Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5116/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Auksion Mərkəzinin 17 saylı Şəki ərazi Şöbəsi və Zaqatala rayonu lahıc Bələdiyyəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10i, X8 və X2 qarşı bələdiyyə ilə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və hərracın nətic ələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Auksion Mərkəzinin 17 saylı Şəki ərazi Şöbəsi və Zaqatala rayonu lahıc Bələdiyyəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10i, X8 və X2 qarşı bələdiyyə ilə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, ha kimlər M.Əsədli(məruzəçi) və İ.Quliyev) Zaqatala Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh lər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Auksion Mərkəzinin 17 saylı Şəki ərazi Şöbəsinə və Zaqatala rayonu Lahıc Bələdiyyəsinə, müstəqil tələb irəsli sürməyən üçüncü şəxslər X7, X3 və X2 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Auksion Mərkəzinin 17 saylı Hərrac məsələləri Dövlət Komitəsinin Şəki ərazi Şöbəsi tərəfindən keçirilən 28 iyul 2018-ci il tarixli hərracın nəticələrinin ləğv olunması, cavabdeh və üçüncü şəxslər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə Zaqatala rayonunun lahıc bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 10 noyabr 2012-ci il tarixli müqavilə ilə sonuncu bələdiyyənin mülkiyyətində olan 08,25 ha torpaq sahəsini icarəyə götürmüşdür. Müqavilə 11 ay müddətinə bağlanmışdır və müqavilənin müddəti uzadılmamışdır. 18 mart 2018-ci il tarixli iclasında Lahıc bələdiyyəsi qeyd edilən torpaq sahəsinin uzunmüddətli icarəyə verilməsi məqsədilə müsabiqəyə çıxarılması barədə qərar qəbul etmişdir. Bununla bağlı “Mülkiyyət” qəzetində 26 may 2018-ci ildə elan verilmişdir. 21 iyun 2018-ci ildə 4 nəfər şəxs X4, X9, X19, X1 bir ərizə və bir təkliflə Auksion mərkəzinə müraciət edərək mübahisəli torpaq sahəsini icarəyə götürmək istədiklərini və 408 manat illik icarə haqqı təklif etdiklərini göstərmişlər. Eyni zamanda hərracda iştirak etmək üçün həmin tarixdə X2 adlı şəxs də Auksion mərkəzinə müraciət etmiş və illik icarə haqqı kimi 405 manat təklif etmişdir. Bu müraciətlərlə əlaqədar hərracların təşkili üzrə A uksion mərkəzinin 17 saylı Şəki Ərazi Şöbəsinin torpaq müsabiqə və hərrac komissiyası müsabiqəyə hazırlıq barədə 28 iyun 2018-ci ildə iclas keçirmişdir. Həmin iclasın keçirilməsi ilə bağlı tərtib edilmiş 28 iyun 2018-ci il tarixli protokolla hərracda (müsabiqədə) iştirak edəcək 2 nəfər şəxsin siyahısı təsdiq edilsə də həmin protokolda hərracda iştirak edəcək 5 nəfər şəxsin adları göstərilmişdir və onların adları aşağıdakı sıralama ilə qeyd edilmişdir;
1. X4 X9 X19 X8
2. X5 Eyni zamanda işin mübahisə edilməyən hallarına görə Komissiya tərəfindən hərracın keçirilməsi üçün hazırlıq iclası keçirildiyi gün, yəni 28 iyun 2018-ci ildə həm də hərrac keçirilmiş və bir ərizə ilə eyni təklif (408 manat icarə haqqı) vermiş 4 nəfər X4, X9, X19, X8 hərracın qalibi elan edilmişdir. Hərracın nəticələrinə görə Auksion Mərkəzi tərəfindən həmin şəxslərə auksionun qalibi olmalarına dair şəhadətnamə verilmişdir. 10 iyul 2008-ci il tarixli icarə müqaviləsi ilə Lahıc bələdiyyəsi 8 ha torpaq sahəsini hər birinə eyni ölçüdə olmaqla auksionun qalibi olmuş şəxslərə illik icarə haqqı 408 manat olmaqla 49 il müddətinə icarəyə vermişdir. İddiaçı bildirir ki, bələdiyyə ilə bağladığı müqavilənin müddəti bitsə də mübahisə predmeti olan torpaq sahəsi hazırkı vaxta qədər istifadəsindədir. Ərazidə yaşayan və torpaqdan istifadə edən şəxs kimi hərracın keçirilməsi barədə məlumatlandırılmamışdır. Lahıc bələdiyyəsi mübahisə predmeti olan torpaq sahəsini gizli şəkildə hərraca çıxarmış və torpaq sahəsinin əri X3, müavini X4ə, bələdiyyə üzvü X5ə və ərinin əmisi oğlu X6a icarəyə verilməsinə nail olmuşdur. Cavabdehlər eyni məzmunlu izahatlar verməklə bildirirlər ki, 8 ha torpaq sahəsi hərraca tam qanuni əsaslarla çıxarılmış və hərracın keçirilməsi zamanı qanun pozuntularına yol verilməmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandılırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Əvvəla işin hallarından görünür ki, iddiaçı inzibati orqanların publik hüquqa aid qeyri-qanuni hərəkətləri nəticəsində pozulmuş hüququnu mübahisələndirdiyi halda hazırkı işin inzibati-iqtisadi məhkəməyə aid olub-olmaması müzakirə edilməmiş və həmin hala hüquqi qiymət verilməmişdir. Bundan başqa işə baxan məhkəmələr tərəfindən iddiaçının irəli sürdüyü işin mahiyyətinə aid dəlillər üzrə araşdırma aparılmamışdır. Belə ki, iddiaçı bildirir ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı ərazidə yaşayan sakin kimi məlumatlandırılmamış və hərrac gizli şəkildə keçirilmişdir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar Respublika əhəmiyyətli “Mülkiyyət” qəzetində elan verilsə də bu elan Lahıc bələdiyyəsinin ərazisində yaşayan şəxslərin həmin ərazidə yerləşən torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı birmənalı olaraq məlumatlandırılması kimi qiymətləndirilməməlidir. Əvvəla iş materiallarında hərrac keçirilən dövrdə həmin qəzetin Lahıc bələdiyyəsinin yerləşdiyi əraziyə çatdırılması və satılması barədə iş materiallarına sübut əlavə edilməmişdir. Bundan başqa bələdiyyə həmin qəzetdə elan verməklə yanaşı bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.7-ci maddəsinə uyğun olaraq ərazidə yaşayan sakinləri bilavasitə olaraq məlumatlandırmağa borclu idi. Ona görə ki, həmin maddənin tələblərinə görə bələdiyyələr s atışa çıxarılan torpaq sahələrini və bu torpaqların ölçülərini, təyinatını, qiymətini, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. Həmçinin “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində göstərilir ki, torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Bununla yanaşı iş materiallarından görünür ki, X5un bələdiyyə sədrinin əri, X6un ərinin əmisi oğlu, X4 və X3in isə bələdiyyə üzvləri olması və bələdiyyə sədrinin səyləri nəticəsində həmin şəxslərin auiksionda iştiraklarının təmin edilməsi və qalib gəlməsi barədə iddiaçının dəlilləri üzrə araşdırma aparılmamış və bu hallarla bağlı vəzifəli şəxslərin hərəkətlərində korrupsiy a cinayətinin əlamətlərinin olub-olmamasına münasibət bildirilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, 8 ha torpaq sahəsi ilə bağlı baş tutmuş auksion hərracın keçirilməsi üçün müəyyən olunmuş kriterilərə zidd qaydalarla həyata keçirilmişdir. Belə ki, hərracda iştirak etmək niyyətində olan 5 nəfər şəxsdən 4 nəfər şəxsin bir yazılı ərizə ilə və eyni təkliflə, yəni illik icarə haqqına görə 408 manat pul təklif etməsi ilə çıxış etməsi hərracda iştirak etmək istəyən hər bir şəxsin təklif etdiyi məbləğin digər hərrac iştirakçılarına məlum olmaması prinsipini pozmaqla yanaşı hərracın formal keçirildiyini təsbit edir. Çünki hərracın keçirilməsi qaydalarına görə hərracda iştirak etmək istəyən hər bir şəxsin təklifi şəxsin öz xətti ilə gizli şəkildə yazılmalı və zərfə qoyularaq bağlı vəziyyətdə komissiyaya təqdim edilməlidir. Bundan başqa hərracın keçirilməsinə dair sənədlərdən görünür ki, hərraca hazırlıqla bağlı komissiyanın iclası 28 iyun 2018-ci ildə keçirildiyi halda, hərrac da eyni tarixdə, yəni 28 iyun 2018-ci ildə keçirilmişdir. Eyni zamanda hərraca hazırlıq barədə komissiyanın 28 iyun tarixli protokolu ilə hərracda 2 nəfər şəxsin iştirak etdiyi qeyd edildiyi halda hərracın qalibi olaraq 4 nəfər şəxsin adı göstərilmişidr. Beləliklə iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qaətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.