Məhkəmə qərarları › İş №2(102)-5098/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5098/2020

19.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5098/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras payların naturada bölünməsi) 19.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1757/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.2018-ci il tarixli “X14 X6”nin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X7 vərəsələri X10, Cavabdeh1 oğlu və Cavabdeh2dır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 2vanında yerləşən 12 kvadrat metr fərdi yaşayış evi hüquq sahibləri olan Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2018 qeydiyyat tarixi ilə, Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2018 qeydiyyat tarixi ilə, L.B.Şirinovanın adına ********** qeydiyyat nömrəsi, xx.xx.2019 qeydiyyat tarixi ilə qeydiyyata alınmışd ır və hüquq sahiblərinin hər birinin həmin əmlaka payları 1/3 hissədə müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx xxxxxx 2017-ci il tarixdə ölmüş anası X5 ünvan 2vanında miras qalmış torpaq və həmin torpaq sahəsinin üzərindəki ev və tikililərin anasının hüquqi varisləri olan o və cavabdehlər arasında naturada bölünərək paylardan ona çatan hissəsinin ayrılaraq ona verilməsi və ödədiyi dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X1 rayonu, Mehdiabad qəsəbəsi, M.Abdullayev küçəsi, ev 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşamış, xx xxxx 2015-ci il t arixdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində ölmüşdür. Ataları rəhmətə getdikdən sonra ünvan 2vanında yerləşən bütün əmlaklarına ailə başçısı kimi anası x17 rəhbərlik etmiş və bütün əmlak anasının adına olmuşdur. Anası x17 xx xxxxxx 2017-ci il tarixdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində ölmüşdür. ünvan 2vanında o, onun himayəsində olan qızı X3, qardaşı Cavabdeh1 və bacısı Cavabdeh2 ilə birlikdə yaşayırlar. xx xxxxxx 2017-ci il tarixdə ölmüş anaları x17nın adına olan miras-torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ev ünvan 2vanındayerləşir. Analarından ünvan 2vanında yerləşən, onlara miras qalmış əmlak-torpaq və həmin torpaq sahəsinin üzərindəki ev və tikililər onlara çatası paylarının adlarına sənədləşdirilməsi məqsədi ilə xx xxx 2018-ci il tarixdə Sumqayıt “Asan xidm ət” mərkəzinə müraciət etmişlər. Sumqayıt “Asan xidmət” mərkəzində notarius tərəfindən təsdiqlənmiş X14 X6 əsasında xx xxxxxx 2017-ci il tarixdə ölmüş x17nın varisləri o, qardaşı Cavabdeh1 və bacısı X12ir. Hazırda anaları x17dan miras qalmış evdə o, onun himayəsində olan qızı X33, qardaşı X34 və bacısı Cavabdeh2 yaşayırlar. Yaşadıqları evdə onun sərbəst və rahat yaşamağına qardaşı Cavabdeh1 mane olur, qardaşı Sənan onu elə vəziyyətə çatdırmaq istəyir ki, o, ona çatası miras payından imtina edib evdən çıxıb getsin və bütün ona çatası miras payı qardaşına qalsın. O, bu vəziyyəti ilə bağlı aidiyyatı qurumlara və idarələrə müraciət etmişdir, onun müraciətlərinin icra olunmasına köməklik edən olmamışdır. Müraciət etdiyi orqanların ona ünvanladıqları cavablarında onun xahişi müsbət icra olunmamı ş və tövsiyyələrində məsləhət bildirmişlər ki, düşmüş olduğu vəziyyəti ilə bağlı məhkəməyə müraciət etsin. Cavabdehlər əllərində özlərinə çatası miras payları barədə X14 X2 və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı olmalarına baxmayaraq qanun pozuntusuna yol verirlər, ona çatası miras payını verməkdən boyun qaçırırlar. Həyətlərində istifadələrində olan torpaq sahəsində dolanmaq üçün tərəvəz və dənli bitkilər əkmək istəyir ki, özünü qismən də olsa dolandırsın, lakin Cavabdeh1 ona imkan vermir ki, həyətdən istifadə etsin. Yaşadıqları evdə hər gün mübahisə olduğundan qızı dərslərinə hazırlaşa bilmir, evlərində yaşamaq üçün normal şərait yoxdur. Sənan istəyir ki, o və qızı evdən çıxıb getsinlər. Digər Cavabdeh2 də qardaşı Sənanın tərəfini saxlayır, onun düşdüyü vəziyyətinə biganəlik göstərir. O, evdə özünü tək, tənha hesab edir, düşünür ki, cavabdehlərdən ayrılıb sərbəst yaşasa onun və qızının rahat yaşayışları olar. Bundan əlavə cavabdeh-qardaşı Cavabdeh1 tərəfindən ona vermək istədiyi evin isə sənədləri, giriş-çıxışı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25499 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, ünvan 2vanında yerləşən fərdi yaşayış evinin yalnız bir yaşayış otağından ibarət olduğunu, mənzilə aid olan mətbəx, hamam, ayaqyolu təyinatlı tikililərin olmadığını və tədqiqat obyektlərinin digər texniki göstəricilərini nəzərə alaraq, tədqiq olunan evin iş üzrə tərəflərin payına müvafiq olaraq, naturada təcrid mənzil şəklində bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyində qeyd olunan hallar məhkəmə iclasında digər mötəbər sübutlarla təkzib edilmədiyindən iddia tələbi rədd edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) xx xxxx 2020-cu il tarixli qətnaməsi iləiddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı(Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şik ayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə: 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin m ülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna o laraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apel yasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə tərəflərin paylı mülkiyyətində olan ünvan 2vanında miras qalmış torpaq və həmin torpaq sahəsinin üzərindəki evin naturada bölünmə sinin mümkünsüzlüyü aparılmış ekspert rəyi ilə müəyyən edilmişdir. İddiaçı kassasiya şikayətində təkrar məhkəmə ekspertizasının keçirilməsini qeyd etmişdir. Lakin iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün MPM-də nəzərdə tutulmuş əsaslar yaranmamışdır. Belə ki, MPM-in 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə ar aşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1757/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar