Məhkəmə qərarları › İş №2(102)-5176/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5176/2020

02.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5176/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: enerji ilə təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3127/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ünvan 1 saylı evdə yaşayır və xx xxxxxx 2008-ci ildən həmin evdə daimi qeydiyyatdadır. Evin elektrik enerjisi ilə xidmət göstərən sayğac **********A0001 saylı abonent kodu ilə iddiaçının atası xxx oğlunun adına qeydiyyatdan keçmişdir. xxx oğlu xx xxxxxxx 2013-cü ildə vəfat etmişdir. “xxxx” ASC-nin əməkdaşları tərəfindən həmin evdə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair xx xxxxxxx 2016-cı il tarixli və xx xxxxxx 2018-ci il tarixli aktlar tərtib edilmişdir. Cavabdeh tərəfindən verilmiş abonent hesabından çıxarışa əsasən iddiaçının 8 023,95 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 mənzilə dair yazılmış xx xxxxxxx 2016-cı il tarixli SN 044496 saylı və xx xxxxxx 2018-ci il tarixli SN 079187 saylı aktların etibarsız hesab edilməsi və 8023,95 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvan 1 mənzilə dair elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx xxxxxxx 2016-cı il tarixli SN 044496 saylı və xx xxxxxx 2018-ci il tarixli SN 079187 saylı aktlar tərtib olunmuş aktlar qanunsuz və əsassızdır. Belə ki, xx xxxxxxx 2016-cı il tarixli SN 044496 N-li akt guya iddiaçının atası xxx iştirakı ilə tərtib edilmişdir. Halbuki, onun atası xx xxxxxxx 2013-cü il tarixdə vəfat etmişdir. Həmin aktda yoxlama zamanı sayğacın bayırda quraşdırılması, sayğacın işləməməsi və ekran tablosunun oxunmaması qeyd olunmuşdur. İddiaçının iştirakı olmadan tərtib olunmuş xx xxxxxx 2018ci il tarixli SN 079187 saylı aktda isə yalandan iddiaçının iştirakı qeyd olunmuşdur. Onun yaşadığı həmin ünvanda sayğaca heç bir müdaxilə olunmamış, aktda yazılanlar tamamilə yalandır və həqiqəti əks etdirmir. Nəzarətçilər aktı sonradan işlədikləri idarədə tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın bir sıra tələbləri pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)3976/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxx 2016-cı il tarixli SN 044496 saylı və xx xxxxxx 2018-ci il tarixli SN 079187 saylı aktların ləğv edilmiş, **********8A0001 saylı abunə hesabından xx xxxxxxx 2016-cı il tarixli SN 044496 saylı və xx xxxxxx 2018-ci il tarixli SN 079187 saylı Aktlara əsasən hesablanmış 8023,95 manat məbləğində borcun silinməsi “xxxx” ASC-yə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxx 2016-ci il tarixli SN 044496 N-li və xx xxxxxx 2018-ci il tarixli SN 079187 N-li Aktlar hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan həmin aktlar əsasında hesablanmış məbləğ “Elektrik e nerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin tələblərinə uyğun deyildir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh “xxxx” ASC apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-3976/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1600/2019 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, **********8A0001 saylı abonent kodu “xxxx” ASC- də xxx oğlunun adına qeydiyyatdan keçdiyindən iddiaçının qeyd olunan aktların etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi tələbini irəli sürməyə subyektiv hüququ olmamışdır. c) Kasasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(103)-1600/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-3914/2019 nömrəli qərarı ilə iddiaçının kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qayt arılmışdır. Kasasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı yaşayış evində məişət məqsədləri üçün elektrik enerjisindən istehlakçı olduğundan, apelyasiya instansiyası məhkəməsi onun hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə səhv nəticəyə gəlmişdir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10739/2019 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-3976/18 nömrəli qətnaməsi apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş aktların “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinin tələblərinə uyğun olmamasını əsas gətirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslıdır. e) Kasasiya instansiyası məhkəməsindəki ikinci icraat Cavabdeh “xxxx” ASC kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10739/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-366/2020 nömrəli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)10739/2019 nömrəli qətnaməsi qismən, yə ni 8023,95 manat əsassız hesablanmış borcun silinməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə, yəni ünvan 1 mənzilinə dair yazılmış xx xxxxxxx 2016-cı il tarixli SN 044496 №-li və xx xxxxxx 2018-ci il tarixli SN 079187 №-li aktların etibarsız hesab edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Kasasiya instansiyası məhkəməsinin həmin qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi aktların etibarsız hesab edilməsi hissəsində düzgün nəticəyə gəlsə də, 8023,95 manat əsassız hesablanmış borcun silinməsi hissəsində gəldiyi nəticə işin hallarına uyğun olmamış, məhkəmə bu nəticəyə gələrkən işdə olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir. Belə ki, məhkəmə 8023,95 man atın hansı hissəsinin cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmasını, hansı hissəsinin iddiaçı tərəfindən istifadə olunmuş elektrik enerjisinə görə hesablandığını müəyyən etməmiş, ümumilikdə borcun silinməsi barədə düzgün nəticəyə gəlməmiş və apelyasiya instansiyası məhkəməsi də bu hala əhəmiyyət verməmişdir. Nə birinci instansiya məhkəməsi, nə də tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus Sayğac göstəriciləri barədə Abunə haqqında cədvəlin çıxarışda olan göstəricilərə hüquqi qiymət verməmişdir. f) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3127/2020 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)3976/2018 nömrəli qətnaməsi qismən ləğv olunmuş, iddia qismən təmin olunmuş, ünvan 1 mənzilə dair xx xxxxxxx 2016-cı il tarixli SN 044496 saylı və xx xxxxxx 2018-ci il tarixli SN 079187 saylı aktlara əsasən hesablanmış 2814,21 manat və sayğacın göstəricilərinə əsasən hesablanmış 4856,52 manat, cəmi 7670,73 manat məbləğində borcun silinməsi “xxxx” ASC-yə həvalə olunması, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx xxxx 2016-cı il tarixə hesablanmış 4856,52 manat borcun yaranma səbəbləri və hesablanma qaydası barədə “xxxx” ASC tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığına görə qanunsuz tərtib olunmuş aktlara görə hesablanmı ş 2814,21 manat borcla yanaşı, 4856,52 manat borc da abonentin hesabından silinməlidir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən onu da nəzərə almışdır ki, 4856,52 manat borc xx.xx.2016-cı il tarixinə hesablansa da, ötən müddət ərzində həmin borc cavabdeh təşkilat tərəfindən abonentdən tələb olunmamış, borc ödənilmədiyi halda, məhkəməyə müraciət olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının borcun 774,13 manat hissəsinin qəbul etdiyini nəzərə alaraq, qalan borc əsassız hesab olunmalı və abonentin hesabından silinməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” ASC kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-3 127/2020 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbini tam təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi belə əsaslandırılmışdır ki, abonentə məxsus ünvana dair aktlar əsasında 2814,21 manat, sayğac üzrə 5641,74 manat borc hesablanmış, borcun yaranma səbəbləri və hesablanma qaydası barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır. Lakin abunə koduna hesablanmış 8023,95 manat ümumi borcun 86,52 manatı xx xxxxxxx 2016-cı il tarixli, 044496 nömrəli akta, 1060,51 manatı xx xxxxxx 2018ci il tarixli, 079187 nömrəli akta əsasən hesablanmış borcdur. Məhkəmənin sildiyi məbləğin 1667,18 manatı orta sərfiyyət əsasında istehlak olunmuş elektrik enerjisinin dəyəri, 5641,74 manatı sayğac göstəricisi əsasında abonent tərəfindən istifadə olunmuş elektrik enerjisinin dəyəridir. Bu hal abunə haqqında sənədlə aydın olur. Apelyasiya məhkəməsi istehlakçının sayğac göstəriciləri əsasında yaranmış borcu heç bir hüquqi əsas olmadan silmiş və bununla maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə etiraz verərək, apelyasiya instansiyası məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərmiş və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan ba xılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kasasiya baxışının hədlərini müəyyən edərkən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbləri iki hissədən ibarət olmuşdur: aktların etibarsız hesab edilməsi və həmin hesablanmış borcun silinməsi. Həmin tələblərin hər ikisi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuş, ikinci apelyasiya icraatında həmin qətnamə dəyişdirilmədən saxlanılmış və ikinci kasasiya icraatında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi a ktların etibarsız hesab edilməsi hissəsində dəyişdirilmədən saxlanılaraq, qətnamə yalnız borcun silinməsi hissəsində ləğv edilmiş və yeni apelyasiya baxışına göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü apelyasiya icraatında yalnız borcun silinməsi tələbinə baxılmış və həmin tələb qismən təmin olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin sonuncu qətnaməsindən iddiaçı kasasiya şikayəti verməmiş və həmin qətnamə təmin olunmuş hissəsində cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, hazırki kasasiya baxışının predmetini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin abonent borcunun silinməsi (təmin olunmuş) hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 3-cü hissəsinə əsasə n hər bir istehlakçı istifadə etdiyi energetika materiallarının və məhsullarının müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar, paylayıcı istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz etməlidir; sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır (Sayğacın dəyəri və quraşdırılması üçün çəkilən xərclər qanunvericiliyə müvafiq şəkildə ödənilə, o cümlədən sayğaca sertifikat verilən gündən bir il ərzində istehlak olunan enerjinin qiymətinə kompensasiyalar vasitəsilə paylayıcı tərəfindən həyata keçirilə bilər və bu halda sayğac paylayıcının mülkiyyətinə keçir); müvafiq icra hakimiyyəti orqanı sayğacların quraşdırılmasına tətbiq edilən texniki tələblər, enerji sərfiyyatının fərdi sa yğacların sertifikatlaşdırılması və yoxlanılması qaydaları haqqında əsasnamələr qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə Qaydalarının 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika mü əssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqısatqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tari f qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.2-ci maddəsinə əsasən kasasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq oluns a da, gəlinən nəticə işin hallarına tam uyğun olmamışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi silinməli olan borcu müəyyən edərkən cavabdeh təşkilata olan borc barədə iddiaçının etirafını əsas kimi götürmüş, qalan borcla bağlı isə cavabdehin sübut təqdim etmədiyini göstərərək, onun silinməsi olmalı nəticəsinə gəlmişdir. Halbuki, iş materiallarından müəyyən olunur ki, cavabdeh təşkilat tərəfindən iddiaçının yaşadığı mənzilə dair abunə haqqında çıxarış təqdim olunmuşdur. Həmin Çıxarış nəzərdən keçirilərkən müəyyən olunur ki, məhkəmələrin yuxarıda qeyd olunan qərarları ilə etibarsız hesab olunmuş xx xxxxxxx 2016-cı il tarixli akta əsasən 86,52 manat, xx xxxxxx 2018-ci il tarixli akta əsasən isə 1060,51 manat, cəmi 1147,03 manat məbləğində cərimə hesablanmışdır. Həmin hesabdan çıxarışda n müəyyən olunur ki, xx xxxxxx 2002-ci il tarixdən xx xxxxx 2002-ci il tarixədək, xx xxxxxx 2013-cü ildə və xx xxxx 2016-cı il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək dövrə görə 5641,74 manat məbləğinə sayğac göstəricilərinə əsasən, xx xxxxxx 2003-cü ildən xx xxxxxx 2014-cü il tarixədək isə 1667,18 manat (2814,21 manatdan mübahisələndirilən aktlara əsasən hesablanmış 1147,03 manat çıxmaqla = 1667,18 manat) orta sərfiyyata əsasən borc hesablanmışdır. Nəhayət həmin Çıxarışdan müəyyən olunur ki, xx xxxxxx 2004-cü ildən xx xxxxxx 2019-cı il tarixədək elektrik enerjisindən istifadəyə görə cəmi 857 manat ödəniş olunmuşdur. İddiaçı ərizəsində hesabında olan borcu tam mübahisələndirsə də, bunun əsası kimi aktların əsassız olmasını göstərmişdir. Həmçinin, iddiaçı tərəfindən hesabda sayğac göstər icilərinə və orta sərfiyyata əsasən borc hesablandığı dövrdə elektrik enerjisindən istifadə olunması mübahisələndirilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yaşadığı ünvanda 2002-ci ildən enerji sərfiyyatına görə borc hesablandığı və həmin borc tam ödənilmədiyi halda, apelyasiya instansiyası məhkəməsi tərəfindən borcun tam silinməsi (o cümlədən aktlara əsasən hesablanmış borcun 1667,18 manat hissəsi və sayğacın göstəricilərinə əsasən hesablanmış 4856,52 manat borc) işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə elektrik enerjisi abunəçisinin istifadə etdiyi enerjiyə görə borcu tam ödəmək öhdəliyi mövcuddur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh təşkilatın ötən dövrdə məhkəmə qaydasında elektrik enerjis indən istifadəyə görə borcu məhkəmə qaydasında abunəçidən tələb etməməsi, həmin borcun sonuncunun iddiasına əsasən silinməsi üçün hüquqi əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsi dəyişdirilməli və etibarsız hesab olunmuş xx xxxxxxx 2016cı il tarixli və xx xxxxxx 2018-ci il tarixli aktlara əsasən hesablanmış cərimə borcu iddiaçının hesabından silinməli, iddia qalan mübahisələndirilən hissədə təmin olunmamalıdır. Qərara aldı: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)3127/2020 nömrəli qətnaməsi dəyişdirilsin. ünvan 1 ünvana dair xx xxxxxxx 2016-cı il tarixli SN 044496 saylı akta əsasən he sablanmış 86,52 manat (səksən altı manat əlli iki qəpik) və xx xxxxxx 2018-ci il tarixli akta əsasən hesablanmış 1060,51 manat (bir min altmış manat əlli bir qəpik), cəmi 1147,03 manat (bir min bir yüz qırx yeddi manat üç qəpik) borcun silinməsi “xxxx” ASC-yə həvalə olunsun. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar