Məhkəmə qərarları › İş №2(102)-5173/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5173/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5173/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) 19.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2(106)16/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabd eh İddiaçı 30.000 ABŞ dolları məbləğində borc almış və borcu 01 noyabr 2015-ci il tarixə kimi qaytarmaq barədə öhdəlik götürmüşdür. Cavabdeh bu barədə iddiaçıya yazılı qəbz vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.000 ABŞ dolları əsas borc və həmin məbləğə hesablanmış 14450 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 44450 ABŞ dolları məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan aldığı 30.000 ABŞ dolları pul vəsaitini 01.11.2015-ci il tarixdə qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq, qaytarmamışdır. Öhdəliyin icrası 34 ay gecikdirilmişdır.

4. Beyləqan Rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2(020)-1792/2018 saylı qətnaməsi ilə (hakim N.Əliyev), iddianın qismən təmin edilməsi, Cavabdeh 30.000 ABŞ dolları məbləğdə pulun ödəniş gününə Azərbaycan manatı ekvivalenti ilə tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin hesablanmış 14450 ABŞ dolları faiz məbləğinin tutulması hissəsində rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən iddianı əsaslı hesab etmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427, 430, 442 və 450-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Şirvan A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2(106)-16/2021 saylı qətnaməsi ilə (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və İ.H.Əhmədov) Cavabdeh nümayəndəsi və vəkili X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və ekspertiza tədqiqatının dəyəri olan 138 manat cavabdehə aid edilmişdir. 9.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında borc müqaviləsi yazılı formada bağlanmış əqdə əsaslanır. Hazırda 30.000 ABŞ dolları məbləğində sənədin iddiaçıda olması cavabdeh tərəfindən borcun qaytarılmaması qənaətinə gəlinməsinə əsas verir. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instasniya məhkəməsinin gəldiyi nət icə ilə də razılaşaraq qanuni və əsaslı hesab etmişdir.

10. Qətnamədə həmçinin qeyd edilmişdir ki, işə apelyasiya şikayətinə baxılarkən cavabdeh tərəfin vəsatəti əsasında sübut kimi təqdim edilmiş qəbzdə olan imzanın cavabdeh tərəfindən icra edilməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, sübut kimi təqdim olunmuş qəbzdəki imza cavabdeh tərəfindən icra edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422, 425.1, 739.1, 740.1 və 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sübut kimi təqdim olunmuş qəbzdə olan imza cavabdeh tərəfindən icra edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində yalnız cavabdehin izahatını qeyd etmiş, eləcə də gəldiyi nəticənin hansı sübutlara söykəndiyini əsaslandırmamışdır. Digər tərəfdən, qeyd edilən maddənin tələblərini pozaraq ərizəçinin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün heç bir dəlil gətirməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəni Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll etməli olduğu halda, qeyd edilən aktların tələblərini nəzərə almadan qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

16. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

17. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

18. Qanunun tələbinə görə kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən h ərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

399. Müqavilənin qüvvəsi 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılarda n biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun m əhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kassasiya kolleg iyası qeyd edir ki, kassastorun «apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəni Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll etməli olduğu halda, qeyd edilən aktların tələblərini nəzərə almadan qətnamə çıxarması» barədə dəlili mücərrəddir və konkret olaraq hansı normativ aktın tələblərinin pozulduğu göstərilməmişdir.

24. Verilmiş iddia tələbinin maddi hüquqi əsasını təşkil edən norma Mülki Məcəllənin 385 və 739-cu maddəsidir və məhkəmələr tərəfindən mübahisənin həllinə həmin normalar tətbiq edilmişdir.

25. Sübut kimi təqdim olunmuş qəbzdə olan imzanın cavabdeh tərəfindən icra edilməməsi barədə kassatorun dəlili işin faktik hal ları ilə bağlı olduğuna görə kassasiya instansiyasında baxılmalı dəlil deyildir. Lakin məhkəmə kollegiyası bu sübut üzrə qiymətləndirmə zamanı apellyasiya instansiyası məhkəməsinin prosessual normaların (MPM-nin 81 və 97-ci maddələrinin) tələbinə riayət etməsini yoxlayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin həmin dəlili araşdırılmış, imzanın cavabdehə aidliyini araşdırmaq xüsusi bilik tələb etdiyinə görə xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyi ilə qəbzdəki imzanın cavabdeh tərəfindən icra olunması müəyyən edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində yalnız cavabdehin izahatının qeyd edilməsi, gəldiyi nəticənin hansı sübutlara söykəndiyini əsaslandırmaması barədə dəlilləri də açıq-aşkar əsassızdır. Çünki qətnamədə ca vabdehin izahatı, iddia tələbinə qarşı irəli sürdüyü dəlillər yazılmış, iddianı təmin etməsini maddi və prosessual hüquq normalarını göstərməklə əsaslandırmışdır.

27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2(106)16/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar