Məhkəmə qərarları › İş №2(102)-5149/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5149/2022

29.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5149/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)3117/2022 saylı qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etd i: İşin halları Mübahisənin predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 3-cü döngədə yerləşən 3 saylı ev 01 iyul 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınıb. Mübahisəli evə dair iddiaçıların özlərinin arasında məhkəmə mübahisəsi olub və həmin mübahisə barışıq sazişi bağlamaqla nəticələnib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərardadı ilə təsdiq olunmuş həmin barışıq sazişinə görə İddiaçı1 digər iddiaçıların da hər birinin atalarından miras qalmış həmin mübahisəli evdən 1/5 hissədə pay almaq hüquqları müəyyən edilib. Cavabdeh1 İddiaçı1 oğludur və mübahisəli evdə qeydiyyatda olmaqla, orada yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin kü çəsi, 92/2 saylı evin 11 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, X5, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xüsusi mülkiyyətində başqa yaşayış sahəsi olduğu üçün onun Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi, 3-cü döngə 3 saylı mənzildən istifadə hüququna kompensasiya verilmədən, Cavabdeh2 isə 7.200 manat kompensasiya verilməklə onun Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi, 3-cü döngə, 3 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddia onunla əsaslandırılıb k i, 01 iyul 2017-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi, 3-cü döngə, 3 saylı mənzil mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2017-ci il tarixli qərardadı ilə miras əmlakın bölünməsi tələbinə dair iddiaçılar arasında bağlanılmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilib: İddiaçı1 bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4 və X4 həqiqətən 05 may 1990-cı ildə ölmüş X3 vərəsələri olduğunu qəbul edir və İddiaçı1 atasından miras qalan, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi, 3-cü döngə 3 saylı mənzili faktiki olaraq bacıları İddiaçı2, İddiaçı3, İddiaçı4, X2 tərəfindən qəbul edildiyini nəzərə alaraq aralarında 1/5 payla (yəni bərəbər) bölünməsinə etiraz etmir. Göründ üyü kimi, sözügedən qərardadla mənzilin mülkiyyət rejimi dəyişib və həmin mənzil paylı mülkiyyət hüququ üzrə onların bərəbər payda mülkiyyətinə keçib. İddiaçı1 övladları olan cavabdehlər həmin mənzildə doğulublar, mənzil və mülki qanunvericiliyin müdəalarına görə mənzildən istifadə hüququna malikdirlər. Lakin, hazırda mənzilin mülkiyyətçiləri ilə cavabdehlərin ailə münasibətlərinə xitam verilib. Son zamanlar tərəflərin mənzildə birgə yaşaması qeyri-mümkün olub və cavabdehlər iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırır, onlara hədə-qorxu gəlib mənzilə buraxmırlar. Ataları İddiaçı1 mütamadi olaraq döyüb psixi və fiziki işgəncələrə məruz qoyurlar. Dəfələrlə polisə şiklayət ediblər və həmin şikayətlər üzrə müvafiq araşdırmalar aparılıb, cavabdehlər inzibati məsuliyyətə cəlb ediliblər. Lakin, cavabdehlər bundan nəticə çıxarmayıblar, islah olunmayıblar və mülkiyyətlərində olan əmlak barədə sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirməklərinə imkan vermirlər. Bütün bunlar onu göstərir ki, daim cavabdehlər ilə bir mənzildə yaşamaları qeyrimümkündür. Ona görə cavabdehlərin evdən istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmaq qərarına gəliblər. Cavabdehlərin mübahisəli mənzildən istifadə etmək hüququ 01 sentyabr 2000-ci il tarixdən əvvəl yaransa da, Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarının müddəaları baxımından mülki hüquq münasibətlərinin uzanan xarakter daşıması nəzərə alınmaqla cavabdehlərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar münasibətlər hazırda qüvvədə olan M ülki Məcəllənin 228.2-ci maddəsi ilə tənzimlənir. Cavabdeh2 kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi üçün ona ödənilməli olan pul kompensiyasının məbləğini müəyyən edərkən nəzərə alınmalıdır ki, mülkiyyətlərində olan mənzil Bakı şəhərinin ucqar məkanı olan Şüvəlan qəsəbəsində yerləşir. Bu qəsəbədə olan mənzillərin orta kirayə haqqı Bakı şəhərinin digər rayonlarında yerləşən mənzillərdən nisbətən ucuzdur. Oxşar yerdə olan və oxşar şəraitə malik olan iki otaqlı mənzillin kirayə haqqı 150-200 manat civarındadır. Ona görə hesab edirlər ki, cavabdehin oxşar şəraitə malik başqa mənzildə davamlı surətdə uzun müddət yaşaması üçün 7.200 manat kompensasiyanın verilməsi ağlabatan məbləğdir. "xxxx" MMC-nin 08 may 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, M.Müşviq küçəsində 0,1046 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hazırki bazar qiyməti torpaq sahəsi 68.000 manat, fərdi yaşayış evi 15.000 manat, həmin mənzilin orta aylıq kirayə haqqı isə 200-250 manat təşkil edir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən təmin edilərək, Cavabdeh2 İddiaçı1 tərəfindən 7.200 manat kompensasiya verilməklə Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi, 3-cü döngə 3 saylı mənzildən istifadə hüququna xitam verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ərazidə həmin m ənzillə eyni xüsusiyyətlərə malik mənzillərin orta aylıq kirayə haqqı 200-250 manat təşkil edir. Yəni, həmin ərazidə eyni xüsusiyyətli mənzilin aylıq kirayə haqqı bir il üçün 2.400-3.000 manat, iki il üçün 4.8006.000 manat təşkil edir. İddiaçı Cavabdeh2 istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün daha çox, yəni 7.200 manat kompensasiya təklif edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə Cavabdeh2 təqribən 2 ildən artıq müddətə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehlər isə mübahisəli mənzilə istifadə hüququna malik olduqlarından, İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab etmişdir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Cavabdeh2 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar yaşayış sahəsində v ə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, yaşayış sahəsi ilə təminatlı olacaqdır. Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona 7.200 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Məhkəmə, həmçinin iddianın “Cavabdeh1 kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsinə” dair hissəsində hesab etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 92/2 saylı evin 11 saylı mənzili 07 oktyabr 2020-ci il tarixli “Vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçib və hazırda onun mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 adına yaşay ış sahəsinin qeydiyyatdan keçməsinə baxmayaraq, o heç vaxt mülkiyyətində olan mənzildə yaşamayıb. O, doğulduğu gündən hal-hazıradək mübahisəli mənzildə yaşayır. Ona görə də Cavabdeh1 mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152, 228.2, 228.5, 262-ci-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apelyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçılar apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tari xli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova sədrlik edən, məruzəçi, Elnur Həsənov və Fuad Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Cavabdeh1 mülkiyyətində digər yaşayış sahəsi olsa da, o mübahisəli evdə yaşayır. Bu hal ünvan 1 ünvanında yaşayan sakinlər tərəfindən tərtib edilmiş 05 may 2021-ci il tarixli aktla və iddia ərizəsinin dəlilləri ilə də öz təsdiqini tapır. Beləliklə, Cavabdeh1 yaşayış sahəsindən könüllü surətdə köçməsi halı müəyyən edilmədiyindən, onun istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərt i ilə xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228.5-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda, lakin eyni məzmunda kassasiya şikayətləri verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid hissədə ləğv edilib, iddianın ona münasibətdə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər Mehparə Əhmədova (məruzəçi), İsmayıl Xəlilov və Ələsgər Əliyev) kassasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 okty abr 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, həqiqətən də Cavabdeh1 mülkiyyətində digər yaşayış sahəsi vardır. Bunu cavabdeh özü də birinci instansiya məhkəməsində 23 iyun 2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında etiraf edib, lakin daşınmaz əmlakın onun mülkiyyətində olmasının formal xarakter daşıdığını və həmin mənzilin dayısına məxsus olmasını bildirib. İşə mahiyyəti üzrə baxmış məhkəmə iddia tələbini Cavabdeh1 münasibətdə təmin etməməklə bağlı mövqeyini onun könüllü surətdə yaşayış sahəsindən çıxıb getməsinin müəyyən edilməməsi halı ilə əsaslandırsa da, bu istinad edilmiş Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarının hüquqi mövqeyi ilə, ümumiyyətlə kompensasiya verilməklə və ya digər formada istifadə hüququnun itirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hallara zidd olub. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 birinci instansiya məhkəməsində iştirak edib vermiş olduğu izahat üzrə məhkəmə araşdırmasını həyata keçirməli olduğu halda, hər hansı araşdırma aparmayıb. Belə ki, cavabdehin adına daşınmaz əmlak olduğu halda həmin əmlakın onun adına olmasının formallığının nə ilə təsdiq olunması, həmin əmlakın cavabdehin dayısının mülkü olmasının nə ilə təsdiq edilməsi istiqamətində araşdırma aparm alı idi. Çünki sözügedən qərardada də göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə keçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 228.5-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov sədrlik edən, məruzəçi, İlham Kərimli və Elşən Kazımov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi qismən- Cavabdeh1 qarşı iddia tələbinin rədd olunması hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamənin çıxarılmaqla iddianın təmin təmin edilərək, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi, 3-cü döngə 3 saylı mənzildən istifadə hüququna xitam verilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən, 92/2 saylı evin 11saylı mənzilinin Cavabdeh1 adına formal qeydiyyatı ilə bağlı hər hansı hal müəyyən edilmədi. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələ n keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bu baxımdan Cavabdeh1 yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından, onun mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152, 228.2, 228.5, 262-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, İddiaçı1 mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, Cavabdeh1 isə mülkiyyətçinin ailə üzvü kimi həmin yaşayış sahəsində yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ əldə etdiyindən, bununla da mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, İddiaçı1 həmin mənzilin mülkiyyətçisi kimi, mənzildən istifadə hüququna malik olan Cavabdeh1 yalnız kompensasiya verməsi yolu ilə onun mənzildən istifadə hüququna xitam verilməsini tələb edə bilər. Məhkəmə Cavabdeh1 mülkiyyətində digər yaşayış sahəsinin olduğunu qeyd etsə də, ona bunun əksini sübut etməyə şərait yaratmayıb və nəticədə Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətindən aldığı cavabı məhkəməyə təqdim edə bilməyib. Bununla da işin halları düzgün müəyyən edilməyib, nəticədə maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməməklə məhkəmə yanlış nəticəyə gəlib. Cavabdeh1 heç vaxt başqa mənzildə yaşamayıb və o, doğulduğu gündən mübahisəli mənzildə yaşayır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikyətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Etiraz onunla əsaslandırılıb ki, Cavabdeh1 adına Xəzər rayonunda eyni qəsəbədə olan, lakin daha sərfəli ərazidə yerləşən və daha yaxşı şəraiti olan başqa yaşayış sahəsi vardır. Belə olan halda, onun mübahisələ mənzilə olan istifadə hüququna kompensasiya verilməd ən xitam verilməlidir. Konstitusiya Məhkəməsinin bir neçə qərarlarından ifadə edilmiş hüquqi mövqeyinə görə, kompensiya almaq hüququ öz təbiyətinə görə o, halda mümkündür ki, şəxsin başqa yaşayış yeri olmasın və o kompensasya pulu hesabına başqa mənzildə davamlı surətdə kirayəçi kimi yaşamaq imkanını əldə etsin. Əgər mənzildən stifadə hüququna malik olan şəxsin mülkiyyətində hər hansı başqa mənzil varsa, deməli o yaşayış sahəsi ilə təmin edilib və onun kiraya mənzildə yaşamağa ehtiyacı yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildikdən bir müddət sonra Cavabdeh1 işin faktki hallarını öz xeyrinə dəyişdirmək üçün, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsi, Yesenin küçəsi, 92/2 saylı evin 11 saylı mənzilni qeyri-rəsmi yaşadığı qadının adına keçirib və bundan sonra kassasiya şikayəti verib ərizəsində göstərmişdir ki, onun mülkiyyətində hər hansı mənzil yoxdur və onun da kompensasiya almaq hüququ vardır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlər də əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsin ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların tələblərinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apell yasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın ona münasibətdə təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıların mübahisələndirilən hissədə tələbi Cavabdeh1 mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi barədədir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə əsassız olaraq rədd edib. Belə ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 müna sibətdə rədd edərkən mövqeyini onunla əsaslandırıb ki, Cavabdeh1 mülkiyyətçinin ailə üzvü kimi həmin yaşayış sahəsində yaşamaqla yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ əldə etdiyindən və bununla da mübahisəli mənzildən istifadə hüququna malik olduğundan, yalnız kompensasiya verilməklə onun həmin mənzildən istifadə hüququna xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan iddiaya etirazının dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə rədd etməklə düzgün nəticəyə gəlməyib və məhkəmənin bu hissədə gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayıb və nəticədə maddi və prosessual hüquq normaları düzgün tətbiq və təfsir etməyib. Belə ki, işin halları ilə müəyyən edilir ki, mübahisəli mənzil 2017-ci ildən İddiaçı1 xüsusi mülkiyyətindədir və həmin mənzilə dair iddiaçıların özlərinin arasında məhkəmə mübahisəsi olub və həmin mübahisə barışıq sazişi bağlamaqla nəticələnib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qərardadı ilə təsdiq olunmuş həmin barışıq sazişinə görə İddiaçı1 və digər iddiaçıların hər birinin atalarından miras qalmış mübahisəli mənzildə payları 1/5 hissədə müəyyən edilib. Cavabdeh1 İddiaçı1 oğludur və mübahisəli mənzildə qeydiyyatdadır. Lakin onun özünün adına başqa bir daşınmaz əmlak vardır. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 92/2 saylı evin 11-saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində onun adın a qeydiyyatdan keçib. Bu faktı cavabdehin özü də həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı izahat verərkən etiraf edib, lakin daşınmaz əmlakın onun mülkiyyətində olmasının formal xarakter daşıdığını və həmin mənzilin dayısına məxsus olduğunu bildirib. Kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında şərh olunan göstərişə uyğun olaraq apellyasiya baxışı zamanı Cavabdeh1 mülkiyyətində olan daşınmaz əmlakın onun adına aparılmış qeydin formal olub-olmadığını aydınlışdarmaq üçün yeni apellyasiya baxışı zamanı bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sorğu göndərib. Həmin sorğuya verilən cavaba, həm də cavabdehin özünün izahatına əsasən müəyyən edilib ki, iddiaçının dayısına məxsus olduğu bildirilən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsə bəsi, Yesenin küçəsi, 92/2 saylı evin, 11 saylı mənzili ilkin olaraq daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydə alınıb və onun ölümündən sonra 5 saylı notariat ofisi tərəfindən verilmiş 2V-335 reyestr nömrəli, 07 oktyabr 2020-ci il tarixli “Vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən cavabdehin, yəni Cavabdeh1 adına qeydiyyatdan keçib və hazırda da onun mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb, Cavabdeh1 iddiaya etirazı ilə razılışmayıb qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 92/2 saylı evin 11-saylı mənzilin Cavabdeh1 adına formal qeydə alınması ilə bağlı hər hansı hal müəyyən edilməyib. Göründüyü kimi, Cavabdeh1 yaşayış sahəsinə ehtiyacı artıq aradan qalxıb, onun mülkiyyətində özünə aid olan mənz il vardır. Ona görə də Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinəəsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinəəsasən əmələ gələn istifadə hüququna xit am verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinəəsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarda gəldiyi nəticəyə görə, Mülki Məcəllənin 228.5-ci maddəsinəə sasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarında yaşayış sahəsindən istifadə hüququna dair qanunvericilik normalarının şərhi göstərir ki, mülkiyyət hüququnun digər şəxsin istifadə hüququ ilə məhdulaşdırılması ağlabatan və müstəsna xarakter daşımalı, mülkiyyətçinin həddindən artıq məhrumiyyətlərinə səbəb olmamalı, eyni zamanda istifadə hüququ olan şəxsin bu hüququndan sui-istifadəsinə imkan verməməlidir. O cümlədən, mülkiyyətçinin ailə üzvünün yaşayış sahəsinə ehtiyac aradan qalxdığı halda, onun bu hüququna mülkiyyətçinin iddiası üzrə kompensasiya veri lmədən də xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, qanun yaşayış sahəsinə mülkiyyət və həmin sahədən istifadə hüquqlarının hər birinin müdafiəsinin tarazlığı prinsipini nəzərdə tutur ki, istifadə hüququ olan şəxsin mülkiyyətçinin üzərinə əlavə yük qoymadan özünün mənzil hüquqlarını başqa qaydada təmin edilməsi imkanları olduğu halda, bu hüquqa müvafiq kompensasiya ödənilmədən xitam verilsin. Yuxarıda qeyd olunduğu kimi, həqiqətən də Cavabdeh1 mülkiyyətində digər yaşayış sahəsi vardır və bu baxımdan onun mübahisəli evin yaşayış sahəsindən istifadəsinə ehtiyac aradan qalxıb. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq bu qənaətə g əlmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməyib və nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə yanlış nəticəyə gəlib. Ona görə də apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə əsaslı sayılmaqla, qətnamə həmin hissədə ləğv olunmalı və iddia təmin edilməlidir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün lazımi sübutları məhkəməyə təqdim etmək üçün şərait yaratmadığını, hazırda mülkiyyətində başqa yaşayış sahəsinin olmadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməs inə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktları n dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, iddiaçının etiraz ərizəsindən görünür ki, Cavabdeh1 adına Xəzər rayonunda eyni qəsəbədə olan, lakin daha sərfəli ərazidə yerləşən və daha yaxşı şəraiti olan başqa yaşayış sahəsi vardır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildikdən bir müddət sonra Cavabdeh1 işin faktki hallarını öz xeyrinə dəyişdirmək üçün, mülkiyyətində olan sözügedən mənzil qeyri-rəsmi yaşadığı qadının adına keçirib və bundan sonra kassasiya şikayəti verib ərizəsində göstərmişdir ki, onun mülkiyyətində hər hansı mənzil yoxdur və onun da kompensasiya almaq hüququ vardır. Bu hal kassasiya şikayətinə əlavə edilmiş Reyestr Xidmə tinin 26 may 2022-ci il tarixli arayışı ilə də təsdiq olunur və həmin arayışdan görünür ki, 23 may 2022-ci il tarixli müraciətinə əsasən Cavabdeh1 mülkiyyətində daşınmaz əmlak yoxdur. Kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)-3117/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar