Məhkəmə qərarları › İş №2(102)-5162/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5162/2021

18.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5162/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt Cavabdeh1 notariat kontoruna qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi müddətinin uzadılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh2 vəkili Məmmədov Ələsgər Hüseyn oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(105)933/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı X2 və Cavabdeh2 övladıdır. X3 01 yanvar 2017-ci il tarixdə ölmüşdür. Sumqayıt Cavabdeh1 xüsusi notariat kontoru tərəfindən verilən Qanun üzrə vərəsəlik haqqında 27 iyul 2017-ci il tarixli Şəhadətnamələrə əsasən X2 vərəsəsi kimi Cavabdeh2 tanınmışdır. Şəhadətnamələrə əsasən verilən miras əmlaklara: "xxxx" ASC-nin cari hesabında olan 120 manat faiz məbləği və depozit hesabında olan 1000 manat pul, "xxxx" ASC-də olan 327 manat pul, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 52/3, ümumi sahəsi 71,93 kv.m olan 24 saylı mənzil, Ağstafa rayon DTXK tərəfindən 20 oktyabr 1998-ci il tarixdə verilmiş aktına əsasən Ağstafa rayonu, Poylu kəndi ünvanında yerləşən ümumi sahəsi 0,11 ha olan torpaq sahəsi, Ağstafa rayonu, Poylu kəndində yerləşən ümumi sahəsi 229 kv.m olan daşınmaz əmlak və 0,22 ha olan torpaq sahəsinin ½ hissəsi və Quba rayonu, Zərdabi ünvanında ümumi sahəsi 1 ha olan daşınmaz əmlakın ½ hissəsi daxil olmuşdur. İddiaçı 04 avqust 2017-ci il tarixdə Sumqayıt Cavabdeh1 xüsusi notariat kontoruna müraciət edərək, atasından miras qalmış əmlaklara dair adına vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, xüsusi notariusun 08 avqust 2017-ci il tarixli məktubu ilə Cavabdeh2 mirası qəbul etmiş yeganə vərəsə kimi müəyyən olunaraq, sonuncuya miras qalmış əmlaka dair bütünlük lə 26 iyul 2017-ci il tarixdə vərəsəlik şəhadətnaməsinin verilməsi əsası ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt Cavabdeh1 notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış əmlakların qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi üçün buraxdığı mirasın qəbul edilmə müddətinin üzrlü hesab edib uzadılması və həmin əmlaklara dair Sumqayıt Cavabdeh1 notariat kontorunda verilmiş 26 iyul 2017-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, atası X3 01 yanvar 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmiş və vəsiyyət namə saxlamamışdır. İddiaçı Böyük Britaniyada yaşadığına, işlədiyinə və təhsil aldığına görə atasının vəfat etməsini bilməmiş və atasından qalan mirasdan ona çatası payın qanun üzrə vərəsəlik qaydasında adına keçirilməsi barədə notariusa müraciət etməmişdir. Atasından qalan bütün əmlak qanun üzrə vərəsəlik qaydasında anasına keçmişdir. 24 iyul 2017-ci ildə Azərbaycana qayıdandan bir neçə gün sonra atasının vəfat etməsini və ondan miras qalmış bütün əmlakın anasına keçirilməsini bilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(060)-5056/2020 nömrəli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı atasında qalan miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətinin üzrlü hes ab edilməsi üçün sübutları təqdim etməmişdir. İddiaçı xaricdə olduğunu bildirsə də, onun ümumvətəndaş pasportundan görünür ki, iddiaçı 10 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasını tərk etmiş və 03 aprel 2017-ci il tarixdə qayıtmış, 16 aprel 2017-ci il tarixdə təkrarən ölkəni tərk etmiş və 24 iyul 2017-ci il tarixdə ölkəyə qayıtmışdır. İddiaçının 03 aprel 2017-ci ildə Azərbaycan Respublikasında olarkən atasının vəfatından məlumatsız olması məntiqli və inandırıcı deyildir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(060)-5056/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(105)-933/2021 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(060)-5056/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1248.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı atasından qalan miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində ölkə ərazisində olmadığı üçün atasının vəfat ından məlumatı olmadığını, yalnız 24 iyul 2017-ci il tarixdə ölkəyə qayıtdıqdan sonra bu barədə məlumatı olduğunu qeyd etmişdir. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında Fərman Balayev vəfat etdikdən dərhal sonra və sonradan bir neçə dəfə şəxsən iddiaçı ilə telefon əlaqəsi saxladığını və iddiaçının bununla bağlı məlumatlı olduğunu bildirmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və cavabdehin bildirdiklərini inkar edən hər hansı sübut təqdim etməmiş və izahat verməmişdir. Bundan başqa iş materiallarında olan iddiaçıya məxsus ümumvətəndaş pasportundan görünür ki, iddiaçı 10 sentyabr 2016-cı ildə ölkə ərazisini tərk etmiş və 03 aprel 2017-ci ildə ölkəyə qayıtmışdır. 16 aprel 2017-ci il tarixində iddiaçı ölkəni tərk etmiş və 24 iyul 2017-ci ildə ölkəyə qayıtmışdır. Lakin, iddi açı iddia ərizəsində atasının vəfatından 24 iyul 2017-ci ildə ölkəyə qayıdan zaman xəbər tutduğunu bildirir. Yəni, bundan əvvəl 03 aprel 2017-ci ildə ölkədə olarkən iddiaçının atasının vəfatından məlumatsız olması məntiqli və inandırıcı görünmür. Bundan başqa iddiaçının vəkilinin məhkəməyə təqdim etdiyi vəsatətdən məlum olur ki, iddiaçı 07 aprel 2017-ci il tarixdə üz nahiyəsində rekonstruktiv üz bərpa əməliyyatı etdirmək üçün Bakı şəhərində yerləşən “İstanbul NS” klinikasına müraciət etmiş və həmin klinikada “Tofal Faseliftinq, Bleferoplpastika” əməliyyatı, yəni üz, göz nahiyəsində ümumi narkoz altında bərpa və blefora əməliyyatı edilmişdir. İddiaçı öz mövqeyinin əsasını təşkil edən halları sübut edə bilməmiş, atasından qalan miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilm iş müddəti ötürməsinin üzrlü səbəbdən baş verməsini əsaslandıra bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(105)-933/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərini təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti işin hallarına və iddia ərizəsində göstərilənlərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçının 03 aprel 2017-ci il tarixdə Azərbaycana gələrkən atasının vəfatından xəbəri olmamış, ona bu barədə ailə ü zvləri tərəfindən məlumat verilməmiş, həmin zaman əməliyyat olunmuş və sonradan ev şəraitində müalicə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1246 və 1248-ci maddələrini düzgün tətbiq etməmişdir. Həmçinin cavabdeh notariat orqanına müraciət edərkən iddiaçının vərəsə kimi mövcudluğunu gizlətmiş və notariat orqanı digər vərəsələrin olub-olmamasını yoxlamamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh2 vəkili Məmmədov Ələsgər Hüseyn oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini v ə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələbl ərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin beşinci hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243.1-ci maddəs inə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəs ələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəs inə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sü rülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, miras əmlakın iddiaçı tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən olunmuş müddət ərzində qəbul edilməməsi hazırki işin mübahisəsiz halıdır. İddiaçı onun Azərbaycan Respublikası hüdudlarından kənarda olmasını və yalnız 24 iyul 2017-ci il tarixdə Azərbaycana qayıdarkən atasının ölümündən məlumat aldığını göstərərək buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Lakin işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, iddiaçı mirasın qəbulu üçün qanunla müəyyən edilən müddətdə, yəni 03 aprel 2017-ci il tarixdən 16 aprel 2017-ci il tarixədək Azərbaycan Respublikasında olmuş, lakin mirası qəbul etmək üçün MM-in 1243.2-ci maddəsi ilə nəzərdə tutulan tədbirləri görməmişdir. Bu səbəbdən apellyasiya instan siyası məhkəməsi iddiaçı tərəfindən müddətin buraxılmasını üzrlü hesab etməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının xarici ölkədə yaşaması özü-özlüyündə mirasın qəbulu üçün buraxılmış müddətin üzrlü hesab olunması üçün əsas deyildir. Həmin hal o təqdirdə üzrlü hesab oluna bilər ki, iddiaçı hər hansı obyektiv səbəbə görə şəxsən və ya nümayəndəsinin vasitəsi ilə notariat orqanına müraciət etmək imkanında olmamasını sübut etsin. İddiaçı isə belə sübutları məhkəmələrə təqdim etməmişdir. Həmçinin iddiaçının Azərbaycanda olduğu müddətdə üzündə estetik əməliyyat etməsi də buraxılmış müddətin üzrlü hesab olunması üçün əsas ola bilməz. Belə ki, iddiaçı Azərbaycan Respublikasına 03 aprel 2017-ci il tarixdə qayıtmış, “İstanbul NS” klini kasının epikrizinə əsasən yalnız 07 aprel 2017-ci il tarixdə əməliyyat olunmuş, 10 aprel 2017-ci ildə kafi vəziyyətdə ambulator müalicəyə göndərilmiş və 16 aprel 2017-ci il tarixdə Azərbaycandan getmişdir. İddiaçı əməliyyatdan əvvəl və ya əməliyyatdan sonra mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməməsinin üzrlü olmasına dair sübutları da səlahiyyətli məhkəmələrə təqdim etməmişdir. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının atasının ölümündən xəbəri olmamasına dair dəlilinə də apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və bunu inandırıcı hesab etməmişdir. İddiaçı özü isə atasının ölümünün ondan gizləndiyini qeyd etsə də, bu barədə gec olsa da belə, nə vaxt və kimin vasitəsi ilə məlumat aldığını əsaslandırmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hazır ki mübahisənin həlli sübutların qiymətləndirilməsindən asılı olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdikləri sübutlar əsasında qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 417.1.4cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya-hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasını n Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarı və s.). Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(105)-933/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar