Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5109/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2022-ci il tarixli 2(103)2291/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh1 X məxsus olub. Cavabdeh1 X 25 sentyabr 2013-cü il tarixdə ölüb və onun ölümündən sonra birinci növbəli vərəsələri kimi övladları Cavabdeh4, İddiaçı, Cavabdeh5, X2 və arvadı X3 qalıblar. Sözügedən miras torpaq sahəsinə dair Cavabdeh4, Cavabdeh5 və X1 adına 14 aprel 2014-cü il tarixli “Qnun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilib və onların mərhum Cavabdeh1 X miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsindən bərabər pay almaq hüquqları tanınıb. 14 aprel 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh4, Cavabdeh5 və X3 mərhum Cavabdeh1 x miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə olan paylarını Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bağışlayıblar. 07 mart 2014-cü il tarixdə mübahisəli torpaq sahəsi hər birinin payı 1/3 olmaqla Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına qeydə alınıb və hazırda onların mülkiyyətlərindədir. 19 aprel 2021-ci il tarixdə X3 ölüb və bundan sonra sözügedən torpaq sahəsi 004M**********01 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə 14 aprel 2014-cü il tarixdə notarial qaydada qeydə alınmış “Qanun üzrə vərəsəlik hü ququ haqqında” Şəhadətnamənin, habelə 14 aprel 2014-cü il tarixli notarial qaydada qeydə alınmış miras payın bağışlama müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın etibarsız hesab edilməsi və 0,06 ha torpaq sahəsinə vərəsəlik hüququnun tanınması və həmin torpaq sahəsi üzərində payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, atası Cavabdeh1 Abbas oğlu 25 sentyabr 2013-cü il tarixdə ölüb və sonuncu ölənədək Bakı şəhəri, Akad. Z.Xəlilov küçəsi, 59 saylı evin 57 saylı mənzilində qeydiyyatda olub. Atası Cavabdeh1 X öləndən sonra onun birinci növbəli vərəsələri kimi arvadı X3, övladları Cavabdeh4, İddiaçı, Cavabdeh5 və X2 vərəsə qalıblar. Atası Cavabdeh1 X miras qalmış əmlak Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbə sində yerləşən 0,06 ha torpaq sahəsindən ibarətdir. Atası Cavabdeh1 X öldükdən sonra ona məxsus qeyd edilən torpaq sahəsinə gedib-gəlib, oradakı ağaclara qulluq edib, həyətdə abadlıq işləri aparıb. Bütün bunlara baxmayaraq qardaşı Cavabdeh5 13 mart 2014-cü il tarixdə miras əmlakı qəbul etmək üçün 12 saylı notariat kontoruna müraciət edib və vərəsələrin dairəsini notariat orqanından gizlədib, atası Cavabdeh1 X vərəsələri kimi özünü, bacısı Cavabdeh4 və X göstərib və 14 aprel 2014-cü il tarixdə öz adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə alıblar. Elə həmin gün də Cavabdeh5 özünə, X6ya və bacısı Cavabdeh4 məxsus olan paylarını öz övladlarına– Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bağışlama müqaviləsi əsasında özgəninkiləşdirib. Belə ki, X6 və bacısı Cavabdeh4 adından etibarna mə əsasında Cavabdeh5 çıxış edib və sənədlərin hamısına Cavabdeh5 imza atıb. X6 19 aprel 2021-ci il tarixdə ölüb. Qeyd edilən miras əmlak notariat qaydasında qəbul edilərkən və qardaşı Cavabdeh5 övladlarının adına keçərkən, onun məlumatı olmayıb. Halbuki, o da atası Cavabdeh1 öləndən sonra həmin torpaq sahəsini faktiki olaraq qəbul edib və yuxarıda qeyd etdiyi kimi həmin torpaq sahəsində abadlıq işləri aparıb. Belə fikirləşmişdir ki, torpaq sahəsi sənədləşdiriləndə vərəsə kimi ona da məlumat veriləcəkdir. Lakin sonra ona məlum olub ki, qardaşı Cavabdeh5 ona xəbərdarlıq etmədən, miras əmlakı öz övladlarının adına keçirib. Vərəsəlik işini qaldıranda ona məlum olub ki, Cavabdeh5 notariat orqanına müraciət edərkən onu vərəsələrin siyahısında göstərməyib və “Qanun üzrə vərəsəlik hüququ haqqında ” Şəhadətnamədə yalnız o, bacısı Cavabdeh4 və X6 qeyd edilib. Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı atası Cavabdeh1 ölümündən sonra ondan miras qalmış bağ sahəsinə faktiki sahiblik etməsini və idarə etməsini, həmin torpaq sahəsindəki ağaclara qulluq etməsini, həmin sahədə abadlıq işləri aparmasını bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməyib. Təqdim olunmuş şahid ifadəsindən də görünür ki, iddiaçı atası Cavabdeh1 ölümündən sonra ondan miras qalmış bağ sahəsinə sahiblik etmək istəsə də, bu qardaşı Cavabdeh5 ilə aralarında yaranmış mübahisə ilə əlaqədar mümkün olmayıb. İddiaçının miras əmlaka s ahiblik etməsi və ondan istifadə etməsi təsdiq edilmədiyindən onun tərəfindən mirasın qəbul edilməsi təsdiq olunmur. Eyni zamanda, 2013-cü ildən qardaşı Cavabdeh5la arasında miras əmlakla bağlı mübahisə olmasına baxmayaraq, mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etməyib. Göründyü kimi, iddiaçı atası Cavabdeh1 ölümündən altı ay ərzində mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etməyib və o, miras əmlakı faktiki olaraq qəbul etməyib. Bununla da atası Cavabdeh1 miras qalmış miras əmlaka vərəsəlik hüququnu itirib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1243.2, 1243.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırıb ki, atası Cavabdeh1 miras qalmış sözügedən torpaq sahəsini faktiki surətdə idarə etməklə qəbul edib. Belə ki, onun özünə məxsus olan torpaq sahəsi ilə miras torpaq sahəsi eyni ünvanda yerləşir və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsə də, ona hüquqi qiymət verilməyib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev sədrlik edən, məruzəçi, Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiya sı məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, onun iddia tələbləri ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, onun miras əmlakı faktiki (qeyri-rəsmi üsulla) qəbul etməsi mülki iş materialları ilə müəyyən olunur. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə u zlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlib və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Bundan başqa, qüvvədə olan mülki qanunvericiliyə görə, müddət- subyektiv hüququn reallaşdırılması və nəticə etibarı ilə müəyyən hüquqi nəticələrin yaranması üçün müəyyənləşdirilmiş vaxt kəsiyidir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 1246-cı maddəsində qanunverici vərəsə tərəfindən mirası qəbul etmək və beləliklə də müvafiq hüquqi nəticələr yaratmaq üçün müddət müəyyən edib. Qeyd olunan q anunun normasına əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən norma imperativ xarakter daşıyır. Buna görə də mirasın qəbul olunması məqsədilə göstərilən Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq müddətin bərpası üçün ehtimal olunan vərəsənin müəyyən olunmuş müddət ərzində mirası qəbul etməsini mümkün etməyən üzrlü səbəblərin müəyyən olunması vacibdir. Hazırki işə baxılarkən bu cür üzrlü səbəblər müəyyən olunmayıb. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1146, 1243, 1246, 1262, 1263, 1273-1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məh kəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, işə baxan məhkəmələr cavabdehlərin məhkəmə iclasında iştiraklarını təmin etməməklə prosessual normaların tələblərini pozub. Belə ki, məhkəmənin ədalətli qərar qəbul etməsində bütün cavabdehlərin xüsusilə də notariusun iştirakı və geniş izahat verməsi, hansı notarial hərəkətlərin aparılması barədə dindirilməsi zəruri idi. Birinci instansiya məhkəməsi mülki iddianı kifayət qədər araş dırmayıb. Heç bir qanuni əsası olmayan qətnamə qəbul edib. Əgər məhkəmə prosesi təktərəfli, yəni sadəcə iddiaçının izahatı dinlənilərək aparılırsa, məhkəmə iclasına cavabdehlər dəvət olunmur və iştirakları təmin olunmursa, bu zaman obyektiv və ədalətli məhkəmə araşdırmasından söhbət gedə bilməz. Birinci instansiya məhkəməsinin iddianı rədd etmə səbəblərindən biri kimi qeyd etmişdir ki, 2013-cü ildən iddiaçının qardaşı ilə arasında miras əmlakla bağlı mübahisə olmasına baxmayaraq, mirası qəbul etməsi üçün notariat kontoruna müraciət etməyib. Göründyü kimi, iddiaçı atası Cavabdeh1 ölümündən altı ay ərzində mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etməyib və miras əmlakı faktiki olaraq qəbul etməyib. Bununla da atası Cavabdeh1 qalmış miras əmlaka vərəsəlik hüququnu itirib. Halb uki, bu mübahisə heç də miras əmlakla bağlı olmayıb, sadəcə qardaşlar arasında soyuq münasibət yaranıb. Bundan əlavə, iddiaçı hazırkı miras məsələsinə mental dəyərlərinə hörmət edən bir şəxs kimi yanaşıb. Atası Cavabdeh1 iddiaçıya çatan payla bağlı qardaş və bacılarının ona qarşı haqsızlıqlar edəcəyini düşünməyib. Həmçinin iddiaçı hüquqlarını tam bilmədiyindən haqsızlığa uğrayıb. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, qanunverici, mirasdan imtina edən, habelə mirası qəbul və ya ondan imtina barədə iradəsini bəyan etməyən (susan) vərəsənin bu hərəkətinin hüquqi nəticəsini konkret tənzimləyib. Belə ki, vərəsənin payı digər vərəsələrin (mirası qəbul etmiş qanun və ya vəsiyyət üzrə vərəsələrin) payına əlavə edilir. Lakin məhkəmə nəzərə almalı idi ki, iddiaçı mir asın qəbulu ilə bağlı öz şəxsi iradəsi əsasında hər hansı addım atmayıb, yəni mirasdan öz iradəsinə uyğun olaraq imtina etməyib və mirasın qəbulu və ya imtinası barədə susmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üz rə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdi yini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın; 1263-cü maddəsinə görə, əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir; 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hü quq normalarının tələblərini pozduğunu və iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı atası Cavabdeh1 ölümündən sonra ondan miras qalmış bağ sahəsinə faktiki sahiblik etməsini və idarə etməsini-həmin torpaq sahəsindəki ağaclara qulluq etməsini, həmin sahədə abadlıq işləri aparmasını bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməyib. Əksinə, mülki iş materialları ilə iddiaçının miras əmlaka sahiblik etməsi və istifadə etməsi təsdiq edilmədiyindən onun tərəfindən mirasın qəbul edilməsi təsdiq olunmur. Eyni zamanda, 2013-cü ildən qardaşı ilə arasında miras əmlakla bağlı mübahisə ol masına baxmayaraq, iddiaçı ötən müddət ərzində mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etməyib. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı atası Cavabdeh1 ölümündən altı ay ərzində mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etməyib və miras əmlakı faktiki idarə etməklə qəbul etməyib və bununla da iddiaçı atası Cavabdeh1 miras qalmış əmlaka vərəsəlik hüququnu itirib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və aşağıdakı maddələrin tələblərini hazırki mül ki mübahisəyə düzgün tətbiq edib. Belə ki, Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Sadalanan normaların mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə mirasəmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Göründüyü kimi, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu mənada, kassas iya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü onun miras əmlakı faktiki (qeyri-rəsmi üsulla) qəbul etmiş olması mülki iş materialları ilə ümumiyyətlə müəyyən olunmur, dindirilmiş şahidin isə qeyri-müəyyən ifadəsi mirasın faktiki qəbul kimi dəyərləndirilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014cü il tarixli qərarında qeyd olunmuşdur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmə nin İvaşkieviç Polşaya qarşı iş üzrə 26 iyul 2011- ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1 -ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu və iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məh kəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. İddiaçının bilavasitə kassasiya icraatı mərhələsinə təqdim etdiyi sənədlərə gəlincə isə, həmin sənədlər gecikmiş sübutlar olmaqla, onlar kassasiya icraatı mərhələsində araşdırma predmeti ola bilməz. Cavabdeh1 yazılı ərizəsinə gəlincə isə o, ayrıca notarial qaydada müqavilə bağlamaqla miras torpaq sahəsinin ona bağışlanmış 1/3 hissəsindən əmisi İddiaçı xeyrinə imtina edə bilər. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərilən digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfind ən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2022-ci il tarixli, 2(103)-2291/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5109/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-5109/2022
15.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver