Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5093/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X və digərlərinə qarşa iş üzrə QƏRARİ Açar sözlər: hərracın yekunları haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)6479/2021 saylı qətnaməsindən X verdiyi kassasiya şikayəti üzrə işə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İşin hallarına görə, Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli qətnaməsi ilə borclu İddiaçı əsas borca görə 45.000 manat, hesablanmış faizə görə 15.072 manat olmaqla, cəmi 60.072 manat kredit borcunun tutulub tələbkar “X5” ASC ödənilməsi; tutmanın borclu İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, istifadədə olan 0,1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməsi, satışdan əldə edilən pul vəsaiti hesabına borclu İddiaçı tələbkar “X5” ASC-nə olan borcun ödənilməsi, sözügedən mənzil satıldıqdan sonra borclu İddiaçı və onun ailə üzvləri X, X və X ən geci 1 ay ərzində mənzili boşaltmala rı qət edilib. "xxxx" MMC tərəfindən tələbkar LPO “X5” ASC-nə, borclu İddiaçı və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış “hərracın keçirilməsinə dair” 13 dekabr 2019-cu il tarixli bildirişə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, istifadədə olan 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilib və mənzil satılmaq üçün açıq hərraca çıxarılıb və hərracın keçirilməsi 13 yanvar 2020-ci il tarixə təyin edilib; "xxxx" MMC tərəfindən tələbkar LPO “X5” ASC-nə, borclu İddiaçı və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış “hərracın keçirilməsinə dair” 27 dekabr 2019-cu il tarixli bildirişə əsasən, Bakı şəhəri, Nəsimi Rayonu, H.Ələsgərov küçəsi 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000 manat müəyyən edilib, mənzil satılmaq üçün açıq hərraca çıxarılıb və hərracın keçirilməsi 13 yanvar 2020-ci il tarixə təyin edilib; "xxxx" MMC tərəfindən tələbkar LPO “X5” ASC-nə, borclu İddiaçı və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış “hərracın keçirilməsinə dair” 17 yanvar 2020-ci il tarixli bildirişə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, istifadədə olan 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000 manat, 15 faiz aşağı qiymətlə 76.500 manat müəyyən edilib, mənzil satılmaq üçün təkrar hərraca çıxarılıb və hərracın keçirilməsi 27 yanvar 2020-ci il tarixə təyin edilib; "xxxx" MMC tərəfindən tələbkar LPO “X5” ASC-nə, borclu İddiaçı və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış “ipoteka predmetinin əldə olunmasına dair” 07 fevral 2020-ci il tarixli təklifə əsasən, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 04 dekabr 2019-cu il tarixli sifariş məktubu üzrə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, istifadədə olan 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə dair təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 07 fevral 2020-ci il tarixli nömrəsində elan dərc edilib. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti təkrar hərracda ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 57.375 manat olmaqla ipoteka saxlayan LPO “X5” ASC-nə təklif olunub; “FM Ekspress” məktub və bağlama daşıması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin talon unun 13 dekabr 2019-cu il tarixli surətindən görünür ki, "xxxx" MMC tərəfindən borclu İddiaçı bildiriş göndərilib, həmin qəbzin “alanın ünvanı” qrafasında ünvan 2li göstərilib və bildiriş “X” soyadlı şəxs tərəfindən qəbul edilib; “FM Ekspress” məktub və bağlama daşıması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin talonun 27 dekabr 2019-cu il tarixli surətindən görünür ki, "xxxx" MMC tərəfindən borclu İddiaçı bildiriş göndərilib, həmin qəbzin “alanın ünvanı” qrafasında ünvan 7ib və bildiriş “X2” adlı şəxs tərəfindən 09 yanvar 2020-ci il tarixdə qəbul edilib; "xxxx" MMC-nin “Hərracın yekunları barədə” 02 mart 2020-ci il tarixli protokolundan görünür ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2013-cü il tarixli icra vərəqəsinin və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 04 dekabr 2019-cu il tarixli sifariş məktubunun icrası ilə əlaqədar borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə dair hərrac keçirilib və ipoteka predmeti Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzili təkrar hərracdan sonra 57.375 manata LPO “X5” ASC-nə satılıb; İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə cavabdeh X (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə dair tələbkar LPO “X5” ASC ilə hərrac təşkilatçısı "x xxx" MMC arasında bağlanmış “hərracın yekunları haqqında” 02 mart 2020-ci il tarixli protokolun və eyni tarixli “hərracın yekunları haqqında” alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2013-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, istifadədə olan 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinin ilkin satış qiyməti 90.000 manat olmaqla "xxxx" MMC tərəfindən açıq hərracdan satışa çıxarılıb. Onun Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərraca sifariş verilməsindən xəbəri olmayıb. Həmçinin, Hə rrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclar barədə ona məlumat verilməyib. Mənzilin açıq hərracdan əldə edilməsi barədə ona Bankın nümayəndəsi məlumat verib. Bundan sonra, onun müraciətinə əsasən Hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair sənədlərin surətləri ona təqdim edilib. Hərrac təşkilatçısının 13 dekabr 2019-cu il tarixli bildirişi ilə müəyyən edilmişdir ki, mənzil açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 90.000 manat olmaqla 13 yanvar 2019-cu il tarixdə, saat 11.00-da ilkin hərrac keçirilib. Hərrac təşkilatçısının 17 yanvar 2020-ci il tarixli bildirişi ilə müəyyən edilmişdir ki, mənzilin təkrar hərracdan satılması üçün satış qiyməti 55.250 manat olmaqla 27 yanvar 2019-cu il tarixdə, saat 11.00-da təkrar hərrac keçirilib. İddia ərizəsinə əlavə e dilmiş “FM Ekspress” məktub və poçt daşıma xidmətinin qaimələrindən məlum olur ki, hərracın yeri və vaxtı barədə bildirişlər ipoteka qoyan kimi onun Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 20 saylı evin, 24 saylı mənzilinə deyil, tamamilə fərqli ünvanlara, yəni ünvan 3 saylı mənzillərinə göndərilib və bildirişlər həmin mənzillərdə tanımadığı X və X soyadlı şəxslər tərəfindən qəbul edilib. Halbuki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2013-cü il tarixli icra vərəqəsində onun ünvanı ünvan 5ib. Göründüyü kimi, hərrac Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilib. Bu səbəbdən də hərrac onun tələbinə əsasən etibarsız saylmalıdır. Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia qismən təmin edilərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, istifadədə olan 0.1596 ha torpaq sahəsində yerləşən 20 saylı evin 24 saylı mənzilin açıq hərracdan LPO “X5” ASC-nə satılması haqqında "xxxx" MMC tərəfindən 02 mart 2020-ci il tarixdə keçirilmiş “hərracın yekunları haqqında” 12/01 saylı protokolun etibarsız hesab edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, ipoteka qoyan iddiaçıya hərracın keçirilməsi barədə bildirişlər göndərilməyib, göndərilən bildirişlər isə iddiaçının yaşadığı ünvana deyil, tamam başqa bir ünvana göndərilib və bildirişlər fərqli şəxslər tərəfindən qəbul edilib. Belə ki, ilkin hərracla bağlı bildirişdə iddiaçının ünvanı ünvan 6b və bildirişi “X” soyadlı şəxs qə bul edib. Təkrar hərracla bağlı bildirişdə isə iddiaçının ünvanı “ünvan 7ib və bildirişi “X2” soyadlı şəxs qəbul edib. Hərrac Mərkəzinin hərracın keçirilməsi barədə bildirişlərin ipoteka qoyan tərəfindən alınmadan hərracın həyata keçirilməsi barədə hərəkətləri qanuni hesab edilə bilməz. Qanunvericilik hərracın keçirilməsinə dair verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməsini Hərrac Mərkəzinin üzərinə qoyub. Lakin, iddiaçının şəxsən həmin bildirişləri almamasını təsdiq edən sübutlar olduğu halda Hərrac Mərkəzi hərracın keçirilməsini təşkil edib və hərrac Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilib. Hərracda bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində isə iddia əsassızdır. Belə ki, iddiaçı, LPO “X3” ASC ilə hərrac təşkilatçısı "xxxx" MMC arasında 02 mart 2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığını iddia etsə də, bu halı təsdiq edən sübutları (alqı-satqı müqaviləsinin əslini və ya təsdiq edilmiş surətini) məhkəməyə təqdim etməyib. Bu səbəbdən də mövcud olmayan müqavilənin etibarsız hesab edilməsindən söhbət gedə bilməz. Odur ki, hərracda bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 415, 416-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci insitansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ed ib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, sözügedən qətnamə üzrə icra sənədi icraya yönəldikdən sonra Nəsimi Rayon İcra Şöbəsinin sifarişi əsasında sözügedən mənzil "xxxx" MMC tərəfindən 13 yanvar 2020-ci il tarixdə ilkin satış qiyməti 90.000 manat olmaqla açıq hərraca çıxarılıb və satılmadığından ilkin satış qiyməti 90.000-15%=76.500 manat müəyyən edilməklə təkrar hərraca çıxarılıb və hərracın keçirilməsi 27 yanvar 2020ci il tarixə təyin edilib. Mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 07 fevral 2020-ci il tarixli nömrəsində elan dərc edilib. Bundan sonra, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 57.375 manat olmaqla ipoteka saxlayan a təklif edilib. “Hərracın yekunları haqqında” 02 mart 2020-ci il tarixli protokola əsasən sözügedən mənzil 57.375 manata X4 “X5” ASC-nə satılıb. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin satılması ilə bağlı keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün hərracın nəticələri etibarsız hesab edilməlidir. Lakin, bununla razılaşmaq olmaz. Çünki, ipoteka qoyan İddiaçı sözügedən qətnamədən, ilkin və təkrar hərracların keçirilməsindən məlumatlı olub. Belə ki, o əvvəl icra sənədi üzrə mənzilin ilkin satış qiymətini mübahisələndirib və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2015-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Bundan başqa, sözügedən icra sənədi üzrə icra mərhələsinin gedişində tələbkarla borclu arasında raz ılıq əldə olunduğu üçün məhkəməyə geri qaytarılıb, lakin, sonradan borclu öhdəliklərini yerinə yetirmədiyi üçün tələbkarın ərizəsinə əsasən icra sənədi yenidən icraya yönəldilib. Həmçinin, birinci instansiya məhkəməsi qətnamədə ilkin və təkrar hərracların keçirilməsinə dair bildirişlərin ipoteka qoyan İddiaçı yaşadığı ünvana deyil, səhv ünvanlara göndərildiyini qeyd etsə də, həmin bildirişləri alan şəxsin sonradan bildirişləri məktubun içərisində göstərilən düzgün ünvana çatdırılıb-çatdırılmaması ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb. Halbuki, bildirişlərin səhv göndərildiyi ünvanlar məhz qonşu binalarda yerləşir. Həmçinin, birinci instansiya məhkəməsi cavabdehin iddiaya qarşı etirazının dəlillərinə ümumiyyətlə münasibət bildirməyib. Daha sonra, birinci instan siya məhkəməsi İcra Şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədən, yalnız iddiaçının formal mülahizələrinə əsaslanaraq iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Əgər İcra Şöbəsinin nümayəndəsi məhkəməyə dəvət olunardısa, icra məmuru tərəfindən ipoteka qoyana göndərilmiş bildirişlər, habelə onun ilkin və təkrar hərraclar barədə məlumatlı olması müəyyən edilmiş olardı. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşıb qeyd etmişdir k i, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mülki iş materialları və maddi hüquq normaları ilə təkzib olunur. Belə ki, iddiaçının icra hərəkətlərindən məlumatlı olması, onun hərracın keçirilməsindən də məlumatlı olması anlamına gəlmir. Mülki iş materiallarından görünür ki, ipoteka qoyana hərracın keçirilməsi barədə bildirişlər ümumiyyətlə göndərilməyib və göndərilən bildirişlər isə onun ünvanına deyil, tam başqa bir ünvana göndərilib və bildirişlər fərqli şəxslər tərəfindən qəbul edilib. Bütün bunlar isə ilkin və təkrar hərracların Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirildiyi qənaətinə gəlməyə əsas verir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 415, 416-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri il ə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, işə baxan məhkəmələr “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələblərinə istinad edərək, “Hərracın yekunları haqqında” protokolu və ipoteka predmeti olan mənzilə dair alqı-satqı müqaviləsini etibarsız hesab edib. Əvvəla, iddiaçı, Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərraca sifariş verilməsindən xəbəri olmadığını və hərrac təşkilatçısı tərəfindən keçirilmiş ilkin və təkrar hərraclar barədə ona məlumat verilmədiyini bildirsə də, işə əlavə edilmiş “FM Ekspress” məktub və bağlama daşınması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin (talonun) 27 dekabr 2019-cu il tarixli surətinə əsasən "xxxx" MMC tərəfindən iddiaçıya bildiriş göndərilib. Həmin qəbzin “alanın ünvanı” qrafasında ünvan 7ib və bildiriş “X2” adlı şəxs tərəfindən 09 oktyabr 2020-ci il tarixdə şəxsən qəbul edilib. X isə soyadından göründüyü kimi iddiaçının ailə üzvüdür. Həmçinin, X tələkar “X5” ASC-nin iddiaçı olduğu mülki işi üzrə cavabdehlərdən biridir. Belə ki, Nəsimi rayon məhkəməsinin 29 noyabr 2013-cü il tarixli qətnaməsi ilə borclu İddiaçı ümumilikdə 60.132 manat kredit borcunun tutulub tələbkar “X5” ASC-nə ödənilməsi, tutmanın ipotekay a qoyulmuş İddiaçı məxsus olan sözügedən mənzilə yönəldilməsi və İddiaçı, habelə onun ailə üzvləri olan X, X və X həmin mənzil satıldıqdan sonra 1 ay ərzində onu tərk etmələri qət edilib. Göründüyü kimi, işə baxan məhkəmələr bu xüsusatı nəzərə almayıblar və X bildirişi qəbul etməsini cavabdehlərdən biri tərəfindən qəbul edilməsi kimi deyil, cavabdehlərə hər hansı məlumatın verilməməsi kimi qəbul ediblər. Həmçinin, ilkin və təkrar hərraca diar bildirişlər əgər səhv ünvanlara göndərilmişdirsə də, həmin bildirişləri alan şəxsin iş üzrə iddiaçının ailə üzvü olduğu müəyyən edilir. Belə ki, bildirişlərin səhv göndərildiyi kimi qeyd edilən ünvanlar məhz qonşu binalarda yerləşən iddiaçıya məxsus digər mənzildə yaşayan ailə üzvünə təhvil verildiyi təsdiq olunur. “İpoteka haqqında” Qanunun 42.1-ci bəndinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Qanunun mənasındandan göründüyü kimi hərracın keçirilməsinə dair ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi nəzərdə tutulub, lakin həmin bildirişlərin məhz həmin ünvanda cavabdehə təhvil verilməsi nəzərdə tutulmayıb. Qanuna görə xəbərnaməsiz və ya sadə göndərilməsindən asılı olmayaraq göndərilmiş poçt göndərişləri çatdırılmadığı təq dirdə, məktub göndərənə geri qaytarılır. Mülki iş materiallarından görünür ki, iddiaçıya göndərilmiş poçt göndərişi geri qayıtmayıb. Bu hal poçt göndərişinin çatdırılmasını özündə ifadə edir və işin mübahisə olunmayan halıdır. Digər tərəfdən, sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə sənədləri qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tu tduğu vəzifəni göstərməli və imkan olan kimi sənədləri ünvan sahibinə verməlidir. Bu hallarda sənəd rəsmi qaydada verilmiş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməyib və işi obyektiv araşdırmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsində göstərilir ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun öd ənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 42.3-cü maddəsinə görə, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir; 42.6-cı maddəsinə görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Proto kolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, apellyasiya instansiyası məhkəməsi, ilkin və təkrar hərraclar barədə iddiaçıya (ipoteka qoyana) sifarişli poçt göndərişi (məktubu) ilə bildirişlər göndərilmədiyi, göndərilən bildirişlərin isə iddiaçının yaşadığı ünvana deyil, tamam başqa bir ünvana göndərildiyi, həmçinin həmin bildirişlərin fərqli şəxslər tərəfindən qəbul edildiyi və nəticədə ilkin və təkrar hərracların Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirildiyi qənatinə gəlsə də, gəldiyi nəticəni tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu barədə işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət verməyib. Əvvəla, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi, qeyd olunan normanın məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasi tə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edəcək qadağa qoyulmur. “İpoteka haqqında” Qanun 42.1-ci maddəsində isə elanın və bildirişin anlayışları fərqləndirilib, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulub. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya və yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edəcək qadağa qoyulmadığı üçün, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qaninu və əsaslı sayıla bilməz. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi qətnamədə ipoteka qoyan kimi iddiaçının Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərraca sifariş verilməsindən xəbərdar olmadığını, hərrac təşkilatçısı tərəfindən keçirilmiş ilkin və təkrar hərraclar barədə ona məlumat verilmədiyini bildirsə də, bu barədə işə əlavə edilmiş “FM Ekspress” məktub və bağlama daşınması xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin (talonun) 27 dekabr 2019-cu il tarixli surətinə diqqət yetirməyib. Belə ki, həmin qəbzin (talonun) surətindən görünür ki, "xxxx" MMC tərəfindən iddiaçıya bildiriş göndərilib və həmin qəbzin “alanın ünvanı” qrafasında ünvan 7ib və bildiriş “X2” adlı şəxs tərəfindən 09 oktyabr 2020-ci il tarixdə şəxsən qəbul edilib. Apellyasiy a instansiyası məhkəməsi, yuxarıda sadalanan maddələrin tələblərini pozaraq, sözügedən hal üzrə heç bir araşdırma aparmadan, iddiaçı ilə eyni soyadı daşıyan X1 iddiaçının ailə üzvləri sırasına aid olub-olmadığını dəqiqləşdirmədən, yalnız iddiaçının irəli sürdüyü formal mülahizələrə əsaslanaraq, qeyd olunan bildirişin rəsmi qaydada iddiaçıya verilmiş hesab edilməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, işin mübahisə olunmayan hallarına görə, qonşu binada yaşasa da X bilavasitə iddiaçının ailə üzvüdür. Belə ki, bildirişi şəxsən qəbul edən X “X5” ASC-nin iddiaçı olduğu 2(006)-4052/2013 saylı mülki işi üzrə İddiaçılə yanaşı cavabdehlərdən biri olub və Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 noyabr 2013-cü il tarixli qətnaməsi ilə borclu İddiaçı ümumilikdə 60.132 manat kred it borcunun tutulub tələbkar “X5” ASC-nə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş İddiaçı məxsus olan sözügedən mənzilə yönəldilməsi və onun, habelə onun ailə üzvləri olan X, X və X həmin mənzil satıldıqdan sonra 1 ay ərzində mənzili tərk etmələri qət edilib. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu xüsusatları nəzərə almayıb və X bildirişi qəbul etməsini cavabdehlərdən biri tərəfindən qəbul edilməsi kimi deyil, cavabdehlərə hər hansı məlumatın verilməməsi kimi qiymətləndirib. Həmçinin, sözügedən bildirişlər həqiqətən səhv ünvanlara göndərilmiş olsa da belə, həmin bildirişləri alan X hazırki iş üzrə iddiaçının ailə üzvü sayıldığından, qanuna görə bildiriş rəsmi qaydada verilmiş hesab edilə bilərdi. Nəzərə alınmalıdır ki, qanuna görə bildirişin çatdırılması vəzifə si üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin bildirişi ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə verməsi halında bildiriş rəsmi qaydada verilmiş hesab edilir. Daha sonra, işdən görünür ki, sözügedən qətnamə üzrə icra sənədi icraya yönəldikdən sonra Nəsimi Rayon İcra Şöbəsinin sifarişi əsasında ipoteka predmeti olan mənzil "xxxx" MMC tərəfindən 13 yanvar 2020-ci il tarixdə ilkin satış qiyməti 90.000 manat olmaqla açıq hərraca çıxarılıb, satılmadığından ilkin satış qiyməti 90.000-15%=76.500 manat müəyyən edilməklə təkrar hərraca çıxarılıb və hərracın keçirilməsi 27 yanvar 2020ci il tarixə təyin edilib. Mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 07 fevral 2020-ci il tari xli nömrəsində elan dərc edilib. Bundan sonra, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 57.375 manat olmaqla ipoteka saxlayana təklif edilib. “Hərracın yekunları haqqında” 02 mart 2020-ci il tarixli protokola əsasən sözügedən mənzil 57.375 manata X4 “X5” ASC-nə satılıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, ipoteka qoyan İddiaçı ilkin və təkrar hərracların keçirilməsindən məlumatsız olması mülki iş materialları ilə açıq-aşkar təsdiq olunmur. Belə ki, işin mübahisə olunmayan hallarına görə iddiaçı əvvəl icra sənədi üzrə mənzilin ilkin satış qiymətini mübahisələndirib və Bakı şəhəri, Binəqədi Rayon M əhkəməsinin 19 yanvar 2015-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilib. Bundan başqa, sözügedən icra sənədi üzrə icra mərhələsinin gedişində tələbkarla borclu arasında razılıq əldə olunduğu üçün icra sənədi məhkəməyə geri qaytarılıb, lakin, sonradan borclu öhdəliklərini yerinə yetirmədiyi üçün tələbkarın ərizəsinə əsasən icra sənədi yenidən icraya yönəldilib. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qətnamədə ilkin və təkrar hərracların keçirilməsinə dair bildirişlərin ipoteka qoyan İddiaçı yaşadığı ünvana deyil, səhv ünvanlara göndərildiyini qeyd etsə də, həmin bildirişləri alan şəxsin sonradan bildirişləri məktubun içərisində göstərilən düzgün ünvana çatdırılıb-çatdırılmaması ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb. Göründüyü kimi, apellyasiya instansiya sı məhkəməsi cavabdehin iddiaya qarşı etirazının dəlillərinə ümumiyyətlə münasibət bildirməyib və hansı dəlillərə əsasən onun apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməyib və bununla da Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin tələblərini pozub. Eyni zamanda Mülki Məcəllənin 139-1.1.2-ci və 415.5, 416.2-ci maddələrinin mənasına görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol və müqavilə imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüququn əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə cavabdehin ipoteka predmeti üzərində hər hansı hüququnun əmələ gəli b-gəlmədiyini araşdırmadan, ipoteka predmeti üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb-alınmadığını yoxlamadan, yalnız hərracın yekunları haqqında protokolu etibarsız saymış birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, ziddiyyətli və gələcəkdə icrası mümkün olmayan qətnamə qəbul edib. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasi ya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)-6479/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5093/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5093/2022
15.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver