Məhkəmə qərarları › İş №2(102)-5139/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5139/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5139/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra olunmaması, maddi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2374/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış və Şabran rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 01 iyun 2018-ci il tarixli təhvil-təslim aktına əsasən, iddiaçı cavabdehə mal-qara sürüsünü, yəni, 28 ədəd erkək dana, 47 ədəd dişi düyə, 5 ədəd balalı inək, 3 ədəd buzov və 5 ədəd 400-500 kiloqramlıq buğanı təhvil verməyi, qarşılığında cavabdehə razılaşdırılmış məbləğdə zəhmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə, öz növbəsində, mal-qara sürüsünü təhvil almağı və yaylaqdan sağ-salamat geri qaytaracağını öhdəsinə götürmüşdür. Siyəzən Rayon Polis Şöbəsinin 27 oktyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsa sən, iddiaçının şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 ədəd iri buynuzlu malların alınaraq ona verilməsi, bu mümkün olmadığı təqdirdə həmin malqaranın bazar dəyəri olan 25.000 manat pulun, adi mülki dövriyyə şəraitində mal-qaranı satacağı pulla əldə edəcəyi və cavabdehin təqsiri ucbatından məhrum olduğu 17.000 manat məbləğində dəymiş zərərin və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin mart ayında Ukrayna Respublikasından ölkə ərazisinə orta hesabla 25 0 kq diri çəkisi olan, Ukrayna cinsi, ağqara rəngli, simmental, 91 baş iribuynuzlu mal-qara gətirmişdir. Mal-qaranı saxlamaq və ondan xeyir götürmək məqsədilə, 3-4 il əvvəlcədən tanıdığı Siyəzən şəhər sakini olan cavabdehlə hər ay sonuncuya 300-400 manat zəhmət haqqı ödənilməsi şərti ilə yaylağa aparıb orada saxlaması üçün razılaşmışlar. 01 iyun 2018-ci il tarixində 91 baş mal-qaranı ona vermişdir. Lakin, mal-qara həmin gün deyil, təxminən aktın imzalanmasından 5-6 gün sonra cavabdehə təhvil verilmiş, yaylağa aparılmışdır. Mal-qara təhvil verilən zaman özü yox, atası XXX və sürücüsü XXX iştirak etmişlər. Cavabdeh mal-qaranı oktyabr ayınadək yaylaqda bəsləməli, daha sonra ona təhvil verməli idi. Mal-qaranın saxlanmasına sərf olunan xərcləri o, ödəməli idi, bu xərclər çıxıldıqdan sonra qalan pulu cavabdehlə aralarında bölməli idilər. Lakin cavabdeh üzərinə düşən öhdəliyin tələblərinə riayət etməmiş və 19 iyun 2018-ci il tarixində 11 baş mal-qara, o cümlədən, onlardan 9 baş dişi düyə, 2 baş erkək dana əskik olmaqla, ona təhvil vermişdir. Əvvəlcə mal-qaradan 12 baş erkək əskik olsa da, sonradan 1 baş dana tapılıb təhvil verilmiş, mal-qaranın itməsinə görə cavabdeh məsuliyyət daşısa da, onların axtarılması üçün tədbir görməyərək, pulunu qaytarmaqdan imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 2018-ci ilin aprel ayında iddiaçı ilə hər ay ona 300-400 manat zəhmət haqqı ödənilməsi şərti ilə, iddiaçıya məxsus mal-qaran ı yaylağa aparıb orada saxlamaq barədə razılaşmışlar. Razılaşmaya görə, o, mal-qaranı 2018-ci ilin oktyabr ayınadək yaylaqda saxlamalı, gündəlik qidalanması üçün yem məhsullarını, eləcə də vaksinləri iddiaçı təmin etməli, həmin ilin oktyabr ayında mal-qaranın satışından əldə etdikləri vəsaiti isə onların bəslənməsinə xərclənən vəsait çıxıldıqdan sonra aralarında bölməli idilər. 01 iyun 2018-ci il tarixində Şabran rayon Dövlət Notariat Kontorunda təsdiqlənmiş təhviltəslim aktında iddiaçının ona 91 baş mal-qara təhvil verməsi göstərilsə də, mal-qaranın bir qismi xəstə olduğu üçün onları yaylağa aparmaq mümkün olmamış və o, təxminən 2018-ci ilin iyun ayının 5-6-da 78 baş mal-qaranı iddiaçıdan deyil, iddiaçının atası XXXdan təhvil almışdır (bu zaman iddiaçının sürücüsü XXX də orada olub). 19 iyun 2018-ci il tarixdə malqarada xəstəlik olduğuna və iddiaçıdan tələb etməsinə baxmayaraq, onları vaksin və zəruri dərman preparatları ilə təmin etmədiyinə görə onların bir qismi tələf olmuş, bu barədə iddiaçıya məlumat verib, mal-qarasını aparmasını xahiş etmişdir. İddiaçıdan təhvil aldığı 78 ədəd mal-qaradan 3-ü əskik olmaqla təhvil vermişdir. Tələf olan 3 heyvandan birini ilan vurmuş, digər ikisi xəstəlikdən ölmüşdür. Lakin, 19 iyun 2018-ci il tarixdə malqaranı təhvil verərkən təhvil-təslim olunmasını aktlaşdırmamışlar. İddiaçının 11 baş malqaranın onun nəzarət etməməsi ilə əlaqədar itməsi barədə dedikləri həqiqətə uyğun deyildir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 göstərmişdir ki, İddiaçı sürücüsüdür. 2018-ci ilin iyun ayının 5-6-da 91 ədəd mal-qaranı cavabdehin yaylağa aparması üçün Şabran rayonunun Zöhrabkənd kəndinə o gətirmişdir. Lakin, mal-qara arasında xəstəlik olduğu üçün onların 78-ni cavabdehə təhvil vermiş, qalanları yaylağa aparmağı o, öhdəsinə götürsə də, onlar arasında yaranmış xəstəliklə əlaqədar apara bilməmişdir. Cavabdeh mal-qaranı 2018-ci ilin oktyabr ayınadək saxlamağı üzərinə götürsə də, buna riayət etməmiş və 19 iyun 2018-ci il tarixdə onlara təhvil vermişdir. 78 heyvandan 17-si əskik olmaqla, cəmi 61 baş mal-qaranı cavabdeh ona və iddiaçının atasına təhvil vermişdir. Şahid qismində ifadə verən X4 məhkəmə iclasında göstərmişdir ki, o, mal-qaranın cavabdehə təhvil verilməsində özü şəxsən iştirak etmişdir. Mal-qaranın 78-i 2018-ci ilin iyun ayının 5-6-da cavabdehə t əhvil verilmiş, qalanları isə vaksin vurulduqdan sonra yaylağa aparılmalı idi. Lakin, cavabdeh mal-qaranı saxlaya bilmədiyi üçün 19 iyun 2018-ci il tarixdə, cəmi 91 baş mal-qaradan 30-u əskik olmaqla aralarında akt tərtib olunmadan onlara təhvil vermişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Siyəzən X9 Mərkəzinin 05 mart 2019-cu il tarixli, 36 saylı məktubuna əsasən, sözügedən iri buynuzlu heyvanlara mütəxəssislər tərəfindən baxış keçirilmədiyindən hansı cinsə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Simmental cinsli heyvanlar adətən sarıala və ya qırmızı-ala olur. Mal-qara bazarında aparılmış müşahidələrə əsaslanaraq 250 kq diri çəkisi olan erkək heyvanlar orta köklükdə ət hesabı ilə qiyməti 1100-1200 manat, dişi heyvan isə 1300-1500 manat c ivarında dəyişir. Siyəzən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(059)-122/2019 nömrəli iş üzrə 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 11 ədəd iribuynuzlu heyvana görə 13.900 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun 33%-i, yəni 9,90 manat tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, o cümlədən ona təhvil verilmiş iribuynuzlu heyvanları, onlardan 19 iyun 2018-ci il tarixdə 11 baş iribuynuzlu heyvan (9 baş dişi düyə, 2 baş erkək dana olmaqla) əskik olmaqla iddiaçıya təhvil vermişdir. İş materiallarında olan təhv il-təslim aktı iddiaçının qeyd edilən heyvanları cavabdehə verməsini təsdiq edir. Lakin, cavabdeh bunun əksini sübut edə biləcək hər-hansı mötəbər sübut və dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə, məhkəmə hesab etmişdir ki, iddiaçı öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. Məhkəmə iddianın mal-qaranın qaytarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və hazırkı mübahisənin predmeti olan iri buynuzlu heyvanların real mövcud olmaması iddianın həmin hissədə (real qaytarmanı nəzərdə tutan hissədə) təmin edilməsini istisna edir. Belə ki, tərəflər arasında yaranmış mübahisə məhz iri buynuzlu heyvanların təhvil-təslim aktı əsasında alınaraq lazımı kəmiyyətdə qaytarılmaması olmuşdur ki, bu da t ərəflərin məhkəmə iclası zamanı verdiyi izahatı ilə heyvanların natura şəklində qaytarılmasının qeyri-mümkünlüyünü bir daha sübut edir. Məhkəmə mal-qaraya görə tələb olunan məbləğlə bağlı qeyd etmişdir ki, Siyəzən X9 Mərkəzinin 05 mart 2019-cu il tarixli məktubu ilə 11 baş iribuynuzlu heyvanların (9 baş dişi düyə, 2 baş erkək dana olmaqla) real bazar qiymətinin cəmi 13.900 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd edilən məbləğ hər iki tərəfin mənafeyi nəzərə alınmaqla ədalətli və real hesab olunmalı və yalnız mal-qaranın müəyyən edilmiş bazar dəyəri, yəni cəmi 13.900 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia təmin edilməlidir. İddia tələbinin əldən çıxmış faydaya aid hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bund an sonra – Mülki Məcəllə) 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. İddiaçı isə əldən çıxmış faydanın nədən ibarət olması, bunun üçün görmüş olduğu tədbirlər barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddia tələbinin 17.000 manat əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulması hissəsi əsaslı hesab edilə və təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.2, 443.4, 777.1, 777.2, 778.1, 779.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə 7 ildir ki, tanışdır. O, iddiaçı üçün işləmişdir, aralarında bir-birlərinə etibar olmuşdur. 2018-ci ilin may ayında iddiaçı Siyəzən rayonu, Qara Siyəzən kəndində yerləşən fermasına iri buynuzlu inək və dana gətirmişdir. İddiaçı ona heyvanlarını Zöhrəbkənd kəndinə yaylağa aparmağı, onun bütün xərclərini ödəyəcəyini təklif etmiş, o da razılaşmışdır. 30.05.2018-ci il tarixdə iddiaçı onu Şabran Notariat Kontoruna aparmış və orada notariat qaydasında müqavilə bağlanmışdır ki, onun 91 baş iri buynuzlu heyvanını yaylağa aparıb otaracaq və buna görə məsuliyyət daşıyacaqdır. Sonra 05.06.2018-ci il tarixdə saat 5 radələrində təhvil-təslim aktını tərtib edərək 78 iri buynuzlu heyvanı qəbul edib Şabran rayonu, Zöhrəbkənd kəndin ə getmişdir. Notariat qaydasında göstərilən 91 baş iri buynuzlu heyvandan 78 başını çoban X7 yaylağa aparmışdır. Qalan 13 baş iri buynuzlu heyvan isə xəstə olduğuna görə iddiaçının fermasında işləyən adamlar həmin xəstə heyvanları çobanı XXXa verməmişlər. Ona görə də aktda 91 baş heyvanın yerinə 78 baş mal-qara göstərilmişdir. Zöhrabkənd kəndinə çatanda 3 baş heyvan tələf olmuşdur. Bu fakt iddiaçının adamlarının gözü qarşısında olmuşdur. İddiaçının atası XXX onlarda olan aktın surətinin ona verilməsini xahiş edərək demişdir ki, aralarında təhvil-təslim olduğuna görə bu akt lazım deyil. Aralarında etibar var, amma onların şərikinə akt lazım olduğuna görə ona öz aktlarını verə bilməzlər, onda olan aktı istəmişlər ki, onu şəriklərinə versinlər. O da X5 tapşırmışdır ki, aktın surətini iddiaçın ın atası XXXə versin. O, bilməmişdir ki, iddiaçı və onun atası XXX planlı şəkildə onu aldatmışlar. O, heç bir heyvanı itirməmiş və mənimsəməmişdir. Onun çobanları 78 baş iri buynuzlu mal-qaranı təhvil almış, 19.06.2018-ci il tarixdə 75 baş heyvanı geri, iddiaçının Qara Siyəzən kəndində yerləşən fermasına qaytarmışlar. İddiaçının fermasına 75 baş iri buynuzlu mal-qaranın təhvil verilməsi barədə akt tərtib olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2741/2019 nömrəli iş üzrə 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasi ya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşaraq hesab etmişdir ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1806/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi onun təqdim etdiyi şahidləri dindirməmiş, iddiaçı tərəfindən təqdim olunmuş şahidlər XXX və XXX isə öz ifadələrində cavabdehə 78 baş mal-qara təhvil verdiklərini göstərmişlər. Məhkəmə həmin ifadələrə və 07.06.2018-ci il tarixli təhviltəslim aktına hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxan məhkəmə şahid ifadələrinə və 07 iyun 2018-ci il tarixli təhvil-təslim aktına hüquqi qiymət verməklə mübahisənin düzgün həllinə nail olmalıdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İşin apellyasiya icraatı zamanı tədqiq edilmiş sadə yazılı qəbzdə qeyd olunmuşdur ki, 07.06.2018-ci il tarixdə xxx XXXtərəfindən XXXa 91 baş əvəzinə 78 baş mal-qara təhvil verilmiş, 23.06.2018-ci il tarixdə isə XXX tərəfindən XXXə 75 baş diri, 3 baş ölü mal-qara verilmişdir. Məhkəmə kollegiyasının iclasında yenidən şahid qismində dindirilən X3 bildirmişdir ki, birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq edir. Belə ki, o, mal-qaranı xxxxtəhvil vermiş, o da qəbul etmişdir. Aralarında təhvil-təslimlə bağlı akt olmamış, işdə olan aktdakı imza isə ona məxsus deyil. Heyvanların təhvil alınmasında isə o iştirak etməmiş, iddiaçının atası XXX heyvanları təhvil almışdır. Təhvil alınan saydan məlumatsızdır. Apellyasiya baxışı zamanı məhkəmədə şahid kimi dindirilmiş X7 ifadəsində bildirmişdir ki, xxxx heyvanları saxlamaqla bağlı razılaşmışlar. xxx x tapşırığı ilə xxxx birlikdə gecə xxxxfermasında qalıb, səhər 5.00-6.00 radələrində xxxxx 78 baş heyvanı qəbul etmişlər. Orada heyvan çox olsa da, onlara 78 baş təhvil verilmişdir. Heyvanları yaylağa piyada aparmışlar, 2 baş heyvan yolda ölmüşdür. Mal-qaranı təhvil alıb verəndə akt tərtib edilməmişdir. Aktdakı imza isə ona məxsus deyil. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-2374/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia qismən təmin edilmiş, cavabdehdən 3 baş erkək dananın dəyəri kimi 3450 manat pulun tutularaq iddiaçıya verilməsi qət olunmuş, idd ia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı izahatında cavabdeh ilə notarial qaydada əqd bağlasalar da, mal-qaranın təhvil-təslimində özünün iştirak etmədiyini, həmin prosesdə işçisi X1 və atası X2 iştirak etdiyini etiraf etmişdir. İş üzrə şahidlər - iddiaçının işçisi X1 və iddiaçının atası X2 ifadələrindən görünür ki, digər mal-qara xəstə olduğundan nəzərdə tutulandan cəmi 78 baş heyvan yaylağa aparılması üçün cavabdehin adamlarına təhvil verilmişdir. Cavabdeh də apellyasiya şikayətində 78 baş heyvanı təhvil aldıqlarını təsdiq etmiş, lakin yolda 3 baş heyvanın tələf olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, 91 baş mal-qaranın cavabdehə təhvil verilməsinə dair iddiaçının mövqeyi inandırıcı və ağlabatan deyil. Təhvil-təslim iştirakçılarının izahat və ifadələri ilə də bu hal təkzib olunur. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, akt notarial qaydada təsdiq edilsə də, notarius tərəfindən aktın predmeti olan heyvanların sayı yox, tərəflərin iradə ifadəsi təsdiq edilmişdir. Başqa sözlə, həmin aktda tərəflərin heyvanların təhvil verilməsindən sonrakı öhdəlikləri (iddiaçının zəhmət haqqının dəyərini ödəməsi, cavabdehin mal-qaranı sağsalamat aparıb geri qaytarması öhdəliyi) təsbit olunur. Təhvil verilmə faktı isə həmin hərəkətin yerinə yetirildiyi zaman tərəflərin iştirakı ilə aktlaşdırılmalı idi. İşin araşdırılan hallarından isə müəyyən olunur ki, iddiaçı tərəfindən qeyd edilən sayda heyvanın verilməsinə dair hərəkət aktlaşdırılmamış, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. B unun əksinə isə hərəkətin iştirakçıları təhvil-təslimin sözügedən aktdan sonra olduğunu və təhvil verilən heyvan sayının 78 olduğunu etiraf etmişlər. Əskik gələn malların sayı barədə iddiaçı və onun dəvət etdiyi şahidlər fərqli, bir-birinə zidd rəqəmlər demişlər. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 91 baş heyvanın verilməsi, 11 baş heyvanın qaytarılmamasına dair tutarlı əsas gətirilməmiş, hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, cavabdeh tərəf 3 baş heyvanın yolda tələf olduğunu və təhvil zamanı 3 baş heyvanın əskik verildiyini etiraf etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, qeyd olunan əqd əsasında cavabdeh mal-qaranı sağ-salamat aparıb geri qaytarmaq öhdəliyini götürmüş, lakin buna riayət etməmiş, nəticədə 3 baş heyvan tələf olm uşdur. Belə olan halda cavabdeh qeyd olunan zərərə görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən Siyəzən X9 Mərkəzi tərəfindən verilmiş 05 mart 2019-cu il tarixli, 36 saylı məktub nəzərə alınaraq 3 baş erkək heyvanın orta bazar qiyməti (3 x 1150 manat) olan 3450 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası iddia tələbinin 17.000 manat məbləğində əldən çıxmış fayda formasında dəymiş zərərə dair hissəsini də əsassız hesab etmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 404, 1096.1, 1096.2, 1097.1, 1115-ci, MPM-in 14.2, 76.1, 76.2, 80, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən tərəflər kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştira kçılarının izahatları a) Cavabdehin kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilməsini və iddianın tam rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə maddi hüquq normalarına düzgün istinad etməmiş, heyvanların ölməsinə öhdəlik hüquq münasibəti kimi hüquqi qiymət vermişdir. Əslində isə heyvanların ölməsinə fors-major hadisə kimi qiymət verilməli idi. Bu zaman isə, ümumiyyətlə məsuliyyətdən söhbət gedə bilməz. Qətnamədən belə məlum olur ki, 3 baş ölmüş heyvanların dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin, q ətnamədə mal-qaranın ölməsində onun təqsirinin olub-olmaması əsaslandırılmamışdır. Öhdəliyin yaranması üçün onun təqsiri olmalıdır. Şahid ifadələrindən belə məlum olur ki, qeyd edilən 3 baş mal-qaranın ikisi xəstə olduğu üçün ölmüş, birini isə ilan vurduğu üçün ölmüşdür. Məhkəmənin mövqeyinə görə, ilan vuran və xəstə heyvanların ölməsinə görə cavabdeh notarial qaydada təsdiqlənmiş aktla öhdəlik götürmüşdür. Əslində ilan vuran və xəstələnən heyvanların ölməsinə görə notarial qaydada təsdiqlənmiş aktın heç bir hüquqi nəticəsi ola bilməz. Cavabdeh həmin aktla mal-qaranın ilan vurması və xəstəlikdən ölməsi halında öz üzərinə öhdəlik götürməmişdir. Məhkəmənin qeyd edilən yanaşması mülki hüququn təməl prinsiplərinə ziddir. Hüquq münasibətinin yaranma əsası ya hərəkət ya da hadisə olmalıdır. Ma l-qaranın ölməsi hərəkət deyil, məhz hadisədir. Həm də bu bir fors-major hadisədir. Yaranması, dəyişməsi və nəticəsi insan iradəsindən kənar baş verən həyati hallar hadisə hesab edilir. Yəni ilanın inəyi vurması və xəstələnməsi cavabdehin iradəsindən kənar haldır. Məsuliyyətin yaranması üçün şəxsin təqsiri olmalıdır. İş materialları ilə mal-qaranın ölməsində cavabdehin təqsirinin olması öz təsdiqini tapmamışdır. İş materialları ilə də təsdiq olunmuşdur ki, heyvanların ikisinə müvafiq dərman vurulmadığı üçün ölmüşdür. Şahid ifadələrindən də məlum olmuşdur ki, iddiaçının bir neçə heyvanı xəstə olduğu üçün cavabdehə təhvil verilməmişdir. Beləliklə, mal-qaranın xəstələnməsi təhvil-təslimə qədər baş vermişdir. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 1096, MPM-in 9.1, 77.1, 81, 88-ci m addələrinə istinad olunmuşdur. İddiaçının kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, şəxsi mülahizəsinə istinad etmiş, heç bir sübuta əsaslanmamış, əsli təqdim edilməyən və imzaların doğruluğu təsdiqlənməyən, yalnız Ali Məhkəmədə ortaya çıxan 07.06.2018-ci il tarixli akt adlandırılan sənədi sübut kimi qəbul etmişdir, qeyd olunan hallara hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 404.1-ci maddəsinə istinad olunmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instans iyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı tərəflərin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonr a qüvvəyə minir (maddələr 777.1, 777.2). Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir (maddə 778.1). Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır (maddə 779.1). Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir (maddə 783.2). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdı r və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2374/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar