Məhkəmə qərarları › İş №2(102)-51/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-51/2024

15.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-51/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh2 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mirasın qəbulu, mirasın qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy i yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh2 və Cavabdeh4 qarşı vərəsəlik payının müəyyən edilməsi və sair tələblərinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-917/2023 nömrəli mülki iş üzrə 21 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən X4, onun qızı X5, sonuncunun qızları Cavabdeh2 və Cavabdeh4 Quba rayonu, Mirzəqışlaq kəndində 0.22 ha və 1.35 ha torpaq sahələri verilmiş, torpağın mülkiyyətə verilməsinə dair müvafiq olaraq JN-082F, KOD30319038 saylı və JN-0056, KOD30319038 saylı şəhadətnamələr tərtib edilmişdir.

2. X2 oğlu, xx.xx.1953-cü il təvəllüdlü, İ qrup gözdən əlil İddiaçı (bundan sonra – iddiaçı) Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən torpaq sahəsində 1995-ci ildə fərdi yaşayış evi inşa etməyə başlamış, evi tikərək ailə üzvləri ilə birlikdə orada yaşamışdır.

3. X8 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, onun iki vərəsəsi oğlu olan iddiaçı və qızı X9 qalmışdır.

4. X9 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun iki vərəsəsi, qızları Cavabdeh2 və Cavabdeh4 qalmışdır. 5. 21.12.2021-ci il tarixli 2V-1671, 2V-1672, 2V-1673 və 2V-1674 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, X2 vərəsələri (qızı X3 qızları) X12 və Cavabdeh2 yuxarıda göstərilən torpaq sahələrinin X4 çatan h issəsindən hər biri ½ pay almışlar və xx.xx.2021-ci il tarixdə torpaq sahələri paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydiyyata alınmışdır. 6. xx.xx.2022-ci il tarixli, 4ə-24 və 4ə-22 saylı daşınmaz əmlakın bağışlanması müqavilələri ilə Cavabdeh2 torpaq sahələrinin paylı mülkiyyəti üzrə ona məxsus hissələrini Cavabdeh4 bağışlamışdır.

7. Quba rayonu, Mirzəqışlaq kəndində yerləşən 1.35 ha torpaq sahəsi və 0.22 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh4 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları b) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstə rən Notariat kontoru tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 2V-1671, ZY-1672, 2V-1673, 2V-1674 nömrəli Şəhadətnamələrin, Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 2V1668, 2V-1670 nömrəli Şəhadətnamələrin, məcburi paya vərəsəlik hüququ haqqında 2V1667, 2V-1669 nömrəli şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh4 və Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışların və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-22 nömrəli və 4Ə-24 nömrəli Daşınmaz əmlakın bağışlanılması müqavilələrinin etibarsız hesab edilməsi, JN 0821 KOD 30319038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydə alınmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsindən və JN-0056 KOD 30319038 saylı Dövlət Aktı əsasında xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydə alınmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 1,35 ha torpaq sahəsindən ibarət m iras qoyan xx.xx.2015ci il tarixdə ölmüş anası X7 düşən hissədə mirası qəbul etmə faktının və həmin miras əmlaklara payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla, tələblərini belə əsaslandırmışdır ki, 1967-ci ildə yaşadıqları ev yanmış, qonşuların köməyi ilə həmin evi valideynləri təmir etmişlər. 1969-cu ildə atası vəfat etmişdir. Doğulduğu vaxtdan miras torpaq sahəsində atasının tikdiyi yanmış, sonra isə qismən təmir olunmuş evdə bacısı və anası ilə birlikdə yaşamışlar. Bacısı 1973-cü ildə ailə quraraq Quba şəhərinə köçmüşdür. O, 1975-ci ildə X10 ilə ailə qurmuşdur. Onunla nikahından 6 uşaqları doğulmuşdur. Yaşadığı ev köhnə yaşayış üçün yararsız olduğundan, 1990-cı ildən başlayaraq həmin torpaq sa həsində ev tikməyə başlamışdır. Evi 2000-ci illərdə yekunlaşdırmış, anası da onunla yaşamışdır. Quba rayonunda aqrar islahat keçirilərkən ev tikərək yaşadığı torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-082F KOD 30319038 saylı şəhadətnaməyə əsasən anası X2, bacısı X6 və bacısı qızları Cavabdeh2 və Cavabdeh4 adına verilmişdir. O, gözdən 1-ci qrup əlil, kor olduğu üçün yaşadığı torpaq sahəsinin kimin adına olmasını bilməmişdir. Həmin torpaq sahəsində tikilmiş evin qaz, elektrik enerjisi pullarını o, ödəyir. Anası öldükdən sonra ondan qalan miras əmlakı faktiki qəbul edərək, istifadə etmişdir. Anasının dəfn xərcləri pulu ona verilmişdir. Lakin yenə də gözləri görmədyi və İ qrup əlil olduğu, başqa şəxslərin qulluğuna ehtiyacı olduğu üçün anasından qalan miras əmlaka vərəsəlik hüququ h aqqında şəhadətnamə almamışdır. Bacısı qızı Sevinc yaşadığı evin yerləşdiyi torpaq sahəsini ölçməyə adam gətirəndən sonra onun məqsədini başa düşüb və mərhum anasından qalmış miras əmlakı qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmişdir. Lakin miras qəbul edilməsi üçün müddət ötürüldüyündən ona 16 dekabr 2021-ci il tarixli imtina məktubu verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Halbuki, anasından qalmış əmlakı qəbul etmiş, müddəti ötürməmişdir. Hazırkı iddianın yazılması zamanı onlara məlum olmuşdur ki, bacısı qızları Sevinc və Heyran öz analarından və anasından qalmış miras əmlaka, onun yaşadığı evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarış almışlar. Cavabdehlərin məqsədi özünün zəhmətlə tikdiyi və yaşadığı evin yerləşdiyi, anasından miras qalmış torpaq sahəsini satmaq və onları küçələrdə qoymaqdır. Hətta cavabdeh bacısı qızı Sevinc onun yaşadığı evə gəlmiş, onu təhqir etmişdir. Anasından miras qalmış əmlakın ½ hissəsinə payını istəyir, yerdə qalan pay isə bacısı X1r. O, anasından qalmış miras əmlakı idarə etmək və miras əmlak üzərində tikilmiş fərdi yaşayış evində hələ anasının sağlığından yaşamaqla, anasının dəfn xərclərini çəkməklə fərdi yaşayış evində elektrik enerjisi, qaz, su pullarını ödəməklə mirası faktiki olaraq qəbul etmişdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 (həmçinin Cavabdeh2 nümayəndəsi) bildirmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə, yəni 6 ay ərzində mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Torpaq vergisinin ö dənilməsi üçün verilmiş subsidiyaları iddiaçıya vermişdir. İddiaçı mərhum anası Maral ölən günədək onunla danışmamışdır. Nənəsi iddiaçını və ailəsini evdən qovmuş ona görə də iddiaçı ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşamışdır. 2017-ci ildə kəndə yerləşən 8 sot torpaq sahəsində iddiaçı özünə ev tikmişdir. Anası yataq xəstəsi olmuşdur. Atası isə onun iki yaşı olan zaman vəfat etmişdir. Atası öldükdən sonra mübahisə predmetini təşkil edən əmlakda yaşamışdır. İddiaçı anası xəstə olan zaman onlara heç bir köməklik göstərməmişdir. Qeyd olunan əmlakın açarını anası vəfat etməzdən əvvəl ona vermişdir. Kənd sakinləri, qonşular və kəndin bələdiyyə sədri də təsdiq edir ki, mərhum nənəsi Maral Siyəzən rayonunda vəfat etmiş, dəfn edilməsi üçün kəndə gətirilmişdir. Qeyd olunan əmlak nənəsini n vəsiyyəti əsasında ona qalmışdır. Məhrum nənəsi Maral onların yanında yaşamış və ölən gününədək Marala onlar baxmışdır. Bundan başqa, iddiaçı vərəsəliklə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüşdür. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.

11. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iddia tələbinə yazılı etirazlarında, həmçinin qeyd etmişlər ki, evliliyi uğursuz olan anaları Seyidbikə rəsmi qaydada nikah pozulduqdan sonra, Quba rayonunun Mirzəqışlaq kəndinə anası Maral Babayevin yanına qayıtmış, onlar hər ikisi nənələri Maralın evində böyüyüb, boya-başa çatmışlar. Dayıları İddiaçı isə 1975-ci ildə evlənərək, özü üçün nənələri Maral Babayevaya və onlara birgə mülkiyyət hüququ ilə məxsus olan 0,22 ha həyətyanı torpaq sahəsinin qarşısındakı ic timai yolun digər tərəfində 1990-ci illərin əvvəllərində tikdirdiyi fərdi yaşayış evində yaşamışdır. Bu səbəbdən Quba rayonunda aqrar islahatlar həyata keçirilən zaman torpağın mülkiyyətə verilməsinə dair JN-082F KOD 30319038 saylı şəhadətnaməyə əsasən 0,22 ha həyətyanı torpaq sahəsi nənələri X2, anaları X6 və onların hər ikisinin ümumi birgə mülkiyyətinə verilmişdir. İddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyil.

12. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli 2(027)-64/2023 nömrəli qətnaməsi (hakim Rahim Həsənov) ilə iddia tələbi təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı miras qoyan X2 vərəsəsi kimi mirasın açıldığı ona bəlli olduğu andan mirası nə rəsmi, nə də faktiki qəbul etməmişdir.

14. Mə hkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1133.1, 1133.2, 1134.1, 1151.2, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1321, 1255, 1269-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mirası faktiki qəbul etməsinə dair çoxsaylı mötəbər dəlilləri məhkəməyə təqdim etməsinə baxmayaraq, məhkəmə bu sübutlara qiymə t verməmiş, öz qərəzli mövqeyini açıq-aydın büruzə verməklə, birbaşa Cavabdeh4 maraqlarına xidmət edən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-917/2023 nömrəli iş üzrə 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – L.Rəhimli (sədrlik edən və məruzəçi), İ.Dəmirov və F.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı anasının ölümündən sonra ondan miras qalmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsini və həmin torpaqda yerləşən fərdi yaşayış evini faktiki qəbul edərək, idarə etmişdir. Hazırda da həmin ev onun sahibliyindədir. İddiaçı Mirzəqışlaq kənd ərazisində birmərtəbəli evdə yaşayır, onun həmin kənddə başqa evi yoxdur.

19. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 notariusa mirasın qəbulu ilə bağlı ərizə verərkən özlərindən başqa vərəsənin olmadığını bildirmiş, digər vərəsə barədə notariusa məlumat verməmişlər, notarius isə öz növbəsində vəzifə borcunu yerinə yetirib, vərəsələrin dəqiq dairəsini müəyyən edilməsi üçün tədbirlər görməmişdir. Yol verilmiş qanun pozuntuları səbəbindən cavabdehlər miras üzrə paylarını rəsmiləşdirməyə müvəffəq olsalar da, iddiaçının vərəsəlik hüququ pozulmuş, dolayısı ilə iddiaçı ona çatmalı olan miras paydan məhrum olmuşdur.

20. Məhkəmə, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(10 5)-2264/2022 nömrəli qərardadı əsasında müəyyən etmişdir ki, Cavabdeh4 İddiaçı qarşı mübahisəli (0.22 ha) torpaq sahəsindən çıxarılma tələbinə dair iddia qaldırmış, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1387/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh4 müvafiq iddianı qaldırması İddiaçı mübahisəli torpaq sahəsindən faktiki istifadə və ona sahiblik etməsini təsdiq edir. Digər tərəfdən, məhkəmə iclasında Cavabdeh4 izahatında iş materiallarında olan (səh.219) xx.xx.2015-ci il tarixli ev vəsiyyətnaməsinin X8 tərəfindən şəxsən tərtib edilmədiyini bildirmişdir. Halbuki Mülki Məcəllənin müddəalarına görə, vəsiyyət edən ev vəsiyyətnaməsini öz əli ilə yazıb imzalamalıdır.

21. Məhkəmə qeyd etmişdir ki, hər hansı əqdin etibarlılı ğı üçün əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanmaması həmin əqdin əhəmiyyətsiz edir. Əhəmiyyətsiz əqdin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Birtərəfli əqd olan xx.xx.2015-ci il tarixli ev vəsiyyətnaməsi əhəmiyyətsiz əqd olduğundan, əhəmiyyətsiz əqd isə heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız əqd olduğundan, həmin əqd nəticəsində də Cavabdeh4 heç bir hüquqi əsası olmadan mübahisəli predmet üzərində hər hansı bir hüququ tanına bilməz və bu səbəbdən də həmin əmlak onun mülkiyyətinə keçə bilməz. Odur ki, əhəmiyyətsiz əqd heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməlidir. Eyni zamanda Cavabdeh2 ilə Cavabdeh4 arasında Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-22 nömrəli və xx.xx.2022-ci il tarixli 4Ə-24 nömrəli daşınmaz əmlakın bağışlanılması müqavilələri etibarsız hesab edilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.4, 1122.1, 1133.2, 1146,1151.1, 1159.1, 1186, 1243.1, 1243.2, 1246-cı, “Notariat haqqında” Qanunun 55-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli və 02 aprel 2021-ci il tarixli Qərarlarına, MPM-in 14.2, 77.1, 82.3, 217.3, 217.4-cü maddələrinə istinadla əsasl andırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə mirasın qəbul undan imtina edilməsinin mübahisələndirilməsinə əsas verən halları bildiyi gündən iki ay ərzində bu imtinanı mübahisləndirməli olduğu halda bunu etməmiş, yalnız 2022-ci ilin payız aylarında cavabdehin adına olan vərəsəlik hüququ haqqına şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras əmlakdan payının verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, sübutlara qiymət verməmiş, öz mövqeyini əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz dəyişdirilmədən saxlanılması xahiş olunur. təqdim edərək, qətnamənin Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

28. Mad də 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır.

29. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

30. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

31. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

33. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.2. İkinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları v ə qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

34. Maddə 1186. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.

35. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

36. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

37. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başla dıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

38. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

39. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

40. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barə sində ona bildiriş göndərməlidirlər.

41. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.

42. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Mülki Prosessual Məcəllə

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Mülki Məcəlləsinin vər əsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

53. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsa sını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır....vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. B u baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

54. Baxılan iş üzrə iddiaçının qanunla nəzərdə tutulmuş müddət ərzində anasından qalmış miras əmlakdan imtina etdiyi müəyyən olunmadığı üçün, o, qanuna əsasən miras əmlaka mülkiyyət hüququ əldə etmişdir. Bu baxımdan iddiaçının Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində miras əmlakı qəbul etmədiyi barədə kassasiya şikayətinin dəlilləri üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət yoxdur.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-917/2023 nömrəli mülki iş üzrə 21 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar