Məhkəmə qərarları › İş №2(102)-5155/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5155/2020

26.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5155/2020 26.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və cavabdeh X3 vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli, 11 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdehlər Cavabdeh1 David oğlu və X5nə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın və alğı-sa tqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 tərəfindən Cavabdeh1 David oğlunun adına verilmiş 25 may 2019-cu il tarixli vərəsəlik haqqında şəhadətnamənin qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməsi, etibarsız sənəd əsasında qeydə alındığından Cavabdeh1 David oğlunun adına verilmiş 29 may 2019-cu il tarixli Çıxarışın və həmin Çıxarış əsasında X5ndə Cavabdeh1 David oğlu ilə X6 arasında bağlanmış 24 iyun 2019-cu il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi və vərəsəlik işinin aparılması ilə bağlı Bakı şəhəri X5ndə ciddi qanun pozuntularına yol verildiyindən, Bakı şəhəri X5 Notariat Ofisinə aid vərəsəlik haqqında şəhadətnamənin hazırlanmasında cinayət xarakterli əməllər müəyyən edildiyindən Azərbaycan Respublikası MPM-nin 265. 4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikasının Baş porkuroruna məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qızı 30 iyun 1977-ci ildə Bakı şəhərində anadan olmuş, 1997-ci ildə İsrail Respublikasına köçmüş və həmin vaxtdan etibarən orada Hayfa şəhərində yaşamışdır. O, İsrail vətəndaşıdır. Atası Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı daimi əsaslarla ünvan 1 ünvanında yaşamışdır. Həmin mənzil iddiaçının atasının xüsusi mülkiyyətində olmuşdur. İddiaçı atası ilə əlaqəni kəsməmiş, mütəmadi olaraq Bakı şəhərinə gəlib getmişdir. 2018-ci ilin sonlarında iddiaçının atası İsrailə getmiş, orada səhhəti pisləşmiş, ağır formalı infarkt keçir miş, 1 yanvar 2019-cu il tarixdə vəfat etmiş və İsraildə dəfn olunmuşdur. İddiaçının əmisi Cavabdeh1 David oğlu qardaşının ölümündən sonra Almaniyadan Bakı şəhərinə qayıtmış, müəyyən sənədlər düzəldərək digər cavabdeh X5nə müraciət edib onun tək vərəsə olduğunu, başqa vərəsə olmadığını bildirmiş, iddiaçının atasının tək yaşadığı və mülkiyyətində olan mənzilə dair 25 may 2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almış, həmin şəhadətnamədən istifadə edərək 29 may 2019-cu il tarixli Çıxarışla mənzili adına rəsmiləşdirmişdir. İddiaçı atası vəfat etdikdən sonra vərəsəlik məsələlərinin həlli ilə bağlı 2019-cu ilin yanvar və may aylarında Bakı şəhərinə gəlmiş, bu müddət ərzində atasının mənzilində yaşamış, atasına məxsus əşyalar yerində olmuşdur. Daha sonra iddiaçı atasının ölü mü ilə bağlı sənədləri almaq üçün İsrailə gedib qayıtmış və bu zaman atasına məxsus mənzilin giriş qapısının açarının dəyişdirildiyi ona məlum olmuşdur. İddiaçı vərəsəliklə bağlı “ASAN Xidmət” mərkəzinə müraciət etmiş, bu zaman vərəsəliyi əmisi Cavabdeh1 David oğlunun qəbul etdiyi ona məlum olmuşdur. Cavabdeh1 evin giriş qapısının açarlarını dəyişdirmiş, evin əşyalarını evdən çıxarıb aparmışdır. Daha sonra iddiaçıya hədə-qorxu gəlmiş, əvvəllər də ağır cinayət törətdiyindən və məhkum həyatı yaşadığından iddiaçı ehtiyatlı olmağa çalışmışdır. X5 birinci növbəli vərəsənin olduğunu nəzərə almadan ikinci növbəli vərəsəyə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Cavabdeh1 Notariat Ofisi ilə qanunsuz əlaqəyə girərək birinci növbəli vərəsələrə məxsus olan əmlakı ələ keçirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) X5 saylı, 18 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri X5 tərəfindən qeydə alınmış 25 may 2019-cu il tarixli Cavabdeh1 David oğlunun adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında Cavabdeh1 David oğlunun adına qeydə alınmış 29 may 2019-cu il tarixli çıxarış ləğv edilmiş, iddia tələbi X3 adına X5Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 24 iyun 2019-cu il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Elşən Kazımov) X5 nömrəli, 11 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı qızının apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin X5 nömrəli, 18 oktyabr 2019-cu il tarixli qətnaməsinin apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmış, İddiaçı qızına Cavabdeh1 David oğluna qarşı mübahisəli evin satılması ilə bağlı əsassız əldə olunmuş 59.500 manat məbləğlə bağlı əsassız varlanma tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı qızı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli, 11 mart 2020-ci il tarixli qətnaməsinin qismən iddianın təmin olunmayan hissəsində ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiya məhkəməsi (apelyasiya şikayətinə baxış zamanı) iddia ərizəsinin təmin edilməyən hissəsinə dair maddi hüquq normalarını düzgün tətbiq etməmişlər. Belə ki, Bakı şəhəri X5 tərəfindən qeydə alınmış 25 may 2019-cu il tarixli Cavabdeh1 David oğlunun adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh1 David oğlunun adına qeydə alınmış 29 may 2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi ilə mənzilə dair 24 iyun 2019-cu il tarixli bağlanmış alqı-satqı müqaviləsi də ləğv edilməlidi idi. Lakin, apelyasiya instansiya məhkəməsi iddiaçının alqı-satqı müqaviləsinin ləğvini tələb etməkdə haqlı olmaması nəticə sinə gəlmişdir. Mübahisə predmeti olan mənzilin həqiqi dəyərinin nə qədər olması, həmin mənzilin həqiqi dəyərindən aşağı qiymətə satılıb-satılmamasmı müəyyən etmək məqsədi ilə məhkəmə tərəfindən nə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmış, nə də ki, əmlak birjasına sorğu göndərilərək mənzilin həqiqi dəyərinin müəyyən edilməsi üçün müvafiq cavablar alınmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X3 vəkili X4 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, İddiaçı qızı 30 iyun 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X5, anası X1. İddiaçının valideynlərinin arasında olan nikah pozulduqdan sonra iddiaçı anası ilə birlikdə İsrail Respublikasına köçmüşdür. Onun atası daim onun yanına gedib-gəlmiş, sonuncu dəfə İsrail Respublikasına getdiyi zaman ürək əməliyyatı nəticəsində 01 yanvar 2019-cu ildə ölmüşdür. Onun ölümündən sonra iddiaçı əri ilə birlikdə Azərbaycana gəlmiş, atasının ölümündən sonra mübahisəli mənzildə qalmışdır. Azərbaycanda olduğu müddətdə vərəsəliklə bağlı notariat orqanına müraciət etmiş və orada ona lazım olan sənədlərin siyahısı təqdim olunmuşdur. O, həmin sənədlərin yığılması üçün yenidən ölkəsinə qayıtmışdır. Daha sonra 07 mart 2019-cu il tarixdə yenidən Azərbaycana gəlmiş, həmin mübahisəli mənzildə qalmış, mənzillə bağlı kommunal xərcləri ödəmişdir (iş materiallarına əlavə edilmiş 14 mart 2019-cu il tarixli qəbzə əsasən). 09 mart 2019-cu il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinə yığdığı sənədləri təqdi m etsə də sənədlərdə müəyyən çatışmazlıqlar olduğu üçün bəzi zəruri sənədlərin apostil ilə təsdiq olunmuş nüsxəsi ondan tələb olunmuşdur. “ASAN Xidmət” mərkəzinə təqdim edilmiş dəfn haqqında kağız ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmadığından ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu zaman iddiaçı tələb olunan sənədlərin yığılması üçün yenidən İsrail Respublikasına qayıtmaq məcburiyyətində olmuşdur. Mart ayında etdiyi səfər zamanı iddiaçı evin qapısının açarının dəyişməsini görüb evin taxta qapısını seyf dəmir qapıya dəyişdirmişdir. Bu hal məhkəmə iclasında verilmiş şahid ifadələri ilə də öz təsdiqini tapır. 10 iyun 2019-cu il tarixdə iddiaçı bütün lazımi sənədləri yığaraq yenidən “ASAN Xidmət” mərkəzinə müraciət etmiş və 18 iyun 2019-cu il tarixdə o na atasının ölüm haqqında şəhadətnaməsi təqdim olunmuşdur. 10 iyun 2019-cu il tarixdə iddiaçı Azərbaycana gəldikdə mübahisəli mənzilə daxil ola bilməmiş, onun dəyişdiyi qapının açarlarının dəyişdirilməsini aşkar edərək Xətai rayon Polis İdarəsinə müraciət etmiş və 23 iyun 2019-cu il tarixdə Xətai Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş qərara əsasən Cavabdeh1 David oğlu ilə bağlı toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı isə bu müddət ərzində oteldə qalmağa məcbur olmuş və işlərinin aparılması üçün rəfiqəsinə müraciət etmişdir. Daha sonra rəfiqəsi tərəfindən aldadıldığını görüb hazırkı iş üzrə hüquqlarını müdafiə etdiyi vəkillə müqavilə bağlamışdır. Bundan sonra vəkil X5nə müraciət etmiş və vərəsəlik şəhadətnaməsinin verilməsi ni tələb etmişdir. Bu zaman onlara 25 may 2019-cu il tarixdə Cavabdeh1 David oğlunun adına 2-ci növbəli vərəsə kimi vərəsəlik şəhadətnaməsinin verilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri X5 tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixli məktuba əsasən, notarius Əmlak Komitəsinin Ərazi İdarəsinə məktub ünvanlayaraq 25 may 2019cu il tarixdə Cavabdeh1 David oğlunun adına verilmiş şəhadətnamədə miras əmlakın vərəsələr arasında düzgün bölünmədiyini bildirmiş və bu səbəbdən əmlakın üzərinə məhdudiyyət qoyulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 24 iyun 2019-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 David oğlu mübahisəli mənzili Əli Kərimova satmışdır. Apellyasiya baxışının predmetini iddianın təmin edilməmiş hissə si, yəni X3 adına X5Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş 24 iyun 2019-cu il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinin təmin edilməməsi hissəsi təşkil etdiyindən, iddiaçının kassasiya şikayəti əsasında apelyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissəsi üzrə müəyyən etmişdir ki, iddiaçı iddia tələbi kimi Cavabdeh1 David oğlu ilə X6 arasında bağlanmış 24 iyun 2019-cu il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsini qoymuşdur. Rayon məhkəməsi alğı-satqı müqaviləsinin ləğvi ilə bağlı olan hissəyə qiymət verərək bildirmişdir ki, Mülki Məcəlləyə əsasən müqavilənin ləğvini və yaxud da dəyişdirilməsini bilavasitə müqaviləni bağlayan tərəflər tələb edə bilər. Qanunverici bunun üçün xüsusi qayda da nəzərdə tutur. Hazırkı iş üzrə iddiaçı müqavilə tərəfi olmadığından qeyd edilən müqavilənin ləğvini tələb etməkdə haqlı deyildir. Bundan əlavə olaraq, apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının X8 Abramovla əlbir olması, mənzilin dəyərindən aşağı qiymətə alması və evin mübahisəli olması ilə bağlı məlumatlı olması faktına qiymət verərək qeyd edir ki, iddiaçının istinad etdiyi dəlillər əsassız olmaqla məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanun i və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 389.1. və 390.1. maddələri). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərə flərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.1. və 421.2. maddələri). Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəlləyə əsasən müqavilənin ləğvini və yaxud da dəyişdirilməsini bilavasitə müqaviləni bağlayan tərəflər tələb edə bilər. Qanunverici bunun üçün xüsusi qayda da nəzərdə tutur. Hazırkı iş üzrə iddiaçı müqavilə tərəfi olmadığından qeyd edilən müqavilənin ləğvini tələb etməkdə haqlı deyildir. İddiaçının X8 Abramovla əlbir olması, mənzilin dəyərindən aşağı qiymətə alması və evin mübahisəli olması ilə bağlı məlumatlı olması barədə dəlilləri müvafiq sübutlarla təsdiq edildiyi halda, müqavilənin ləğvi üçün deyil, onun etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilər. Hazırki iddia tələbi isə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə deyildir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki iş üzrə isə iddia tələblərindən kənara çıxmaq üçün qanunla müəyyən edilmiş hər hansı müstəsna hal müəyyən edilməmişdir. Buna görə də, kassasiya şikayətində məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinin pozulmasına istinad edilməsi əsassızdır. Çünki iddiaçının müqavilənin ləğvi tələbinin qanuni əsasını Mülki Məcəllənin 421-ci maddəs i təşkil etmişdir. İddiaçı əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmədiyindən məhkəmə düzgün olaraq, həmin maddəni mübahisəyə tətbiq etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının X5 nömrəli, 11 mart 2020ci il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar