Məhkəmə qərarları › İş №2(102)-5185/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5185/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5185/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-9440/2019 saylı qərardadından “X3 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: Z.A.Şirinov, F.Ş.Talışinski və R.Ə.Eyvazov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən “X3 Azərbaycan” QSC tərəfindən verilmiş kassa siya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin halları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə və “X3 Azərbaycan” QSC maraqlı şəxslər qismində göstərilməklə hərracın ləğv edilməsi barədə və iddiaçı “X3 Azərbaycan” QSC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh MMC-yə, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə, Bakı şəhəri Maraqlı şəxs1nə, X1 və İddiaçı qarşı hərracın nəticələrinin ləğv edilməsi barədə iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə “X3 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “X3 Azərbaycan” QSC həmin qətnamədən kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: “X3 Azərbaycan” QSC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə t ərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə etdikdən sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan (səh. 209) poçt xəbərnaməsindən göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin surəti “X3 Azərbaycan” QSC-yə xx xxxxxxx 2019cu il tarixdə imza etdirilməklə təqdim olunmuş, lakin həmin qətnamədən kassasiya şikayəti xx xxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, qətnamənin surəti “X3 Azərbaycan” QSC-yə xx xxxxxxx 2019-cu il tarixdə imza etdirilməklə təqdim edildiyi halda, həmin qətnamədən kassasiya şikayəti xx xxxxx 2020-ci il tarixdə, yəni kassasiya şikayəti vermə müddəti bitdikdən təxminən 4 ay sonra verilmiş, həmçinin “X3 Azərbaycan” QSC tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilməmişdir. Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikay əti qaytarılır. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki, qərardad iş materiallarına və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar