Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5154/2019 20.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının nümayəndəsi X3, vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MKnın 01 mart 2019-cu il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.Əkbərov) İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2011 -ci il tarixli daxili lizinq müqaviləsinin və İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 dekabr 2011-ci il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi, lızinq obyekti olan ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsindən Cavabdeh1 nın çıxarılması və qeyri yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, lizinq ödənişi üzrə 43456,58 (qırx üç min dörd yüz əlli altı, əlli səkkiz) ABŞ dolları borcun məbləği icra vaxtı manata olan məzənnə ilə manatla, ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 30 (otuz) xidmət haqqı kimi ödənilmiş 1 (bir) manatının cavabdehlər Cavabdeh1 dan və Cavabdeh2 ndan tutularaq, İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və H.Həmidov) Xəzər rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-ın 24 yanvar 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və E.şamayev) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 fevral 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-ın 01 mart 2019-cu il tarixli qərardadı i lə (sədrlik edən M.Məmmədov, hakimlər X.Sarıyev və E.Şamayev) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və qərardad çıxararkən Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 mart 2019ci il tarixli qərardadının tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişd ir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbinə dair iddia vermişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X2 Cavabdeh2 qarşı daxili lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 dekabr 2011 -ci il tarixli daxili lizinq müqaviləsi və İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 dekabr 2011-ci il tarixli zaminlik müqaviləsi ləğv edilməsi, lızinq obyekti olan ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsindən Cavabdeh1nın çıxarılması və qeyri yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, lizinq ödənişi üzrə 43456,58 (qırx üç min dörd yüz əlli altı, əlli səkkiz) ABŞ dolları borcun məbləği icra vaxtı manata olan məzənnə ilə manatla, ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 30 (otuz) xidmət haqqı kimi ödənilmiş 1 (bir) manatının cavabdehlər Cavabdeh1 dan və Cavabdeh2 ndan birgə qaydada tutularaq, İddiaçı ASC-yə ödnilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 fevral 2018-ci il tarixli qətnaməsi ilə Xəzər rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-ın 24 yanvar 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 fevral 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-ın 01 mart 201 9-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 67-ci maddəsinə görə, kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilə və yalnız vəkilin iştirakı ilə baxıla bilər. MPM-nin 407.3-cü maddəsinə görə, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfində n imzalanmalıdır. MPM-nin 407.4-cü maddəsinə görə, kassasiya şikayətinə vəkilin orderi əlavə olunur. Qeyd edilən prosessual hüquq normalarının tələbindən göründüyü kimi, Qanun, kassasiya şikayətinə onu tərtib etmiş vəkilin səlahiyyətini təsdiq edən orderin əlavə edilməsini və şikayətin həmçinin vəkil tərəfindən imzalanmasını tələb edir. Lakin kassasiya şikayətindən görünür ki, şikayət yalnız cavabdeh tərəfindən imzalanmış, vəkil tərəfindən imzalanmamışdır; şikayətə vəkilin səlahiyyətini təsdiq edən order əlavə edilməmişdir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 01 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxl
Məhkəmə qərarları › İş №2(102)-5154/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5154/2019
20.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver