Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5155/2019 24.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli 2(103)-1794/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.K.Mürsəlov, iş № 2(002)-284/2018) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası rədd edilmiş dir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.Ə.Sarıyev və E.Y.Şamayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 07 dekabr 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun evindən 2m 80sm məsafədə yerləşən iki mərtəbəli evin tikintisinə başlamaqla Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində müəyyən olunmuş ara məsafəsini saxlamamasını və bunun ona məxsus evin təbii işıqlanmasının qarşısının alınması ilə nəticələnəcəyini, eləcə də həmin tikilinin müvafiq icazələr alınmadan inşa edilməsini əsas göstərməklə həmin tikilinin cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı məhkəmə kollegiyasının qətnaməsindən verdiyi kassasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla iddia tələbinin rədd olunmasını əsassız saymış və hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə kollegiyası tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, iddia tələbinin əsaslılığının yoxlanılması məqsədi ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus evlə cavabdeh tərəfindən tikintisi aparılan ev arasındakı məsafə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4.-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdeh tərəfindən inşa edilən tikilinin iddiaçıya evindən istifadə etməsinə hər hansı formada mane olması müəyyən olunmadığından, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsini qanuni v ə əsaslı saymışdır. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə çıxarılmış, maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5155/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5155/2019
24.07.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver