Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5164/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, cavabdeh X9 və vəkili X11 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5170/2019 nömrəli iş üzrə 28 mart 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim İ.Ə.Kərimli) 2(012)-76/2018 nömrəli, 11 yanvar 2018-ci il tarixli qətnaməsi ilə idd iaçı “xxxx” MMC-nin cavabdeh X9 qızına qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh X9 “xxxx” MMC arasında bağlanmış 02 sentyabr 2010cu il tarixli müqavilə və maliyyə arayışının etibarsız hesab edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) 2(105)-1857/2018 nömrəli, 04 may 2018-ci il tarixli qərardadı ilə iddiaçı MMC-nin cavabdeh X9 qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-76/2018 saylı, 11 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P.A.Hüseynov) 2(006)-4067/2018 nömrəli, 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdeh X9 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və E.Y.Şamayev) 2(103)-5170/2019 nömrəli, 28 mart 2019-cu il tarixli qərardadı ilə iddiaçı MMC-nin cavabdeh X9 qarşı “əqdin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş ü zrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(006)-4067/2018 nömrəli, 30 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC-nin adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin qaytarılması üçün şikayətin mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı “xxxx” MMC cavabdeh X9 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 ilə “xxxx” MMC arasında bağlanmış 02.09.2010-cu il tarixli müqavilə və cavabdeh X9 verilmiş güya ki, həmin mənzilə görə “xxxx” MMC-yə 26100 manat pulun ödənməsi barədə maliyyə arayışının etibarsız hesab edilməsi, həmçi nin cavabdeh X9 Abşeron ray., ünvan 1-də 174 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)5170/2019 nömrəli iş üzrə 28 mart 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh X9 və vəkili X11 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-5170/2019 nömrəli iş üzrə 28 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçı “xxxx” MMC-nin kass asiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materiallarından görünür ki, Rayon Məhkəməsinin 30.10.2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti MMC-nin direktoru Azər Tağıyev tərəfindən 20.06.2016-cı il tarixdə verilmiş etibarnamə əsasında X12 oğlu tərəfindən imzalanmışdır. Lakin MMC-nin direktoru Azər Tağıyevin MMC-nin məhkəmələrdə təmsil olunması üçün etibarnamə vermək səlahiyyətinin olmasını təsdiq edən sənədlər Rayon Məhkəməsinə təqdim edilməmişdir. Bundan başqa, işin 17-ci vərəqində olan “Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan” görünür ki, həmin çıxarışda iddiaçı MMC-nin əvvəlki qanuni təmsilçisi kimi X8 oğlunun adı qeyd edilmişdir. Lakin MMC-nin hazırki qanuni təmsilçisinin kim olması barədə iş materiallarında hər hansı sənəd yoxdur. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, MMC-nin direktoru Azər Tağıyevin imzaladığı etibarnamə əsasında Araz Abduləzimov tərəfindən verilmiş apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş şikayət kimi qiymətlənd irilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə düzgün nəticəyə gəlmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5170/2019 nömrəli iş üzrə 28 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5170/2019 nömrəli iş üzrə 28 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5164/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5164/2019
23.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver