Məhkəmə qərarları › İş №2(102)-514/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-514/2022

31.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-514/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X8, X12, X13, X14 və Cavabdeh5 qarşı “miras əmlakdan vərəsəlik qaydasında pay” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik, mirasın qəbul edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi ilə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(104)550/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1ndə yerləşən 0,35 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 62 kv.metr, yaşayış sahəsi 36,7 kv.metr olan fərdi yaşayış evi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 və onun ailə üzvlərinə Tovuz rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli qərarı ilə 0,53 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh1, X16, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı X4 övladlarıdırlar. X3 xxx qızının əridir. X6 02 avqust 2008-ci il tarixdə, X16 isə 10 noyabr 2010-cu il tarixdə vəfat etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X8, X12, X13, X14 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 miras qalmış JN 162 saylı dövlət aktında göstərilən 0,53 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin sonuncunun payına düşən hissəsindən, ünvan 1ndə yerləşən 0,35 ha torpaq sahəsindən və ümumi sahəsi 62 kv.metr, yaşayış sahəsi 36,7 kv.metr olan yaşayış evindən ibarət əmlakdan onun vərəsəlik payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, anasının ölümündən sonra iddiaçı qanun üzrə vərəsəsi kimi mirası qəbul etsə də, hazırda digər vərəsələrlə miras əmlakın idarə olunması ilə bağlı mübahisə yaranmışdır. Tovuz Rayon Məhkəməsin in 11 mart 2020-ci il tarixli, 2(062)-395/2020 nömrəli qətnaməsi ilə (hakim N.Q.Mustafayev) iddia tələbi təmin edilmiş, reyestr nömrəsi 297, inventar nömrəsi 91 olan qeydiyyat vəsiqəsinə əsasən, X4 adına qeydiyyata alınmış ünvan 1ndə yerləşən ümumi sahəsi 62 kv.metr, yaşayış sahəsi 36,7 kv.metr olan yaşayış evindən, həmin yaşayış evinin yerləşdiyi 0,35 ha həyətyanı torpaq sahəsindən bütöv hissənin və JN 162 saylı dövlət aktında göstərilən 0,53 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mərhum X4 payına düşən hissəsindən ibarət miras əmlakdan İddiaçı altıda bir (1/6) hissədən ibarət payı, X7 altıda bir (1/6) hissədən ibarət payı, X10 altıda bir (1/6) hissədən ibarət payı, X11 altıda bir (1/6) hissədən ibarət payı və Cavabdeh4 altıda bir (1/6) hissədən ibarət payının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 1159, 1243.2, 1243.3, 1255-ci maddələrinə istinad edərək hesab etmişdir ki, birinci dərəcəli vərəsələr miras əmlakı qəbul etmək faktının müəyyən edilməsini tələb etməkdə haqlıdırlar. X19 isə mirasın qəbul edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmədiyindən, miras əmlakın onun mərhum arvadı Tamilla Hüseynovanın payına aid hissəsi açıq saxlanılmalıdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh X19 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(062)-395/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(104)-550/2021 nömrəli qətnaməsi ilə (hakim R.Z.Mamedovun sədrliyi və məruzəsi ilə, hakimlər A.V.Bayramovdan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(062)-395/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mərhum anasından qalmış miras əmlakın qəbulu üçün onun vəfatından 6 ay müddətində notarial qaydada müraciət etməsi müəyyən olunmur. Həmçinin, iddiaçı anasından miras qalan əmlakı qəbul etməsini təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçının anasının ölümündən sonra həmin evdə yaşaması, orada hər hansı abadlıq işləri aparması iş materialları ilə müəyyən edilmir. Hətta iddiaçının anasının vəfatından sonra bir müddət yas mərasimində iştirak etməsi ilə əlaqədar orada qalması belə özlüyündə mirası faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Onun bu hərəkətini mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyildir. Çünki bu hal mirası qəbul etməkdən daha çox anasının yas mərasimini keçirmək niyyəti ilə əhatə olunmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(104)-550/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istina d edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki halları tam nəzərə alınmamışdır. Belə ki, iddiaçı, digər vərəsələr kimi mirası qəbul etmişdir. Vəsiyyətnamə olmadığından, miras əmlak bütün vərəsələr arasında bərabər bölünməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kolleg iyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Kasasiya baxışının hədləri Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanun vericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.1-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu v ə ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci ma ddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki mübahisənin əsasını miras əmlakın iddiaçı tərəfindən qəbul edilibedilməməsi təşkil edir. M əhkəmə kollegiyası izah edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunun həmin tələblərini hazırki işə tətbiq etməklə müəyyən edilir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, qanunv ericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin mirasın açıldığını bilməsinə baxmayaraq mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş həmin hərəkətlərin iddiaçı tərəfindən edildiyi təsdiq edilmir. Bununla bağlı olaraq məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, mirasın qəbulu ilə bağlı hərəkətlərin edildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür (MPM-in 14.2 və 77.1-ci maddələri). İddiaçı isə miras əmlakı mirasqoyanların ölümündən sonra MM-in 1246-cı maddəsi ilə müəyyən olunan müddət ərzində qəbul etdiyinə dair hər hansı sübutu işin faktiki halları nı araşdıran məhkəmələrə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(104)-550/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar