Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5161/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X9, vəkili Cəbrayılov Mehman Hümsi oğlu, “xxxx” ASC-nin vəkili Səmədov Zaur Əfrayıl oğlunun iştirakları ilə, “xxxx” ASC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” ASC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC cavabdehlər “xxxx” ASC-yə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X12” MMC-yə, Cavabdeh3nə, Saatlı Rayon İcra Şöbəsinə və “xxxx” MMC-nə qarşı qiymətləndirmənin ləğvi, keçirilmiş hərracın yekunları dair protokolun, alqı-satqı müqaviləsinin və mülkiyyətə dair çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Quliyev, iş 2(005)-3181/2018) iddia təmin edilmiş, iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 300 manatın cavabdeh bankdan tutularaq “X8” MMCnin hesabına ödənilməsini, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Şamayev, iş № 2(103)-1832/2019) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: “xxxx” ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı ASC kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: “xxxx” ASC-nin vəkili Səmədov Zaur Əfrayıl oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qa nun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçı ASC-nin vəkili Cəbrayılov Mehman Hümsi oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan iş ə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” MMC-nin Saatlı şəhəri, X11 küçəsində, 1,49 ha torpaq sahəsində yerləşən 126 nömrəli 2 girişli, 868,6 kv.m ümumi, 285,5 kv.metr əsas, 583,1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası “Emal sexi”nə dair hüquq müəyyən edici sənədlər, 25.07.2006-cı il tarixli çıxarışı və texniki pasportu qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında ləğv e dilmişdir. Lakin, buna baxmayaraq MMC heç bir hüquqi qüvvəsi olmayan mülkiyyətə dair sənədlər əsasında cavabdeh “xxxx”ASC-də ipoteka ilə yüklü etməklə bankdan 200.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit geri qaytarılmadığından tələb üzrə tutma ipoteka predmeti olan əmlaka yönəldilmişdir. Daha sonra Cavabdeh4 böyük icra məmuru Aydın İsmayılovun cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X12” MMC-yə ünvanlanmış sifarişi əsasında Saatlı şəhəri, X11 küçəsində, 1,49 ha torpaq sahəsində yerləşən 126 nömrəli 2 girişli, 868,6 kv.m ümumi, 285,5 kv. metr əsas, 583,1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası “Emal sexi” hərracda 270.000 (iki yüz yetmiş min) manat qiymətləndirmə ilə satışa çıxarılmış və hərrac təşkilatında 07 iyul 2011ci il tarixdə keçirilmiş hərr acda tələbkar tərəf olan cavabdeh “xxxx” ASC-nin adından etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 çıxış etmiş və “Emal sexi” bank tərəfindən 172.125 manata satılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 415.1,416, 354.2, 373.2, 375.2, 377.1-ci maddələrini tətbiq etmişdir. “xxxx” ASC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Bakı Apelyasiya Məhkəməsi 25 yanvar 2019-cu il tarixli 2(103)-1832/2019 qətnaməsi ilə Azərbaycan Respublikasının Mülki Məcəllənin, 140, 271.1., 354.2., 375.2., 416.1., Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 77.1., 152.1.2., 389 ma ddələrində göstərilən maddi hüquq normaları pozmuş və düzgün tətbiq etməmiş, qüvvədə olan məhkəmə qətnamələri və Ali Məhkəmənin, eləcə da Konstitusiya Məhkəməsinin mövqeyini heç nəzərə almamışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Artıq qanuni qüvvəsini almış başqa məhkəmə qətnaməsi ilə “xxxx” MMC-nin mübahisəli qeyri-yaşayış binasını ipoteka ilə yüklü edərək Bankdan kredit götürməsi, mübahisəli əmlakın qiymətləndirilməsi və hərracdan satılması, nəticədə Bankın qanunsuz olaraq mübahisəli əmlaka çıxarış alması halları müəyyən edildiyindən, həmin halların yeni dən sübut edilməsinə yoi verilmir....Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı ASC “xxxx” MMC tərəfindən ona məxsus əmlakların Bankdan aldığı 200.000 manat məbləğində kreditin təminatı kimi ipoteka müqaviləsi ilə yüklü edilməsini bildiyi vaxtdan məhkəmə qaydasında mübahisə qaldırdığı üçün onun tərəfindən iddia müddəti ötürülməmişdir....İddia ərizəsini imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməsə də, Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılmamış və məhkəmə iclasında iddiaçı tərəfindən sözügedən sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Belə hal iddianın əsassız hesab edilməsi üç ün əsas deyil....Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisəli əmlak “xxxx” MMC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmışdır. Həmin məhkəmə qərarı “xxxx” MMC-ni alınmış kredit borcunu ödəmək öhdəliyindən azad etmir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsin in Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5161/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5161/2019
30.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver