Məhkəmə qərarları › İş №2(102)-5175/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5175/2021

18.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5175/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5175/21 (Açar sözlər: vərəsəliyin müəyyən edilməsi, mirasın payının bölünməsi, vurulmuş ziyan) Bakı şəhəri, 18 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəliyin müəyyən edilməsi, mirasın paylara bölünməsi, əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(104)-1151/2020 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, anası X2 miras qalmış Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 iyul 1997-ci il tarixli, 09 saylı qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında (JN-148, Kod ********) Ağstafa rayonu, Qarahəsənli kəndində paylı mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və Ağstafa rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1998-ci il tarixli, 07 sayl ı qərarına əsasən “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktı (JN-154, Kod ********) ilə paylı mülkiyyətində olan 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun payı hissəsində vərəsəliyin müəyyən olunması, paylarının bölünməsi, Cavabdeh tərəfindən qanunsuz sökülmüş reyestr kitabının 403 inventar işi üzrə qeydiyyat vəsiqəsi əsasında onun mülkiyyəti olaraq qeydiyyata alınmış 1 mərtəbəli, ümumi sahəsi 69.5 kv.m, yaşayış sahəsi 31.8 kv.m olan fərdi yaşayış evinin dəyəri olan 14000 manat pulun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçının atası X9 ilə anası X7 ailə qurmuş, onların birgə nikahlarından 11 aprel 1957-ci ildə bacısı Qarayeva (Həsənova) Ramella Firudin qızı və xx xxxx 1959-cu ildə iddiaçı anadan olmuşdur. Atası 07 avqust 1959-cu ildə vəfat etdikdən sonra anası cavabdehin atası Qarayev Zirəddin Qara oğlu ilə 15 iyul 1966-cı ildə rəsmi nikahla ailə qurmuş, onların birgə nikahlarından 28 may 1968-ci ildə X4, 09 avqust 1969-cu ildə Cavabdeh və 09 oktyabr 1970-ci ildə X3 anadan olmuşdur.

3. Anası ilə Qarayev Zirəddin Qara oğlu birgə nikahları dövründə 1972-ci ildə Ağstafa rayonunun Qarahəsənli kəndində fərdi yaşayış evi tikdirmişlər. Bundan başqa, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 iyul 1997-ci il tarixli, 09 saylı qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-148, KOD 50206018 saylı şəhadətnamə əsasında Ağstafa rayonunun Qarahəsənli kəndində Qarayev Zirəddin Qara oğlu ilə anasının paylı mülkiyyətində 0,25 ha həyətyanı və Ağstafa rayon Aqrar İslahat Komis siyasının 17 dekabr 1998-ci il tarixli, 07 saylı qərarına əsasən “Torpağın mülkiyyət hüququna dair” JN-154, KOD 50206018 saylı Dövlət Aktı əsasında Qarayev Zirəddin Qara oğlu ilə anasının paylı mülkiyyətində 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır.

4. İddiaçını anası 07 avqust 2012-ci il tarixdə vəfat etdikdən sonra fərdi yaşayış evində və torpaq sahələrində olan pay hissəsinə vərəsəlik müəyyən edilməmişdir. Ölüm şəhadətnaməsində anasının soyadı qızlıq soyadı ilə Aşırova kimi qeyd edilmişdir. Bundan başqa, anası ilə Qarayev Zirəddin Qara oğlunun paylı mülkiyyətində olan torpaq sahəsində iddiaçının mülkiyyətində 1 mərtəbəli, ümumi sahəsi 69,5 kv.m, yaşayış sahəsi 31,8 kv.m olan fərdi yaşayış evi vardır və bu ev reyestr kitabının 403 inventar işi üzrə qeydiyyat vəsiqəsi əs asında iddiaçının mülkiyyətindədir. Həmin evə dair 1989-cu ildə iddiaçının adına texniki pasport hazırlanmışdır.

5. Cavabdeh isə bu halların heç biri ilə razılaşmayaraq miras əmlakın bölünməsinə razılıq vermir. Bununla da kifayətlənməyib, cavabdeh iddiaçının mülkiyyətində olan həmin evi 2018-ci ilin iyun-iyul aylarında sökmüş və yerində evinin dam örtüyünü uzadaraq dirəklər basdırmaqla çardaq tikmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan evi qəsdlə sökməklə iddiaçıya 14.000 (on dörd min) manat ziyan vurmuşdur.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1115, 1159.1.3, 1243.1, 1243.2, 1255, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsinin 22 may 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmiş, i ddiaçıya məxsus evin sökülübsökülməməsini müəyyən etmək üçün ekspert qarşısında müvafiq suallar qoyulmuşdur.

8. Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2019-cu il tarixli, 15998 saylı rəyinə əsasən Ağstafa rayonu, Qarahəsənli kəndində yerləşən 1 mərtəbəli fərdi yaşayış evi tamamilə sökülmüş və həmin tikilinin bir hissəsində yaşayış evinə bitişik çardaq inşa edilmişdir.

9. Birinci instansiya məhkəməsinin 18 may 2020-cu il tarixli qərardadı ilə iş üzrə ekspertizası təyin edilmiş, ekspert qarşısında iddiaçıya məxsus olmuş evin hazırki bazar qiymətinin nə qədər olması barədə suallar qoyulmuşdur.

10. X1 29 iyun 2020-ci il tarixli, 260 saylı rəyinə əsasən Ağstafa rayonu, Qarahəsənli kəndində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin hazırki bazar qiyməti 12100 manatdır.

11. Cavabdehin nümayənd əsi iddiya etiraz etmişdir. Etirazın dəlilləri: - mübahisəli yaşayış evi yararsız olub, təbii fəlakət nəticəsində uşmuşdur. İddiaçıya dəfələrlə məlumat verilməsinə baxmayaraq, əsası baddan olan evin damı təbii fəlakət nəticəsində çökərək tamam yararsız və qəzalı hala gəlmişdir. Həmin gün iddiaçıya zəng edilərək yaxın qonşular və nümayəndələrin şahidliyi ilə şəxsin qeydiyyatda olduğu daşınmaz əmlaka sahib çıxmasını istəmişlər; - iddiaçı yararsız tikilisinə görə kompensasiya almışdır. Amma buna baxmayaraq qəzalı və yararsız olan tikiliyə heç bir vəsait yatırmamışdır. Tikili illər keçdikcə köhnə və baddan olduğu üçün uçmağa başlamışdır. Bunun sübutu olaraq iş materiallarına foto şəkil əlavə olunmuşdur; - tikilinin damı uçduqdan sonra iddiaçıdan və ailə üzvlərindən razılıqlar alınaraq və qarşı lığında cavabdeh öz payından 5-6 sot içi meyvə ağacları ilə birlikdə olan torpaq sahəsini iddiaçıya vermişdir. Razılıqlar notarial qaydada ərizə şəklində alınmış, iddiaçıya evinin tamamən söküləcəyi və daşınmaz əmlak üzərində hüquqlarını tamamən itirəcəyi izah edilmişdir. Ərizələr təsdiqlənərək iş materiallarına əlavə edilmişdir. Ərizələrdən də göründüyü kimi, iddiaçının maddi ziyanla bağlı tələbi əsassızdır. Evin hazırki bazar dəyərinin 12.100 manat təşkil etməsi barədə ekspertizanın rəyi əsassızdır. Köhnə tikilinin o dəyərdə olmasınə cavabdeh qəbul etmir.

12. Ağstafa Rayon Məhkəməsinin 2(015)-9/2020 saylı, 14 sentyabr 2020-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 12100 manat pulun tutularaq İddiaçı verilməsi, ekspertiza xərci olan 300 manatın Cavabdeh tutul araq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zamiq Rəsulov)

13. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, iddiaçının anası 07.08.2012-ci il tarixində ölmüş, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət bitmişdir. İddiaçı iddia ərizəsinin məzmununda mirası qəbul etdiyini iddia etməyib, mirası qəbul etməsi barədə iddia ərizəsinə heç bir sübut əlavə etməyib. İddiaçının qanun üzrə birinci növbə vərəsələrdən biri olması onun miras şəriki olması demək deyil, vərəsənin miras şəriki sayılması üçün o, mirası qəbul etməsi barədə iradəsini qanunla müəyyən edilmiş qaydada nümayiş etdirməlidir.

14. Birinci instansiya məhkəməsi qeyd edilən hallara əsasən iddia tələbini miras əmlakın payla ra bölünməsi hissəsində rədd etmişdir.

15. Bununla belə, birinci instansiya məhkəməsi ekspert rəylərinə əsasən iddianı daşınmaz əmlakın sökülməsi ilə bağlı dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin etmişdir.

16. Məhkəmə iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni Mülki Məcəllənin 1321.1, 1321.3, 1243.2, 1274, 1291-ci, iddianın təmin edilən hissəsində Mülki Məcəllənin 21.1 1096.1, 1096.2 və 1097.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətl əri üzrə səhv nəticəyə gəlmiş, nəticədə maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində mübahisə predmeti olan İddiaçı Firuddin oğluna məxsus olan Ağstafa rayonu, Qarahəsənli kəndində yerləşən fərdi yaşayış evinin Cavabdeh tərəfindən nə vaxt və hansı şəraitdə sökülməsinin hansı mötəbər sübutlarla təsdiq olunduğu əks etdirilməmiş, ümumiyyətlə işin bu halları məhkəmə tərəfindən araşdırılmamışdır; - cavabdehin nümayəndəsi X10 məhkəməyə ünvanladığı ərizədə mübahisəli evin təbii fəlakət nəticəsində uçduğunu və yararsız vəziyyətə düşdüyünü, həmin gün qonşuluqda yaşayan şəxslərin və kənd icra nümayəndəsinin iştirakı ilə bu barədə İddiaçı məlumat verildiyini, hətta iddiaçının həmin evə dəymiş zərərə görə kompensasiya aldığ ını xüsusilə qeyd etmişdir. Buna baxmayaraq, bu dəlillərə qiymət verilməmişdir; - iddiaçıya məxsus evin cavabdeh tərəfindən sökülməsi, yəni cavabdehin iddiaçıya birbaşa ziyan vurmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməli sübuta yetirilmədiyi halda məhkəmə əsassız qətnamə qəbul etmişdir.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1151/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağstafa Rayon Məhkəməsinin 2(015)-09/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azər Bayramov (sədrlik edən və məruzəçi), Rəşad Mamedov və Əlizamin Abdullayev )

20. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəmə sinin qətnaməsini iddia tələbinin təmin edilən hissəsində yoxlayaraq müəyyən edib ki, İddiaçı Firuddin oğlunun adına DTİ və MHQİ-sı tərəfindən verilmiş 403 qeydiyyat nömrəsi ilə Ağstafa rayonu, Qarahəsənli kəndində fərdi yaşayış evi cavabdehin qanunsuz hərəkəti nəticəsində yararsız hala salınmış, bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir.

21. Apellyasiya məhkəməsi qeyd edib ki, cavabdeh tərəf apellyasiya şikayətində Cavabdeh mübahisəli daşınmaz əmlakın sökülməsində bu və ya başqa formada təqsirinin olmadığını və bu əsasa görə mülki hüquq məsuliyyət daşımadığını bildirsə də, Cavabdeh nümayəndəsi X5 birinci instansiya məhkəməsinə göndərdiyi ərizənin məzmununa əsasən mübahisəli daşınmaz əmlakın sökülməsində cavabdehin iddiaçıya zərər vurması ilə nəticələnən hüquqazidd əməli olmuşdur. Digər tərəfdən, cavabdehin nümayəndəsi ərizədə bunun qarşılığında iddiaçıya öz payından 5-6 sot içi meyvə ağacları ilə birlikdə olan torpaq sahəsi verdiklərini bildirsə də, bu xüsusat iş materialları ilə təsdiq olunmur.

22. Apellyasiya məhkəməsi qeyd edib ki, İddiaçı notariat kontoruna verilmiş ərizədə qardaşı Cavabdeh məxsus olan Ağstafa rayonu, Qarahəsənli kəndində yerləşən torpaq sahəsinin sökülməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin iddiaçı məhkəmə kollegiyasının iclasında veridyi izahatında həmin ərizənin nənələrindən miras qalmış evlə bağlı olduğunu, həmin ev barəsində isə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin mövcud olduğunu və həmin evin də cavabdeh tərəfindən söküldüyünü bildirmişdir.

23. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı, apellyasiya şikayətinin dəlillərini isə əsassız sayıb və əlavə olaraq Mülki Məcəllənin 170.1 və 170.2-ci maddələrinə istinad edib.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni apellyasya baxışına qaytarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri: - cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə verdiyi izahatında evin cavabdeh tərəfindən sökülməsini təsdiq etməyib; - apellyasiya məhkəməsinə evin gecə saatlarında bərk külək əsməsi nəticəsində uçması barədə kənd icra nümayəndəliyinin arayışına qiymət verilməyib; - şifahi vəsatət verərək hadisə nin şahidi olmuş şəxslərin dindirilməsini xahiş etsə də, məhkəmə həmin şəxsləri dindirməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.http://eqanun.az/framework/46944 Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həy ata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiq i üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsindən Cavabdeh apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti də yalnız Cavabdeh apellyasiya şikayəti üzrə iddianın təmin edilən hissəsi olub. Buna görə də qətnamənin tam yoxlanıması dedikdə, apellyasiya baxışının predmeti olmuş hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanması nəticəsinə gələrkən səhvə yol vermişdir.

31. İddia tələbi (təmin edilən hissə) iddiaçıya məxsus evin cavabdeh tərəfindən sökülməsi nəticəsində dəymiş ziyanın ödənilməsi barədə olub. İddiaçı tələbinin əsası kim ona istinad edib ki, cavabdeh həmin evi özbaşına sökərək ona maddi ziyan vurmuşdur.

32. Birinci instansiya məhkəməsi də yalnız işdəki ekspert rəylərinə istinad edərək iddianı həmin hissədə qismən təmin etmişdir.

33. Cavabdeh qeyd edilən evin təbii fəlakət nəticəsində uçması, bu barədə kənd icra nümayəndəliyinin arayışının olması, iddiaçının və onun ailə üzvlərinin evin qalan hissəsinin sökülməsinə notarial qaydada razılıq ərizələrinin olmasını apellyasiya şikayətində dəlil kimi irəli sürsə də, apel lyasiya məhkəməsi həmin dəlillərə qiymət verməmişdir.

34. Apellyasiya şikayətinə mübahisədə adı keçən evin qəzalı vəziyyətdə olmaqla gecə saatlarında güclü külək əsməsi nəticəsində uçması barədə Ağstafa rayonunun Qarahəsənli kənd icra nümayəndəliyinin 03 dekabr 2020-ci il tarixli arayışı əlavə edilib. Apellyasiya məhkəməsi həmin arayışın sübut kimi qəbul edilib-edilməməsinə aydınlıq gətirməyib, nəticə də həmin arayış məhkəmə araşdırmasından kənarda qalıb. Halbuki apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi həmin hissədə iddianın obyektiv və qanuni həlli, eləcə də qətnamənin əsaslılığı baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

35. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə m otivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

36. Cavabdehin apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

37. Bundan əlavə, işin müəyyən edilmiş hallarına ə sasən iddiaçı və onun ailə üzvləri evin sökülməsinə notarial qaydada razılıq ərizələri veriblər. Həmin ərizələr apellyasiya məhkəməsi tərəfindən MPM-in 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməyib.

38. Apellyasiya məhkəməsi həmin ərizələr üzrə qeyd edib ki, İddiaçı notariat kontoruna vermiş ərizədə qardaşı Cavabdeh məxsus olan Ağstafa rayonu, Qarahəsənli kəndində yerləşən torpaq sahəsinin sökülməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin iddiaçı məhkəmə kollegiyasının iclasında veridyi izahatında həmin ərizənin nənələrindən miras qalmış evlə bağlı olduğunu, həmin ev barəsində isə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin mövcud olduğunu və həmin evin də cavabdeh tərəfindən söküldüyünü bildirmişdir. (hazırki qərarın 22-ci bəndi)

39. Qeyd edilən ərizələr üzrə apellyasiya m əhkəməsi yalnız iddiaçının dəlillərini qəbul etmiş və bunun təsdiqi kimi elə iddiaçının izahatına əsasən də ev barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin mövcud olmasına istinad etmişdir. Amma qanuni qüvvəyə minmiş hansı qətnamələrə istinad etdiyini apellyasiya məhkəməsi öz qətnaməsində göstərməmiş, həmin qətnamələrlə hazırki iddianın həllinə təsir edən hansı halların müəyyən edilib-edilməməsini aydınlaşdırmamışdır.

40. İstinad edilən qətnamələr Ağstafa Rayon Məhkəməsinin işdə olan (İ cild, i.v.55, 57) qətnamələridirsə, həmin qətnamələr 05 mart 2008 və 13 mart 2009-cu illərdə qəbul edilib. İddiaçının və onun ailə üzvlərinin evin sökülməsinə dair razılıq ərizələri isə 12 sentyabr 2017-ci ilə aiddir. Belə olan halda, 12 sentyabr 2017-ci il tarixli razılıq ərizələrinin iddiaçının nənəsindən qalan evin sökülməsi barədə 8-9 il əvvəlki qətnamələrlə hansı əlaqəsi olmasını apellyasiya məhkəməsi qətnaməsində əsaslandırmalı idi. Lakin belə bir əsaslandırma yoxdur.

41. Həmçinin birinci instansiya məhkəməsi iddiaçının evinin sökülməsini yalnız işdəki ekspert rəyi ilə müəyyən etmişdir, halbuki evin sökülməsi işin mübahisəsiz halıdır. Mübahisəli hal evin hansı vəziyyətdə və hansı səbəbdən sökülməsidir. Cavabdeh evin qəzalı vəziyyətdə olmasını, evin təbii fəlakət nəticəsində uçmasını, evin qalan hissəsinin iddiaçının razılığı sökməsini bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdehin bu dəlilləri ilə bağlı araşdırma aparmamışdır. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən bu halları araşdırmadan qeyd edib ki, Cavabdeh nü mayəndəsi X5 birinci instansiya məhkəməsinə göndərdiyi ərizənin məzmununa əsasən mübahisəli daşınmaz əmlakın sökülməsində cavabdehin iddiaçıya zərər vurması ilə nəticələnən hüquqazidd əməli olmuşdur. (hazırki qərarın 21-ci bəndi)

42. Halbuki Cavabdeh nümayəndəsi X5 birinci instansiya məhkəməsinə göndərdiyi ərizənin məzmunu belə nəticəyə gəlməyə tam əsas vermir.

43. Digər tərəfdən apellyasiya məhkəməsi onu da vurğulayıb ki, cavabdehin nümayəndəsi ərizədə evin sökülməsi qarşılığında iddiaçıya öz payından 5-6 sot, içi meyvə ağacları ilə birlikdə olan torpaq sahəsi verdiklərini bildirsə də, bu xüsusat iş materialları ilə təsdiq olunmur. (hazırki qərarın 21-ci bəndi)

44. Düzdür, evin sökülməsi qarşılığında cavabdehin öz payından iddiaçıya torpaq sahəsi verməsi sənədlərlə təsdiq edilməsə də, a pellyasiya məhkəməsi bu faktla bağlı heç bir araşdırma aparmamış, məhkəmə iclas protokolundan görünür ki, bu faktla bağlı apellyasiya məhkəməsi iddiaçıya hər hansı sual verməmişdir. Nəticədə mübahisənin həllinə təsir göstərən işin bu halının mövcud olub-olmaması müəyyən edilməmiş qalmışdır.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

46. Yuxarıd a göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1151/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar