Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5112/2020 02.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala rayon 2 saylı dövlət notariat kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1210/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil1tərəfindən verilmiş kassasiya şikayə ti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Zaqatala rayonu, Çobankol kəndində yerləşən 0,012220 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 159,10 kvm olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X3 məxsus olmuşdur. İddiaçının anası X4 xx xxxx 2015-ci il tarixdə vəfat etmişdir.
2. İddiaçı miras qalmış evə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən isə ona digər vərəsə olan Cavabdeh ilə arasında mübahisə olması əsası ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış Zaqatala rayonu Çobankol kəndində yerləşən 159.10 kvm sahəsi olan fərdi yaşayış evinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, X1 miras qalmış Zaqatala rayonu, Çobankol kəndində yerləşən 159,10 kvm sahəsi olan fərdi yaşayış evinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Zaqa tala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-364/2020 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, X1 miras qalmış Zaqatala rayonu Çobankol kəndində 0,012220 ha torpaq sahəsi üzərində yerləşən 159.10 kvm sahəsi olan fərdi yaşayış evinə mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manatın özünə aid edilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı mirasqoyan mərhum anası X2 əmlakını vərəsə olaraq mirası idarə etməklə mirası əmlakı qəbul etmiş və bugün də mirasdan istifadə etməklə idarə edir. İşin faktiki hallarını və qanunvericiliyin normalarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir.
6. Məhkəmə öz m övqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134.1, 1145, 1146, 1160, 1243.1, 1243.2, 1243.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
7. Qətnamədən narazı qalan Cavabdeh və maraqlı şəxs X7 apelyasiya şikayətləri verərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-364/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-1210/2020 saylı qətnaməsi ilə Cavabdeh və maraqlı şəxs L.Musayeva tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-364/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Apelyasiya instansiya sı məhkəməsi tərəfindən qeyd edilmişdir ki, miras əmlak vərəsələrdən yalnız İddiaçı və Cavabdeh tərəfindən faktiki qəbul olunmuşdur. Bu fakt iş materialları ilə öz təsdiqini tapır və mübahisə doğurmur.
10. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1.1, 1243, 1255, 1273-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
11. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1210/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilib, işin yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları c) Kassasi ya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Belə ki, məhkəmənin qəbul etdiyi qətnamə heç bir hüquqi nəticə doğurmur və bu iş üzrə belə bir qətnamənin qəbul edilməsinə heç bir ehtiyac yoxdur.
13. İddiaçı kassasiya şikayətinə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası iş üzrə maddi və prosessual normalara əsaslanıb düzgün qətnamə qəbul etmişdir. Cavabdehin vermiş olduğu kassasiya şikayəti yalnız vaxt uzatmaqdan başqa bir əhəmiyyət kəsb etmir. Ona görə də Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020ci il tarixli 2(107)-1210/2020 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edirlər. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İş üzrə üçüncü şəxs Zaqatala rayon 2 saylı notariat kontorunun xüsusi notariusu Gözəl İsgəndərova məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
16. Maddə 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
17. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı ölənin ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
18. Maddə 1243 Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbu l etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
19. Maddə 1255 Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
20. Maddə 1273 Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
26. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (23).
28. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (24).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (23). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında y azılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
33. Hazırki iş üzrə tərəflərin anası olan X2 vəfatından sonra tam mülkiyyət hüququ əsasında ona məxsus olmuş fərdi yaşayış evində onun vərəsələri olan İddiaçı və Cavabdeh yaşadığı, eyni zamanda miras qalmış əmlakı faktiki olaraq miras kimi qəbul edib idarə etdikləri iş materialları ilə öz təsdiqini tapdığından və mübahisə doğurmadığından məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddia tələbinin təmin edilməsi qanuni və əsaslıdır. Belə ki, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda v ə bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (18).
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin et mədən saxlaya bilər (25).
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1210/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.