Məhkəmə qərarları › İş №2(102)-515/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-515/2024

28.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-515/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)1736/2023 nömrəli, 15 noyabr 2023-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı “DSK-4” X8 tərəfindən 30 aprel 2002-ci il tarixdə order əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil verilmişdir. 2. 06 noyabr 2009-cu il tarixdə həmin mənzili özəlləşdirməklə, daşınmaz əmların dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır.

3. İddiaçı İİ qrup Qarabağ müharibəsi əlili kimi Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 179 saylı sərəncamı ilə 01 oktyabr 2012-ci il tarixdən Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində güzəştli əsaslarla mənzil növbəsinə götürülmü şdür. 4. 13 may 2014-cü il tarixdə iddiaçının qızı Zərnişan Qardaşxanova Cavabdeh ilə nikaha daxil olaraq evlənmişdir.

5. Bundan sonra - 31 may 2014-cü il tarixdə İddiaçı mülkiyyətində olan Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzili bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlamışdır.

6. Həmin mənzil üzərində Cavabdeh mülkyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15 iyul 2014-cü il tarixdə qeydiyyata alınaraq, RX seriyalı ******* №-li çıxarışla rəsmiləşdirilmişdir.

7. Mənzil cavabdehə bağışlanmasına baxmayaraq, iddiaçı ailə üzvləri və nəvələri ilə birlikdə 1996-cı il tarixdən etibarən mübahisəli ənzildə qeydiyyatdadır və yaşayır (Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 239 saylı, 11 may 2023-cü il tarixli arayış ı).

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5901/2021 saylı 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə X2 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur.

9. Bundan sonra İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mənzilin Cavabdeh bağışlanması haqqında 31 may 2014-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunmasını tələb etmiş, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-575/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apelyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-319/2023 saylı, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair Cavabdehlə arasında bağlanmış 31 may 2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilərək, mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi işin yuxarıda göstərilən hallarına uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdır ki, bir müddət 2-ci qrup əlilliyi olan müharibə veteranlarının mənzillə təmin olunmaq imtiyazı olduğu üçün iddiaçı bu imtiyazdan istifadə edərək, başqa mənzil əldə etmək istəmişdir. Şərtlərə əsasən 2-ci qrup əlilliyi olan müharibə veteranlarının mülkiyyətind ə başqa mənzil olmamalı idi. Bu səbəbdən də, iddiaçı mübahisə predmeti olan həmin mənzili öz doğması və qohumu kimi cavabdehə bağışlamışdır. Lakin buna baxmayaraq, hal-hazırda da iddiaçı ailə üzvləri ilə birlikdə mübahisə predmeti olan həmin mənzildə yaşayır. Eyni zamanda cavabdeh boşanma prosesi zamanı mübahisə predmeti olan həmin mənzilə dair kommunal xidmətləri həyata keçirən aidiyyəti orqanlar ilə yeni xidmət müqaviləsi bağlayaraq, həyata keçiriləcək kommunal xidmətləri öz adına sənədləşdirmişdir. Yəni “yeni istehlakçı, abonent və s.” statusu əldə edilmişdir. Maraqlı cəhət odur ki, bu illər ərzində cavabdeh həmin mənzilə dair kommunal xidmətləri həyata keçirən aidiyyəti orqanlar ilə yeni xidmət müqavilələri bağlamamışdır. Bu hal onu deməyə əsas verir ki, tərəflərin bağışlama müqaviləsi nin bağlanmasında əsl niyyəti iddiaçının statusundan (2-ci qrup əlil, Qarabağ müharibəsi iştirakçısı) irəli gələrək, dövlət tərəfindən verilən imtiyazlardan yararlanmaq üçün üçüncü şəxs kimi müvafiq icra hakimiyyəti orqanında onun mülkiyyətində mənzilin olmamasına dair yanlış təsəvvür yaratmaq olmuşdur.

12. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, məhəllə 2, yeni tikilidə yaşayır. 13 may 2014cü il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq evlənmiş, 31 may 2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında iddiaçı xüsusi mülkiyyətində olan mübahsəli mənzili ona bağışlamışdır. Hal-hazırda mübahisəli mənzil onun xüsusi mülkiyyətindədir. Bağışlama heç bir öhdəliklə şərtləndirilməmişdir. Mübahisə predmeti olan bağ ışlama müqaviləsinə əsasən iddiaçı qarşısında heç bir öhdəlik götürməmişdir. İddiaçı məhz qərəzli olaraq, ona qarşı bu məzmunda iddia tələbi irəli sürmüşdür və iddia tələbinin qanuni əsası yoxdur. Bundan başqa, hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354cü maddəsində nəzərdə tutulmuş 1 il ərzində bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçının təqdim etdiyi Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 20 saylı, 16 may 2023-cü il tarixli məktubuna əsasən mübahisəli mənzil üzrə mənzil xidməti, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün xidmət haqqı 1996-cı il tarixdən etibarən İddiaçı tərəfindən ödənilir.

14. İddiaçının təqdim etdiyi sübutlarla müəyyən edilib ki, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 7, 61 saylı mənzil üzrə “***-***-**-**” saylı telefon nömrəsi 29 may 2014-cü il tarixdən etibarən abunəçi İddiaçı istifadəsində olmuş və həmin mənzil üzrə “***-***-**-**” saylı telefon nömrəsi 08 iyul 2021-ci il tarixdə addan çıxarılmış, 07 oktyabr 2022-ci il tarixdən etibarən yenidən “***-***-**-**” saylı telefon nömrəsi kimi abunəçi İddiaçı istifadəsindədir. Mənzilin kommunal xərclər üzrə abonenti İddiaçı istehlakçı hesabı açılmış və həmin mənzil üzrə 21 dekabr 2021-ci il tarixdə “ASAN” Kommunal Xidmətində “ad və soyad haqqında” məlumata dəyişiklik edilərək, istehlakçı hesabı Cavabdeh adına keçirilmişdir. Mənzilin qaz təchizatı üzrə abonenti İddiaçı istehlakçı hesabı açılmış və həmin mənzil üzrə 30 iyul 2021-ci il tarixdə X1 Sistemində “ad və soyad haqqında” məlumata dəyişiklik edilərək, istehlakçı hesabı Cavabdeh adına keçirilmişdir.

15. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Bakı Şəhəri Sabunçu Rayon Sektorunun 151 saylı, 14 iyun 2023-cü il tarixli məktubunda göstərilir ki, Cəbrayıl rayonu, Daşkəsən kənd sakinləri X4 və Babaşova Nüşabə Salman qızı (Cavabdeh valideynləri) ünvan 1 ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadırlar və məskunlaşmışlar.

16. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-299/2023 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Tərlan Nüsrətov) iddia təmin edilmişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddianın əsaslandığı şərtlər, eləcə də tərəflərin arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri məhz onlar arasında bağlanmış əqdin yalan əqd olmasına dəlalət edir. Belə ki, tərəflərin hazırki mübahisənin predmetini təşkil edən əqdi bağlayarkən həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluq olmuşdur. Əsas məqsəd “hədiyyə verən”in statusu (2-ci qrup əlil, Qarabağ müharibəsi iştirakçısı) nəzərə alınmaqla, dövlət tərəfindən verilən imtiyazlardan yararlanmaq üçün üçüncü şəxs kimi müvafiq icra hakimiyyəti orqanında “hədiyyə verən”in mülkiyyətində mənzilin olmaması barədə yanlış təsəvvür yaratmaq olmuşdur. Eləcə də, bu fakt Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-319/2023 saylı, 15 mart 2023-cü il tarixli qanuni qüvvəyə minmiş müvafiq qətnaməsi ilə də müəyyən edilmişdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs inin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

19. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edib ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığı üçün belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Beləliklə, iddianın predmetini məhz “daşınmaz əmlaka” dair bağlanmış bağışlama müqavi ləsinin etibarsız hesab edilməsi olduğu üçün Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddəti şamil edilmir.

20. Bununla yanaşı məhkəmə onuda qeyd etmişdir ki, cavabdeh iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, Cavabdeh izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz.

21. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.4, 324.1, 329.2, 337.1, 337.3, 340.2-ci maddələrinə istin adla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən iddia müddətinin tətbiq еdilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş еtmişdir. Birinci instansiya məhkəməsi hazırkı iddia tələbi üzrə iddianın prеdmеtinin daşınmaz əmlaka dair bağlanmış bağışlama müqaviləsinin еtibarsız hеsab еdilməsi olduğu üçün, mülki qanunvеriciliyinə əsasən əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddianın müddətinin şamil еdilməməsinə əsaslanmaqla iddia müddətini tətbiq еtməmişdir. İşin sübut olunmuş hallarınd an göründüyü kimi, 31 may 2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında iddiaçı mübahisə prеdmеti olan mənzili cavabdеhə bağışlamışdır. Mövcud iddia tələbini isə Z.Qardaşxanova ilə cavabdеh Z.Niftəliyеvin nikahlarının Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə pozulmasından sonra irəli sürmüşdür. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-575/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Niftəliyеv Zaur Nadir oğluna qarşı «bağışlama müqaviləsinin ləğv еdilməsi və mülkiyyət hüququnun bərpa еdilməsi» tələbinə dair iddiası rədd еdilmiş, Şirvan Apеllyasiya Məhkəməsinin 2(106)-319/2023 saylı 15 mart 2023-cü il tarixli qətnaməsi ilə apеllyasiya şikayəti təmin еdiliməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələ bi ilə еyni məzmunlu və еyni əsaslara istinad еtməklə irəli sürdüyü iddia tələbi, еyni məhkəmə və еyni hakim tərəfindən başqa bir mülki iş üzrə araşdırılaraq baxılmış və iddianın təmin еdilməməsinə dair qətnamə qəbul еdilmişdir. Bununla da birinci instansiya məhkəməsi еyni tərəflər arasında və еyni əsaslar üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsini nəzərə almamış və əsassız olaraq iddianı təmin еtmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən əqdin еtibarsızlığı üçün qanunla müəyyən olunmuş hallar aydınlaşdırılmamışdır. İddiaçı tələbini mübahisəli bağışlama müqaviləsini əqdin еtibarsızlığını nəzərdə tutan Azərbaycan Rеspublikası MM-nin 14-cü fəsilində (əqdlərirn еtibarsızlığı 337-354-cü maddələr) sadalanan əsaslarla dеyil, 2-ci qrup əlilliyi olan müharibə vеtеranlarının mənzillə təmin olunması üçün nəzərdə tutulmuş imtiyazdan istifadə еdərək başqa mənzil əldə еtmək məqsədi ilə mübahisəli mənzili öz adından çıxarmaq niyyəti ilə əsaslandırmışdır. İddia tələbinin əsası kimi istinad еdilən hal, əqdin еtibarsızlığı üçün müəyyən еdilmiş hal kimi qanunda nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi mövcud iddia tələbi üzrə əqdin еtibarsızlığının nədə ifadə olunması və bеlə halın nədən ibarət olmasını aydınlaşdırmamış, mülki qanunvеriciliyə əsasən əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil еdilməməsinə əsaslanmaqla iddia müddətini tətbiq еtməmişdir. Həmçinin əqdin еtibarsızlığını nəzərdə tutan Azərbaycan Rеspublikası MM-nin 14-cü fəsilində (əqdlərin еtibarsızlığı 337-354-cü maddələr) sadalanan halların mövcudluğu sübut olunm ur.

24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-1736/2023 saylı qətnaməsi ilə (hakimlər Taleh Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: 25.1. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal o lunur. Bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; hədiyyə alanın əmlakı artır; hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. 25.2. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gə lməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Q asımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). 25.3. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz 337.1, 337.4 və 337.5, 3402-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər aras ındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). 25.4. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2023-cü il tarixli qərarında bir daha vurğulanmışdır ki, əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və i radə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. 25.5. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). 25.6. İşin müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı birinci Qarabağ müharibəsi vetera nı olmaqla, 2-ci qrup əlildir. Uzun müddət “DSK-4” X7 işləmiş və işlədiyi müddət ərzində həmin kombinat tərəfindən ona 30 aprel 2002-ci il tarixdə order əsasında mübahisəli mənzil verilmişdir. 06 noyabr 2009-cu il tarixdə mübahisəli mənzili özəlləşdirməklə, daşınmaz əmların dövlət reyestrindən öz adına çıxarış əldə etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 179 saylı sərəncamı ilə 01 oktyabr 2012-ci il tarixdən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətində İİ qrup Qarabağ müharibəsi əlili kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. 13 may 2014-cü il tarixdə iddiaçının qızı X2 Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. 31 may 2014-cü il tarixdə mübahisə predmeti olan mənzili iddiaçı “Mənzil bağışlama müqaviləsi” əsasında cavabdeh (kürəkəni) Cav abdeh bağışlamışdır. Hal-hazıra kimi İddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayır, evin bütün kommunal xidmətləri onun tərəfindən ödənilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5901/2021 saylı 19 avqust 2021-ci il tarixli qətnaməsi əsasında iddiaçının qızı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Yalnız bundan sonra cavabdeh mübahisəli evin işıq, su və qaz abonent kodlarını çıxarışı təqdim etməklə öz adına keçirmişdir. 25.7. İşin mübahisəli halları isə ondan ibarətdir ki, iddiaçı 2-ci qrup əlilliyi olan müharibə veteranı kimi mənzillə təmin olunmaq imtiyazı olduğunu, güzəştli əsaslarla mənzil növbəsinə götürüldüyünü, bu imtiyazadan istifadə edərək başqa mənzil əldə etmək istədiyini, bunun üçün mülkiyyətində mənzil olmamalı olduğunu və bu niyyətlə, mübah isəli mənzili formal olaraq öz doğması və qohumu kimi Cavabdeh bağışladığını bildirir. Cavabdeh isə iddiaçının qeyd olunan dəlilinə hər hansı bir formada münasibət bildirməyərək, bağışlama müqaviləsinin hər hansı bir öhdəliklə şərtləndirilmədiyini bildirir. 25.8. Kollegiya hesab edir ki, mübahisəli mənzilin cavabdehə bağışlanması onun həqiqi iradə ifadəsini əks etdirməmiş, güzəştli əsaslarla mənzil növbəsində durduğundan bu addımı atarkən niyyəti 2-ci qrup əlilliyi olan müharibə veteranı kimi mənzillə təmin olunmaq imtiyazından yararlanmaq, dövlətdən əlavə mənzil almaq olmuşdur. Qeyd olunan halın mövcudluğu iş materialları ilə müəyyən olunan həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri ilə t am təsdiqini tapır. 25.9. Kollegiya belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış əqd, hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olmaqla, uydurma əqddir. Birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmişdir. 25.10. Mübahisə predmeti üzrə iddia müddətinin tətbiq edilməli olmasına dair apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya hesab edir ki, həmin hissədə də, apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. 25.11. “Azərbaycan Respublikası Mülki Məc əlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müdd ətdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə eyni tərəflər arasında və eyni əsaslar üzrə tərəflərə aid olan və qanuni qüvvədə olan məhkəmə qətnaməsini nəzərə almamış, əsassız olaraq iddianın təmin edilməsinə dair nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikas ının Mülki Məcəlləsi

29. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

30. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....

31. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

32. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

33. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

34. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

35. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

37. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd ba ğlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

38. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

40. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

41. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir

42. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

43. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

44. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

45. Maddə 666.1. Bağı şlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tət biq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Belə ki, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 337.1-ci və 340-cı maddələr təşkil edir (bu qərarın 36 və 40-cı paraqrafları). 26.1. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normalar əsasında araşdırmış və müəyyən etmişdir ki, mübahisəli mənzilin cavab dehə bağışlanması onun həqiqi iradə ifadəsini əks etdirməmiş, müqaviləni bağlayarkən niyyəti 2-ci qrup əlilliyi olan müharibə veteranı kimi mənzillə təmin olunmaq imtiyazından yararlanmaq, dövlətdən əlavə mənzil almaq olmuşdur. Tərəflər arasında bağlanmış əqd, hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olmaqla, uydurma əqddir. Birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmişdir.

56. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və əsaslandırma ilə razılaşır.

57. Kassatorun iddia müddəti tətbiq edilməsi haqqında verdiyi ərizənin təmin olunmaması barədə dəlilləri əsassızdır. Çünki Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmaya raq özlüyündə etibarsız olan əqddir. Yəni əqdin əhəmiyyətsizliyi iddia müddətlərinə tabe tutulmur.

58. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericili kdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir.

59. Həmçinin kassatorun eyni tərəflər arasında və eyni əsaslar üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin nəzərə alınmadığı barədə dəlili də əsassızdır. Belə ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-575/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə baxılmış mülki işdə iddia tələbi bağışlama müqaviləsinin ləğv olunmasından ibarət idi. Hazırda verilmiş iddia tələbi isə, bağışlama müqaviləsinin etibarsız sayılması barədədir. Yəni iddianın əsasları fərqlidir. Buna görə də eyni tərəflər arasında, eyni əsaslarla və eyni tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına görə iş üzrə icraata xitam verilməsi üçü n əsaslar yoxdur.

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

61. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edil məsi üçün əsas təşkil etmir.

62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1736/2023 nömrəli, 15 noyabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar