Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-509/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-509/21 (Açar sözlər: pul tələbi, iddia müddətinin keçməsi, müddətin kəsilməsi faktının sübut edilməsi yükü) Bakı şəhəri, 09 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4772/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanıb.
2. Müqaviləyə əsasən cavabdeh xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə iddiaçıdan 11.000 AVRO borc götürmüşdür. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9.146 AVRO əsas borc, ona hesablanmış 1372 AVRO faiz borcu, 200 manat hüquqi xidmət haqqı və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10.518 AVRO və 230 manat pulun tutularaq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddia tələbi onunla ə saslandırılıb ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan aldığı pulu razılaşdıqları vaxtda qaytara bilmədiyindən iddiaçıdan borcun qaytarılması üçün altı ay möhlət istəyib. İddiaçı da cavabdehə ilin sonuna kimi 3 ay möhlət verib.
5. Razılaşdıqları əlavə müddətin sonunda cavabdeh iddiaçıya 1000 manat, razılaşdıqları əlavə müddət başa çatandan sonra da iki dəfəyə 2017-ci ilin mart ayında 1000 manat, may ayında isə 1500 manat olmaqla, borcdan cəmi 3.500 manat və ya məzənnəyə uyğun 1.854 AVRO qaytarıb.
6. Bundan sonra cavabdeh borcun qaytarılmasını hər dəfə bir bəhanə ilə gecikdirərək, ödənilməsi üçün heç bir tədbir görməyib. İddiaçı borcun qaytarılması ilə bağlı dəfələrlə söhbət etmiş, yazılı şəkildə prentenziya versə də, nəticəsi olmamışdır.
7. Həmçinin, artıq 3 ilə yaxındır ki, cavabdeh iddi açıya məxsus 9.146 avro pulu özündə saxlamaqla, ondan iddiaçının iradəsinə zidd istifadə edir və gəlir əldə edərək, ondan faydalanır, iddiaçının hesabına varlanır.
8. Cavabdehin iddiaçıya qarşı qəsdli hərəkətinin nəticəsində, iddiaçı özünə məxsus olan 9.146 manat pul vəsaitinin istifadəsindən məhrum olduğundan faydalana biləcəyi gəlir də əlindən çıxmışdır.
9. Müqavilənin bitməsinə razılaşmanın son günü xx.xx.2017-ci il tarixdən başlayaraq, illik 5% məbləğ hesablanmalıdır ki, bu da 1.372 AVRO təşkil edir.
10. Cavabdeh məsələni qarşılıqlı razılaşma əsasında həll etməkdən yayındığından, yaranmış mübahisənin məhkəmə qaydasında həlli, iddia ərizəsinin tərtibi və işin məhkəməyə verilməsinə hazırlanması üçün iddiaçı hüquqi xidmətə görə 200 manat və dövlət rüsumu üçün isə 30 manat ödəmək məcburiyy ətində qalmışdır ki, bu məbləğlər də cavabdehdən tutulmalıdır.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə istinad etmişdir.
12. Cavabdeh iddiaya etiraz olaraq iddia müddətinin tətbiqi barədə ərizə verib, göstərib ki, əvvəla, iddiaçıya borcunu 2016-cı ilin avqust ayında tam qaytarıb. Bundan başqa, iddiaçı hissə-hissə ödənişlər edilməsini deməklə, iddia müddətinin ötürülməməsini əsaslandrımaq istəyir. Müqavilənin bitdiyi tarix xx xxxxxxxx 2016-ci ildir, iddiaçı 3 illik iddia müddətini ötürüb.
13. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1452/2020 saylı, 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 9146 (doqquz min yüz qırx altı) Avro (tutulduğu anda Azərbaycan Res publikası Mərkəzi Bankı tərəfindən manatın Avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Rəşid Səmədov)
14. Birinci instansiya məhkəməsi işdəki müqaviləyə əsasən müəyyən edib ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 11.000 AVRO məbləğində borc pul vermiş, cavabdeh həmin pul məbləğini müqavilədə nəzərdə tutulmuş vaxtda qaytarmağı öz üzərinə götürsə də, həmin tarixdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini tam icra etməyərək, həmin borcdan hissə-hissə 3500 manat iddiaçıya ödəmiş, qalan borcu iddiaçıya müqavilədə nəzərdə tutulmuş qaydada tam şəkildə ödəməmişdir.
15. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olsa da, 1372 AVRO faizin tutulması hissəsində əsaslı deyil. Çünki İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdiriblər.
16. Həmçinin məhkəmə iddia tələbinin 200 manat hüquqi xidmət haqqının tutulması hissəsini də əsasız olduğu üçün rədd edib.
17. İddia tələbinə iddia müddətinin tətbiqi edilməsi barədə cavabdehin ərizəsini əsassız sayan birinci instansiya məhkəməsi qeyd edib ki, 2017-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya olan borcdan hissə-hissə 3500 manat qaytarılmış, iddiaçı isə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı 3 illik iddia müddətini ötürməmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 331.1, 372.1, 372.2, 373.2 385.1, 442, 739.1, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib.
20. Apellyasiya şikayəti belə əsaslandırlıb ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozub, işin faktiki hallarına düzgün qiymət verməyib.
21. Belə ki, cavabdeh borcu 2016-cı ilin avqust ayının sonunda tam ödəyib. Cavabdehin heç bir borcu yoxdur. 2016-cı ilin sentyabr ayından sonra tərəflərin borc münasibətləri olmamış, 2017-ci ildə tərəfindən iddiaçıya heç bir ödəniş olunmamışdır.
22. Cavabdeh tərəfindən 2017-ci ildə ö dəniş edilməsini İddiaçı buraxılmış iddia müddətinə qanuni don geyindirmək məqsədi üçün bildirir.
23. Tərəflər arasında müqaviləyə əsaslanan öhdəlik münasibətləri 2016-ci il tarixdə yaranmış, müqavilənin bitdiyi tarix isə xx.xx.2016-cı ildir. Ancaq iddiaçı hansısa səbəblərdən iddia etdiyi mübahisənin üzərindən 3 il ötdükdən məhkəməyə müraciət edir ki, bu hal da iddianın tamamilə əsassızlığına və formallığına dəlalət edir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4772/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1452/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qə t edilmişdir. (hakimlər Anar Tanrıversdiyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, İkram Şirinov)
25. Apellyasiya məhkəməsi işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh 11.000 AVRO borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti xx.xx.2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
26. Apellyasiya məhkəməsi onu da müəyyən etmişdir ki, kredit müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanmış, müqavilənin müddəti xx.xx.2016- cı il tarixədək müəyyən edilmiş, həmin müqavilə üzrə borcun tələb edilməsi barədə iddia isə İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə, yəni 3 il 2 aydan sonra qaldırılmışdır.
27. Apellyasiya məhkəməsinin mövqeyinə görə cavabdeh tərəfindən 2017-ci il tarixdə borcdan 3500 manat qaytarılması əsası ilə birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən 3 illik iddia müddətinin ötürülməməsi barədə gəldiyi nəticə düzgün olmayıb.
28. Apellyasiya məhkəməsi bununla bağlı qeyd edib ki, cavabdeh tərəfindən iddiaçıya iki dəfəyə 2017-ci ilin mart ayında 1000 manat, may ayında isə 1500 manat olmaqla, borcdan cəmi 3.500 manat və ya məzənnəyə uyğun 1.854 AVRO qaytarılması sübuta yetirilmir.
29. Apellyasiya instansiyası belə nəticəyə gəlib ki, iddia müddəti keçdiyi üçün iddia təmin edilə bilməz.
30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.2, 373.1 və 373.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izaha tları a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti iddia ərizəsinə uyğun belə əsaslandırılıb ki, cavabdeh müqavilə üzrə sonuncu ödənişi 2017-ci ilin may ayında edib. Müddətin axımı da bu vaxtdan hesablanmalı, müddətin sonu 2020-ci ilin may ayı olmalıdır. İddiaçı isə 2019-cu ilin dekabrında iddianı qaldırıb.
33. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən ödənişlər edilərkən iştirak etmiş şəxsləri dindirməıyib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
34. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
35. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər dar edilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2-ci maddəsinə əsasən. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlillə ri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamən in yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyind ən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
40. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
41. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdi r ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2016-ci il tarixdə başa çatmış, hazırki iddia ərizəsi isə xx.xx.2019-cu il tarixdə, yəni 3 il 2 aydan sonra verilmişdir. İddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməməklə qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.
42. İddiaçı cavabdeh tərəfindən 2017-ci ilin mart ayında iki dəfə 1000 manat, may ayında isə bir dəfə 1500 manat olmaqla, borcdan 3500 manat (məzənnəyə uyğun olaraq 1.854 avro) qaytarılmasını göstərsə də apellyasiya məhkəməsi bu halın sübut edilməməsini müəyyən etmişdir.
42. Apellyasiya instansiyası iddia müddətinin ötürülməsini müəyyən etdiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tət biq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.
43. Qanunvericiliyin tələbinə görə borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi müddətinin axımını kəsir. Lakin bu zaman iddia müddətinin axımının kəsilməsi halını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki iddia müddətinin keçməməsi halı iddiaçının marağında olduğu üçün həmin halı da iddiaçı sübut etməlidir.
44. İddiaçı isə bu halı işə mahiyyəti üzrə baxan məhkəmə instansiyalarında sübut edə bilməyib.
45. İddiaçının kassasiya şikayətində cavabdehin ödənişlər etməsini təsdiq edən şahidlərin apellyasiya məhkəməsində dindirilməməsi barədə dəlillərini məhkəmə kollegiyası əsassız sayır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının nümayəndəsi apellyasiya in stansiyasında bu barədə hər hansı vəsatət verməmiş, əksinə, qeyd edilən halı sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşməsini bildirmişdir.
46. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
47. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddia müddətinin keçməsinə baxmayaraq iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı təmin etməməklə apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı nəticəyə gəlmişdir.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4772/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.