9 4,8 kv.m olan fərdi yaşayış evi) iddiaçılar tərəfindən qəbul edilməsi müəyyən olunmadığına görə, onlar həmin miras əmlakla bağlı mübahisə açmaq hüququna malik deyillər və həmin hissədə iddia tələbləri subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırılmış hesab olunmalıdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə va sitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göstərilənlərə əsasən apelyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin və vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırıldığına görə, miras əmlakda paylarının müəyyən edilməsi tələbləri isə iddiaçıların mirası qəbul etmədikləri üçün rədd olunmalı dır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2830/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual h üquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2830/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Cavabdeh1 vəkili X27 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2830/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmay araq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hü quq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Apelyasiya məhkəməsi kassasiya şikayətində istinad olunanlara münasibətdə haqlı olaraq qeyd etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələrin və vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxslər tərəfindən qaldırılmış, iddiaçılar mirası nə rəsmi, nə də faktiki olaraq qəbul etməmişlər. Göstərilən faktların mövcudluğu isə mirası qəbul etməyən şəxlərin mirasdan pay tələb etmə hüququnu istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edil məmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2830/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar