Məhkəmə qərarları › İş №2(102)-516/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-516/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-516/2021 01.02.2021 ALİ MƏHKƏMƏ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər XXX Cavabdeh2, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, qiymətlə bağlı tərəflərin razılaşması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5256/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh3 (bundan sonra – cavabdeh və ya İpoteka qoyan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixli kredit xətti müqaviləsi üzrə Hüseynov Cavabdeh2 (bundan sonra – cavabdeh və ya Borcalan) öhdəliyinin icrasının təmini kimi İpoteka qoyana məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 7 saylı evin 50 saylı mənzili (bundan sonra – ipoteka predmeti olan mənzil) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıq lı razılığı ilə 56000 manat (32898,60 ABŞ dolları) təşkil edir. İpoteka predmeti olan mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(010)3393/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə XXXov Cavabdeh2, X4 və Cavabdeh3 müştərək qaydada 23514,38 manat əsas, 3923,92 manat faiz borcu, 82,06 manat cərimə borcu olmaqla, cəmi 27520,36 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər xxxxxxov Cavabdeh2, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməs i ilə qət edilmiş cəmi 27520,36 manat borcun və 30 manat dövlət rüsumunun, eyni zamanda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına qeyd edilən borcun Banka ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh4 və X3 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Borcalan sözügedən kredit x ətti müqaviləsi və kredit razılaşması üzrə Bank qarşısında öhdəliklərini tam icra etmədiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qeyd edillən məbləğdə borc müəyyən edilmişdir və bu borc, eləcə də qeyd edilən digər xərclər həmin kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olan ipoteka predmetinə yönəldilməlidir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-661/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Rzayeva) iddia təmin edilmişdir. Qətnamə ilə ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 56000 manat (32898,60 ABŞ dolları) müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Borcalan kredit xətti müqaviləsi və kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulacaq məbləğin və qeyd edilən digər xərclərin ipoteka predmetinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması, mənzil satıldıqdan bir ay sonra cavabdehlərin mənzildən çıxarılaraq mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə iddia tələbi əsaslıdır. Məhkəmə eyni zamanda hesab etmişdir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsində nəzərdə tutulmuş 56000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317.1, 385.1, 442, 443.1, 445.2, 448.1, 462.1, 470.1, 472.1, 472.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 10.4, 33, 39.1, 39.3, 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5256/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), V.Ağayev və E.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan mənzilin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissəsi, yəni “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi” ilə bağlı hi ssəsi üzrə qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından isə görünür ki, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında ipoteka müqaviləsində nəzərdə tutulmuş ipoteka müqaviləsinin ilkin satış qiyməti ilə tam razı olduğunu, yenidən qiymtələndirilməsinə ehtiyac duymadığını bildirmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün ol an qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəzərə almamışdır ki, ipoteka predmetinin müqavilədə nəzərdə tutulmuş ilkin satış qiyməti 2017-ci il üzrə müəyyən edilmişdir. Hazırkı dövr üçün həmin m ənzilin dəyəri müvafiq ekspert rəyi ilə müəyyən edilməli idi. Bundan başqa, məhkəmə tərəfindən qətnamədə mənzilin ilkin satış qiyməti həm manatla, həm də ABŞ dolları ilə göstərilməklə qeyri-müəyyənliyə yol verilmiş, qətnamənin gələcəkdə icrası mümkünsüz edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin təmin təmin olunması, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qətnamənin ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna o laraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş süb utlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsi Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllə Maddə 439.1 Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. “İpoteka haqqında” Az ərbaycan Respublikasının Qanunu Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı Mülki Məcəllənin 439.1-ci maddəsi təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normaların da söhbət pulun məhz ödənilməsindən gedir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsi etiraz etməiyi üçün ipoteka predmetinin ilkin satış qiymətini ipoteka müqaviləsində müəyyən edilmiş qiymət əsasında həm manatla, həm də xarici valyutada müəyyən etmişdir. Halbuki “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsi müstəqil qiymətləndiricinin rəyi olmadığı halda ipoteka predmetinin ilkin satış qiymətininin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyənləşdirilməsini mümkün hesab edir. Q anunun mənasına görə ilkin satış qiyməti o halda tərəflərin razılığı əsasında müəyyən edilir ki, həm ipoteka qoyan həm də ipoteka saxlayan buna etiraz etməsin. Baxılan iş üzrə ipoteka qoyan ümumiyyətlə məhkəmə baxışında iştirak etməmişdir. Ona görə də yalnız iddiaçının (ipoteka saxlayanın) nümayəndəsinin razılığı ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi “İpoteka haqqında” Qanunun 39.3.3cü maddəsinin tələbləri baxımından qanuni hesab edilə bilməz. Bununla yanaşı, nəzərə alınmalıdır ki, qanunda ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinin məqsədi həmin əmlakın həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafelərinə uyğun olaraq açıq hərracda realizə olunmasından ibarətdir. Əmlak açıq hərracda satıldığı halda hərracın nəticələrinə dair alqı-satqı m üqaviləsinə bərabər tutulan yekun protokol imzalandığından ipoteka predmeti olam əmlakın qiyməti də yalnız milli valyutada, yəni Azərbaycan manatı ilə müəyyən edilməlidir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə, Mülki Məcəllənin 439.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən alqı-satqı müqaviləsi üzrə ödənişlər pul öhdəliyidir və həmin öhdəlik yalnız manatla ifadə oluna bilər. Lakin birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini həm manat, həm də ABŞ dolları ilə müəyyən etmişdir. Qeyd olunanlara baxmayaraq apellyasiya instansiyası məhkəməsi istinad olunan maddi hüquq normalarının tələblərini pozaraq, birinci instansiya m əhkəməsinin qətnaməsini ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlamışdır. Ona görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən mübahisə qeyd olunan maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5256/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan mənzilin ilki n satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar