Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5184/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar xxxqızının və xxx qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(107)711/2021 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmi ş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1i ərazisindən 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə X1, Şahid, X4, X7 və X5 mülkiyyətinə verilmişdir. X8, Şahid və X10 01 fevral 2006-cı il tarixli Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-439 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonu Qullar kəndində yerləşən torpaq sahəsinin 0,50 ha olan hissəsini 4000 manata Cavabdeh1 satmışlar. İddiaçılardan xxxqızı xx xxxx 1990-cı il təvəllüdlü, xxx qızı isə xx xxxxxx 1992-ci il təvəllüdlü o lmaqla, qeyd olunan alqı-satqı müqaviləsi bağlanılan 01 fevral 2006-cı il tarixində yetkinlik yaşına çatmamışlar. Balakən Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X1 və Şahid Cavabdeh1 qarşı ünvan 1ində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə-xətşünaslıq ekspertizasının 02 may 2019-cu il tarixli, 8623 nömrəli rəyi ilə 01 fevral 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsində və 4Ə-19 nömrəli notariat işinin 2-ci vərəqində olan 01 fevral 2006-cı il tarixli Torpaq alqı-satqı müqaviləsində “İMZALAR” qrafasında “1.” rəqəmi qarşısındakı imza X9 tərəfindən icra olunmuş, ekspertizaya təqdim edilmiş m ülki işin 74-cü vərəqəsində olan 01 fevral 2006-cı il tarixli Torpaq alqı-atqı müqaviləsində və 4-Ə-19 nömrəli notariat işinin 2-ci vərəqəsində olan 01 fevral 2006-cı il tarixli Torpaq alqı-satqı müqaviləsində “İMZALAR” qrafasında “2.” rəqəmi qarşısındakı imza Şahid tərəfindən imza olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Şahid və X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar xxxqızı və xxx qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon Notariat Konto runda bağlanmış JN 439 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş ünvan 1ində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1ində aparılan torpaq islahatı nəticəsində ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə 0,59 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,50 ha hissəsi nənələri X6 məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arxasında yerləşmiş və 13 yanvar 2006-cı ildə nənələri X6 məxsus olmuş 0,15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən evi anası Şahid Balakən rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla, Cavabdeh1 satmışdır. Həmin torpaq sahəsinə bitişik olan 0,50 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini isə cavabdeh onlardan müvəqqəti istifadə etmək üçün xahiş etmiş, imkanı olanda alacağını bildirmişdir. İddiaçıların məlumatı olmadan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,59 ha torpaq sahəsindən 0,50 ha hissəsini valideynləri Cavabdeh1 satmışlar. 2020-ci ilin mart ayında onların bundan məlumatları olmuşdur. Bağlandığı tarix bəlli olmayan alqı-satqı müqaviləsinə onlar imza etməmiş və məlumatları olmamışdır. Həmin vaxt iddiaçılar yetkinlik yaşına çatmamış və Cavabdeh2 qəyyumluq və himayə orqanının razılığını almamışdır. Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(019) -588/2020 nömrəli qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddiaçılar xxxqızının və xxx qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı Balakən rayon Notariat Kontorunda bağlanmış JN 439 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş ünvan 1ində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, “İnsan Hüquqlarının və X11 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsin in 139.1, 139.2, 139.3, 140, 146.1-146.2, 148.2, 149.2, 152.1, 157.8, 157, 213.1, 222.2, 222.3-cü maddələrinə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarına istinad edərək hesab etmişdir ki, Cavabdeh1 sözügedən 0,50 ha torpaq sahəsini vicdanlı (alıcı) əldə edəndir. İşdəki sübutlardan birmənalı görünür ki, iddia predmetini təşkil edən 01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmışdır. İş üzrə iddiaçılar xxxqızının və xxx qızının alqı-satqı müqaviləsi bağlanmasından yetkinlik yaşına çatmalarından (mülki hüquq fəaliyyət qabiliyyətləri yaranmasından) sonra da xəbərləri olmaması və 2020-ci ilin mart ayında həmin müqavilənin bağlandığından xəbəri olmaları ağlabatan hesab edilməmiş və qeyri-səmimi verilmiş məlumat kimi qəbul edilmişdir. İddiaçılar xxxqızı və xxx qızının həqiqətən də müvafiq olaraq 14 və 16 yaşları olmuş, lakin, iddiaçıların hər ikisi hazırki iddianı qaldırmazdan müvafiq olaraq 12 və 10 il əvvəl yetkinlik yaşına çatmış və mülki hüquq fəaliyyət qabiliyyətləri yaranmışdır. Keçən bu müddət ərzində isə iddiaçıların qeyd olunan torpaq sahəsindən Cavabdeh1 istifadə etdiyini, cavabdehin sahiblik və istifadəsində olduğunu bilməmələri ağlabatan deyildir. İddiaçılar xxxqızı və xxx qızı mübahisə predmeti olan torpaq sahəsini Cavabdeh1 satmış X8 və Şahid qızları və X4 bacılarıdır, onların bu alqı-satqı müqaviləsindən məlumatlı olmamaları qeyri-mümkündür və əsaslı deyildir. Sözügedən əmlakın alqı-satqı yolu ilə Cavabdeh1 satıldığını nəzərə alaraq m əhkəmə hesab etmişdir ki, iddiaçıların mübahisəli daşınmaz əmlaka iddia etdiyi hər hansı hüququnun pozulması halı, alqı-satqı müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış edən cavabdehin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz və iddiaçılar onlara vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlakı satana qarşı ayrıca iddia qaldırmaqla mübahisə aça bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən JN-439 seriyalı KOD 40107018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından göründüyü kimi, mübahisə predmeti olan 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətində olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olm ayaraq bu razılıq ehtimal edilir və birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. X9, xxx qızı və X10 01 fevral 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsini bağlayaraq ümumi birgə mülkiyyətdə olan 0,50 ha torpaq sahəsini Cavabdeh1 satarkən onların birgə mülkiyyətdə olan bu torpaq sahəsinə dair sərəncamçılığının bütün mülkiyyətçilərin, o cümlədən iddiaçıların razılığı ilə həyata keçirilməsi, yəni iddiaçıların da bu əqdə razılıq verməsi ehtimal olunur. Digər tərəfdən, əqd bağlanarkən iddiaçılar hələ yetkinlik yaşına çatmamışlar. İş materiallarına əsasən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi barəsində sərəncam verməklə bağlı ayrı qaydanın müəyyən edilməsi haqqında bütün mülkiyyətçilərin hər hansı ayrıca razılaşması olmamış, birgə mülkiyyətin mülkiyyətçiləri olan X9, xxx qızı və X10 ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqd bağlamışlar. Həm də bu zaman X9 və xxx X3 xxxı və xxx qızının qanuni nümayəndələri qismində çıxış etmiş və qanuni nümayəndələrə dair hüquqlarından istifadə etmişlər. Bundan başqa iddiaçılar əqdin başqa tərəfinin-yəni Cavabdeh1 birgə mülkiyyətin mülkiyyətçilərindən X9, xxx qızı və X4 ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqdin həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmamasını bildiyi və ya bilməli olduğunu təsdiq edən hər hans ı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, sözügedən əqdin etibarsızlığı üçün Mülki Məcəllənin 222.3-cü maddəsində nəzərdə tutulmuş faktoloji və hüquqi əsasların olmasını sübuta edə bilməmişlər. Daha sonra məhkəmə göstərmişdir ki, qanunda birgə mülkiyyətin subyekti tərəfindən birgə mülkiyyətdə olan əşya üzərində sərəncam verilərkən - əqd bağlanarkən birgə mülkiyyətin digər iştirakçısı yetkinlik yaşına atmayan şəxs olduqda istənilən halda qəyyumluq və himayəçilik komissiyasının (onun nümayəndəsinin) mütləq iştirakı və mütləq qaydada həmin komissiyanın razılığının alınması nəzərdə tutulmamışdlır. Digər tərəfdən 01 fevral 2006-cı il tarixli əqd bağlanarkən iddiaçıların qanuni nümayəndələri olan valideynləri həmin əqdə imza etmiş və Mülki Məcəllənin 222-ci maddəsinin tələbinə əsasən iddia çıların da razılığının olması ehtimalı ilə çıxış etmişlər və iddiaçıların valideynlərinin və qardaşı xxx ümumi birgə mülkiyyətdə olan 0,50 ha torpaq sahəsi ilə bağlı belə sərəncam vermək hüquqları olmuşdur. Həmçinin sənədin - notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin düzlüyü və tamlığı prezumpsiyasına istinad olunmaqla, həmin 0,50 torpaq sahəsinin alqısatqısı ilə bağlı cavabdeh tərəfindən müqavilədə qeyd olunan pul məbləği ödənilmiş, həmin torpaq sahəsi cavabdehin qanuni sahiblik və istifadəsinə keçmiş, cavabdehin həmin torpaq sahəsinə titul sahibliyi yaranmışdir və 14 ildir ki, həmin torpaq sahəsi cavabdehin qanuni sahiblik və istifadəsindədir. Yəni alqı-satqı zamanı qanunun tələblərinə əməl edilmiş və qanunun tələbləri və tətbiqi təcrübəsi nöqteyi-nəzərindən iddiaçıların h üquqları pozulmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar xxxqızı və xxx qızı apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(107)-711/2021 nömrəli qətnaməsi ilə (hakim M.M.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər A.M.Eyvazovdan və R.Ə.Əliyevdən ibarət tərkibdə) iddiaçılar xxxqızının və xxx qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Birinci instansiya məhkəməsinin gəldiy i nəticə ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçılar mübahisələndirdikləri 01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanun normalarında nəzərdə tutulan əsas və şərtlərin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişlər. Digər tərəfdən, qanunvericilik əqdin etibarsızlığını mübahisələndirmək üçün kəsici müddət müəyyən etmişdir; maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddiaçılar yetkinlik yaşa çatdıqları 10 ilə yaxın bundan əvvəldən onların mülkiyyət hüquqlarını pozan hesab etdikləri alqı-satqı müqaviləsinin bağlanmasını bilmişlər (yaxud bilməli idilər). Bunu bildikləri və ya bilməli olduqları vaxtdan isə 1 il ərzin də həmin müqavilənin etibarsızlığını mübahisələndirə bilərdilər. Həmin müddət ötürüldüyündən iddiaçılar əslində hazırkı iddianı qaldırmaq hüququnu itirmiş və onların artıq mövcud olmayan hüquqları müdafiə oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar xxxqızının və xxx qızı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(107)-711/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməkdə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, iddiaçıların mülkiyyət hüquqları pozulmuş, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanılarkən onların razılıq vermələri müəyyən olunmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər, habelə vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddə sini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən o lunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Hazırki kassasiya şikayətində iddiaçılar apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiklərindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşması ndan ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə h ərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazı lı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. İddiaçılar bağlanmış əqdin etibarlılığını sonuncu əsasa görə, yəni onların valideynləri və qardaşı ilə birgə mülkiyyətlərində olan torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlamağa razılıqlarının olmaması əsası mübahisələndirmişlər. Lakin işin faktiki hallarını araşdıran məhkəmələr əsaslı olaraq qeyd etmişlər ki, alqısatqı müqaviləsi bağlanılarkən iddiaçılar yetkinlik yaşına çatmamış, müqavilə onların adından valideynləri tərəfindən imzalanmış və iddiaçıların razılıqları ehtimal olunmuşdur. Eyni zamanda cavabdehi n vicdanlı olmasına dair məhkəmələrin mövqeyi MM-in 222.3-cü maddəsinin ikinci cümləsinə uyğun olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası nəzərə alır ki, mübahisələndirilən müqavilə ilk olaraq iddiaçıların valideynləri X8 və Şahid tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, onların iddiaları təmin olunmadığı üçün hazırki iddia verilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçıların ötən dövr ərzində, o cümlədən yetkinlik yaşına çatdıqları tarixdən sonra müqavilənin mövcudluğundan və torpaq sahəsinə dair mülkiyyət hüquqlarının cavabdehə keçməsinə xəbərləri olmamasından ibarət dəlilləri qeyri-səmimidir, inandırıcı və ağlabatan deyildir. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmi n edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar xxxqızı və xxx qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(107)-711/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5184/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5184/2021
18.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver