Məhkəmə qərarları › İş №2(102)-5092/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5092/2022

11.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5092/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 (X11), X26 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı ilk, Səmədova (Qəribova) Mələk Akif qızının İddiaçı1, İddiaçı2 (X11), X26 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın vərəsələr arasında bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 (X11), X26 (İddiaçı5) qızı, İddia çı3 və İddiaçı4 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın vərəsələr arasında bölünməsi tələbinə dair ilk və cavabdeh Səmədova (Qəribova) Mələk Akif qızının iddiaçılar İddiaçı1, İddiaçı2 (X11), X26 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 qarşı miras əmlakın qəbul edilməsi faktının və payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-475/2022 nömrəli, 4 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X3 cavabdeh/iddiaçı Cavabdeh ilə 14 iyul 2017-ci il tarixdə Qəbələ RİHB-nın Bunud kənd İƏD-su üzrə nümayən dəliyində rəsmi nikah bağlanmış və həmin nikah 01 nömrə ilə dövlət qeydiyyatına alınmış, evləndikdən sonra qadına “Səmədova” soyadı verilmişdir. X2 əvvəlki evlilikdən İddiaçı1, X11, İddiaçı5, İddiaçı4 və İddiaçı3 adlı uşaqları olmuşdur. X13 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Ondan İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən evi və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən ibarət əmlak və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır.

2. İddiaçı3 11 avqust 1976-cı ildə İsmayıllı şəhərində doğulmuşdur. X4 və anası X15 olmuşdur.

3. Nikahın pozulması haqqında Şəhadətnamənin surətindəngörünür ki, X14 və X9 arasındakı nikah 25 aprel 2017-ci il tarixdə Rusiya Federasiyası Altay diyarı Rubtsovka şəhəri 2 saylı məh kəmə sahəsinin barışdırıcı hakiminin qətnaməsi ilə ləğv edilmiş və bu barədə həmin gün 213 saylı akt qeydi tərtib olunmuşdur.

4. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli, 111 nömrəli qərarı ilə X10 0.06 ha torpaq sahəsi verilmişdir ki, həmin torpağın mülkiyyətə verilməsinə dair JN-148F KOD 40701004 olan şəhadətnamə verilmişdir.

5. İsmayıllı rayon İHB-nın 20 iyun 2021-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsində X10 fərdi yaşayış evi tikməyə icazə verilmişdir. xx.xx.1998-ci il tarixdə doğulmuş X5 tərəflərin mübahisələndirmədiyi ərizəsindən görünür ki, o, X4ndan miras qalmış əmlakdan heç bir pay istəməmişdir və hal-hazırda da istəmir. 6. xx.xx.1998-ci il tarixdə doğulmuş X5 tərəflərin mübahisələndirmədiyi ərizəsinə əsasən o, X4ndan miras qalmış əmlakdan heç bir pay istəməmişdir və hal-hazırda da istəmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İlk iddia üzrə iddaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 (X11), X26 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X7 miras qalan, İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin, habelə “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin miras əmlak kimi onlar tərəfindən qəbul edilməsinin və mirasın vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İlk iddia üzrə iddaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər tələbi onunla əsaslandırmışlar ki, X22 analarından boşanaraq, Qəbələ rayon sakini olmuş Cavabdeh ilə 2018-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Atalarının ikinci nikahından övladı olmamışdır. Lakin ataları analarından ayrılsa da onlardan atalıq qayğısını əsirgəməmiş, vəfat etdiyi günədək imkanı daxilində onlara maddi və mənəvi dəstək olmuşdur. Atalarının sağlığında özünə məxsus “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili və idarə etmək hüququnu etibarnamə əsasında İddiaçı1 etibar etmiş və həmin avtomobil hazırkı vaxtadək daimi onun istifadəsində olmuşdur. X22 xx.xx.2020-ci il tarixdə Covid-19 virusuna yoluxması səbəbindən vəfat etmişdir. Atalarının bütün dəfn və hüzr xərclərini onlar çəkmişlər. Atalarının vəfatından bir neçə gün sonra onlar İsmayıllı no tariat ofisinə mirasın qəbul edilməsi barədə müraciət etmiş, bu barədə notariat ofisində qeydiyyat aparılmış, lakin hazırkı vaxtadək onlara heç bir cavab verilməmişdir. Buna baxmayaraq hazırda onlar sözügedən evdə yaşayaraq mirası eyni vaxta faktiki qəbul etmişlər. Eyni zamanda Türkiyə Respublikasında yaşayan bacıları da atalarının dəfninə pandemiya ilə əlaqədar gələ bilməmişlər, lakin mirasın qəbulu ilə bağlı niyyətlərini bildirməklə digər bacılarına etibarnamə vermişlər. Bildirirlər ki, atalarından İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaq, 1 böyük zal, 1 mətbəx və 1 sanuzeldən ibarət fərdi yaşayış evi, “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili və digər ev məişət əşyaları mi ras qalmışdır. Mübahisələndirilən hər iki miras əmlak cavabdehlə evlənməmişdən əvvəl atalarına məxsus olmuş, cavabdeh isə həmin əmlaklarla bağlı heç bir əsaslı əlavələr, artırmalar etməmişdir.

9. Eyni zamanda İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Səmədova (Qəribova) Mələk Akif qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X7 miras qalan, İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən evin və həmin evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən ibarət əmlakın onun tərəfindən qəbul edilməsi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən və digər miras əmlakdan payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Səməd ova (Qəribova) Mələk Akif məhkəmə iclası zamanı iddianı qəbul etmədi və qarşılıqlı iddianı müdafiə edərək göstərdi ki, 14 iyul 2017-ci il tarixdə İsmayıllı rayon sakini X13 ilə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Əri xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ərinin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, RX seriyalı, 125926 saylı çıxarışa əsasən 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi mövcuddur. Ərinin ölümündən sonra miras qalmış əmlakı qanun üzrə birinci növbəli vərəsə olaraq o qəbul etmiş, ərinin sağ vaxtı onunla birgə yaşamaqla təsərrüfatı idarə etmiş və onun qayğılarını çəkmiş, vəfat etdikdən sonra isə el adəti ilə dəfn etmişdir. Dəfn və yas mərasimlərinin bütün xərclərini özü çəkmişdir. Sonradan da mirası qəbul edərək idarə etmiş və mirasın şəksiz qəbulunu nümayiş etdirmişdir. Belə ki, o hal-hazırda da sözügedən fərdi yaşayış evində yaşayır və evin bütün kommunal xərclərini də o ödəmiş və hal-hazırda da ödəyir. Bundan əlavə əri hələ sağ olarkən əlyazma vəsiyyətnaməsi də qoyaraq, bütün əmlakını ona vəsiyyət etmişdir. Bundan başqa, mərhum əri ondan əvvəl də bir neçə dəfə ailəli olmuş və hazırkı uşaqları üçün də ev tikmişdir. Belə ki, ilk iddiaçılar hazırkı iddia etdikləri ev və həyətyanı torpaq sahəsi ilə heç bir əlaqələri olmamışdır. Onlardan ikisi Türkiyə Respublikasında yaşamaqla mirasa dair hər hansı ərizə və ya hərəkətləri olmamış, X22un yas mərasimlərində heç bir xərc çəkməmişlər. O, əri öldükdən sonra ondan qalan mirası qəbul etdiyini notariat ofisinə bildirmiş, ona bu barədə məhkəməyə müraciət olunması barədə cavab verilmişdir. Hesab edir ki, ilk iddiaçılar mirası qəbul etməmişlər.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X12 göstərdi ki, ilk İddiaçı1 arvadıdır. O, evlənərkən qaynatasına məxsus fərdi yaşayış evinə gəlin köçmüş, lakin maddi vəziyyətləri pis olduğundan sonradan işləmək üçün Bakı şəhərinə yerləşmişlər. Lakin, Bakı şəhərində yaşasalar da mütəmadi olaraq qaynatasına baş çəkmişlər, onun qayğısına qalmışlar, onun yas mərasimini də əri vermişdir. Eyni zamanda qaynatasına məxsus “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil ərinin istifadəsindədir.

12. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1005/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Hüseynov) ilkin iddia qismən təmin edilmiş, X1 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakların ilkin İddiaçı1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, X1 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlaklara İddiaçı1 miras payının ½ hissədə müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, X1 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, h əmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsi və “Volkswagen Bora-minik” markalı ** CU *** dövlət qeydiyat nişanlı avtomobildən ibarət miras əmlakın qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, X1 miras qalmış “Volkswagen Bora-minik” markalı ** CU *** dövlət qeydiyat nişanlı avtomobil miras əmlaka qarşılıqlı iddiaçı Cavabdeh payının ½ hissədə müəyyən edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, mərhum Fazil Səmədov ona məxsus fərdi yaşayış evini və torpaq sahəsini arvadı Cavabdeh ev vəsiyyətnaməsi məzmunlu ifadələr yazaraq vəsiyyət etmişdir. Məhkəmə sözügedən ev vəsiyyətnaməsini məzmunlu əlyazısını sübut növü kimi qəbul etməmişdir.

14. Məhkəmə, iddianın düzgün həll edilməs i üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab etmişdir.

15. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, ilk iddiaçılar İddiaçı1, İddiaçı2 (X11), X26 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 miras qoyan mərhum Fazil Səmədovun övladları, qarşılıqlı iddiaçı Cavabdeh isə onun arvadı olmaqla mirasın açıldığı vaxt onun vərəsələri olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, mərhum Fazil Səmədov öldükdən sonra onun birinci növbəli vərəsələri, arvadı Cavabdeh miras açıldıqdan sonra miras evdə yaşamaqla, həmçinin miras evin qorunub saxlanmasında, abadlaşmasında, birgə təsərrüfatın aparılmasında yaxından iştirak etməklə, oğlu İddiaçı1 isə atasına məxsus minik avtomobilini idarə etməklə, eyni zamanda atası ö ldükdən sonra onun dəfn mərasimini təşkil etməklə ondan qalmış mirası faktiki qəbul etmişlər. Eyni zamanda İddiaçı1 və Cavabdeh miras qoyan Fazil Səmədovun ölümündən sonra notariat ofisinə müraciət etməklə mirası qəbul etdiklərini bəyan etmişlər. Ona görə də məhkəmə hesab etmişdir ki, mərhum Fazil Səmədovun birinci növbəli vərəsələri, arvadı Cavabdeh və övladı İddiaçı1 ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər. Bununla da həm ilk İddiaçı1, həm də Cavabdeh mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər.

16. Məhkəmə digər vərəsələrə münasibətdə qeyd etmişdir ki, İddiaçı4 özünün də ifadəsində qeyd etdiyi kimi 2005-ci il tarixdə ailə quraraq başqa təsərrüfatı idarə etmiş, digər bacıları Natavan və İddiaçı5 isə 2014 və 2015-ci il tarixlərdə ailə quraraq Türkiyə Respublikasına getmişlər, həmin tarixdən isə Azərbaycan Respublikasına gələ bilməyərək, atalarının dəfn və yas mərasimlərində iştirak etməmişlər. Eyni zamanda iddia ərizəsində atalarından miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etiklərini bildirsələr də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. İş materiallarından da göründüyü kimi, vərəsələrdən sadəcə Cavabdeh və İddiaçı1 vərəsəlik haqqında şəhadətnamənin verilməsi məhkəmə qətnaməsi çıxanadək dayandırılması barədə notariat orqanı tərəfindən məhz onlara cavab məktubu ünvanlanmışdır. Digər vərəsələr isə notariat orqanına müraciət etməmişlər. Göründüyü kimi, digər vərəsələr qanunda göstərilən müvafiq müddət ərzində m irası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiklərindən həmin hüquqlarını itirmişlər.

17. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki‚ X2 vərəsələrindən ilk İddiaçı1 və qarşılıqlı iddiaçı Cavabdeh mirasa faktiki sahiblik etməklə onu faktiki qəbul edərək həyətyanı torpaq sahəsindən, fərdi yaşayış evindən və minik avtomobilindən istifadə etmiş‚ həmçinin sahibliyi həyata keçirmişdir. X1 miras qalmış mübahisəli fərdi yaşayış evinə, 0.06 hektar həyətyanı torpaq sahəsinə və minik avtomobilinə mirası faktiki qəbul etmiş onun birinci növbəli vərəsəsi kimi oğlu ilk İddiaçı1 və arvadı Cavabdeh tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir.

18. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı iddia ərizəsinin xah iş etdi hissəsində mərhum əri Fazil Səmədovdan miras qalmış fərdi yaşayış evinin, torpaq sahəsinin və minik avtomobili olan miras əmlakın onun tərəfindən qəbul edilməsini, minik avtomobilinə və “digər miras əmlaklarına” dair isə onun payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, hazırki tələb üzrə “digər miras əmlakları” ifadəsi mücərrəd anlayış olmaqla, qeyri müəyyəndir və konkret olaraq hansı əmlakların (daşınar və ya daşınmaz, bölünə bilən və ya bölünə bilməyən) olması göstərilmədiyindən tələb bu hissədə təmin edilməməlidir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin Mülki Məcəlləsinin 1133, 1134, 1186, 1187.1, 1187.2, 1243, 1245 və 1255, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə ist inadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İlk iddiaçılar İddiaçı1, İddiaçı4, X11 və İddiaçı5 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mərhum F.Səmədovdan qalan mirasın vərəsələr olan İddiaçı1, İddiaçı2 (X11), X26 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 tərəfindən qəbul edilməsinin müəyyən olunmaqla mirasın həmin vərəsələr arasında bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

21. Apellyasiya şikayətini onunla əsaslandırmışdırlar ki, məhkəmə mirasın yalnız faktiki vəziyyətdə onun arvadı Cavabdeh və qardaşları İddiaçı1 tərəfindən qəbul edildiyi fikrinə gələrək mirasın hər birinə 1/2 pay olmaqla həmin iki şəxsin arasında bölünməsinə dair son nəticəyə gəlmişdir. Lakin hakim İddiaçı1, İddiaçı2 (yəni X11), X23 (yəni İ ddiaçı5), İddiaçı3 və İddiaçı4 mirası həm rəsmi, həm də faktiki vəziyyətdə qəbul etməsini nəzərə almamış, dəfələrlə məhkəmə prosesində xahiş etməklərinə baxmayaraq İsmayıllı notariat ofisindən mirasın qəbulu üçün rəsmi müraciətləri barədə sənədləri sorğu edib almamışdır. İsmayıllı rayon məhkəməsi mirasın vərəsələr tərəfindən faktiki qəbulu ilə bağlı şərh verərkən qarşılıqlı iddiaçı Cavabdeh miras evdə yaşamaqla mirası faktiki idarə etməsini, beş övladdan, yəni ilk İddiaçı1 isə miras minik avtomobilini etibarnamə əsasında idarə etməsini əsas tutaraq mirasın faktiki olaraq həmin iki vərəsə tərəfindən qəbul edildiyi inamına gəlmişdir. Bu isə tamamilə yalnış fikirdir ona görə ki, əvvəla miras qoyanın beş övladı da miras qoyanın ölümündan az sonra notariat ofisinə mirasın qəbulu barədə rəsmi mü raciət etmişdir. Eyni zamanda mirasın faktiki qəbulu ilə bağlı da cəhdlər etsə də elə ilk gündən qarşılıqlı iddiaçı olan vərəsə Cavabdeh miras qoyanın doğma övladları olan digər vərəsələri miras evə buraxmamış, polisə, prokurorluğa və sair orqanlara əsassız şikayətlər edilməklə vərəsələrin mirasla əlaqəsini kəsmək üçün cəhdlər etmişdir. Buna baxmayaraq vərəsələr hətta polisin göstərişi ilə qapını sındırmaqla evə daxil ola bilmişlər. Vərəsə Cavabdeh miras avtomobilin digər vərəsələrdən geri alınaraq ona verilməsi barədə polisə şikayətlər etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh yalan şikayətlərinə və məhkəmədəki yalan izahatlarına baxmayaraq miras qoyanın dəfn xərclərini ilk iddiaçılar çəkmiş, atalarının vəfatından sonra mütəmadi miras evə gəlib-getmiş, mirasın qorunmasını təmin etmiş, miras a vtomobildən faktiki vəziyyətdə birgə istifadə etmişlər. Bununla da mirası şəksiz qəbul etdiklərini nümayiş etmişlər. Bu faktla əlaqədar ilk iddiaçı miras evlə ən yaxın qonşuluqlarında yaşayan əmilərini şahid kimi təqdim etsələr də məhkəmə tərəfindən həmin şəxslər şahid qismində dindirilməmişlər.

22. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-475/2022 nömrəli iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 (X11), X26 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən e dilməsi və mirasın vərəsələr arasında bölünməsi tələbinə dair ilk iddiası və cavabdeh Səmədova (Qəribova) Mələk Akif qızının iddiaçılar İddiaçı1, İddiaçı2 (X11), X26 (İddiaçı5) qızı, İddiaçı3 və İddiaçı4 qarşı miras əmlakın qəbul edilməsi faktının və payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, 18 dekabr 2020-ci ildə ölmüş X7 miras qalmış İsmayıllı şəhəri, Kamil Əhmədov küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,06 ha torpaq sahəsi və “Volkswagen Bora” minik markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakların İddiaçı1, X11, İddiaçı5, İddiaçı3, İddiaçı4 və Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, həmin miras əmlakda İddiaçı1, X11, İddiaçı5, İddiaçı3, İddiaçı4 və Cavabdeh hər birinin payı bəra bər olaraq 1/6 hissədə müəyyən edilməsi qət edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X7 miras qalmış əmlakın dairəsi ilə yanaşı, onu faktiki qəbul edənlərin dairəsinin müəyyən edilməsi üçün də ətraflı araşdırma aparılmalı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bu barədə müəyyən etdiyi hüquqi mövqe nəzərə alınmalıdır. 24. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir.

25. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar X8 övladlarıdır. İddiaçıların valideyinləri boşanmış, ataları X13 14 iyul 2017-ci ildə Cavabdeh ilə rəsmi nikaha girmişdir. Onların ataları X13 18 dekabr 2020-ci ildə vəfat etmişdir. Cavabdeh notariat ofisinə rəsmi qaydada müraciət edərək mirasın bölüşdürülməsində mübahisə olduğunu bildirmişdir. Bu səbəbdən notarius qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim edilənədək onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi icraatı zamanı müəyyən edilmişdir ki, 24 dekabr 2020-ci il tarixdə İddiaçı1 və İddiaçı3 tərəfindən, 27 yanvar 2021-ci il tarixdə İddiaçı4 tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı İsmayıllı Rayon Dövlət Notariat kontoruna müraciət edilmişdir. Həmçinin, mülki işin materiallarından görünür ki, 7 iyun 2021-ci il tarixdə İddiaçı2 (X11) və X26 (İddiaçı5) tərəfindən İddiaçı4 etibarnamə verilmişdir. 18 iyun 2021-ci il tarixdə X11 və İddiaçı5 adından İddiaçı4 tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı İsmayıllı Rayon Dövlət Notariat kontoruna müraciət edilmişdir. Buradan da görünür ki, mirasın qəbulu ilə bağlı iddiaçıların hər biri aşkar iradə ifadəsi irəli sürmüşdür.

27. X11 və İddiaçı5 tapşırığını yerinə yetirən İddiaçı4 həmin etibarnamələr əsasında İsmayıllı Rayon Dövlət Notariat kontoruna müraciət etmiş, göstərilən etibarnaməni də Notariat kontoruna təqdim etmişdir. İddiaçı4 adına mirasın qəbulu ilə bağlı hərəkətlərin edilməsinin konkret göstərildiyi etibarnamələrin göndərilməsi X11 və İddiaçı5 mirasın qəbulu ilə bağlı faktiki hərəkətlərini təsdiq edir. Beləliklə aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmə ilkin olaraq miras əmlakın qəbul edilməsi ilə bağlı hərəkətlər edilməsinə dair iş materiallarında olan sübutları araşdırmamış, obyektiv həqiqətə nail olunması üçün ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.

28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1.1, 1186, 1187.1, 1187.2, 1243.1, 1243.2. 1243.3, 1246, 1248.1, 1255, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1,76.2, 76.3, 77.1, 80, 81, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qə tnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk iddiaçılar miras əmlakı nə faktiki, nə də rəsmi qəbul etməmişlər. Bununla bağlı iddiaçılar məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Vərəsələrin bəziləri notariat kontoruna mirası qəbul etməkləri barədə ərizə versələrdə, həmin ərizələr miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş vaxt ərzində verilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Mülki Məcəlləsinin 1133, 1134, 1186, 1187.1, 1187.2, 1243, 1245 və 1255-ci maddələrinin tətbiqində səhvə yol vermiş, bununla da tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, nəticədə Cavabdeh həmin əmlakl ar üzərində vərəsəlik və mülkiyyət hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

33. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

34. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

35. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

36. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

37. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları (miras aktivi) və vəzifələri (miras passivi) toplusu daxildir.

38. Maddə 1159.1.1. Birinci növbəli vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlərdir) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

39. Maddə 1186. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.

40. Maddə 1187.1. Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur.

41. Maddə 1187.2. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir.

42. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

43. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

44. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

45. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.

46. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

47. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

48. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Pro sessual Məcəllə

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər k i, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yox lanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Belə ki, kassasiya şikayətinin dəlillərindən biri miras əmlakın ilk iddiaçılar tərəfindən qəbul edilməməsi təşkil edir. Məhkəmə kollegiyası izah edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanı n varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

62. Qanunun həmin tələblərini hazırki işə tətbiq etməklə müəyyən edilir ki, ilk iddiaçılardan İddiaçı1 müəyyən olunmuş müddət ərzində həm faktiki (nəqliyyat vasitəsini sahibliyinə almaqla və rəsmi qaydada ərizə verməklə), digər ilk iddiaçılar isə müəyyən olunmuş müddətdə rəsmi ərizə verməklə mirası qəbul etmişlər.

63. Qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da görü ndüyü kimi ilk iddiaçılar mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etmək istəklərin açıq olaraq bəyan etmişlər. Bu halda ilk iddiaçılar miras əmlakı həqiqətən qəbul etdiklərini sübut edə bilmişdir.

64. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

65. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirər ək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, nəticə mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-475/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar