Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5115/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), İlqar Rəhim oğlu Xələfov və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-686/2019 nömrəli iş üzrə 14 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim V.N.Sadıqov) 2(025)-1540/2018 nömrəli, 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 QSC, Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi, Cavabdeh3si və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “Asan xidmət” Mərkəzində Notariat kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilərək əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın (hakim V.İ.Məlikov (sədrlik edən və məruzəçi), E.Ş.Hüseynov və A.A.Mahmudov) 2(107)-686/2019 nömrəli, 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1540/2018 nömrəli, 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 QSC, Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi, Cavabdeh3si və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “Asan xidmət” Mərkəzində Notariat kontoruna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilərək əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 QSC arasında Qəbələ rayon Dövlət Notariat kontorunda bağlanmış 15.03.2010-cu il tarixli xxxxxxxxxxx nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş yüklülük çıxarışının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmiş dir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-686/2019 nömrəli iş üzrə 14 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə m əlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)686/2019 nömrəli iş üzrə 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tər əfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarına əlavə edilmiş Qəbələ Rаyоn Məhkəməsinin 2(025)-483/2017 nömrəli 18 iyul 2017-ci il tarixli qətnаməsi ilə cаvаbdehlər X3, X4, X2 və İddiaçı оğlundаn qətnаmənin icrа оlunduğu günə оlаn Аzərbаycа n mаnаtının məzənnəsi ilə hesаblаnmаqlа müştərək qаydаdа xxxxxxxxxxxxx nömrəli kredit razılaşması üzrə 5.394,52 ABŞ dolları əsas, 1.393,58 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 6.838,1 ABŞ dolları kredit borcu, xxxxxxxxxxxx nömrəli kredit razılaşması üzrə 37.917,48 ABŞ dolları əsas, 10.381,65 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 48,349,13 АBŞ dоllаrı kredit borcunu, ümumilikdə cəmi 55.187,23 ABŞ dolları kredit borcunu iddiаçı Cavabdeh1 QSC-nin xeyrinə tutulması, tutmаnın аçıq hərrаcdаn sаtılmаqlа ipоtekа ilə yüklü edilmiş Hüquqlаrın Dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın Dövlət reyestrindən MA seriyаlı ******* nömrəli Çıxаrışа əsаsən (reyestr nömrəsi – **********89-10301; qeydiyyаt nömrəsi – **********; qeydiyyаt tаrixi – 10.03.2010-cu il) cаvаbdeh İddiaçınа məxsus оlаn xxxxxxxxxxxx küçəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 67,9 m2 yaşayış, 139 m2 yardımçı sahədən ibarət olan (0,03 ha torpaq sahəsilə birlikdə) fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlаkın ilkin sаtış qiymətinin 140.000 (bir yüz qırx min) mаnаt müəyyən edilməsi, yаşаyış evinə tutmа yönəldikdən və о sаtıldıqdаn sоnrа bir аy ərzində cаvаbdehlər İddiaçı və Ağasıyeva Kаmalə Maarif qızı evi tərk etmədikləri hаldа, оnlаrın istifаdə hüququnа xitаm verilməklə, həmin evdən məcburi qаydаdа çıxаrılаrаq evin bоşаldılması, ipоtekа predmetinin qiymətləndirilməsinə görə 200 mаnаt xidmət hаqqının iddiаçı Cavabdeh1 QSC-dən tutulаrаq «xxxx» MMC-yəödənilməsi və ipoteka predimetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün dövlət büdcəsinə ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı, hаbelə iddiаnın qаldırılmаsı üçün dövlət rüsumu оlаrаq ödənilmiş 30 mаnаt məbləğində məhkəmə xərclərinin cаvаbdehlər X3., X5, X2 və İddiaçı оğlundаn tutulаrаq iddiаçı Cavabdeh1 QSC-ə ödənilməsi qət edilmişdir. İş Həmin qətnаmədən cavabdeh İddiaçı аpellyаsiyа şikаyəti vermiş, Şəki Аpellyаsiyа Məhkəməsinin MK-nın 24.10.2017-ci il tаrixli 2(107)-2192/2017 nömrəli qətnаməsi ilə аpellyаsiyа şikayəti təmin edilməmişdir. Cаvаbdeh İddiaçı və vəkili X1 Аpellyаsiyа Məhkəməsinin MK-nın 24.10.2017-ci il tаrixli 2(107)2192/2017 nömrəli qətnаməsindən kаssаsiyа şikаyəti vermiş, lаkin Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin MK-nın 07.03.2018-ci il tаrixli 2(102)-1835/2018 nömrəli Qərаrı ilə kassasiya şikаyətləri təmin edilməmişdir. İş materialları ilə müəyyə n edilmişdir ki, İddiaçı və Cavabdeh1 QSC QSC-nin də iştirak etdiyi həmin işdə borclu X3 kredit öhdəliklərinin təminatı qismində İddiaçı məxsus yaşayış evinin ipoteka yüklü edilməsində və işin nəticəsi olaraq tutmanın həmin evə yönəldilməsində hər hansı qanun pozuntusu müəyyən olunmamış və bu hal qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında m üqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 472.1.-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya Zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2.-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, Bank hazırkı mübahisə üzrə borcun, müştərək qaydada, cavabdehdən və zaminlik müqaviləsi bağlamış şəxs tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. İşə baxan aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, 15.03.2010-cu il tarixli xxxxxxxxxx saylı uzunmüddətli kredit müqaviləsi ilə kredit xətti müqaviləsi üzrə kredit xəttinin məbləği 500.000 ABŞ dolları, müddəti 120 ay müəyyən edilmişdir. Cavabdeh1 QSC arasında bağlanmış 15.03.2010-cu il tarixli xxxxxxxxxxxx s aylı kredit xətti müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki, Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana 500.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında «Kredit Razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir. Cavabdeh1 QSC ilə aralarında bağlanmış 15.03.2010-cu il tarixli ipoteka müqaviləsinin 1.1-ci bəndində göstərilmişdir ki, ipoteka verən öz mülkiyyətində və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı Bank ilə onun arasında müvafiq olaraq 15.03.2010-cu il tarixdə Qəbələ şəhərində aşağıdakı şərtlərlə bağlanmış xxxxxxxxxxxx saylı kredit xətti müqaviləsi və bu kredit xət ti müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit Razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanmış ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərini icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. İlk öncə onunla Cavabdeh1 QSC arasında bağlanmış 15.03.2010-cu il tarixli xxxxxxxxxxxxxxxxsaylı kredit xətti müqaviləsinin hüquqi nəticəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Mülki hüquq normalarının təvsirindən görünür ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xara kterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. İş materiallarında olan kredit xətti müqaviləsi adlanan sənədin mahiyyətindən görünür ki, tərəflər qanunda nəzərdə tutulan öhdəliklə bağlı normalarda müəyyən edilmiş, yəni hər hansı bir hərəkəti etməyə dair öh dəlik götürməmişlər, başqa sözlə mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, dəyişdirilməsinə və ya xitamı haqqında müqavilə bağlamamışlar. Kredit xətti müqaviləsində tərəflər hər hansı bir hərəkəti etməyə dair öhdəlik götürməyibsə, deməli sözügedən kredit xətti müqaviləsi tərəflər üçün məcburiyyət yaratmır. 15.03.2010-cu il tarixli xxxxxxxxxxx saylı kredit xətti müqaviləsinin 1.1-ci bəndinin sonuncu cümləsində də qeyd edilmişdir ki, «Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir». Başqa sözlə, Kredit Xətti Müqaviləsi üzrə Cavabdeh1 QSC-nin onun qarşısında hər hansı öhdəliyi, o cümlədən kredit vermək öhdəliyi mövcud deyil. Buna görə də, Kredit xətti müqaviləsi konsensual müqavilə deyil, yəni Cavabdeh1 QSC-nin ona gələcəkdə kredit vermək vədi mövcud deyil. Əsasında hər hansı ö hdəlik yaranmadığı üçün kredit xətti müqaviləsi ümumiyyətlə müqavilə, əqd deyil. Kredit xətti müqaviləsi ilkin müqavilə də deyil. Çünki Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Kredit Xətti Müqaviləsi üzrə isə tərəflərin belə bir öhdəliyi mövcud deyil. Kredit xətti müqaviləsi üzrə o, kredit almaq üçün Cavabdeh1 QSC-yə müraciət edə bilər, Cavabdeh1 QSC isə krediti verə də bilər, verməyə də bilər. Deməli, tərəflər arasında kredit xətti üzrə hər hansı öhdəlik yoxdur. Buna görə də Kredit xətti müqaviləsi mülki hüquqi nəticə doğurmayan niyyət razılaşmasıdır. Məlumdur ki, tərəfl ər arasında onların hansısa niyyətləri haqqında razılaşmaları ola bilər. Özündə ilkin müqavilənin bütün şərtlərini ehtiva etmədən belə niyyət razılaşmalarının icra edilməsi heç bir hüquqi nəticəyə səbəb ola bilməz. Buna görə də şərh olunan maddədə nəzərdə tutulmuşdur ki, tərəflər öz niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək iradələrini ifadə etməzlərsə, o heç bir hüquqi nəticələr doğurmur. Lakin niyyət razılaşmasına ilkin müqavilə qüvvəsi vermək üçün onda ilkin müqavilələr üçün müəyyən edilmiş bütün tələblərə riayət edilməlidir. Niyyət razılaşmasında gələcəkdə bağlanacaq əsas müqavilənin predmeti, digər mühüm şərtləri, habelə razılaşmanın müddəti göstərilməli və forması haqqında qanunun göstərişlərinə əməl edilməlidir. Bu səbəbdən, onunla Cavabdeh1 QSC arasında olan kredit münasib ətləri kredit xətti müqaviləsinə əsaslana və onunla tənzimlənə bilməz. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun normalarına istinadən hesab etmişdir ki, Cavabdeh1 QSC ilə aralarında bağlanmış ipoteka müqaviləsi, əsas öhdəlik müqaviləsinin təminatı kimi bağlanmadığından, eləcə də onunla Cavabdeh1 QSC arasında bağlanmış kredit razılaşması əsas müqavilə sayılmadığından Bankın kredit borcunun onun ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi hissəsi təmin edilə bilməz. Həmçinin kredit xətti müqaviləsində tərəflər hər hansı bir öhdəlik götürmədiyindən, həmin müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsi də əhəmiyyətsiz əqdlərdir. Оnunla Cavabdeh1 QSC arasında bağlanmış 15.03.2010-cu il tarixli ipoteka müqaviləsində isə yalnız kredit xəttinin ümumi müddəti və ümumi məb ləği qeyd edilməklə yuxarıda sadalanan qanunun müddəalarında tələb olunan şərtlər öz əksini tapmamışdır. Bu halda müəyyən olunur ki, sözügedən kredit xətti müqaviləsi tərəflər arasında hüquqi fakt kimi mülki hüquq və vəzifələri əmələ gətirmir, dəyişdirmir və ya xitam etmir. Həmin müqavilə hüquqi fakt kimi mülki hüquq və vəzifələri əmələ gətirmirsə, dəyişdirmirsə və ya xitam etmirsə, deməli öhdəlik hüquq münasibətlərinin (öhdəliklərin) əmələ gəlməsini də şərtləndirmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin M əcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habel ə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-686/2019 nömrəli iş üzrə 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-686/2019 nömrəli iş üzrə 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5115/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5115/2019
16.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver