Məhkəmə qərarları › İş №2(102)-5167/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5167/2022

14.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5167/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)524/2022 nömrəli, 15 i yul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ:

1. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 saylı qətnaməsi ilə (hakim S.M.Quliyeva) iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında tikilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 4-cü mərtəbəsində sahəsi 50 kv.metr olan 1 otaqlı 19 saylı mənzildən Cavabdeh1, ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 11-ci mərtəbəsində sahəsi 85 kv.metr olan 2 otaqlı 194 saylı mənzildən Cavabdeh3 və ünvan 1 ünvanında inşa edilən 9 girişli 14 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 12-ci mərtəbəsi ndə sahəsi 85 kv.metr olan 2 otaqlı 192 saylı mənzildən isə Cavabdeh2 çıxarılması və həmin yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci tarixli, 2(105)1113/2021 saylı qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev, G.Tağızadə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)- 2659/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMCyə qarşı müqavilələrin etibarsız hesab edilməsi, mənzillərin, qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov, İ.Şəfiyev) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1113/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-524/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və mər uzəçi), S.Qafari, T.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(012)-2659/2018 nömrəli qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-524/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari, T.Məmmədov) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarılması qərara alınmışdır.

6. Hazırda apellyasiya instansiyası məhkəməsinin sonuncu qətnaməsindən Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti vermiş və həmin şikayət və şikayət baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.

7. Kassasiya şikayəti 6 sentyabr 2022-ci il tarixli qərardadla icraata qəbul edilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi 7 sentyabr 2022-ci il tarixli məktubla müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması ilə əlaqədar mülki işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

9. Belə olan halda, məhkəmə kollegiyası Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılaraq mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir.

10. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəlləni n tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

11. Qeyd olunanlara əsasən və MPM-in 402 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-524/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qərardadından Cavabdeh2 verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 6 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Mə hkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar