Məhkəmə qərarları › İş №2(102)-5153/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5153/2021

25.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5153/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5153/21 (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması ) Bakı şəhəri, 25 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkili Məmmədov Akif Ramiz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh3 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və to rpaq sahəsinə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli 2(104)-495/2021 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 Bərdə rayon XDS İcrayyə Komitəsinin 13.07.1989-cu il tarixli, 10 saylı qərarına əsasən yaşayış evi tikdirmək üçün ünvan 1 ünvanda 500 kv.metr ölçüdə həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi 14.07.1989-cu ildə tərtib olunmuş akta əsasən iddiaçıya təhkim edilmişdir.

2. İddiaçı həmin torpaq sahəsini 01 sentyabr 1993-cü il tarixli müqavilə ilə cavabdehə satmışdır. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə ünvan 2 ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh3 ilə onun arasında bağlanmış 01.09.1993-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və İddiaçı Bərdə şəhəri, N.B.Vəzirov küçəsi, 18 saylı ünvanda yerləşən 0,05 ha həyətyani torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, Bərdə rayon XDS İcrayyə Komitəsinin 13.07.1989-cu il tarixli, 10 saylı qərarına əsasən yaşayış evi tikdirmək üçün iddiaçıya ünvan 1 ünvanda 500 kv.metr ölçüdə həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi 14.07.1989-cu ildə tərtib olunmuş akta əsasən iddiaçıya təhkim olunmuşdur. Həmin sənədlər əsasında iddiaçı mülkiyyət hüququnu təsdiq edən sənədləri almaq üçün Daşınmaz Əmlakın Dövlət Re yestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, Reyestr Xidmətindən 01.10.2016-cı il tarixdə verilən cavabdan sonra məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi torpaq islahatı zamanı Cavabdeh3 adına Bərdə rayon Torpaq Şöbəsi tərəfindən 15 iyun 2010-cu il tarixdə 863 nömrə ilə uçota alınmış və cavabdehə A154191 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.

5. Bundan sonra iddiaçı cavabdehin adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsinə dair X6 Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 28.03.2017-ci il tarixli, 2-1(83)-452/2017 saylı qərarı ilə iddiası təmin olunaraq icra edilmiş və bundan sonra iddiaçıya həmin torpaq sahəsinə dair 10.11.0216-cı il tarixli, RX0948908 nömrəli çıxarış verilmişdir. Lakin cavabdeh X6 Məhkəməsinin 28 mart 2017-ci il tarixli, 2-1(83)-452/2017 saylı qərarından apellyasiya şikayəti vermiş və hazırda həmin işin icraatı bu işlə bağlı dayandırılmışdır.

6. İddiaçı hesab edir ki, alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, əvvəla müqavilə həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 230-cu maddəsinə əsasən 10 gün müddətində qeydiyyata alınmalı olduğu halda, qeydiyyata alınmayıb.

7. Mülki Məcəllənin 126-cı maddəsinin 1-ci abzasına görə müqavilə üzrə əmlak əldə edənin müılkiyyət hüququ (əməli idarə etmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutlmayıbsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Cavabdehlə alqı-satqı müqaviləsi bağlnsa da, iddiaçı həyətyanı torpaq sahəsini cavabdehə təhvil verməyib.

8. Qanunvericiliyin tələblərinə uyğun olaraq həmin müqavilənin 24 il ərzində cavabdeh tərəfindən qeydiyyatdan keçirilməməsinin səbəbi odur ki, həmin torpaq sahəsini faktiki olaraq cavabdehin atasının vasitəsilə müqavilə bağlanan anda Rusiya Federasiyasına yaşayan cavabdehin qardaşı X3 almışdır. X8 müqavilə bağlamaq üçün Azərbaycana gələ bilmədiyindən, atasına pul göndərmişdir ki, alğı-satqı müqaviləsini cavabdeh bağlasın və gələcəkdə həmin həyətyanı torpaq sahəsini cavabdehin qardaşı Ziyəddin Hacıyevin adına keçirsin. Lakin cavabdehin atası Zahid Hacıyev vəfat etdikdən sonra, cavabdeh həmin torpaq sahəsini qardaşının adına rəsmiləşdirmək istəməmişdir.

9. İddiaçılar tələbin hüquqi əsası kimi 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olmuş Mülki Məcəllənin 44, 126, 229, 230 və 472-ci maddələrinə istinad etmişdir.

10. İddiaçının vəsatəti ilə cavabdehin qar daşı X3 iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 bildirib ki, ev tikmək üçün Rusiya Federasiyasından atasına pul göndərib, atası da mübahisəli torpaq sahəsini alıb ona ev tikmişdir. Həmin vaxt Rusiyada yaşdığı üçün müqavilən bağlamaq imkanı olmadığından müqaviləni bacısı Zərintac imzalamışdır.

12. Bərdə Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(021)-433/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 01.09.1993-cü il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.( hakim Seyfəli Seyfullayev)

13. Birinci instansiya məhkəməsi iş materialları na və şahid ifadələrinə əsasən qeyd edib ki, mübahisəli torpaq sahəsi cavabdehin adına rəsmi reyestrdə qeydiyyata alınmadığından onun istifadəsində olmamışdır.

14. Birinci instansiya məhkəməsi 01 sentyabr 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 146.1, 146.2, 152.1, 158.4 və 178-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh3 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

16. Apelyasiya şikayətinin dəlilləri: - əvvəla cavabdehin məhkəmə baxışnda iştirakı təmin edilməyib; - bundan əlavə, alğı-satqı müqaviləsinin bağlanılmasından 27 il müddət keçdikdən sonra, məhkəmə iddianı təmin edərək, qanunsuz qərar qəbul etmişdir; - işin həqiqi halı ondan ibarətdir ki, Bərdə rayon XDS İK-nin 14 iyul 1989-cu il tar ixli qərarına əsasən, ünvan 3 ünvanda 500 kv.metr ölçüdə torpaq sahəsi İddiaçı ayrılmış və sonuncu 01.09.1993-cü il tarixli alğı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini üzərində olan tikili ilə birlikdə cavabdehə satmışdır; - 1996-1997-ci illərdə həmin həyətdə olan evi cavabdeh öz vəsaiti ilə inşa etdirmişdir. İddiaçını belə bir iddia qaldırmağa sövq edən cavabdehin qardaşı X2r. Z.Hacıyev 1994-1999-cu illərdə Rusiyada çəzaçəkmə məntəqəsində olduğu halda, iddia edir ki, guya evi o tikdirmişdir.

17. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.

18. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-495/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli, 2(021)-433/2020 saylı qətna məsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı Bərdə şəhəri, N.B.Vəzirov küçəsi, 18 saylı ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi ilə bağlı Cavabdeh3 ilə onun arasında bağlanmış 01.09.1993-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və İddiaçı Bərdə şəhəri, N.B.Vəzirov küçəsi, 18 saylı ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair iddiası təmin edilməmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi) Afiq Hüseynzadə, Fikrət Mehdiyev)

19. Apellyasiya məhkəməsi ilk olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinə məhkəmədə baxıb qərar qəbul edərkən, Cavabdeh3 məhkəmədə iştirakının təmin edilməsi üçün ona işə baxılmanın vaxtı və yeri haqqında lazım i qaydada xəbərdarlıq etməmiş və işə onun iştirakı olmadan baxılıb nəticə verilmişdir. Bununla da birinci instansiya məhkəməsi məhkəmə baxışının ümumi müddəalarına əməl etməyərək, mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, qeyd edilən hal da MPM-nin 387.2 və 387.2.2-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsinə əsas verir.

20. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, birinci instansiya məhkəməsi işə əlavə edilmiş 14 iyul 1989-cu il tarixli təhkim aktına, Cavabdeh3 adına işlənilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə, İddiaçı adına olan RX seriyalı, ******* saylı, 10.11.2016-cı il qeydiyyat tarixli çıxarışa, Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 14.05.2019-cu il tarixli, 35 nömrəli məktuba və digər sənədlərə istinad etsə də, həmin sənədlər kserosurət olmaqla MPM-nin 89-cu maddəsinə uyğun olaraq lazımi qaydada təsdiq olunmadığından yazılı sübut kimi qiymətləndirilə bilməz.

21. Apellyasiya məhkəməsi iş materiallarına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat Arxivindən tələb edilərək təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş Bərdə rayonu 1 saylı Dövlət Notariat kontorunda 01.09.1993-cü il tarixdə 3M-1299 nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə əsasən müəyyən etmişdir ki, Bərdə rayon XDS İcraiyyə Komitəsinin 13.07.1989-cu il tarixli, 10 nömrəli qərarına əsasən Bərdə şəhər sakini İddiaçı İ.B.Vəzirov ikinci paralel küçəsi 18 nömrəli 500 kv.m torpaq sahəsi yaşayış evi tikdirmək üçün yerində təhkim olunmuşdur. Bərdə rayonu 1 saylı Dövlət Notariat kontorunda 01.09.1993-cü il tarixdə 3M-1299 nömrəsi ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən İddiaçı Bərdə şəhəri, N.B.Vəzirov küçəsində 500 kv.m torpaq sahəsində yerləşən 18 nömrəli yarımçıq yaşayış evini Cavabdeh3 satmışdır. Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.07.2006-cı il tarixli, 06 nömrəli qərarı əsasında həmin torpaq sahəsi 154191 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə Cavabdeh3 adına tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinin 23.03.2017-ci il tarixli, **********38 nömrəli məktubuna əsasən İddiaçı 17.07.1989-cu il tarixli təhkim aktı əsasında verilmiş ünvan 4 ünvanda yerləşən 500 kv.m torpaq sahəsi Cavabdeh3 A 154191 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

22. Apellyasiya məhkəməsinin mövqeyinə görə mübahisəli hüquq münasibətləri 1993-cü ildə yaranmışdır. Buna görə də, qətnamə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə uyğun oaraq, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə Mülki Məcəllənin tələblərinə uyğun çıxarılmalıdır.

23. Müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 230-ci maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputa tları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır.

24. Apellyasiya məhkəməsi həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin əqdlər və onların etibarsız sayılmasının qanuni əsasları ilə bağlı üçüncü fəslinə, iddia müddətləri ilə bağlı altıncı fəslində istinadən qeyd edib ki, əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; əqd hüquqauyğun hərəkətdir; əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə.

25. Apellyasiya məhkəməsinə görə, ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblə rinə uyğun olması vacibdir.

26. Bu baxımdan apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında alğısatqı müqaviləsi onların razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılmışdır. Həmin müqavilənin bağlanılmasından 30 ilə yaxın bir müddət keçmişdir.

27. Apellyasiya məhkəməsi əqdin etibarsızlığı ilə bağlı iddiaçının dəlillərinə münasibətdə qeyd edib ki, bu dəlillər qanuni əsaslarla bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas vermir və mülki qanunvericilikdə həmin əsasla alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, həmin müqavilənin bağlanmasından 30 ilə yaxın müdddət keçmişdir ki, bu da Azərbaycan Respublikası MM-nin 82-ci maddəsinə əsasən iddianı rədd etmək üçün əsasdır.

28. Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur.

29. Apellyasiya məhkəməsi Cavabdeh3 1993-cü ildən başlamaqla, mübahisə edilən ev və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını heç bir e tiraz olmadan həyata keçirməsini, müqavilə bağlayarkən qanunvericiliyin tələblərinə əməl etməsini və qanunvericiliyin tələblərini əsas tutaraq, hesab edib ki, mübahisə edilən alğı-satqı müqaviləsi etibarlı olmaqla, onun etibarlılığını şübhə altına alan heç bir qanuni əsas yoxdur və iddianın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması hissəsi rədd olunmalıdır. Həmçinin iddianın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması hissəsi təmin edilmədiyindən, İddiaçı Bərdə şəhəri, N.B.Vəzirov küçəsi, 18 saylı ünvanda yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair iddiası da təmin edilməməlidir.

30. Apellyasiya məhkəməsi 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 82, 228, 230 və hazırda qüvvədə olan MPM 217.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayəti verib, apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

33. Kassasiya şikayətinə cavabdehlərin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

34. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Məmmədov Akif Ramiz oğlu kassasiya şikayətini qəbul etməyərək, onun təmin olunmamas ını xahiş etdi.

35. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxs Notariat ofisinə lazımi qaydada məlumat verilmişdir.

36. İddiaçının vəkili məhkəmə kollegiyasına elektron qaydada ərizə ünvanlayaraq, 20 oktyabr 2021-ci il tarixdə qan təzyiqinin qəflətən yüksəlməsi nəticəsində beyin-qan dövranının pozulması, bu səbəbdən müalicə həkiminin onun uzaq yola çıxmasına qadağa qoyduğunu bildirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının vəkili qeyd etdiyi xüsusatla bağlı hər hansı sübut təqidm etməmişdir. Üçüncü şəxs Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofsinin notariusu məhkəmə kollegiyasına müraciət edərək işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3- cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə (1964) Maddə

82. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Maddə

228. Alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Maddə

330. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır.Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Mülki Prosessual Məcəllə Maddə 217.

2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimlə yən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Baxılan iş üzrə apellyaisya məhkəməsi düzgün nəticəyə gəlib.

41. Belə ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsızlığı barədədir. İddiaçı tələbinin əsası kimi qeyd edilən müqavilənin qeydə alınmamasına və faktiki olaraq torpaq sahəsini cavabdehin qardaşına satmasına istinad etmişdir.

42. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə tərəflər arasında alğı-satqı müqaviləsi onların razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılmışdır. Həmin müqavil ənin bağlanılmasından 30 ilə yaxın bir müddət keçmişdir. Əqdin etibarsızlığı ilə bağlı iddiaçının dəlilləri isə qanuni əsaslarla bağlanılmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas vermir və mülki qanunvericilikdə həmin əsasla alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, həmin müqavilənin bağlanmasından 30 ilə yaxın müddət keçmişdir.

43. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri iddianın təmin edilməsini istisna etmişdir. Bu baxımdan, iddianın təmin edilməməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyə uyğun olmuşdur.

44. Məhkəmə kollegiyası iddia tələbi bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 19-30-cu bəndlərinə qeyd edilən dəyərləndirməsi ni, gəldiyin nəticəni və tətbiq etdiyi maddi hüquq əsaslı hesab edir. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı bütün halları araşdırmış, əqdlərin etibarlılığı, alqı-satqı müqaviləsi və iddia müddəti ilə bağlı məsələlərə qiymət vermiş və hüquq münasibətlərinin yarandığı zaman tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşdığı üçün hazırki qərarın 19-30-cu bəndlərinə qeyd edilənləri bir daha təkrar etməyə və ya hər hansı əlavə şərhə zərurət görmür.

45. Apelyasiya instansiyası təqdim olunmuş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.

46. Maddi və prosessual hüquq normalarının pozulm ası barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız sayır.

47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021 il tarixli 2(104)495/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar