Məhkəmə qərarları › İş №2(102)-5151/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5151/2019

20.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5151/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ AzərbaycanRespublikası AliMəhkəməsininMülkikollegiyası hakimlərdən Əliyev Ələsgər Əliabbasoğlununsədrliyi, KalbalıyevAslanKalbalı oğlu, İbayevVəfaddin Ələm oğlundanibarəttərkibdə, məhkəmə iclaskatibi Xnın katibliyi, Cavabdehin iştirakı ilə, İddiaçı MMC –nin Cavabdeh qarşı maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsi üzrə yaranmış əsas borcun və lizinq predmetinə dəymiş zərərin ödənilməsi tələbinə dairmülkiiş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019cu il tarixli qərardadından Cavabdeh kassasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəriNizamiRayonMəhkəməsinin18 sentyabr 2018-ciiltarixliqətnaməsiilə (iş № 2(007)-1993/2018, hakim F.X.Mirzəyev)İddiaçı MMC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında 15 iyul 2015-ci il tarixli maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1.440 manat ödənilməmiş lizinq haqqı, 20 manat cərimə, lizinq predmetinə vurulmuş zərərə görə 7.105 manat olmaqla, cəmi 8.565 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli qərardadı ilə (iş № 2(103)-5006/2019, sədrlikedənM.A.Məmmədov, hakimlərX.Ə.Sarıyev, E.Y.Şamayev)İddiaçı MMC-nin Cavabdeh qarşı maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, lizinq müqaviləsi üzrə yaranmış əsas borcun və lizinq predmetinə dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qərardad qəbul edərkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin çatdırılması barədə qəbzdə ki imza ona məxsus deyildir, qətnamə ona ümumiyyətlə çatdırılmamış, o yalnız 2018-ci ilin noyabr ayında həmin qətnamənin mövcudluğu barədə məlumat almış və qətnamənin surətinin ona təqdim edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmiş, apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti də ötürməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2019cu il tarixli qərardadının tamamilə ləğv edilməsini və onun apellyasiya şikayəti əsasında işə mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə əməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 15.07.2015-ci il tarixli maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsa sən ödənilməli olan 1.440 manat lizinq borcu, 224 manat cərimə, lizinq predmetinə vurulmuş 8.414 manat zərər məbləğinin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında 15 iyul 2015-ci il tarixli maliyyə lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1.440 manat ödənilməmiş lizinq haqqı, 20 manat cərimə, lizinq predmetinə vurulmuş zərərə görə 7.105 manat olmaqla, cəmi 8.565 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin şikayət üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsi ilə məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi qaydası müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İş materiallarına əlavə edilmiş 26 sentyabr 2018-ci il tarixli xəbərnamədən göründüyü kimi xəbərnaməyə “Mamoyev" soyadlı şəxs “şəxsən” qrafasında imza etməklə qətnaməni almışdır. 26.11.2018-ci il tarixdə cavabdeh birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək 18.09.2018-ci il tarixli qətnamənin surətini rəsmi qaydada almadığını bildirərək qeyd edilən qətnamənin ona təqdim edilməsini xahiş etmiş, ərizə həmin tarixdə qəbul edilərək qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi həmin ərizəyə 11 dekabr 2018-ci il tarixdə baxaraq qətnamənin cavabdehə təqdim edilməsindən imtina etmiş, cavabdehə qətnamənin surətinin Mamoyev soyadlı şəxs tərəfindən qəbul edildiyindən, onun yalnız qətnamənin surətinin təkrar almaq hüququnun olduğu və bunun üçün də dövlət rüsumu ödəməli olduğunu izah etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən cavab məktubunu 23.01.2019-cu il tarixdə almış, elə həmin gün birinci instansiya məhkəməsinin göstərdiyi kimi dövlət rüsumu ödəklə qətnamənin surətini rəsmi qaydada almışdır. Cavabdeh 20.02.2019-cu il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətini 26.09.2018-ci il tarixdə aldığını, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin sonuncu günü 26.10.2018-ci il hesab edildiyini, lakin apellyasiya şikayətinin 20.02.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə təqdim edildiyini göstərmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi müddətini ötürmü şdür və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Əvvəla, cavabdeh birinci instansiya məhkəməsinə müraicət edərək qətnamənin surətini almadığını bildirmiş, cavabdehin irəli sürdüyü həmin dəlilə apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Eyni zamanda cavabdehin qətnamənin surətini rəsmi qaydada almaq üçün onun birinci instansiya məhkəməsinin göstərildiyi qaydaya əməl etməsi, yəni məhkəmə qətnaməni ona təqdim etməkdən imtina etdiyi üçün onun dövlət rüsumu ödəyərək alması, onun qətnaməni bundan əvvəl də almasını və qətnaməni apellyasiya qaydasında mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməsini təsdiq etmir. Əksinə, cavabdehin 26.11.2018-ci il tarixli müraciətinə birinci instansiya məhkəməsinin yazılı imt inasını 23.01.2019-cu il tarixdə alaraq, həmin gün də birinci instansiya məhkəməsinin göstərdiyi kimi dövlət rüsumu ödəyərək qətnaməni rəsmi qaydada alması və qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ərzində apellyasiya şikayəti verməsi onun qətnamədən şikayət vermək istəyini təsdiq edir. Digər tərəfdən göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Həmin Məcəllənin 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərardad qəbul edilərkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmişdir. Halbuki, cavabdeh həmin qərardaddan verdiyi hazırki kassasiya şikayətində yenə də birinci instansiya məhkəməsinin qətnaməsini almadığını bildirmiş və xəbərnamədəki imzanın ona məxsus olmadığı barədə dəlil irəli sürmüşdür. Göstərilənlərə əsasən mə hkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı və cavabdehin dəlilləri araşdırmaqla xəbərnamədəki imzanın cavabdehə məxsus olub-olmaması müəyyən edildikdən sonra apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-ci il tarixli qərardadı ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar