Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-513/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-9359/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.H.Qasımov, iş № 2(001)-3996/2018) İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və Reyestrdən Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək onlar arasında N saylı mənzilinə dair bağlanmış xx xxxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsi və həmin müqaviləyə əsasən Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, M.A.Məmmədov və E.E.Nağıyeva, iş № 2(103)10609/2018) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərar ı ilə (hakimlər: E.R.Vəliyeva, Q.A.Əsgərov və S.F.Hacıyev, iş № 2(102)2819/2019) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.A.Məmmədova, V.T.Həsənov və F.Ş.Talışınski) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri, Binəqədi rayonu, 9 “A” mikrorayon, Mir Cəlal küçəsi, 11 saylı evin 42 saylı mənzili xx xxxxxx 2016-cı il tarixli Daşınmaz Əmlakın Döv lət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olmuş və 2 saylı Bakı “Asan Xidmət” Mərkəzində yerləşən notariat kontorunda təsdiq olunmuş xx xxxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən mənzili xx xxxxxxx 2010-cu il tarixdən rəsmi nikahda olduğu arvadı Cavabdeh bağışlamışdır. xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2018-ci ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin əsasən onun vəsaiti hesabına (85.000 manatı) alınmasını, lakin həyat yoldaşı Cavabdeh atasının təzyiqi altında mənzili həyat yoldaşına bağışlamasını, bundan sonra arvadı ilə münasibətlərinin tam pisləşməsini və bağışlama müqaviləsini bağlamaqda cav abdehin məqsədinin mənzili mənimsəməkdən ibarət olmasının ona məlum olmasını, bağışlama müqaviləsini aldatma təsiri altında bağlamasını əsas göstərməklə müqavilənin etibarsız, onun əsasında cavabdehin adına verilmiş Dövlət Reyestrindən Çıxarışın isə ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2, 337 və 673-cü maddələrinə istinad etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək mübahisəli mənzilin onun cehiz əşyalarının satışından əldə edilmiş 35.000 manatın və topladığı vəsaitin hesabına alınmasını, ailəsində heç vaxt münaqişənin olmamasını, müqavilənin heç bir öhdəliklə şərtləndiri lmədən bağlanmasını, ailə münasibətlərinin iddiaçının təqsiri üzündən, onunla kobud davranması səbəbindən pozulmasını, məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticənin əsassız olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi bağışlama müqaviləsinin etibarsız sayılmasını qanuni və əsaslı hesab edərkən müqavilədən əvvəl tərəflər arasında münasibətlərin yaxşı olmamasını və müqavilədən sonra daha da pisləşməsini, cavabdehin məhz müqavilənin bağlanmasından sonra iddiaçı ilə nikahının pozulması barədə məhkəmədə iddia qaldırmasını, cavabdehin nümayəndəsinin hazırkı müqavilənin iddiaçının işi ilə bağlı maliyyə problemlərinin olması və bu problemin mənzilin itirilməsi ilə nəticələnməməsi üçün qarşılıqlı razılaşma əsasında bağlanmasının bildirməsini, müqavilənin hə qiqi niyyətlə bağlanmamasını əsas göstərmiş və bu zaman maddi hüquq norması kimi Mülki Məcəllənin 673.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1.) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3) Kollegiya hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə, qanunun tələbinə uyğun əsaslandırılmadan çıxarıldığından qanuni sayıla bilməz. İş materiallarından görünür ki, iddiaçı bağışlama müqaviləsinin cavabdehin atasının təzyiqi və eləcə də aldadılmaqla bağlamasını əsas göstərməklə etibarsız sayılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxıldıqda isə iddiaçının nümayəndəsi müqavilənin cavabdehin at ası və qohumlarının təzyiqi altında bağlanmasını bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxıldıqda isə iddiaçı bağışlama müqaviləsinin bağlanma səbəbini izah edərkən bunun “işində müəyyən problemlərin olması” və “mənzilin itirilməsinin qarşısının alınması” məqsədi daşıdığını bildirmişdir. Göründüyü kimi iddiaçı bağışlama müqaviləsinin bağlanmasını iddia ərizəsində, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsində biri-birindən fərqli səbəblərlə izah etmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu ziddiyyəti araşdırmadan, müqavilənin bağlanmasında tərəflərin həqiqi niyyətini müəyyən etmədən, iddiaçının hansı səbəbdən müqavilənin etibarsızlığını tələb etməsini konkretləşdirmədən iddianın əsaslı olması barədə nəticəyə gəlmişdir. Halbuki, həmin məsələnin müəyyən olunması mübahisənin düzgün və qanunun hansı normasının qüvvəsinin tətbiq edilməklə həll olunması üçün mühüm əhəmiyyət kəsb etmişdir. İddia ərizəsində bağışlama müqaviləsinin etibarsız sayılması tələb olunduğundan, məhkəmə kollegiyası tərəfindən bunun üçün ilk növbədə iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar yoxlanılmalı və Mülki Məcəllənin konkret normasına istinad olunmaqla mübahisənin həlli təmin olunmalı idi. Apellyasiya instansiyası məhkəməsi bağışlama müqaviləsinin etibarsız sayılmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən əqdin etibarsızlığına əsas verən heç bir konkret maddi hüquq normasına istinad etməmişdir. Mülki Məcəllənin 337-349-cu maddələrində əqdin etibarsızlığının əsasları müəyyən olunmuşd ur. Əqd o zaman etibarsız sayıla bilər ki, yuxarıda göstərilən əsaslardan (337-349-cu maddələr) biri mövcud olsun, yaxud bu, birbaşa qanunda nəzərdə tutulmuş olsun. Məhkəmə kollegiyası qətnamədə qanuni əsas kimi yalnız Mülki Məcəllənin 673-cü maddəsinə istinad etmişdir. Həmin norma isə onun məzmunundan göründüyü kimi, hədiyyə verənin bağışlamaqdan imtina etməsinin əsaslarını müəyyən edir. Tərəflər arasında münasibətin müqavilədən sonra daha da pisləşməsi və nikahın pozulması, əqdin mənzilin itirilməməsi üçün bağlanması barədə tərəflərin izahatları qanunda müəyyən olunmuş əsaslara uyğun olmadığından, kollegiya hesab edir ki, həmin dəlillər əqdin etibarsız sayılması üçün əsas verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağla nan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İşdən görünür ki, müqavilə hər iki tərəfin bilavasitə iştirakı ilə bağlanmış, onlar tərəfindən imzalanmış və müqavilənin həqiqiliyi notariusda təsdiq olunmuşdur. Həmin müqavilə əlavə heç bir öhdəliklə şərtləndirilməmiş, müqavilənin hüquqi nəticələri tərəflərə izah olunmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının p ozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-513/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-513/2020
22.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver