Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5138/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, iddianın yolverilənliyi (mümkünlüyü), iddianın əsası, iddianın predmeti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil Novruz oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 2(105)-1101/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda imzalanmış 03.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh 6 ay müddətində, yəni 03.07.2013-cü il tarixdən 03.01.2014-cü il tarixədək qaytarmaq şərtilə iddiaçıya 25.000 ABŞ dolları, həmin dövrdə manat kursu ilə 19.650 manat məbləğində pul kredit verməyi, iddiaçı isə cavabdehə 25.000 ABŞ dolları, həmin dövrdə manat kursu ilə 19.650 manat məbləğində pulu qaytarmağı öhdəsinə götürmüşdür. Abşeron Ra yon Məhkəməsinin 2(012)-3686/2015 nömrəli iş üzrə 25 avqust 2015-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdehin hazırkı iş üzrə iddiaçıya qarşı 25000 ABŞ dolları pul tələbinə dair iddiası təmin olunmuşdur. Həmin məhkəmənin 17 may 2019-cu il tarixli qərarı ilə qeyd olunan məhkəmə qətnaməsini icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmiş, qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 03.07.2013-cü il tarixli kredit müqaviləsinin əhəmiyyətsiz - yalan əqd kimi qiymətlən dirilməsi, müqavilənin etibarsız hesab olunması və cavabdehdən ona nağd olaraq verdiyi 3000 ABŞ dolları pulun, ondan tutulmuş 3500 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehdən ünvan 1 ünvanında yerləşən və əvvəllər onun istifadəsində olan torpaq sahəsini 2013-cü ildə 25.000 ABŞ dollarına almışdır. Həmin vaxt cavabdehin torpaq sahəsinə aid heç bir sənədi olmadığına görə alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Əvəzində notarial qaydada 03 iyul 2013-cü il tarixli kredit müqaviləsi bağlamışlar. Lakin həmin kredit müqaviləsi aralarında yaranmış faktiki münasibətləri əks etdirməmişdir. Faktiki aralarında alqı-satqı münasibətləri olsa da, yalan əqd ol araq kredit müqaviləsi bağlanmışdır. Bundan sonra isə əlavə olaraq 3 sot torpaq sahəsinə görə 3000 ABŞ dolları pul ödəmişdir. Cavabdeh 2015ci ildə həmin kredit müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddia qaldırmış, 25.000 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 avqust 2015-ci il tarixli, 2(012)-3686/2015 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Bundan başqa, Abşeron rayon Masazır Bələdiyyəsi cavabdehə qarşı özbaşına tutulmuş bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin geri qaytarılması və qeyri-qanuni tikilmiş daş hasarın sökülməsi tələbinə dair iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(012)-101/2020 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi iza hatında bildirmişdir ki, iddianı qəbul etmir. Həmçinin, məhkəməyə ünvanlandığı ərizəsində göstərmişdir ki, iddiaçıdan bu günə qədər 3186,73 manat pul vəsaiti almışdır. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh onun həyat yoldaşıdır. İddiaçını 2013-cü ildən kənd sakini olaraq tanımışdır. Özü və ya həyat yoldaşı iddiaçıya torpaq satmamışdır. Onun şəxsi torpağı olmamışdır. Evlərinin qarşısında iddiaçının bacısına məxsus 10 sot torpaq olmuşdur. İddiaçı uzun illər ev alqı-satqısı ilə məşğul olmuşdur və bacısının torpağında 5 ədəd ev tikib satmışdır. O, iddiaçıya 25.000 ABŞ dolları borc pul vermişdir və borc münasibətlərini notariusda kredit müqaviləsi bağlayaraq rəsmiləşdirmişlər. Aralarında olan sövdələşməyə əsasən, onlar şər ikli ev tikəcəkdilər. Tikilən ev sonradan satılmalı və onlar pulu aralarında bölməli idilər. İşləri olduğuna görə hər istədiyi vaxt işdən çıxa bilməmişdir. Bu səbəbdən müqavilə həyat yoldaşı ilə iddiaçı arasında bağlanmışdır. Pulu həyat yoldaşının yanında iddiaçıya əlbəəl vermişdir. İddiaçı həmin torpaq sahəsində 5 ev tikmiş və onları satmışdır. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-2297/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik kredit müqaviləsinin etibarsız sayılması üçün bir il müddət müəyyən etmişdir. Ona görə də tərəflər arasında bağlanmış 03.07.2013-cü il tarixli kredit müqaviləsinin əhəmiyyə tsiz - yalan əqd kimi qiymətləndirilməsi, müqavilənin etibarsız hesab olunması barədə iddia tələbi müddətin keçməsi səbəbindən rədd olunmalıdır. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində göstərilən digər tələblər iddia tələbinin kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən irəli gəldiyindən, həmçinin həmin hissələrlə bağlı mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissələrdə də rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra -Mülki Məcəllə) 354.1, 354.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, əsassız və qanunsuzdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1101/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşıl ıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul olunmuşdur. İddiaçı əqdi mübahisələndirmək üçün müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Novruz oğlu) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qət naməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynidir (§ 3). Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə Mülki Məcəllənin 354.1, 354.2-ci maddələrini tətbiq etməklə səhvə yol vermiş, tətbiq edilməli olmayan normalara istinad etmiş, həm maddi, həm prosessual hüquq normalarını pozmuş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, çəkişmə prinsipinin tələblərini pozmuşdur. Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tər əfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və sair şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldı rıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Plenum vurğulamışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4). Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır (maddə 331.1). Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.1, 337.2 və 337.4). Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyul duğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2). MPM (işə baxıldığı dövrdə qüvvədə olmuş redaksiya) Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə... Maddə 169.3. Hakim həmin məhk əmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:...259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa... Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçın ın iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa... Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarı Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir....İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların m əcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi baxılan iş üzrə iddia ərizəsi məhkəməyə daxil olanadək qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-3686/2015 nömrəli iş üzrə 25 avqust 2015-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə cavabdehin hazırkı iş üzrə iddiaçıya qarşı 25000 ABŞ dolları pul tələbinə dair iddiası təmin olunmuşdur. Həmin iş üzrə iddia tələbinin əsasını hazırkı iş üzrə mübahisələndirilən borc (kredit) müqaviləsi təşkil etmişdir. Göründüyü kimi hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları üst-üstə düşmüş, işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş eyni kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrası ilə bağlı olmuşdur. Hazırkı iş üzrə iddianın əsasları faktiki olaraq digər iş üzrə verilməli olan etirazın əsaslarını təşkil edir. Nəzərə alınmalıdır ki, iddianın predmeti iddiaçının, barəsində qərar qə bul olunmasını xahiş etdiyi subyektiv hüquq olduğu üçün iddiaçının tələb etdiyi konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi və sairlə eyniləşdirilə bilməz. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir. Həmçinin konkret işin hallarından asılı olaraq məhkəmə baxdığı bəzi tələblərə qiymət verərkən ayrıca iddia tələbi kimi ifadə edilməmiş, lakin iddianın əsası nı təşkil edən məsələlər üzrə öz nəticələrini ifadə edə, hüquqi faktların mövcud olub-olmadığını müəyyən edə, hüquq və vəzifələri yaranmış və ya xitam olunmuş hesab edə bilər. Misal üçün borcun qaytarılması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün tələbin əsasını təşkil edən etibarlı borc müqaviləsinin bağlanıb-bağlanmadığını, həmin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilib-verilmədiyini müəyyən etmək vəzifəsi daşıyır. Bu zaman tərəflər arasında bağlanmış müqavilənin etibarsız və ya əhəmiyyətsiz hesab edilməsi, öhdəliklərə xitam verilməsi üçün ayrıca iddia tələbinin irəli sürülməsi zəruri deyildir və həmin hala məhkəmə tərəfindən qiymət verilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bi lməz. Bu baxımdan iddianın predmeti iddia tələbi ilə tam məhdudlaşmır və irəli sürülmüş tələblə ehtiva olunan, həmin tələbə mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymət verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Beləliklə, əgər hər hansı məhkəmənin icraatında tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin icrasına dair mülki iş varsa iddia tələbinin həcmindən asılı olmayaraq tərəflər arasında etibarlı müqavilənin bağlanıb-bağlanmadığı və müqavilə üzrə öhdəliklərə xitam verilib-verilmədiyi barədə məsələlər həmin icraatın predmetinə daxil olduğundan bu iş üzrə cavabdehin iddiaya etirazlarını ayrıca məhkəmə icraatı qaydasında müstəqil tələb şəklində irəli sürməsi prosessual hüquqlardan prosessual qənaət prinsipinə zidd sui-istifadə olmaqla, MPM-in 259.0.4 və ya 261.0.2-ci maddələrinin tələbləri ilə bir araya sığmır. MPM-in 47.1-ci maddəsində ifadə edilmiş işdə iştirak edən şəxslərin prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olduğu barədə prinsipdən irəli gələrək iddia tələbinin əsaslandığı müqaviləni etibarsız və ya əhəmiyyətsiz, yaxud müqavilədən irəli gələn öhdəliklərə xitam verildiyini hesab edən cavabdeh bununla bağlı ayrıca iddia qaldırmalı deyil, iddianın rədd olunmasına əsas verən etirazlarını və həmin etiraza dair sübutlarını və ya qarşılıqlı iddia ərizəsini işə baxan məhkəməyə təqdim etməlidir. Əgər həmin işə müqavilə tərəfi olan cavabdeh belə etirazlarını ondan asılı olmayan səbəblərdən təqdim edə bilməyibsə, o cümlədən, işə onun məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədən baxılmışdırsa həmin şəxsin qeyd olunan əsasla qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüququ yaranır. MPM-in 387.2.2-ci maddəsinə əsasən belə halın mövcud olması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi üçün birbaşa əsasdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, MPM-in prosessual qənaət prinsipinin təmin olunmasına xidmət edən mühüm institutlarından biri də əlaqəli işlərin bir icraatda birləşdirilməsidir. Belə ki, MPM-in 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara baxmayaraq, birinci instansiyası məhkəməsi eyni tərəflər arasında mübahisələndirilən borc müqaviləsi üzrə pulun tutulması barədə məhkəmə qətnaməsinin olduğunu nəzərə almadan, yuxarıda sadalanan prosessual hüquq normalarını işə tətbiq etmədən və bununla bağlı heç bir araşdırma və hüquqi dəyərləndirmə aparmadan işə mahiyyəti üzrə baxmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 385.1.1ci maddəsinin tələbləri pozularaq həmin məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində sadalanan prosessual hüquq normalarının tələbləri nəzərə alınmalıdır. İşə yenidən baxılark ən, həmçinin nəzərə alınmalıdır ki, apellyasiya və kassasiya baxışı zamanı cavabdeh tərəf Abşeron Rayon Məhkəməsinin 2(012)-3686/2015 nömrəli iş üzrə 25 avqust 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verdiklərini bildirsə də, işdə həmin şikayətin mümkün hesab edildiyi və ya apellyasiya qaydasında baxıldığı barədə hər hansı sübut yoxdur. Bu baxımdan yeni apellyasiya baxışı zamanı qeyd olunan qətnamənin qanuni qüvvədə olub-olmadığından asılı olaraq MPM-in 259.0.4, 261.0.2, yaxud 169.3-cü maddələrinin mülki işə tətbiqi mümkünlüyü müzakirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(105)-1101/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5138/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5138/2021
29.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver