Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5112/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh xnin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh x tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı ü nvan 1 (abonent kodu: **********00030) mənzilində hesablanmış qaz sərfiyyatına görə 8640 manat və sayğacın dəyərinə görə 486,51 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 01.02.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdehin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.06.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.12.2019-cu il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 20.09.2020-ci ildə h azırkı iddia ərizəsi ilə cavabdeh xnə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında (abonent kodu: **********00030) quraşdırılmış qaz sayğacı ilə bağlı cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında itirilmiş qaz sərfiyyatına görə hesablanmış 7200 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.12.2019-cu il tarixli qərarı ilə ümumi borc məbləğinin düzgün hesablanmaması ilə bağlı kassasiya şikayətində qeyd etdiyi dəlilə münasibət bildirilərkən bu halın yeni hüquqi əsasla mübahisələndirilə biləcəyi qeyd edilmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraci ət etmişdir. “Azəriqaz” İB-nin “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyası tərəfindən tərtib olunmuş rəydə “Qaz işlədicilərindən L şəkilli istilik sisteminin maksimal saatlıq qaz sərfi 6 kub metr, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesabat məbləğinin ödənilməsi” qeyd edilsə də, hesabat aparılan zaman hesabat müddəti 30 gün deyil, 180 gün götürülmüş, hesablama səhvən bu cür aparılmışdır: 2x6x20x180=43200; 43200x0,20=8640, Halbuki hesablama belə aparılmalı idi: 2x6x20x30=7200; 7200x0,20=1440 manat). Bununla da “Azəriqaz” İB mənə əlavə olaraq 7200 manat məbləğində əlavə borc hesablanmışdır.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək onun təm in olunmamasını xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 29 oktyabr 2020-ci il tarixli, 2(011)-5737/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, təqdim olunmuş sübutlarla iddiaçının qaz sayğacına müdaxiləsi birmənalı şəkildə təsdiq olunsa da, qeyd olunan aktda itirilmiş qaz sərfiyyatının düzgün hesablanmaması və nəticədə iddiaçıya 7200 manat əlavə borc tətbiq oluduğu müəyyən edilmişdir. Belə ki, hesabat müddəti 30 götürüldükdə hesablama aşağıdakı qaydada aparılmalı idi X 7200x0,20=1440 AZN. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın b ərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. İşin araşdırılmış halları ilə iddiaçıya məxsus ünvanda qaz sayğacına müdaxilə aşkar edildikdən sonra, əsassız akt tərtib edilərək bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, itirilmiş qaz sərfiyyatına görə artıq pul vəsaiti tələb etməsi tam olaraq təsdiq edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Mehdiyev (sədrlik edən və məruzəçi), E.Kazımov və A.İsgəndərov) 13 aprel 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 10. “Azəriqaz” İB kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrdə aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuş, ümumiyyətlə tətbiq edilməmiş və ya hüququn tətbiq edilməsində səhvə yol verilmişdir. Konstitusiyanın 127-ci maddənin İİ, Vİİ bəndləri; Mülki Prosessual Məcəllənin 9, 14.4, 19.1.3, 22.3, 61, 66, 73.5, 88, 179.2, 217, 218, 372 və s. maddələri. Cavabdeh “Azəriqaz” İB-nın nümayəndəsi qismində 22.06.2021-ci il tarixdə apellyasiya məhkəməsinin icraatında olan iş materialları ilə tanış olan zaman iddiaçı tərəfindən aşağıdakılar müəyyən edilmişdir (qeyd olunan maddi və prosessual pozuntular cavabdeh “Azəriqaz" İB-yə sonradan məlum olmuşdur). Mülki işin 26-cı vərəqəsinə əlavə edilmiş, 6 saylı vəkil bürosu tərəfindən də təsdiq edilmiş 21.05.2020-ci il tarixli 705 nömrəli vəkil orderinin əslindən görünür ki. hüquqi yardım göstərilən İddiaçı vəkili Yaqubova Könül Rafiq qızı həmin orderi Azərbaycan Respublikasının Ali Məhkəməsində yerinə yetiriləcək tapşırıq üçün əldə etmişdir. İddiaçının, prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özünə sərbəst şəkildə seçdiyi vəkilin (Könül Yaqubovanın) müvafiq iş üzrə Xətai Rayon Məhkəməsi tərəfindən keçirilən prosesdə iş tirak etmək səlahiyyəti olmamışdır və aşağı instansiya məhkəməsi də prosessual hüquq normalarını pozaraq həmin vəkilin səlahiyyətlərini yoxlamamış işə buraxmışdır. Beləliklə, vəkilin həmin order əsasında Xətai Rayon Məhkəməsində baxılmış 2(011)-5737/2020 saylı mülki işdə iştirakı prosessual hüquq normalarının tələblərinə zidd olmuşdur. Nəticə etibarı ilə, aşağı instansiya məhkəməsi tərəfindən MPM-in 9, 14.4, 73.5, 179.2-ci maddəsinin tələbləri pozulmuşdur. Xətai Rayon Məhkəməsi 2(011)-5737/2020 saylı mülki işə baxan zaman iddiaçının vəkili X2 məhkəmə iclasında iştirakını prosessual qanunvericiliyin tələblərinə zidd təmin edərək, cavabdehin konstitusion hüququ ilə yanaşı həmçinin mülki prosessual qanunvericiliyin təməl prinsiplərindən olan “çəkişmə”, “tərəflərin bərabərlik” və “iş üzrə məhk əmə baxışının prinsipləri”ni pozmuşdur. Xətai Rayon Məhkəməsi bu işə Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ bəndlərinin, MPM-in 9, 14.4, 61, 66, 73.5, 88, 179.2-ci maddələrinin tələblərinin pozulması ilə mahiyyəti üzrə baxmış, nəticədə cavabdeh “Azəriqaz” İB-nın Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquqlarını pozmuşdur. Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş X saylı, 29.10.2020-ci il tarixli qətnamə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ bəndlərinə uyğun olmadığından həmin qətnamə MPM-in 385.1.1-ci maddəsinə əsasən apelyasiya məhkəməsi tərəfindən tam ləğv edilməli idi. Mülki prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan sübutlar əsasında mahiyyəti üzrə işə b axır. Mülki işin 3-cü vərəqəsində olan «rayon məhkəməsinə təkrar daxil olmuş tərəflərin iddia ərizəsi barədə məlumat» vərəqəsindən görünür ki, Xətai Rayon Məhkəməsində eyni tərəflər arasında əvvəllər X saylı mülki iş olmuş və həmin işə məhkəmənin hakimi cənab Sərdar Mehrəliyev baxmışdır. Xətai Rayon Məhkəməsinin icraatında olmuş hazırki X saylı mülki işin də baxılması məhkəmənin hakimi cənab Sərdar Mehrəliyevə verildikdə, prosessual qanunvericilik həmin hakimin müvafiq işə baxmasına yol verməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, o, əvvəllər hakim kimi birinci instansiya məhkəməsində işin baxılmasında iştirak etmişsə həmin hakimin işə baxmasına yol verilmir (MPM-in 19.1.3-cü m.). Apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən görünür ki, apellyasiya məhkəm əsində müvafiq işin baxılmasında iştirak etmiş məhkəmənin hakimi X4 17.12.2019-cu il tarixdə Ali Məhkəmədə eyni tərəflər arasında mübahisəyə baxılan zaman X saylı mülki işin də baxılmasında məhkəmənin kollegial tərkibində iştirak etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, o, əvvəllər hakim kimi kassasiya instansiya məhkəməsində işin baxılmasında iştirak etmişsə həmin hakimin işə baxmasına yol verilmir (MPM-in 19.1.3-cü m.). Mülki işin 60-cı vərəqəsində olan, İddiaçı tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş 12.04.2021-ci il tarixli, 7863 nömrəli etiraz ərizəsindən görünür ki, o, ilkin məhkəmə iclasında (09.03.2021-ci il tarixli iclasda) iştirak etmiş məhkəmə tərkibindən 2 hakimə (Xəyal Sarıyev, Şərafət Məmmədovaya) yazılı etiraz vermişdir. İddiaçı tərəfindən təqd im edilmiş 12.04.2021-ci il tarixli etiraza və mülki işə məhkəmə tərkibinə daxil olmayan hakimlər tərəfindən 13.04.2021-ci il tarixində baxılaraq etiraz baxılmamış saxlanmış, həmin tarixdə də qərardad və qətnamə qəbul edilmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, apellyasiya və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir (MPM-in 22.3-cü m.). İddiaçı X3 tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş 12.04.2021-ci il tarixli 7863 nömrəli Etiraz məhkəmə tərkibində olan 2 hakimə (Xəyal Sarıyev, Şərafət Məmmədova) edilmiş olsa da, 13.04.2021-ci il tarixində qəbul edilmiş qərardaddan görünür ki, apelyasiya məhkəmə kollegiyası iddiaçı tərəfind ən təqdim edilmiş etirazın hansı hakimlər barəsində verilmiş olmasına diqqət etməmişdir. Etiraza münasibətdə məhkəmənin hakimləri x, x və Akif İsgəndərovdan ibarət məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş 13.04.2021-ci il tarixli qərardaddan müəyyən olunur ki, hakimlər x, x və Akif İsgəndərovdan ibarət məhkəmə tərkibə verilmiş etiraz baxılmamış saxlanmışdır. Halbuki, iddiaçı tərəfindən verilmiş etirazın bu tərkibə heç bir aidiyyəti olmamışdır. Eləcə də, iddiaçı tərəfindən məhkəmə tərkibində olan 2 hakimə (Xəyal Sarıyev, Şərafət Məmmədova) verilmiş etiraza baxmaq səlahiyyəti apellyasiya məhkəməsinin sədrində olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasın da iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
16. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və e yni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
17. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsini n aktı bütövlükdə yoxlanılır.
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. İddia ərizəsindən görünür ki, silinməsi tələb edilən 7.200 manat borc, sayğaca müdaxilə ilə bağlı əvvəl qaldırılmış (Bakı Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli qətnaməsi ilə rədd edilmiş) iddiada ol an 8.640 manat borcun bir hissəsidir. İddiaçı bu dəfə borcun düzgün hesablanmadığına istinad edir. Belə bir iddianı (yeni hüquqi əsasla) qaldıra biləcəyinin Ali Məhkəmənin Mülki Kollegiyasının 17.12.2019-cu il tarixli qərarında qeyd olunduğunu bildirir.
22. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı daha əvvəl 8.640 manat borcun silinməsi tələbini irəli sürərkən həmin borcun əsaslı olub-olmaması işə mahiyyəti üzrə baxan məhkəmənin araşdırma predmeti olmuşdur. Çünki, məhkəmə tərəfin irəli sürdüyü hüquqi əsaslandırmaya bağlı deyil. İddianın hansı hüquqi əsasa görə haqlı olduğunu müəyyənləşdirmək, əgər tələb əsaslıdırsa onu tam və ya qismən təmin etmək məhkəmənin vəzifəsidir. Məlum olduğu kimi, hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mö vqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır.
23. Odur ki, əsassız olması səbəbilə müəyyən bir borc məbləğinin silinməsinə dair irəli sürülmüş tələb məhkəmə tərəfindən həll edildikdə, həmin qərar iddianın mümkün hüquqi əsasları yoxlanılmaqla çıxarılmış hesab edilir. Bu səbəbdən borcun silinməsinin rədd edilməsinə dair məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra eyni borcun və ya onun bir hissəsinin silinməsinə dair başqa bir hüquqi əsasla yenidən iddia qaldırılması hüquqi müəyyənlik və preyudisiallıq prinsipləri ilə uzlaşmır.
24. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyy ənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
26. İş materiallarından görünür ki, İddiaçı ünvan 1 (abonent kodu: **********00030) mənzilində qaz sərfiyyatına görə cavabdeh “Azəriqaz” İB tərəfindən hesablanmış 8640 manat borcun silinməsinə dair bir dəfə iddia qaldırmışdır. İddiaçı həmin tələbi sayğaca müdaxilə etməməsi ilə əsaslandırmışdır.
27. Bakı Apellyasiya Məhkəməsinin 12.06.2019-cu il tarixli qətnaməsi ilə sayğacın müdaxilə nəticəsində sıradan çıxması və zədələnmənin istehlakçının təqsiri nəticəsində baş verməsi müəyyən olunmaqla iddia rədd edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, “Azəriqaz” İB tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış borcun əsassız lığı öz təsdiqini tapmamışdır.
28. Bu qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının 17.12.2019-cu il tarixli qərarı ilə qüvvəsində saxlanıldıqdan sonra İddiaçı 20.09.2020-ci ildə hazırkı iddianı qaldırmışdır.
29. Buna baxmayaraq apellyasiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə baxılmasının mümkünlüyü müzakirə olunmamış, bununla bağlı prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir (§ 15-16).
30. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla işə yenidən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün mülki iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara al dı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.