Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5111/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddiası iş üzrə QƏRARİ ( Açar sözlər: preyudisiya, işin hallarının tam hərtərəfli və obyektiv araşdırılması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3297/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 t ərəfindən verilmiş kassasiya şikayətinə 4 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC-nın direktoru X6 ilə İddiaçı arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqaviləyə görə, MMC Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 80 kv.m-dən ibarət 2 otaqlı 9 saylı mənzili alıcı İddiaçı verməyi, alıcı isə həmin mənzilin müqabilində 52000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür (1-ci cild, səh 54). MMC tərəfindən verilmiş 06 iyun 2016-cı il tarixli maliyyə arayışına görə həmin mənzil üçün İddiaçı 52000 manat pulu MMC-yə ödəmişdir (1-ci cild, səh 55). 2. "xxxx" MMC-nın direktoru X6 ilə İddiaçı arasında bağlanmış 12 noyabr 2016-cı il tarixli müqavilənin kserosurətinə görə, MMC Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsi) yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.m-dən ibarət olan 3 otaqlı 9A saylı mənzili alıcı İddiaçı verməyi, alıcı isə həmin mənzilin müqabilində 43000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür (2-ci cild, səh 33). MMC tərəfindən verilmiş 12 noyabr 2016-cı il tarixli maliyyə arayışına görə həmin mənzil üçün İddiaçı 43000 manat pulu MMC-yə ödəmişdir (2-ci cild, səh 34). 3. "xxxx" MMC-nın direktoru X6 ilə İddiaçı arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqaviləyə görə, MMC Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.m-dən ibarət olan 3 otaqlı 9A saylı mənzili alıcı İddiaçı verməyi, alıcı isə həmin mənzilin müqabilində 100000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür (2-ci cild, səh 98). MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına görə həmin mənzil üçün İddiaçı 100000 manat pulu MMC-yə ödəmişdir (2-ci cild, səh 99). 4. "xxxx" MTK-nin direktoru X6 ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin kserosurətinə görə, MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 2-ci mərtəbəsində ümumi sahəsi 95,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini alıcı Cavabdeh2 verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsinin müqabilində 47700 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürm üşdür (1-ci cild, səh 159). Həmin qeyri-yaşayış sahəsinə görə M.Məmədlinin xx.xx.2016-cı ildə 17000 manat, xx.xx.2016-cı ildə 15700 manat pulu ödəməsi barədə MTK tərəfindən maliyyə arayışları verilmişdir (1-ci cild, səh 71, 72).
5. İddiaçı Cavabdeh1 MMC-yə qarşı “istifadə və sahiblik hüququnun tanınması, istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd olunub. Həmin qətnamədə “X3” 10 fevral 2020-ci il tarixli 168 nömrəli ekspert rəyinə istinad olunub. Rəylə müəyyən olunmuşdur ki, yaşayış binasının birinci mərtəbəsi layihə üzrə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulub. Yaşayış binasında ümumiyyətlə sahəsi 8 0 kv.m. olan 2 otaqlı mənzillər layihələndirilməyib. Binanın yaşayış sahələrinin (mənzillərin) faktiki olaraq binanın üçüncü mərtəbəsində və ondan yuxarıdakı mərtəbələrdə yerləşməsi və bununla da, 06 iyun 2016cı il tarixli müqavilədə və maliyyə arayışında göstərilən 9 saylı mənzilin yaşayış binasının mövcud vəziyyətdə qeyri-yaşayış sahəsi təyinatlı birinci və ikinci mərtəbəsində yerləşmədiyi müəyyən edilir. Faktiki mövcud vəziyyətə uyğun olaraq, yaşayış sahələri (mənzillər) binanın üçüncü mərtəbəsində və ondan yuxarıdakı mərtəbələrdə yerləşməsini nəzərə alsaq, yaşayış mərtəbələrində 80 kv.m ölçüdə mənzillərin olmadığı müəyyən edilir. Cavabdeh1 MMC-nin xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmasına baxmayaraq, 9 saylı mənzilə aid müqavilə və maliyyə arayışı bir ay öncə, yəni 06 iyun 2016-cı il tarixdə MMCnin möhürü və direktorun imzası ilə verilmiş sənədlərdir.
6. Həmin qətnamədə məhkəmə həmçinin qeyd etmişir ki, iddiaçı tərəfindən məhkəməyə istinad edilən müqavilənin əsli yaxud lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilməmişdir. Məhkəməyə Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binasının 1- ci mərtəbəsində ümumi sahəsi 200 kv.m. olan 3 otaqlı 9A saylı mənzilə dair və Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binasında ümumi sahəsi 80 kv.m. olan 2 otaqlı 9 saylı mənzilə dair iki müqavilənin kserosurəti təqdim edilmişdir. Habelə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)91/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilmişdir ki, iddiaçı eyni binada eyni saylı mənzillə bağlı (120 kv.m. sahəsi olan) daha bir müqaviləsi mövcuddur və həmin müqavilə əsasında iddia tələbi rədd edilmişdir. İddia tələbi üzrə mötəbər sübutlar təqdim olunmadığından, iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi 06 iyun 2016-cı il tarixli müqavilədə qeyd edilən mənzil layihədə öz əksini tapmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-91/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsində eyni ünvanda yerləşən eyni saylı (9A) ümumi sahəsi 120 kv.m. olan mənzillə bağlı iddia tələbləri həmin mənzilin mövcudluğu və müqavilənin qanunauyğun şəkildə bağlandığı təsdiq edilmədiyi üçün rədd edildiyindən hazırkı iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.
7. Cavabdeh2 Cavabdeh1 MMC-yə qarşı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən binanın 2-ci mərtəbəsində ümumi sahəsi 95,4 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə pay hüququnun tanınması və sahiblik hüquqlarının tanınması, istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3067/2019 saylı, 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə rədd olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, həmçinin birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin olunmadığına görə Cavabdeh2la Xətai rayonu, M.Hadi küçəsi, 2337-ci məhəllədə yerləşən binanın 2-ci mərtəbəsində ümumi sahəsi 95,4 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin etibarsız sayılması barədə cavabdehin qarşılıqlı iddiası icraata qəbul olunmuş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)5674/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 17 aprel 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq ilkin iddia və qarşılıqlı iddia rədd edilmişdir. Həmin işdə ilkin iddia ona görə rədd olunmuşdur ki, iddiaçıya qeyriyaşayış sahəsindən istifadə üzrə maneə yaradılmır. Qarşılıqlı iddia isə ona görə rədd olunmuşdur ki, MMC müqavilənin etibarsız sayılması üçün halları sübut edə bilməmişdir, həmçinin MMC iddia müddətini ötürmüşdür.
8. MTK Təsisçilərin 10 iyun 2016-cı il tarixli ümumi yığıncağının qərarı ilə Cavabdeh1 MTK-nın təşkilati-hüquqi forması dəyiş dirilmiş, Cavabdeh1 MMC-yə çevrilmiş, yeni nizamnaməsi təsdiq edilərək X6 Cavabdeh1n direktoru vəzifəsinə təyin edilmişdir. MTKnın möhürü xx.xx.2016-cı il tarixdə məhv edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC (bundan sonra – MMC) ilə Cavabdeh2 (bundan sonra – cavabdeh) arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və cavabdehin adına verilmiş 06 may 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, cavabdehin Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən (bundan sonra – mənzil) çıxarılması, mənzilin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi, mənzil üzərində onun istifadə və sahiblik hüququnun tanınması, mənzildən onun istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında "xxxx" bağlanmış, müqavilə cavabdeh MMC-nin direktoru C.H.Alışov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Həmin müqavilənin şərtlərinə görə mənzil cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilməli, sonuncu tərəfindən isə mənzilin dəyərini təşkil edən 52.000 manat MMC-yə ödənilməlidir. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirmiş, 52.000 manat məbləğində pulu MMC-yə ödəmişdir. Maliyyə arayışı da MMC-nin direktoru C.H.Alışov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Mənzilin tam dəyəri ödənildiyi andan iddiaçı mənzilin mülkiyyətçisinə çevrilmişdir. İddiaçıya bu yaxınlarda məlum olmuşdur ki, MMC həmin mənzilə dair Cavabdeh2la 06 may 2016-cı il tarixli "xxxx" bağlamışdır. Tərəflər arasında bağlanmış müqavilədə müqavilə predmeti kimi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilməkdə olan çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,4 kv.m olan qeyri-yaşayış sahəsi göstərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 28 noyabr 2019-cu il tarixli məktubundan da görünür ki, iddiaçının mülkiyyətində olan 9 nömrəli mənzilin yerləşdiyi bina - bir ə dəd bir girişli, zirzəmili (avtodayanacaq), birinci mərtəbəsi qeyri-yaşayış olan 19 (+texniki) mərtəbəli yaşayış binasıdır. Bu sənəd bir daha təsdiq edir ki, iddiaçıya satılan mənzil Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilmiş binanın yaşayışın 1-ci mərtəbəsində yerləşən mənzildir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdehlər arasında bağlanmış 06 may 2016-cı il tarixli "xxxx" və eyni tarixli maliyyə arayışı etibarsızdır. Sözügedən müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Çünki, həmin mənzilə dair iddiaçı ilə bağlanmış müqavilə qüvvədə olduğu halda MMC başqa şəxslə eyni əmlak barəsində müqavilə bağlamışdır. Cavabdehlər arasında bu müqavilənin bağlanması onun mülkiyyət hüquqlarını kobudcasına pozur və pozmaqda da davam edir. O, öz mənzilindən sərbəst istifadə edə bilmir. Cavabdeh ona məxsus mənzilə qanunsuz olaraq daxil olmuş, hazırda isə mənzildən çıxmaqdan imtina edir.
11. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, binanın tikintisi bitdikdən sonra ona mənzil təqdim edilmişdir və mənzildə təmir işlərinə başlamışdır. Sonra rayonda yas mərasimi olduğu üçün 4 ay ərzində təmiri dayandırmış, daha sonra davam etmək üçün mənzilə getdikdə mənzildə yad adamlar tərəfindən təmir işlərinin aparılmasını görmüşdür. Həmin vaxt atası ilə mənzildə olan adamlarla söhbət etmiş və bu söhbəti mobil telefonunun diktofonuna qeyd etmişdir. Söhbət zamanı ona bildirmişlər ki, mənzil təxminən 5 ay əvvəl MMC-nin yeni rəhbəri Xaləddin tərəfindən Cavabdeh2 satılıb. İddiaçı eyni zamanda bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 120 kv.m təşkil edən mənzillə bağlı da onunla MMC-nin direktoru Cahangir Alışov arasında müqavilə bağlanmış, lakin həmin mənzil də X2. Cahangir Alışov məhkəməyə verdiyi izahatında mənzilin ona satılmasını təsdiq etmiş, cavabdeh M.Məəmədovu tanımadığını bildirmişdir. Cavabdehi Cahangir Alışovla üzləşdirmək üçün məhkəmə iclası təxirə salınsa da, cavabdeh müxtəlif bəhanələrlə qəsdən proseslərə gəlməmişdir.
12. İddiaçının nümayəndəsi Vəkil1 birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan iddiaçıya satılmış yaşayış sahəsinin yerləşdiyi yaşayış binası zirzəmi, birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olan 19 (+texniki) mərtəbəli yaşayış binasıd ır. Binanın layihəsində birinci mərtəbə 7 metr 20 sm nəzərdə tutulmuşdur. Lakin sonradan MMC layihədən kənara çıxaraq, həmin mərtəbəni iki yerə bölmüş, 1-ci mərtəbə qeyri-yaşayış sahəsi kimi qalmış, yeni yaradılmış ikinci mərtəbədə yerləşən sahələri isə yaşayış sahələri (mənzillər) kimi ayrı-ayrı şəxslərə satmışdır. İddiaçı da həmin binanın faktiki 2-ci mərtəbəsində, yaşayışın isə 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 kv.m təşkil edən (80 kv.m + 120 kv.m) yaşayış sahəsinə dair MMC ilə müqavilələr bağlamış və həmin əmlakın dəyərini tam MMC-yə ödəmişdir. Bu hal MMC-nin direktoru (hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir) Cahangir Alışovun məhkəməyə verdiyi izahatla da təsdiq olunur. MMC-nin sədri Cahangir Alışov həbs edildikdən sonra onunla həmin kooperativin həmtəsisçisi, şəriki FFF u varlanmaq məqsədilə öz vəkili olan İlqar Əliyevin vasitəsilə köhnə tarixə iddiaçıya verilmiş yaşayış sahəsinə 2-ci mərtəbə “qeyri-yaşayış” sahəsi kimi müqavilə tərtib etmiş, həmin sahələri “9 A” və “10 A” nömrə ilə qeyd edərək öz yaxınları olan X8 adına 95 kv.m. sahəyə dair saxta müqavilə tərtib etmişlər. Xətai Rayon Məhkəməsinin əvvəllər icraatında olmuş xx.xx.2020-ci il tarixli qərardadı ilə ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019- cu il tarixli, 11356 saylı ekspert rəyinə əsasən iddiaçı ilə bağlanmış müqavilədəki imzanın MMC-nin səlahiyyətli şəxsin imzası, müqavilədəki möhürün isə MMC-nin möhürü olduğu təsdiq olunmuşdur. Eyni ekspert rəyi ilə İddiaçı qanuni əsaslarla satılmış yaşayış sahəsinin bir hissəsini zəbt etmiş X1 isə saxta olduğu müəyyən edilmişd ir. Həmin mənzilə məhkəmə tərəfindən baxış keçirilərkən mənzillərin yaşayış sahəsi olduğu aşkar olunmuş və Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-91/2020 saylı qətnaməsində yerli baxış zamanı Bakı şəhəri, Xətai rayonu, 2337-ci məhəllə, Məhəmməd Hadi küçəsində MMC tərəfindən inşa olunan yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 95 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin hal-hazırda X12 tərəfindən mənzil kimi istifadə edildiyi müəyyən edilmişdir. Xaləddin Bağışovun saxtakarlığa yol ataraq cavabdeh və YYY saxta müqavilə və maliyyə arayışı verməsi, həmçinin məhkəmələrə təqdim olunmuş 12 iyul 2016-cı il tarixli maliyyə arayışı ilə təsdiq olunur. Belə ki, arayışın verildiyi tarix xx.xx.2016-cı il, hüquqi şəxsin adı isə Cavabdeh1 MTK qeyd edilmişdir. Lakin MTKnın ümumi yığı ncağının 10 iyun 2016-cı il tarixli protokolundan görünür ki, həmin yığıncağın qərarı ilə MTK-nın hüquqi təşkilati forması dəyişdirilərək, Cavabdeh1 MMC-yə çevrilməsi qərara alınmışdır. Bundan başqa, MMC-nin 01 saylı, 10 iyun 2016-cı il tarixli əmrindən görünür ki, struktur dəyişikliyi ilə əlaqədar X6 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, ”Yüksəliş-C” Mənzil Tikinti Kooperativi kimi yalnız xx.xx.2021-ci il tarixədək fəaliyyət göstərmiş, xx.xx.2021-ci il tarixdən sonra isə MMC-yə çevrilmiş, bundan sonra 05 iyul 2016-cı il tarixdə köhnə möhür Vergi orqanına təhvil verilmişdir. Daha sonra Cavabdeh1 MMC kimi Vergi Nazirliyində dövlət qeydiyyatına alınmış, ona Cavabdeh1” sözləri əks olunmuş yeni möhür verilmişdir. Başqa sözlə desək, cavabdeh və YYY xx.xx.2016-cı il tari xdə Mənzil Tikinti Kooperativi adından maliyyə arayışı verilə bilməzdi, habelə həmin sənəd Mənzil Tikinti Kooperativinin möhürü ilə təsdiq oluna bilməzdi. Çünki, həmin vaxt bu möhür mövcud olmamışdır, Cavabdeh1 artıq MMC kimi fəaliyyət göstərmiş və bütün sənədləşmələrdə Cavabdeh1” əks olunmuş möhürdən istifadə olunmuşdur. Bundan başqa, nümayəndə əlavə olaraq bildirmişdir ki, X11 tərəfindən verilmiş rəylə də bir daha təsdiq edilmişdir ki, Cavabdeh1 MTK ilə cavabdeh arasında bağlandığı iddia olunan “Yaşayış binasında mənzil tikintisi haqqında” 06 may 2016-cı il tarixli müqavilənin kserosurətinin aşağı sol küncündə Cavabdeh1 MTK-nın direktoru V.V.Vyazıları olan qrafadakı imza-X6 tərəfindən yox, onun imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. Göstərilənləri nəzərə alaraq, nüm ayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. Cavabdeh və onun nümayəndəsi Vəkil2 yazılı vəsatət təqdim edərək, bildirmişlər ki, cavabdeh ilə MMC arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilədəki predmet qeyri-yaşayış sahəsi olmaqla iddiaçıya verilmiş müqavilənin predmeti olan mənzillə üstüstə düşmür və ona heç bir aidiyyəti yoxdur. Həmçinin həmin mərtəbədə 80 kv.m. ibarət olan mənzil mövcud deyil. Ona görə iddia cavabdehə qarşı əsassız olduğu üçün rədd edilməlidir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş MMC-nin direktoru X6 ifadəsində göstərmişdir ki, MMC ilə iddiaçı arasında bağlanmış 06 iyun 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə onun tərəfindən imzalanmışdır və mənzil, habelə bu mə nzilin yanında yerləşən 120.kv.m olan mənzil iddiaçıya satılmışdır. Cavabdeh1 MMC əvvəllər MTK formasında fəaliyyət göstərmiş, 2016-cı ilin iyul ayında təşkilati-hüquqi forması dəyişdirilmiş və MMC kimi fəaliyyət göstərməyə başlamışdır. MMC ilə iddiaçı arasında bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilədə 06 iyun 2016-cı il tarix göstərilməsi texniki səhv ucbatından baş vermişdir, belə ki, həmin müqavilə bağlanarkən Cavabdeh1 artıq MMC formasında fəaliyyət göstərirdi. Həmin texniki səhvin yol verilməsində iddiaçının təqsiri yoxdur, səhvə MMC-nin işçiləri yol vermişdir. Bundan əlavə, iddiaçı tərəfindən alınmış mənzillərə dair daşınmaz əmlakın reyestrindən bir vahid çıxarış almaq üçün sonradan hər iki mənzilə ümumi 200 kv.m. sahəlik mənzilə dair bir müqavilə tərtib edib i ddiaçıya vermişdir. Daha sonra C.Alışov göstərmişdir ki, cavabdehi tanımır, həmin şəxsi heç vaxt görməmişdir və onunla müqavilə bağlamamışdır. Ona görə də MMC ilə cavabdeh arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilə və maliyyə arayışı saxtadır. Belə ki, həbs olunduqdan sonra Cavabdeh1 MMC-nin digər təsisçisi olan FFFuna bir dəst imzalı, möhürlü blank vermiş, aralarında saziş bağlanmışdır və MMC-nin adından toplanılacaq 800.000 manat pul vəsaitinin toplanılmasını ona həvalə etmişdir. Həmçinin C.Alışov məhkəməyə binanın layihəsini təqdim edərək, bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasının ilkin layihəsində 7.20 m hündürlükdə olan qeyriyaşayış sahəsi nəzərdə tutulduğundan iddiaçıya satılmış mənzil həmin qeyri- yaşayış sahəsindən sonra gələn mərtəbədə yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşirdi. Sonradan layihədə dəyişiklik edilmiş, qeyri-yaşayış sahəsi hündürlüyü 3.60 sm ibarət olan iki mərtəbəyə bölünmüşdür.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, onun mübahisəli binanın birinci mərtəbəsində mağazası var, iddiaçının aldığı mənzil isə ikinci mərtəbədədir. O, obyektini 2009-cu ildə almış, iddiaçı isə təxminən 6-7 il bundan qabaq almışdır. O, obyekti Xaləddin Bağışovdan almışdır. Onun obyekti də mübahisəli idi, başqa şəxsə satılmışdır. İddiaçının aldığı mənzilin onun obyektinə aidiyyatı yoxdur, ona qarşı haqsızlıq etmişlər. Bu gün səhər Xaləddin Bağışov onun yanına gələrək demişdir ki, hazırki məhkəmə prosesində şahid kimi dindiriləndə düzgün olmayan izahat versin, lakin o, imtina etmişdir.
16. Məhkəmənin iclasında iştirak etmiş FFFu cavabdehi tanımadığını, onunla hər hansı müqavilə bağlamadığını, onu 2019-cu ildə həmin binada gördüyünü və məhkəmə mübahisəsi olduğunu öyrəndiyini bildirmişdir. FFFu eyni zamanda bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi yer 2014-cü ildəLLL adlı şəxsə satılmışdır, o da həmin yeri iki yerə bölüb hər biri 95 kv.m. olmaqla başqa şəxslərə satmışdır. FFFu həmçinin qeyd etmişdir ki, cavabdehi təxminən bir il yarım əvvəl onun qətnaməsinin icrası vaxtı görmüşdür.
17. İş materiallarında olan 29 may 2014-cü il tarixli razılaşma müqaviləsinin surətinə istinadən müəyyən olunmuşdur ki, həmin müqavilədə razılaşdırılmışdır ki, X6 (1-ci Tərəf) ilə FFFu (2-ci Tərəf) arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasında yerləşən və müqavilə bağlandığı günə qədər Xaləddin Bağışov tərəfindən satılmış yaşayış və qeyri-yaşayış sahələrinin satışından daxil olacaq cəmi ******* manat məbləğində vəsaitin 800000 manat hissəsi, hər ay bərabər şəkildə olmaqla bir ildən gec olmayaraq 2-ci Tərəfə çatacaqdır, qalan ******* manat məbləğində vəsait isə 1-ci Tərəfə çatacaqdır.
18. Mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2623 nömrəli 26 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil layihədə nəzərdə tutulmayan, lakin faktiki vəziyyətdə binanın 1-ci və 2-ci mərtəbələri arasında mərtəbəarası örtük inşa edilməklə yaradılmış sahədə (faktiki yaşayışın birinci mər təbəsində) yerləşir və ümumi sahəsi 80,0 kv.m təşkil edir. Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə tikilmiş binanın Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/4-537 nömrəli, xx.xx.2008-ci il tarixdə razılaşdırılmış ilkin layihəsində 95.4-cü mərtəbənin mövcud olmadığı müəyyən olunur.
19. Xətai Rayon Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli, 2(011)-718/2021 nömrəli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində İddiaçı istifadə və sahiblik hüququ tanınmış, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi k üçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, bu mənzildən İddiaçı istifadəsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmiş, iddia tələbləri Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin və Cavabdeh2 adına verilmiş 06 may 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissəsində təmin edilməmişdir.
20. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlmişdir ki, tərəflər arasınd a bağlanmış “Mənzil tikintisi haqqında” müqavilə hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir
21. Məhkəmə bildirmişdir ki, tədqiq edilmiş sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə olan çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil Cavabdeh1 MMC-nin direktoru C.H.Alışov tərəfindən İddiaçı satılmışdır. Belə ki, həmin binada mənzil satmaq səlahiyyəti Cavabdeh1 MMC-nin təsisçisi və direktoru X5 və digər təsisçisi olan FFFuna məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh1 MM C-nin direktoru X6 ifadəsində göstərmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 06 iyun 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə onun tərəfindən imzalanmışdır və Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən və ona məxsus ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil, həmçinin həmin mənzilin yanında yerləşən 120 kv.m. olan mənzil İddiaçı satılmışdır. C.Alışov həmçinin təsdiq etmişdir ki, Cavabdeh2 tanımır, həmin şəxsi heç vaxt görməmişdir və onunla müqavilə bağlamamışdır. Məhkəmə iclasında iştirak etmiş FFFu Cavabdeh2 tanımadığını, onunla hər hansı müqavilə bağlamadığını, həmin şəxsi sonradan 2019-cu ildə həmin binada gördüyünü və məhkəmə mübahis əsi olduğunu öyrəndiyini, Cavabdeh2 onun qətnaməsinin icrası vaxtı gördüyünü bildirmişdir.
22. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında yaşayışın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.m təşkil edən 2 otaqlı 9 nömrəli mənzil üzərində İddiaçı istifadə və sahiblik hüququ tanınmalıdır.
23. Bununla yanaşı məhkəmə müəyyən etmişdir ki, mübahisənin predmeti olan iddiaçıya məxsus mənzillə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 may 2016-cı il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan qeyri-yaşayış sahəsi (market) eynilik təşkil etmir. Belə ki, mülki işdə olan 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavi lənin surətindən müəyyən edilmişdir ki, həmin müqavilənin predmeti olaraq "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv.m dən ibarət olan qeyri-yaşayış sahəsini (market) alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəyişikliyin edilməsi ilə bağlı qanuni və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
24. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 390.2, 390.5, 404.1, 405, 442, 448, 452, 567, 568.1, 575, 752.1, 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-c i maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan ekspertiza rəylərini, alqı-satqı sənədlərini düzgün araşdırmamışdır. İddianın cavabdehə münasibətdə mümkünsüz sayılması, cavabdehin əvəzində əsl cavabdehi müəyyən etmək və yaxud qanunu yolla əldə edilən sübutlara söykənmək əvəzinə, artıq təqdim etdiyi tələbi üzrə sənədləri cavabdehin sahəsinə aid olmayan iddiaçının xeyrinə qanunu pozmaqla sübutlar əldə edilmişdir. Məhkəmə zərurət olmadığı halda, ekspertiza qarşısında sual qoymuşdur ki, “Bakı şəhərində 95 mərtəbəli bina mövcuddurmu? ”. Halbuki, iş materiallarında cavabdehin adına olan digər müqavilələrdən, maliyyə arayışından, cizgi-planda, ekspertiza rəylərində, izahatlarda, vəsatətlərdə birmənalı göstərilir ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsi 95,4 kv.m olmaqla, binanın qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində göstərilir. Birinci instansiya məhkəməsi həm yerli baxışda, həm işdə olan sənədlərdə hamıya aşkar olan dəlillərə, aksioma gücündə olan sübutları qətnaməsinə daxil etmir. Yəni cavabdeh binanın qeyri-yaşayışının ikinci mərtəbəsində məskunlaşıb və təmirsiz sahə 95.4 kv.m təşkil edir. ikinci mərtəbədəki sahələr qeyri-yaşayış təyinatlıdır. Üstəlik artıq məhkəmədə bir dəfə belə bir mübahisə barədə qanuni qüvvəli qətnamə çıxarılıb. Xətai Rayon Məhkəməsinin həmin qətnaməsində Cavabdeh1 MTK-nın Bakı şəhəri, Xət ai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə binasının birinci mərtəbəsində nə 120 kv.m ölçüdə, nə 80 kv.m ölçüdə mənzil sahəsinin olmadığı, tikilmədiyi barədə mötəbər sənədlər, qanuni qüvvəli qətnamə var. Xətai Rayon Məhkəməsi isə bu hüquqi əhəmiyyətli halları nəzərə almamışdır. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2337 məhəllədə inşa edilən çoxmənzilli yaşayış binasında iddiaçıya satılan birinci mərtəbədə ümumi sahəsi 80 kv.m olan, iki otaqlı mənzil binanın layihəsində nəzərdə tutulmadığından, deməli Mülki Məcəllənin 405-ci maddəsinə əsasən bu müqavilə bağlanmamış sayılır, yaxud da bağlanmış sayılmır. Belə ki, predmet ya yoxdur, ya nəzərdə tutulmayıb, ya da müəyyən etmək mümkün deyil. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıya satılan birinci mərtəbədə 80 kv.m sahəsi olan 2 otaqlı mə nzil binanın layihəsində nəzərdə tutulmamışdır. İddiaçı ilə xx.xx.2016-cı il tarixli müqavilədə göstərilən mənzilin mövcudluğunu müəyyən etmək mümkün deyildirsə, müqavilə bağlanmış sayılmır. Bu halda iddia rədd edilməli idi. İddiaçının bu işdə iddia ərizəsi üzrə mülki iş 18 noyabr 2020-ci ildən sonra başlanmışdır. Məhkəmənin iddiaçının iddia ərizəsinin mümkünsüz hesab edilməsi və iddiasının rədd edilməsi barədə nəticə üçün iş materiallarında mötəbər sübutlar, ekspertiza rəyləri, ünvan 1 ünvanda çoxmənzilli yaşayış binasının ikinci mərtəbəsində yerləşən 5 ildir ki, sahiblik etdiyi qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqlarının tanınması barədə Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi, Cavabdeh1 MTK-dan bu sahənin alınması, həmin sahənin 95,4 k v.m ölçüdə ol maqla, hər kv.m 500 manatdan hesablanmaqla dəyərinin tam ödənilməsi barədə verilmiş Cavabdeh1 MTK-nın direktoru C.Alışovun imzası ilə təsdiq olunmuş, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş maliyyə arayışı, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sahənin cizgi-planı, iddiaçının və MMCnin qanuni sahibi olduğu qeyri-yaşayış sahəsinin 06 may 2016-cı il tarixli müqavilənin və maliyyə arayışlarının etibarsız sayılması barədə iddialarının rədd edilməsi barədə Xətai Rayon Məhkəməsinin və yuxarı instansiya məhkəmələrinin qanuni qərarların mövcudluğuna Xətai Rayon Məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir.
27. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni MMC ilə cavabdeh arasında bağlanmış 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavi lə və cavabdehin adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissələrdə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış məhkəmə, mübahisələndirilən hissədə iş üzrə sübutlara, o cümlədən iş üzrə alınmış xx.xx.2021-ci il tarixli rəyə, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə, MMC-nin təsisçisi və direktoru olan S.Alışovun və digər şahid ifadələrinə, digər təsisçi X.Baxışovun izahatına, möhürün məhv edilməsi barədə aktlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçıya aid mənzil cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh özünün xx.xx.2021-ci il tarixli müqaviləyə və xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsaslanaraq iddiaçıya məxsus əmlakı qaytarmaqdan imtina edir. İşə məhkəmədə baxılan zaman, cavabdehlər arasında müqavilənin bağlanması üçün MMC-nin iradə ifadəsinin mövcud olmadığı, yəni müqavilənin etibarsız olması, maliyyə arayışının isə qeyri-qanuni sənəd olması işdəki sübutlarla tam təsdiq olunmuşdur. Lakin məhkəmə bu halları düzgün müəyyən etsə də, özünün iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində müqavilə və maliyyə arayışını etibarsız hesab etməmişdir. Bununla da, müəyyən edilir ki, məhkəmənin müzakirə olunan hissədə gəldiyi nəticə işin hallarına uyğun deyildir.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)3297/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrl ik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışınski) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, qətnamənin ləğvi üçün əsaslar olmadığını bildirmişdir.
31. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 390.2, 390.5, 404.1, 405, 442, 448, 452, 567, 568.1, 575, 752.1, 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rəd d olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmaması və iddiaçıya münasibətdə subyektiv yanaşma nəticəsində qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Etiraz iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinadən əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 385.1. Öhdəli yə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
37. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müq avilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
38. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
39. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
40. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
41. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
42. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
43. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə v ə ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir
44. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
45. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
46. Maddə 752.1. Podrat müqaviləsinə görə podratç ı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
47. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olar aq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsi ni dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
57. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunan hallarına görə, "xxxx" MMCnın direktoru X6 ilə İddiaçı arasında bağlanmış 06 iyun 2016-cı il tarixli müqaviləyə əsasən MMC Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən və tikilməkdə olan binanın 1-ci mərtəbəsində ümumi sahəsi 80 kv.m-dən ibarət olan 2 otaqlı 9 saylı mənzili alıcı İddiaçı verməyi, alıcı isə həmin mənzilin müqabilində 52000 manat məbləğində pul vəsaitini ödəməyi öz öhdəsinə götürmüşdür. MMC tərəfindən verilmiş 06 iyun 2016-cı il tarixli maliyyə arayışına görə həmin mənzil üçün İdd iaçı 52000 manat pulu MMC-yə ödəmişdir.
58. Məhkəmə iddia tələbini təmin edərkən bu müqavilə üzrə iddiaçının subyektiv hüququna isinad etmişdir. Lakin cavabdeh iddiaçının mübahisəli yaşayış sahəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olduğuna istinad etməklə iddianın mümkün sayılmamalı olduğunu bildirir və apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlillərinə qiymət verməmişdir.
59. Halbuki, iş materiallarından göründüyü kimi İddiaçı Cavabdeh1 MMC-yə qarşı “istifadə və sahiblik hüququnun tanınması, istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə rədd olunub. Həmin qətnamədə yaşayış binasının birinci mərtəbəsinin layihə üzrə qeyri-yaşayış sahəsi k imi nəzərdə tutulduğu, yaşayış binasında ümumiyyətlə sahəsi 80 kv.m. olan 2 otaqlı mənzillərin layihələndirilmədiyi, binada yaşayış sahələrinin (mənzillərin) faktiki olaraq binanın üçüncü mərtəbəsində və ondan yuxarıdakı mərtəbələrdə yerləşməsi, həmin mərtəbələrdə 80 kv.m ölçüdə mənzillərin olmadığı qeyd olunmuşdur. Eyni zamanda məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə istinad edilən müqavilənin əsli yaxud lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilməmişdir. Habelə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-91/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilmişdir ki, iddiaçı eyni binada eyni saylı mənzillə bağlı (120 kv.m. sahəsi olan) daha bir müqaviləsi mövcuddur və həmin müqavilə əsasında iddia tələbi rədd edilmişdir. Məhkəmə iddianın rədd olunmasını o nunla əsaslandırmışdır ki, iddia tələbi üzrə mötəbər sübutlar təqdim olunmadığından, iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi 06 iyun 2016-cı il tarixli müqavilədə qeyd edilən mənzil layihədə öz əksini tapmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-91/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsində eyni ünvanda yerləşən eyni saylı (9A) ümumi sahəsi 120 kv.m. olan mənzillə bağlı iddia tələbləri həmin mənzilin mövcudluğu və müqavilənin qanunauyğun şəkildə bağlandığı təsdiq edilmədiyi üçün rədd edildiyindən hazırkı iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.
60. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
61. Bu normada qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
62. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir.
63. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
64. Bundan başqa, MPM-nin 2 61.0.2-ci maddəsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı oduğu halda iş üzrə icraata xitam verilməsini tələb edir.
65. Bu baxımdan işə baxmış məhkəmələr iddiaçının mübahisəli yaşayış sahəsi ilə bağlı Cavabdeh1 MMC-yə qarşı “istifadə və sahiblik hüququnu tanınması, istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunan halların hazırki işə preyudisiallıq baxımından təsirini araşdırmamış, mübahisəli mənzilin sözügedən binanın layihəsində nəzərdə tutulmaması barədə əvvəl gəldiyi nəticə ilə nəyə görə razılaşmadığını əsaslandırmamışdır.
66. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh1 MMC-yə qarşı “istifadə və sahiblik hüququnu tanınması, istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbi rədd olunduğu halda, iddiaçının hazırki iş üzrə Cavabdeh1 MMC-yə qarşı iddia tələblərinə (istifadə və sahiblik hüququnun tanınması, mənzildən istifadə edilməsinə törədilən maneələrin aradan qaldırılması) baxılmasının MPM-nin 261.0.2-ci maddəsinin göstərişləri baxımından mümkünlüyünü əsaslandırmamışdır.
67. Bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşduir ki “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-91/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilmişdir ki, iddiaçı eyni binada eyni saylı mənzillə bağlı (120 kv.m. sahəsi olan) daha bir müqaviləsi mövcuddur və həmin müqavilə əsasında iddia tələbi rədd edilmişdir”. Lakin iş materiallarında bu qətnamə yoxdur və həmin iş üzrə müəyyən olunan hallarla hazırki işdə məhkəmənin müəyyən etdiyi hallar arasında ziddiyyət olub-olmaması müəyyən deyildir.
68. Bundan əlavə, birinci instansiya məhkəməsi Cavabdeh2la Cavabdeh1 MTK arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilənin surətində (1-ci cild səh. 10) Cavabdeh2 verilən mənzilin 95,4-cü mərtəbəsində yerləşməsinə istinad edərək, ekspert qarşısında tikilən binada bu mərtəbənin olub-olmaması barədə sual qoymuş, tədqiqatı da məhz həmin xüsusat üzrə aparmışdır. Məhkəmə işin mü əyyən olunan halı kimi qeyd etmişdir ki, «mübahisənin predmeti olan iddiaçıya məxsus mənzillə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 may 2016-cı il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin predmeti olan qeyri-yaşayış sahəsi (market) eynilik təşkil etmir. Belə ki, mülki işdə olan 06 may 2016-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən edilmişdir ki, həmin müqavilənin predmeti olaraq "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv.m dən ibarət olan qeyri-yaşayış sahəsini (market) alıcıya verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmi n müqaviləyə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəyişikliyin edilməsi ilə bağlı qanuni və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir».
69. Halbuki, Cavabdeh2 yazılı vəsatət verərək, işdə olan, onunla MTK arasında bağlanmış 06 may 2016-cı il tarixli müqavilədə qeyri-yaşayış sahəsinin “mərtəbəsi” və “sahəsi” qrafalarında texniki səhvə yol verilərək mərtəbənin 95,4-cü və sahənin “İİ” qeyd olunduğunu, işə həm də səhvsiz müqaviləni əlavə etdiyini bildirmiş və işə baxılarkən iş materiallarına əlavə etdiyi səhvsiz müqaviləyə istinad olunmasını xahiş etmişdir (2-ci cild, səh 79). Lakin məhkəmə cavabdehin bu vəsatətini nəzərə almamış, iddiaçıya verilmiş «mənzillə Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında müqa vilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən və tikilməkdə olan binanın 95.4-cü mərtəbəsində ümumi sahəsi İİ kv.m dən ibarət olan qeyri-yaşayış sahəsinin (market) eynilik təşkil etmədiyi işdə olan sübutlarla təsdiq edildiyi» nəticəsinə gəlmişdir.
70. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatının ədalətliliyi və səmərəliliyini təmin etmək vəzifəsi, işə baxan məhkəmə üçün dispozitivlik prinsipini pozmamaq şərti ilə, işə baxılmasına mane olan formal və texniki qüsurların çəkişmə prinsipinə əməl edilməklə aradan qaldırmaq öhdəliyi yaradır. Belə ki, iş üzrə məhkəmə baxışının prinsiplərinin müəyyən edən MPM-nin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
71. Məhkəmələrin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər ki, bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə və gələcəkdə icra edilməsində ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, məhkəmə qərarı birmənalı və aydın qəbul edilməlidir ki, gələcəkdə onun praktiki cəhətdən icrası mümkün olsun. Bu baxımdan məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
72. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yan var tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
73. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plen umunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
75. Bu baxımdan, işə baxmış məhkəmələr mübahisə obyektləri ilə bağlı işdə olan məhkəmə aktlarını, ekspert rəylərini və təqdim olunan digər məlumat mənbələrini tədqiq etməli, həmin məlumatları sübut kimi qəbul etmədikdə bunu əsaslandırmalı, qəbul etdiyi halda isə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq digər sübutlarla əlaqəli təhlil edib qiymətlədirməlidir.
76. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyat a keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, Cavabdeh1 MTK-nın sədri olmuş X4 barəsində olan cinayət işi üzrə bu mübahisə tərəflərinin zərərçəkmiş şəxs qismində tanınıb-tanınmamasını, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hazırki işin bağlılığını, Xətai Rayon Məhkəməsinin 2(011)-482/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsini araşdırıb mübahisəli hüquq münasibətin ə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3297/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.