Məhkəmə qərarları › İş №2(102)-5142/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5142/2019

20.08.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5142/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu vəİbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçılar X4 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Cavabdeh3 və Cavabdeh2 qarşı miras payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2018-ciil tarixli qətnaməsindən iddiaçılar X4 və İddiaçı2 tərəfindənverilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri S əbail Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-53/2018, hakim T.B.Axundov)iddiaçılar X4 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Cavabdeh3 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, ünvan 1i ünvanında yerləşən 0.1240 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X1dan miras qalmış 10/20 hissəsinə X1 1/20 hissədə, İddiaçı2 1/20 hissədə məcburi pay üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9466/2019, sədrlik edən M.A.Məmmədov, hakimlər X.A.Mərdanova, X.Ə.Sarıyev) iddiaçılar X4 və İddiaçı2 apellyasiya şikayətləri təmin edilməmiş,Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi qismən, iddiaçıların məcburi paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, iddiaçılar tərəfindən “miras əmlak üzərində məcburi paylarının müəyyən edilməsi” barədə tələb irəli sürülməməsinin müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçılar X4 və İddiaçı2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasınamüraciət edərək şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsi işə baxarkən çox səthi araşdırma aparmış, miras əmlak kütləsinə daxil olan əmlakların müəyyən edilməsi istiqamətində araşdırma aparmamış, vəsatətləri təmin etməmiş, cavabdehin ləyaqətsiz vərəsə olmasını təsdiq edən sübutlara və digər sübutlara düzgün hüquqi qiymət verməmiş, bütün sübutlara subye ktiv yanaşaraq cavabdehin xeyrinə şərh etmiş və iş üzrə düzgün nəticəyə gəlməməklə ədalətsiz qətnamə qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2018ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İşin mübahisə edilməyən hallarına görə X1 18.05.1992-ci il təvəllüdlü Nərgiz Rəsulovanın və 14.07.1995-ci il təvəllüdlü İddiaçı2 atasıdır. 30.08.2008-ci il tarixdə X1 ilə Cavabdeh2 nikahları rəsmi qaydada qeydə alınmışdır. X1 12.06.2015-ci il tarixli vəsiyyətnaməyə əsasən ölən günədək özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakını, o cümlədən banklardakı bütün əmanətlərini Cavabdeh2 vəsiyyət etmişdir. X1 13.06.2015-ci il tarixdə vəfat etmi şdir. Bununla bərabər mərhum X1un anası Cavabdeh1 10.09.2015-ci il tarixdə miras qalmış əmlakdan özünə düşən vərəsəlik payından nəvəsi X1 xeyrinə imtina etdiyini göstərmişdir. İddiaçılar Nərgiz Rəsulova və İddiaçı2 ataları vəfat etdikdən sonra miras əmlakları qəbul etmək məqsədilə notariat kontoruna müraciət ediklərinə, notariat kontoru tərəfindən onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyinə, 12.06.2015-ci il tarixli vəsiyyətnamənin mərhum atalarının həqiqi iradəsini ifadə etmədiyinə, eyni zamanda vəsiyyətnamə tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət edilmədiyinə istinad edərək Cavabdeh2 ləyaqətsiz vərəsə kimi müəyyən edilməsi, mərhum X2 qalmış ünvan 1ində yerləşən 0.1240 ha kənd təsərrüfatlı torpaq sahəsi, ünvan 2 ünvanda inşa edilmiş binada yer ləşən 4 otaqlı 160 kv.m mənzilə və mərhumun öz adına Azərbaycan Respublikası Beynəlxalq Bankında və Kapital Bankda bank hesabında ölüm anınadək mövcud olmalı olan pul vəsaitlərinə onların hər birinin 1/4 pay vərəsəliyin müəyyən edilməsi tələbinə dair hazırki iddianı qaldırmışlar. Birinci instansiya məhkəməsi 12.10.2013-cü il tarixdə X3 adına qeydə alınmış ünvan 1i ünvanında yerləşən 0.1240 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sonuncunun Cavabdeh2 ilə birgə nikah dövründə əldə edilməsinə, həmin əmlakın yarısınını sonuncuya məxsus olmasına və iddiaçıların göstirdikləri digər miras əmlakların mövcudluğunun təsdiq edilmədiyinə istinad edərək qeyd edilən torpaq sahəsinə iddiaçıların hər birinin 1/20 hissədə məcburi paynın tanınmasını qət etmiş, iddianı qalan hissədə rədd etmişdir. Həm in qətnamədən iddiaçılar verdikləri apellyasiya şikayətini onunla əsaslandrımışlar ki, 12.06.2015-ci il tarixli vəsiyyətnamənin mərhum atalarının həqiqi iradəsini ifadə etməmiş, vəsiyyətnamənin qanuna və təlimata uyğun tərtib edilmədiyinə qiymət verilməmiş, alınmış ekspert rəyləri obyektiv olmamaqla həqiqəti əks etdirməmiş, miras əmlak kütləsinə daxil olan əmlaklar tam olaraq müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini əsassız hesab etsə də, qətnamənin qismən ləğv edilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə istinad edərək qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçılar məcburi pay üzrə vərəsəlik hüquqlarının tanınması barədə tələb irəli sürməmiş, həmçinin qanunda belə halda məcburi payın müəyyən edil məsi barədə müstəsna hal nəzərdə tutulmamışdır. Bu halda qətnamə iddiaçıların məcburi paylarının müəyyən edilməsi hissəsində ləğv edilməli və müəyyən edilməlidir ki, idiaçılar məcburi pay barədə tələb irəli sürməmişlər. Məhkəmə kollgiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən müb ahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yuxarıda göstərildiyi kimi birinci instansiya məhkəməsi iddiaçıların mərhim atalarından miras qalmış torpaq sahəsinə, mənzilə və müxtəlif banklara əmanət kimi qoyulmuş pul vəsaitlərinə münasibətdə ¼ hissədə paylarının müəyyən edilməsi barədə iddialarını qismən təmin edərək yalnız bir əmlaka dair hər bir iddiaçının 1/20 hissədə məcburi payının müəyyən edilməsini qət etmişdir. Cavabdeh iddianın təmin edilən hissəsində qətnaməni apellyasiya qaydasında mübahisələndirməmiş,iddiaçılar isə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın rədd edilən hissəsində razılaşmamaqla yuxarıda qeyd edilən məzmunda apellyasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcə lləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yоxlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tоxunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilməyən hissədə də yoxlamaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən qeyd edildiyi kimi iddia tələbinin əsasını cavabdehin ləyaq ətsiz vərəsə hesab edilməsi, iddiaçıların qanun üzrə vərəsə kimi tanınaraq miras əmlak kütləsinə daxil olan bütün əmlaklara ¼ hissədə paylarının müəyyən edilməsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə Qanun üzrə vərəsələrin dairəsi müəyyən edilmiş, eyni zamanda həmin normada onların miras əmlkadan pay almaq növbəliliyi təsbit edilmişdir. Həmin maddənin tələblərinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçıların mərhumun birinci növbə qanun üzrə vərəsələri olmaları işin mübahisəsiz halıdır. Eyni zamanda mərhum X1un bütün əmlakını Cavabdeh2 vəsiyyət etməsi barədə, iddiaçıların isə qanunsuz tərtib edildiyini və mərhum atalarının iradəsini əks etdirmədiyini, eləcə də ataları tərəfindən imzalanmadığını hesab etdikləri vəsiyyətnamə mövcuddur. Lakin iddiaçıların dəlillərinin təsdiq edilmədiyi və vəsiyyətnamənin qanuniliyi müəyyən edildiyi halda belə, həmin vəsiyyətnamə mərhumun övladları olan iddiaçıların miras əmlakdan pay almamaları, paydan ümumiyyətlə məhrum olmaları üçün əsas deyildir. Qanunvericilikdə miras qoyanın yaxın qohumlarını mənafeləri nəzərə alınmaqla, vəsiyyətnamə movcud olduğu halda belə, sonuncuların mirasdan pay almaq hüququ müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. B u pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Deməli, həmin maddə ailə qanunvericiliyin əsas prinsiplərini özündə əks etdirən qanun üzrə vərəsəliyin əsaslarını müəyyən edən normaların məntiqi davamı olmaqla, qanun üzrə vərəsə kimi mirasdan pay almaq hüququ məcburi pay almaq hüququnu da ehtiva edir, məcburi pay tələbi hüququ olan şəxsin bu barədə ayrıca tələb irəli sürməsinə zərurət yoxdur. Lakin apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsini səhv tətbiq etməklə və mübahisəyə qanun üzrə vərəsəliyin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddə sinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan iş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iddiaçıların işin faktiki halları barədə kassasiya şikayətində irəli sürdükləri dəlillərin mahiyyətinə toxunmayaraq hesab edir ki, işə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən həmin dəlillər hərtərəfli araşdırılmaqla qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X4 və İddiaçı2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar