Məhkəmə qərarları › İş №2(102)-5117/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-5117/2023

28.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5117/2023 28.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı "icarə müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə, həmçinin, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair birləşdirilmiş mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-5117/2023 (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı "icarə müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə, həmçinin, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair birləşdirilmiş mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)429/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 və onun vəkili eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. kassasiya şikayətinin İşin halları: İddiaçı1 Cavabdeh1 qarşı "icarə müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair işin halları:

1. İddiaçı1 Cavabdeh1 qarşı “icarə müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 12 noyabr 2021-ci ildə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan, xüsusi mülkiyyət hüququ üzrə ona və ailə üzvlərinə məxsus olan 2.1098 ha torpaq sahəsi ilə bağlı Cavabdeh1 ilə mərhum anası X1 arasında bağlanmış, Ağcabədi rayon Dövlət Notariat Kontorunun dövlət notariusu Abdı Şirinov tərəfindən təsdiq edilərək 3M-475 reyestr nömrəsi ilə qeydiyyata alınmış 20 iyul 2013-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və həmin icarə müqaviləsi əsasında verilmiş ********** qeydiyyat nömrəli, 08 aprel 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.

2. Ağcabədi Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(017)-116/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, xüsusi mülkiyyət hüquq üzrə İddiaçı1 və ailə üzvlərinə məxsus Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 2.1098 ha torpaq sahəsi ilə bağlı Cavabdeh1 ilə iddiaçının mərhum anası X1 arasında Ağcabədi rayon Dövlət Notariat Kontorunun dövlət notariusu Abdı Şirinov tərəfindən təsdiq edilmiş 20 iyul 2013-cü il tarixli 3M-475 reyestr nömrəsi ilə qeydiyyata alınmış icarə müqaviləsi etibarsız hesab edilmiş, həmin icarə müqaviləsinə əsasən Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli ********** qeydiyyat, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmişdir.

3. Qətnamədən Cavabdeh1n vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialına birləşdirilmiş digər mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair işin halları:

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə 15 iyul 2020-ci ildə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə onlara məxsus olmaqla Ağcabədi r ayonu Pərioğullar kəndində yerləşən 2.1098 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.

5. Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(017)-31/2021 saylı qətnaməsi ilə iddia təmin olunaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Ağcabədi rayonu Pərioğullar kəndi ərazisində yerləşən 2.1098 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir.

6. Qətnamədən cavabdehlər Cavabdeh2 və X2, işdə iştirak etməyə cəlb olunmayan, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan digər şəxs Cavabdeh1 tərəfindən birgə a pellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birləşdirilmiş mülki iş üzrə apellyasiya instansiya məhkəməsində birinci icraat.

7. Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(106)-1868/2021 saylı qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev, S.İ.Mayılov və İ.Q.Əsədov) apellyasiya şikayəti təmin edimiş, Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(017)-31/2021 saylı qətnaməsi ləğv edilərək iddia təmin edilməmişdir. Birləşdirilmiş iş üzrə kassasiya instansiya məhkəməsində icraat.

8. Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(106)-1868/2021 saylı qətnaməsi iddiaçılardan İddiaçı1 tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi nin Mülki Kollegiyasının 13 aprel 2022-ci il tarixli 2(102)-1492/2022 qərarı (hakimlər İ.Xələfov, Ə.Nurməmədov və Z.Əliyev) ilə kassasiya şikayəti təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat.

9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-429/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Ağcabədi Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(017)-116/2022 saylı qətnaməsinin Cavabdeh1, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikaəytinə münasibətdə dəyişdirilmədən saxlan ılması, birləşdirilmiş mülki iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və işdə iştirak etməyə cəlb olunmayan, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan digər şəxs Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Ağcabədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(017)-31/2021 saylı qətnaməsinin cavabdehlər Cavabdeh2, X2 və işdə iştirak etməyə cəlb olunmayan, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan digər şəxs Cavabdeh1 birgə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri:

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 aprel 2023-cü il tarixli 2(106)-429/2023 saylı qətnaməsindən kassasiya şikayəti veriməsindən ötrü buraxılmış prosessual müddə tin bərpasına dair Cavabdeh1 və onun vəkili, eyni zamanda nümayəndəsi ərizə ilə məhkəməyə müraciət etmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2023-cü il tarixli 2(106)- 429/2023 saylı qərardadı ilə Cavabdeh1 qətnamədən kassasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 aprel 2023-cü il tarixli 2(106)-429/2023 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 aprel 2023-cü il tarixli 2(106)-429/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qaytarılması qərara alınmışdır.

12. Həmin qərar daddan Cavabdeh1 və onun vəkili eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. 13.Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

14. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

15. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.

16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

17. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

18. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər.

19. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.

20. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

21. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

23. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qərardadın MPM-nin 402.2-ci maddəsində nəz ərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qərardadlar kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

24. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2023-cü il tarixli 2(106)-429/2023 saylı qərardadının surəti Cavabdeh1 və onun vəkili eyni zamanda nümayəndəsi Vəkil2 məxsus elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdiri lmişdir. Lakin kassasiya şikayəti qanunla müəyyən edilmiş kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət 4 gün keçdikdən sonra, 11 dekabr 2023-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir.

25. Halbuki bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 405-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

26. Beləliklə, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətlər keçdikdən sonra verildiyindən, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilib baxıla bilməz.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəm əyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

28. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2023-cü il t arixli 2(106)- 429/2023 saylı qərardadından Cavabdeh1 və onun vəkili eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar