Məhkəmə qərarları › İş №2(102)-5094/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5094/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5094/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsindən iddiaçı “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinə xitam verilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” QSC ilə bağlanmış 19.06.2014-cü il tarixli “daxili lizinq müqaviləsi”nə xitam verilməsi, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27587,9 manat əsas, 12182,75 manat faiz, 835,38 manat dəbbə pulu olmaqla, cəmi 40606,03 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx“QSC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) X5 saylı, 11 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Elşən Kazımov) 28.02.2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X5 saylı, 11 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək Cavabdeh 3200 (üç min iki yüz) manat alınaraq iddiaçı “xxxx” QSC-nə verilməsi və iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı “xxxx” QSC və vəkili Vəkil kassasiya şikayəti ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, «xxxx» QSC ilə Cavabdeh arasında b ağlanmış 19.06.2014-cü il tarixli S-009/14 №-li daxili lizinq müqaviləsinə əsasən ona illik 24 faizlə 36 ay müddətinə 40000 manat dəyərində “DAF TE 105 XF” markalı yəhərli dartıcı (Ban:XLRTE47MS0791488, 2007-ci il buraxılışlı, **-JG-*** dövlət qeydiyyat nişanlı) və “LAMBERET” markalı yarımqoşqu (Ban:VKlST39MHPA300827, 2003-cü il buraxılışlı, **-ZX-*** dövlət qeydiyyat nişanlı) lizinqə verilmişdir. Lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvə lində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 16.6-cı bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə 1 %-lə cərimə ödəyir. Cavabdeh 19.06.2014-cü il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18.04.2017-ci il tarixə banka 27587.90 manat əsas,12182.75 manat faiz,835.38 manat cərimə borcu olmaqla, cəmi 40606.03 manat borcu yaranmışdır. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Xəyal Feyzullayev kassasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qətnamədən yalnız iddiaçı kassasiya şikayəti verdiyindən qətnamə iddianın təmin edilməmiş hissəsində kassasiya şikayətinin dəlilləri əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, hazırkı mülki iş üzrə tərəflər arasında 16 iyun 2014-cü il tarixli S-009/14 saylı daxili maliyyə lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “D AF TE 105 XF” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və LAMberet markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun cavabdehə istifadəyə verilmiş, bir müddət (beş aydan) sonra “DAF TE 105 XF” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı mühərrikinin tam təmirə və ya dəyişdirilməsinə ehtiyacı olmuş və bu səbəbdən də lizinq obyektlərindən istifadə mümkünsüz olmuş, tərəflər arasında maşının mühərrikinin təmiri (və ya dəyişdirilməsi) ilə bağlı danışıqlar aparılmış, lizinq obyektləri istifadə olunduğu müddətdə cavabdeh tərəfindən iddiaçıya lizinq obyektlərindən istifadəyə görə 7.900 manat lizinq ödənişi edilmiş, 06.08.2015ci il tarixdə qarşılıqlı razılaşmaya əsasən lizinq obyektləri cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış, bununla da tərəflər ar asındakı lizinq müqaviləsinə xitam verilmişdir. İşin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə 06.08.2015-ci tarixdə lizinq obyektləri cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış – təhvil verilmişdir ki, bununla da həmin tarixdən tərəflər arasındakı lizinq müqaviləsinə xitam verilmişdir. İddiaçının ərizəsindən isə məlum olur ki, o, hazırkı tələbində xitam verilmiş, başqa sözlə, mövcud olmayan müqaviləyə istinad etmişdir. Demək ki, iddiaçının, müqaviləyə xitam verildikdən sonrakı vaxta görə cavabdehdən həmin müqaviləyə istinadən əsas, faiz və cərimə pulunun tələb etməsinin qanuni əsası yoxdur, iddia tələbi həmin hissdə əsassızdır və təmin oluna bilməz. Həmçinin də mübahisəsiz müəyyən olunmuşdur ki, lizinq obyektləri iddiaçıya geri qaytarılanadək (yəni müqaviləyə xitam verilənədək) bir müddət lizinqə verilmiş yəhərli dartıcı maşının mühərrikinin əsaslı təmirə və ya dəyişdirilməsinə ehtiyacı olması səbəbindən həmin maşın istifadəyə yararsız olmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək cavabdehdən 3200 manat tutulmalı, iddia tələbləri qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-1 0.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nə ticələr ilə razılaşaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəf məhkəmə iclaslarında lizinq obyektindən 5-6 ay istifadə etdiyindən məhz həmin müddət üçün lizinq ödənişləri etməyə borcludur və hazırkı iddia tələbi məhz həmin müddətə dair hissədə keçərli ola bilər. Bu səbəbdən də iddia tələbi yalnız lizinq müqaviləsinin xitamına qədər olan müddət daxilində və həm də cavabdeh tərəfin qalıq borca dair etiraf etdiyi - bildirdiyi həcmdə-3200 manat məbləğində təmin olunmalı, iddia tələbləri qalan hissədə isə təmin olunmamalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nə zərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: İddiaçı “xxxx” QSC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar