Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-513/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:pulun tutulması) 12.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5698/2024 nömrəli iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-25/2022 nömrəli qərarı ilə İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X1 və Bakı şəhəri 53 saylı notariat ofisi işə cəlb edilməklə) Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2021-ci il tarixli 2(103)-4964/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərarda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı məhkəmə qətnaməsində göstərmişdir ki, bağışlanmış əşyalardan birinin Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin cavabdeh tərəfindən alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirməsi bağışlama müqaviləsinin etibarsız sa yılmasına mane olmur. Belə ki, 1-ci, həmin hal etibarsızlıqla bağlı tələbin rədd edilməsi üçün əsas deyil; 2-ci, hüquqi müəyyənlik üçün bağışlama müqaviləsi etibarsız sayılmalıdır. Bu, iddiaçıya imkan verəcək ki, həmin əşya ilə bağlı qanuni maraqlarının müdafiəsi üçün zəruri olan sonrakı hərəkətləri reallaşdıra bilsin: zərərin əvəzinin ödənilməsini tələb etsin, yaxud əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin ona verilməsini tələb etsin və s. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.000 manat pul vəsaitinin, 6.000 manat əldən çıxmış faydanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər ba cı-qardaş olmaqla ata və analarından qalma mirasa sahibdirlər. Aralarındakı mübahisə bir-neçə ildir davam edir. Həmin müddətdə Günel Hüseynova mirasa daxil olan əmlaklardan birini - Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 197054Ə0004 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bağırova Pərvin Rauf qızına satmış və 48.000 manat pulu özünə götürmüşdür. Həmin müqavilə sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4964/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(102)- 25/2022 saylı qərarı ilə etibarsız sayılmışdır. Hesab edir ki, atalarından qalmış mirasa daxil olan göstərilən əmlaka görə əldə edilmiş vəsaitin yarısı 24.00 0 manat və Günel Hüseynovanın həmin məbləği özündə saxladığı müddət üçün hesablanmalı olan zərər ondan tutularaq İddiaçı ödənilməlidir. Həmin zərər alğı-satqıdan bəri keçən təqribən 5 il üçün 24000*5/100*5=6.000 manat təşkil edir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, qardaşı ilə 2018-ci ildə münasibəti yaxşı olduğundan öz aralarında razılaşmışdırlar ki, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsini qardaşı bağışlama müqaviləsi əsasında onun adına rəsmiləşdirsin və o, torpağı satandan sonra pulun yarı hissəsini qardaşına versin. Bundan sonra torpaq onun tərəfindən 48.000 manat qiymətinə satılmışdır. 2019-cu ilin iyun ayında Nadir satışdan öz payına düşən hissəni almaq üçün onun evinə gəlmiş və o, 22.000 manat məbləğində pulu Nadirə vermişdir. Pulu verdiyi zaman bibisi və qonşusu da orada olmuşlar.
5. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, tərəflərin hər ikisinin bibisidir. Artıq 3 ildən çoxdur ki, Nadirlə münasibəti kəsilmişdir. Belə ki, Nadir özü telefon nömrəsini dəyişib və o vaxtdan bəri onunla münasibətdən yayınmışdır. Sözügedən əmlakla bağlı tərəflər arasında bağışlama müqaviləsi bağlanan və həmin əmlak satılan zaman tərəflərin münasibətləri qaydasında olmuşdur. 2019-cu ilin iyun ayında o Günelin evində olarkən Nadir ora gəlmiş və satışdan əldə edilmiş puldan 22.000 manat məbləğində pulu Güneldən almışdır. Bu zaman tərəflər arasında hər hansı bir qəbz yaxud başqa bir sənəd imzalanmamışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirm işdir ki, cavabdehin qonşusudur. Qardaşı ilə onun arasında olan ədavətdən çox da məlumatlı deyildir. Ona bəllidir ki, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin satışından əldə edilən pulun ona düşən hissəsini almaq üçün Nadir 2019-cu ilin iyun ayında Günelin evinə gəlmişdir. Həmin zaman orada Günelin bibisi də olmuşdur. Günel onun yanında pulu Nadirə vermişdir. Həmin vaxt məbləğdən məlumatlı olmasa da, sonradan öyrənmişdir ki, Günel Nadirə 22,000 manat məbləğində pul vermişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İlkin Rüstəmli) 07 avqust 2024-cü il tarixli, 2(009)-1336/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 24.000 manat məbləğində pul vəsaiti və 6.000 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 30.000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ödənilmiş 180 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə 2022-ci il tarixdə tərəflər arasında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Lakin bu vaxta kimi, yəni 2019-cu il tarixdə Cavabdeh atasından miras qalmış və qardaşı İddiaçı birinci növbəli vərəsə kimi 1/2 hissədə payı olan həmin əmlakı 48.000 manat pul müqabilində üçüncü şəxsə satmış və həmin məbləğin hamısını özü əldə etmişdir. Qeyd olunan hallar qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqlənir. Belə olan halda cavabdeh əsassız varlan maqla iddiaçıya zərər vurmuşdur. Bu səbəbdən sözügedən əmlakın satışından əldə etdiyi 48.000 manat məbləğində pulun yarı hissəsi kimi 24.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2020, 2021, 2022, 2023 və 2024-cü illər üçün) 60 aylıq dövr üçün 24.000 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 60 ay üçün 6.000 manat əldən çıxmış fayda cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1091.1, 1091.2, 1092.1, 1133.1, 1159.1.1, 448.1, 445.7, 449.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, «Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, yeni qərar qəbul edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının pulunu tələb etdiyi əmlak, yəni torpaq sahəsi may 2019-cu ildə dövlət reyestrində onun xüsusi mülkiyyəti olaraq reyestr qeydiyyatında olub. Həmin ilin iyun ayında iddiaçı şahidlərin iştirakı ilə 22.000 manat pul vəsaitini qəbul edərkən, hər hansı bir narazılığı olmamışdır. Sonradan onunla iddiaçının həyat yoldaşı arasında mövcud olmuş zidd iyyət və fikir ayrılıqları səbəbindən qardaşı ilə arasında 2019-cu ilin axırlarında və 2020-ci ildə münaqişə yaranmışdır. Əgər belə olmasaydı iddiaçı əqdin etibarsızlığı barədə məhkəmənin 2021-ci il tarixli qətnaməsindən sonrakı dövrlərdə pul tələb edərdi. İddiaçı bu vəsaiti ona görə tələb etmirdi ki, çünki həmin pul vəsaiti tərəfindən ona şahidlərin yanında verilmişdir. Əmlakın satışından şifahi razılaşmalarına uyğun qardaşına, yəni iddiaçıya pul verməsinin təcrübədə hər hansı rəsmiləşmə qaydası yoxdur. Bu baxımdan məhkəmə həm mövcud təcrübəni, həm də qanun və hüququn analogiyası baxımından işə yanaşmalı idi. Məhkəmə işin faktiki hallarını nəzərə almamışdır. Məhkəmə nəzərə almır ki, iddiaçı nəyə görə bağışlama müqaviləsi etibarsız hesab edildikdən sonra, keçən 4 (dörd) il müddətində əmlak ın paylı mülkiyyət olaraq onun adına qaytarılması ilə əlaqədar hərəkətləri etməmişdir? Məhkəmə sübutları – şahid ifadələrini düzgün qiymətləndirmədiyi üçün, iddiaçı əsassız olaraq varlanmış olur. Eyni məbləği iddiaçı 2-ci dəfə almış olur.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məhəmməd Rüstəmli) 2(103)-5698/2024 nömrəli iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1336/2024 nömrəli iş üzrə 07 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının tələbi haqlı olduğundan məhkəmə əsaslı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh əsassız v arlanmaqla iddiaçıya zərər vurmuşdur. Bu səbəbdən sözügedən əmlakın satışından əldə etdiyi 48.000 manat məbləğində pulun yarı hissəsi kimi 24.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh şahid ifadələrinə istinad edərək 2019-cu ilin iyun ayında 22.000 manat iddiaçıya verdiyini iddia etsə də, iş materiallarında bu halı təsdiq edəcək hər hansı sübut yoxdur, şahid ifadələrini isə məhkəmə mötəbər hesab etmir, şahidlərdən biri cavabdehin qonşusudur, digər isə tərəflərin bibisi olmaqla 3 ildən çoxdur ki, iddiaçı ilə münasibətlərinin kəsildiyini bildirmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmçinin məhkəmənin tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərin in icra edilməli olduğu vaxtdan (2020, 2021, 2022, 2023 və 2024-cü illər üçün) 60 aylıq dövr üçün 24.000 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 60 ay üçün 6.000 manat əldən çıxmış fayda cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qənaəti də qanuni və əsaslı olmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 445.7, 448.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qərar qəbul edilərək iddianın rədd edilməsini xa hiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almır ki, əgər iddiaçı tərəfdən atasına məxsus olmuş digər bir mənzili öz adına gizlin keçirmə faktı ilə əlaqədar onunla məhkəmə çəkişməsi olmasaydı, hazırkı mübahisə olmazdı. Azərbaycan Respublikası MM-nin məqsəd və vəzifəsi mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdən ibarət olduğundan, məhkəmə cavabdehin xüsusi mülkiyyətində olmuş öz əmlakını 2019-cu ildə satdıqdan sonra, pul vəsaitinin bir hissəsini (22.000 manat) şahidlərin yanında iddiaçıya verilməsi faktını düzgün qiymətləndirməmişdir. Məhkəmə nəzərə almalıdır ki, qardaşı cavabdehin evinə gələn zaman evində bibisi və yaxın qonşusu olmuşdur. Məhkəmə işin bu hallarını düzgün qiymətləndirməmişdir. Həmin vaxt qardaşı yalnı z şifahi razılaşmalarına uyğun cavabdehdən pulu qəbul etdi. Sənəd üzrə payı olmamışdır. İş üzrə əhəmiyyətli hallar, sübutlar və sair dəlillər düzgün qiymətləndirilməmişdir. Ən mühüm hal ondan ibarətdir ki, iddiaçı əqdi etibarsız hesab edildikdən sonrakı dövrdə digər prosessual hərəkətləri etməməsi faktını (məhkəmə iddiaçıya 2021-ci il tarixli qətnamə əsasında izah verib) araşdırmamış və bu hərəkətlərin edilməməsinin nə ilə əlaqədar olmasına düzgün yanaşılmamışdır. İddiaçı şahidlərin yanında 22000 manat pulu almışdır. Məhkəmə bu halı şahidlərin ifadələrini düzgün qiymətləndirməyərək, əsassız qətnamə çıxarmışdır
20. Cavabdeh ilə iddiaçı arasında münasibətlər 2019-cu ilin sonlarında və 2020-ci ildə pozulub. Bundan sonra məhkəmə çəkişmələri olub. Əgər xx.xx.2018-ci ildə tərəflər arasında zid diyyət olsaydı, iddiaçı özünə məxsus olan ½ payları, yəni əmlakları cavabdehə bağışlamazdı. Bu hala məhkəmə düzgün qiymət verməmişdir. Əslində məhkəmə qətnamələrindən aydın görünür ki, iddiaçı özünə məxsus olan bütün payları may – iyun 2018-ci ildə cavabdehə bağışlamışdır. Cavabdeh torpaq sahəsini öz xüsusi mülkiyyətinə qəbul etmiş və həmin əmlakı may 2019-cu ildə satdıqdan sonra, iyun 2019cu ildə şahidlərin yanında 22.000 manat pulu iddiaçıya vermişdir. Bu hala düzgün qiymət verilməmişdir. Məhkəmələr hazırkı mübahisə predmetinin faktiki halları baxımından, yəni faktları, habelə tərəflər arasında çoxsaylı mübahisələr ilə əlaqədar mövcud qətnamələrin çıxarılma tarixləri və nəyə görə iddiaçı 4 il müddətində bacısından pul tələb etməməsi, yalnız bacısı digər bir mübahisəli məsələ ilə iddia tə ləbi ilə çıxış etdiyi üçün, hazırkı iddia ilə məhkəməyə müraciət etmə faktını, habelə doğma bibilərinin şahid ifadəsinin nəzərə alınmaması halına diqqət yetirilməlidir. Cavabdehin və iddiaçının hərəkətlərinə formalaşmış məhkəmə təcrübəsi baxımından düzgün qiymətləndirilməməsi səbəbindən, bu təcrübəyə xüsusi diqqət yetirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hes abına əmlak əldə etsin.
27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi apellyasiya baxışının predmeti olan 22.000 manat pul tələbinə münasibətdə bu qənaətə gəlmişdir ki, cavabdeh əsassız varlanmaqla iddiaçıya zərər vurmuşdur. Bu səbəbdən sözügedən əmlakın satışından əldə etdiyi 48.000 manat məbləğində pulun yarı hissəsi kimi 24.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xe yrinə tutulmalıdır. Cavabdeh şahid ifadələrinə istinad edərək 2019-cu ilin iyun ayında 22.000 manat iddiaçıya verdiyini iddia etsə də, iş materiallarında bu halı təsdiq edəcək hər hansı sübut yoxdur, şahid ifadələrini isə məhkəmə mötəbər hesab etmir, şahidlərdən biri cavabdehin qonşusudur, digər isə tərəflərin bibisi olmaqla 3 ildən çoxdur ki, iddiaçı ilə münasibətlərinin kəsildiyini bildirmişdir.
42. Tələbin əldən çıxmış faydanın tutulmasına münasibətdə məhkəmənin qənaəti belə olmuşdur ki, tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2020, 2021, 2022, 2023 və 2024-cü illər üçün) 60 aylıq dövr üçün 24.000 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 60 ay üçün 6.000 manat əldən çıxmış fayda ilə bağlı cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüqu qun düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5698/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.