Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5126/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlük əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, torpağın və evin ilkin vəziyyətə qaytarılması” iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5485/2022 nömrəli iş üzrə 20 iyul 2022-ci il tarixli qərardadından İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra-iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yaqub Meybalı oğlunun adına DƏDRX-dən verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən Cavabdeh2 ilə X2 arasında xx.xx.2019-cu il tarixində bağlanmış 4ə-429 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv olunması, Cavabdeh3 ilə X2 arasında 4 saylı Asan Xidmət mərkəzinin notariusu tərəfindən bağlanmış xx.xx.2019-cu il tarixli 4ə-774 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında DƏDRX-dən verilmiş çıxarışın ləğv olunması və torpağın ilkin vəziyyətə qaytarılmasıxahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-23/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Talıbova Leyla) iddianın rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İd diaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(010)23/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5485/2022 nömrəli iş üzrə 20 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər – X3 (sədrlik edən və məruzəçi), X7 və X6) apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, təqdim edilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin Əlavə 2-də gö stərilmiş Formasına tam riayət edilməmişdir. Belə ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar təyinatı üzrə düzgün müəyyən edilmiş dövlət rüsumunun məbləği qanunla müəyyən edilmiş məbləğdən az, cəmi 5 manat məbləğində ödənilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-133,146, 360-366, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2 -ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
6. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, 2(103)-5485/2022 nömrəli iş üzrə 20 iyul 2022-ci il tarixli apellyasiya instansiyası məhkəməsinin qərardadının tamamilə ləğv edilməsini, apellyasiya şikayətinin icraata götürülməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, 2(010)-23/2022 nömrəli mülki iş üzrə iddiaçının iddia ərizəsi birinci instansiya məhkəməsinə 14 yanvar 2020-ci il tarixində daxil olmuş və iddia ərizəsi 2021-ci il 1 oktyabr tarixindən öncə verilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə istinad edərək iddiaçının 50 manat rüsum ödəməli olduğunu qeyd etmişdir, lakin həmin qanun 1 oktyabr 2021-ci il tarixindən qüvvəyə minir.
8. Eləcə də apellyasiya şikayəti AR MPM-də qeyd olunan maddəsində Əlavə 2də göstərilmiş formada apellyasiya şikayətinin forma və məzmununa əməl edilmiş, müvafiq sənə dlər, order, etibarnamə və dövlət rüsumu şikayətə əlavə edilmişdir. Ona görə də, həmin şikayətin məhkəmə tərəfindən mümkünsüz sayılması və geri qaytarılması əsassız, qanunsuz olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.
11. Maddə 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
12. Maddə 363.1.1-1 və 363.1.2. Apellyasiya şikayəti bu Məcəllən in 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
13. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu
14. Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilm əsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
15. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Kassasiya baxışının hədləri
16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. İşdən görünür ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar təyinatı üzrə düzgün müəyyən edilmiş dövlət rüsumunun məbləği qanunla müəyyən edilmişdən məbləğdən az, cəmi 5 manat məbləğində ödənilmişdir.
20. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir.
21. Mülki Prosessual Məcəllənin 363.1.1-1 və 363.1.2-ci maddələrinə əsasən, bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti, birinci instansiya məhkəməsi tərəfindən, qaytarılır.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyri-mümkün sayılması ilə ilə bağlı apellyasiya mövqeyil ilə razılaşır.
23. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli və bu məhkəmə müdafiəsi hüququ hüquqdan suiistifadəyə məruz qalaraq digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir”. Bunun isə işin mahiyyətinə hansı formadasa məhkəmənin əvvəlcədən qiymət verməsi hesab etmək olar ki, bu qanunla yol verilməzdir.
24. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şik ayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5485/2022 nömrəli iş üzrə 20 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.