Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5189/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, gecə vaxtı iş rejiminə görə haqqın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əmək kitabçasında qeydlərin dəyişdirilməsi, əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1636/2022 nömrəli mülki iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsindən c avabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 01 avqust 2013-cü il tarixində fərdi sahibkar X3 ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 28 yanvar 2016-cı il tarixdə tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmiş, 28 yanvar 2016-cı il tarixdə İddiaçı ilə fərdi sahibkar X6 arasında əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinə 18 noyabr 2016-cı il tarixdə tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. 2. 18 iyun 2016-cı il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında əmək m üqaviləsi bağlamış və sonuncu meyvə-tərəvəz satışı şöbəsində inzibati menecer vəzifəsinə qəbul edilmişdir. 19 noyabr 2016-cı il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə dəyişiklər edilmiş və o, satınalma mütəxəssisi vəzifəsinə keçirilmişdir. 3. 01 iyul 2020-ci il tarixdə Cavabdeh MMC-nin əmri ilə həmin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 01 iyul 2020-ci il tarixli, 456/X nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasına qeydi, DSMFyə xx.xx.2010-cu ildən 2013-cü ilə kimi pul yığımının ödənməsi, 01 sentyabr 2016-cı il tarixdən 01 iyul 2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin aprel ayında Cavabdeh MMC-də satınalma departamentinin müdiri Ramin Hacıyev may ayından etibarən onun və digər 3 nəfərin işdən çıxmaq barədə ərizə yazmasını tələb etmiş, könüllü olaraq işdən çıxmaqla bağlı ərizə verməsələr, onları 70-ci maddəsinin ç bəndi ilə işdən qovulacaqları bildirilmişdir. İddiaçı Əmək Müfəttişliyinin 142 qaynar xəttinə zəng vuraraq şikay ətini bildirmişdir. xx.xx.2020-ci il tarixində iddiaçını yenidən ”Bizim Market”-in baş ofisinə dəvət edərək, bildirmişlər ki, əvvəlki kimi də “Meyvəli Bazar”-daki anbarda meyvə-tərəvəz alqı-satqısı işini davam etdirsinlər. İddiaçı 2016-cı il tarixindən meyvə-tərəvəz satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işləmişdir. Onlar bildirdilər ki, onların əmək müqaviləsində iş saatı səhər 09:00-dan axşam saat 18:00-a kimidir. Onu neçə ildir ki, Cavabdeh MMC-nin rəhbərliyi qanunsuz olaraq gecə işlətmiş və əmək haqqına olan əlavələrini ödəməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixinə kimi, əmək müqaviləsində qeyd olunan iş saatı haqqındakı qeydi düzgün bilməmişdir. Bu günə kimi də, onda əmək müqaviləsinin surəti yoxdur və ona rəsmi şəkildə təqdim olunmayıb. 24 iyul 20 20-ci ildə o Cavabdeh MMC-yə Əmək müqaviləsini, əlavələr və dəyişiklər, Satın alma mütəxəssisinin vəzifə təlimatını, “Bizim Market" MMC-nin daxili intizam qaydaları haqqında nizamnamənin məktubla rəsmi qaydada istəmişdir. Bu günə kimi cavab almamışdır. xx.xx.2020-ci il tarixində İRD-nin işçisi Fuad onun cib telefonuna zəng vuraraq onun barəsində verilmiş xəbərdarlıq və töhməti (BM-03/K) məktubu ilə sürətli poçt vasitəsi ilə göndərdiyini bildirmişdir. Məktub ona çatdırılmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci ilə kimi səhhəti ilə əlaqədar müalicə almışdır. Bakı Şəhəri Səhiyyə İdarəsinin 34 saylı poliklinikasının əmək fəaliyyətinin olmamasına dair 802015 saylı sənədi var. xx.xx.2020-ci il tarixində o, Baş Ofisdə olan zaman BM-03/K məktubunu ona rəsmi qaydada təqdim etmi şlər. Sənədlərlə tanış olduqda ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində xəbərdarlıq barədə məktubda işə qeydiyyat cihazına uçota düşmədiyi bildirmişdir. Ona 16 iyul 2020-ci ildə verilmiş töhmətlə bağlı sənədi alandan sonra onlara da qalan sənədin surətinə “izahat yazmaqdan imtina etmişdir” yazısının yalan olmasını qeyd etmişdir. Onun xx.xx.2020-ci ildə Baş Ofisə dəvət olunmağı ilə bağlı heç bir məktubun və ya teleqramın olmasına dair sənəd məktuba əlavədə görməmişdir. O, xx.xx.2020-ci il təxirində qeydiyyat cihazından uçota düşməməklə bağlı, izahatı alınmamışdır. Onun izahat yazmaqdan imtina etməyi ilə bağlı heç bir akt tərtib olunmamışdır.
6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı Cavabdeh MMC ilə 18 iyun 2016-cı il ta rixdə əmək müqaviləsi bağlamış və Cavabdeh MMC-də əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. Həmin tarixə kimi isə İddiaçı müxtəlif fərdi sahibkarlarla əmək müqaviləsi bağlamışdır. İddiaçının əmək müqaviləsi bağladığı əvvəlki işəgötürənləri (daha dəqiq biri: X6) Cavabdeh MMC-nin təsisçisi olmuşdur və hazırda da Cavabdeh MMC-nin təsisçisidir. Lakin hüquqi şəxs təsisçisinin, təsisçi də hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımır. İddiaçı 18 iyun 2016-cı il tarixdən etibarən əmək hüquqlarının pozulması, əmək stajının əmək kitabçasında qeyd olunmaması, həmçinin DSMF-yə məcburi dövlət sosial sığorta haqları üzrə ayırmaların edilməməsi üçün məsuliyyət daşıyır və birbaşa cavabdeh şəxsdir, 18 iyun 2016-cı ildən əvvəlki tarixlər üçün Cavabdeh MMC-nin öhdəliyi, məsuliyyəti müəyyən edilə bi lməz. Cavabdeh MMC 30 iyun 2005-ci il tarixdə ilkin dövlət qeydiyyatına alınmışdır. Hüquqi baxımından o yalnız hüquqi şəxsin yenidən təşkil olunması qaydasında (ayrılma, bölünmə, qoşulma, birləşmə və çevrilmə) qaydasında yaradıldıqda hüquqi sələfi olan hüquqi şəxsin öhdəliklərinə görə ona bölünmə balansı və ya təhvil aktı əsasında keçən əmlak həddində məsuliyyət daşıya bilərdi. Hazırkı mübahisə üzrə isə belə hal mövcud deyildir. xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi tələbləri üzrə Cavabdeh MMC cavabdeh deyildir. Çünki, həmin tarixlərdə İddiaçı Cavabdeh MMC-nin işçisi olmamışdır. Odur ki, İddiaçı Cavabdeh MMCdən əvvəlki iş yerləri üzrə əmək stajının əmək kita bçasına qeyd olunmasını və DSMF-yə ayırmaların edilməsini tələb edə bilməz. Hesab edirlər ki, İddiaçı Cavabdeh MMC-yə qarşı qaldırdığı iddia bir neçə tələbdən ibarət olduğundan iddia tələbinin “xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi” hissələrinə münasibətdə Cavabdeh MMC-nin iş üzrə əsl cavabdehlə əvəz edilməsi prosessual hüquq baxımından mümkün olmayacaqdır.
7. Bundan başqa, cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq olunması barədə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi və sentyabr 2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək meyvə-tərəvəz mallarının alı nması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanması barədə iddia tələbləri üzrə iddia müddətinin tətbiq edilməsi və iddia müddəti ötürüldüyündən iddia tələblərini həmin hissələrdə rədd edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, İddiaçı 2017-ci ildən Meyvəli bazarından tanıyır. Onlar bir yerdə işləmişdir. O birinci fəhlə olaraq işə başlamış. Daha sonra satınalma meneceri olmuşdur. Onlar mal qəbulu ilə məşğul olurdular. Axşam saat 6 -da anbar açılırdı, saat 1-ə, 2-yə kimi mal alırdılar, saat 6-da da malı düzürdülər.
10. Şahid qismində dindirilmiş X13 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı 2011-ci ildən tanıyır, son işdən çıxana qədər bir yerdə işləmişlər. İş vaxtları gecə saatlarında olur. Satınalma vəzifəsində işləyirdi. 2009-cu ilin sentyabrından Cavabdeh MMC-nin Badamdar mağazasında işləmişdir. Hal-hazırda işləmir. Eyni maddə ilə onu da çıxardıblar.
11. Şahid qismində dindirilmiş X14 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o Cavabdeh MMC-nin Badamdar filialında işləmişdir, İddiaçı 2012-ci ildən tanıyır. O işə girəndə Aqşin orada işləyirdi. İddiaçı gecə saatlarında işləyirdi. Buna baxmayaraq ona əlavələr edilmirdi. Aqşin satınalma ilə məşğul idi. Son illərdə o, Əhmədli filialına mağaza müdiri işlə mişdir. Aqşin 2012-ci ildən qabaq işləyib.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim Ə.Abbasova) 03 fevral 2021-ci il tarixli, 2(011)-307/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən işçi İddiaçı barəsində daha öncə də intizam tənbeh tədbirlərinin tətbiq edildiyini xx.xx.2020-ci il tarixində davamiyyət qaydalarını pozduğuna görə töhmət” intizam tənbehlərinin tətbiq edildiyini nəzərə alaraq, işəgötürən Cavabdeh MMC tərəfindən cavabdeh barəsində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğvi intizam tənbehinin tətbiqi işçi İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab edilməlidir.
14. İddiaçının barəsində tətbiq e dilmiş intizam tənbehi tədbirləri ilə əlaqədar iddiaçı izahat verməkdən imtina etmiş, bu hal Cavabdeh MMC-nin müvafiq vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş aktlarla rəsmiləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 456/X nömrəli əmrinin ləğv edilməsi ilə bağlı iddia rədd edilməlidir.
15. Məhkəmə iddianın xx.xx.2010-ci ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeydi, DSMF-na xx.xx.2010-cu ildən 2013-cü ilədək pul yığımının ödənilməsi hissəsində nəzərdən keçirərək hesab etmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş İddiaçı məxsus əmək kitabçasından görünür ki, İddiaçı 01 avqust 2013-cü il tarixində fərdi sahibkar X3 ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 28 yanvar 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-cı maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. 28 yanvar 2016-cı il tarixdə İddiaçı ilə fərdi sahibkar X6 arasında əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. Daha sonra iddiaçı ilə olan əmək müqaviləsinə 18 noyabr 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-cı maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı 18 iyun 2016-cı il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. 19 noyabr 2016-cı il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə dəyişliklər edilmiş və o, satınalma mütəxəssisi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə 01 iyul 2020-ci i tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
16. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi 18 iyun 2016-cı il tarixdə bağlanılmış və iddiaçı Cavabdeh MMC-də əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. X2 ilə işəgötürən Cavabdeh MMC arasında əmək münasibətlərinin əsası isə 18 iyun 2016-cı il tarixində qoyulduğundan Cavabdeh MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır. Odur ki, İddiaçı Cavabdeh MMC-dən əvvəlki iş yerləri üzrə əmək stajının əmək kitabçasına qeyd olunmasını və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü ilədək pul yığımının ödənilməsi tələbi ilə bağlı Cavabdeh MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı deyildir.
17. Məhkəmə, həmçinin iddianın xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq ödənilməsinə dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixlərində gecə saatlarında işlədiyinə dair məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilməmişdir.
18. Məhkəmə iddianın mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, şəxsin ziyanı ödəm ək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində yaranmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehlərin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulduğu öz təsdiqini tapmamışdır.
19. Məhkəmə Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 456/X nömrəli əmrinin surəti hazırkı iş üzrə İddiaçı xx.xx.2020-ci il tarixdə surətli poçt xidməti vasitəsilə göndərilmiş və sonuncu həmin tarixdə əmrin surətini əldə etmişdir. (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısı nın alınması ilə əlaqədar ölkə ərazisində tətbiq edilən məhdudiyyətlər nəzərə alınaraq, İddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürməsi üzrlü hesab edilməlidir.
20. Məhkəmə öz mövqeyini, Əmək Məcəlləsinin, 68, 70, 72 və 187-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1-ci maddələrinə, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını x ahiş etmişdir
22. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, istinad etdiyi maddi hüquq normasını düzgün təfsir etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən əmək vəzifələrinin kobud şəkildə pozulması barədə müddəaların heç biri ona münasibətdə tətbiq oluna bilməzdi. Eyni zamanda əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini pozmasının özünü nədə biruzə verməsi barədə hər hansısa bir araşdırma aparılmamışdır. İş saatlarının uçotu vəzifəsi qanunla işəgötürənin üzərinə qoyulduğundan işçinin iş vaxtı və iş vaxtından artıq işlənmiş saatları ilə bağlı məlumatları təqdim etmək, eləcə də işçinin iş vaxtı işdə olmadığını sübuta yetirmək vəzifəsini işəgötürən daşıyır. Lakin əmrdə heç bir sübuta istinad edilməmiş, onun konkret olaraq hansı tarixdə, neçə saat işdə olmamağı qeyd edilməmişdir. Cavabdeh tərəfindən əmək hüquqlarının kobud şəkildə pozulması onu işindən və gəlirindən məhrum etməsi, əmək haqqını və məzuniyyət təminatlarını realizə etməməsi ciddi qanun pozuntusu olmaqla ona maddi və mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Buna görə də cavabdehdən həm də ona ödənilməmiş əmək haqqı, həm istifadə edilməmiş 10 illik əmək məzuniyyətinə görə kompensasiya, həmçinin ona vurulmuş mənəvi zərərin əvəzi də alınmalıdır. Xətai Rayon Məhkəməs ində məhkəmə iclas protokolu ilə tanış olması üçün şərait yaradılmayıb.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) 18 may 2021-ci il tarixli, 2(103)- 4716/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən işçi İddiaçı barəsində əvvəllər də intizam tənbeh tədbirlərinin tətbiq edildiyini və xx.xx.2020-ci il tarixində davamiyyət qaydalarını pozduğuna görə “töhmət” intizam tənbehinin tətbiq edildiyini nəzərə alaraq, işəgötürən Cavabdeh MMC tərəfindən cavabdeh barəsində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvi intizam tənb ehinin tətbiqi işçi İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab etməkdə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.
25. Birinci instansiya məhkəməsi iddia tələbinin xx.xx.2010-ci il tarixdən 2013-cü il tarixə kimi əmək stajının əmək kitabçasında qeydi, DSMF-na xx.xx.2010-cu il tarixdən 2013-cü ilədək pul yığımının ödənilməsi hissəsində rədd edilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Belə ki, tərəflər arasında əmək müqaviləsi 18 iyun 2016-cı il tarixdə bağlanmış və iddiaçı əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. Tərəflər arasında əmək münasibətlərinin əsası isə 18 iyun 2016-cı il tarixdə qoyulduğundan Cavabdeh MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlil lərini əsassız hesab etmişdir.
26. Bundan başqa, məhkəmə kollegiyası iddiaçı Aqşin İskəndərovun apellyasiya şikayətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq ödənilməsinə dair dəlillərinə qiymət verərək qeyd etmişdir ki, apelyasiya şikayəti bu hissədə də əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı Aqşin İskəndərov xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecə saatlarında işləməsi ilə bağlı istər birinci, instansiya məhkəməsinə istərsə də, apelyasiya instansiya məhkəməsinə kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlillərini də əsassız hesab etmişdir.
27. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya instansiya məhkəməsində birinci icraat
28. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, 456/X əmrin ləğv edilməsi, əmək kitabçasında qeydlərin dəyişdirilməsi, əmək stajının xx.xx.2010-ci ildən hesablanması, xx.xx.2016-ci ildən xx.xx.2020-ci ilə kimi gecə növbəsi üçün əmək haqqının düzgün hesablanaraq, habelə 10.000 manat mənəvi zərərin əvəzinin ona ödənilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya və birinci instansiya məhkəmələri tərəfindən iddiaçının dəlilərinə düzgün hüquqi qiymət verilməmiş, yalnız cavabdeh tərəfin göstərdiyi sənədlər əsasındə qərar qəbul olunmuşdur. Birinci instansiya məhkəməsində iddiaçının əmək müqaviləsi iddiaçı tərəfindən imzalanmış, vəzifə təlimatı, qeydiyyat uçot kitabı məhkəməyə təqdim edilməmişdir. Mülki işin materiallarında ümumiyyətlə, həmin töhmətlərin verilməsinə əsas olmuş halların rəsmiləşdirilməsinə, həmin töhmətlərin verilməsindən qabaq iddiaçıdan izahat alınmasına və ya iddiaçının izahat verməkdən imtina etməsinə dair hər hansı sübut mövcud deyil. İş saatlarının uçotu vəzifəsi qanunla işəgötürənin üzərinə qoyulduğundan işçinin iş vaxtı və iş vaxtından artıq işlənmiş saatları ilə bağlı məlumatları təqdim etmək, eləcə də işçinin iş vaxtı işdə olmadığını sübuta yetirmək vəzifəsini işəgötürən daşıyır. Lakin əmrdə heç bir sübuta istin ad edilməmiş, iddiaçının konkret olaraq hansı tarixdə, neçə saat işdə olmamağı qeyd edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulması onu qanuni işindən və gəlirindən məhrum etməsi, əmək haqqını və məzuniyyət təminatlarını realizə etməməsi ciddi qanun pozuntusu olmaqla ona maddi və mənəvi zərər vurulmasına gətirib çıxarmışdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2(102)-5708/2021 nömrəli qərarına əsasən (hakimlər-Z.Əliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və A.Hüseynov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi gecə saatlarında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilməsi və həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
31. İşi təkrar apelyasiya baxışına qaytararkən kollegiyanın qənaəti bundan ibarət olmuşdur ki, iddianın gecə saatlarında işə görə əlavələrin ödənilməsi hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya məhkəməsi bu tələblə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək gecə saatlarında işləməsi ilə bağlı birinci və apelyasiya instansiyası məhkəmələrinə kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir.
32. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində gecə saatlarında işlə bağlı qeyd aşkar edilmir. Bununla belə iddiaçı, ərizəsində 2016-cı il tarixindən meyvə-tərəvəz şöbəsində satın alma mütəxəssisi kimi hə r gün saat 18:00-dan səhər saat 08:00-a kimi işlədiyini, hər kəsin bildirdiyi kimi meyvə-tərəvəz bazarının topdan satışının gecə saatlarında olduğunu, cavabdehin onu gecə saatlarında işlətdiyini, lakin əmək haqqına müvafiq əlavələr ödəmədiyini bildirmişdir. İddiaçı istinad etdiyi halları təsdiqləyən dəlil kimi şahid ifadələrinə, habelə iş yerindəki kompyuter çıxarışlarına istinad etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş iddiaçının iş yoldaşları X14, X9 və X13 bildirmişlər ki, İddiaçı marketdə bir qayda olaraq gecə saatlarında işləmişdir.
33. Bundan əlavə, iş materiallarında olan, meyvə şöbəsinə aid işlə bağlı xeyli sayda kompyuter proqramı çıxarışlarından görünür ki, istifadəçi İddiaçı adının qarşısında müxtəlif gecə saatları qeyd olunmuşdur. Buna baxmayaraq mü bahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr bu tələblə bağlı iddiaçının dəlillərini araşdırmamış, təqdim etdiyi sübutları onların mötəbərliyi, mümkünlüyü və aidedilənliyi ilə bağlı prosessual tələbləri də nəzərə almaqla qiymətləndirməmiş, həmin dəlilləri nə üçün qəbul etmədiklərini əsaslandırmamışlar. Apellyasiya instansiya məhkəməsində ikinci icraat
34. İşin apellyasiya baxışı zamanı iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək gecə vaxtı (saat 22-dən səhər saat 6-dək) yerinə yetirilən işə görə ödənilməli olan əlavə haqqın məbləğinin dəqiqləşdirilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək gecə vaxtı (saat 22-dən səhər saat 6dək) yerinə yeti rilən işə görə ödənilməli olan əlavə haqqın məbləği 54318,5 manat məbləğində müəyyən edilmişdir. Ekspert tərəfindən rəy verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97, 166-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” 05 aprel 2001-ci il tarixli qərarı rəhbər tutulmuşdur.
35. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim etmişdir.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-İddiaçı (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 08 iyun 2022-ci il tarixli, 2(103)-1636/22 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-gecə saatl arında işə görə əlavələrin ödənilməsi tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuş, 01 iyul 2019-cu ildən 01 iyul 2020-ci il tarixədək meyvətərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatları yerinə yetirilən işə görə əlavə haqq kimi 26.954,36 manat (iyirmi altı min doqquz yüz əlli dörd manat, 36 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsi qət olunmuşdur.
37. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı ərizəyə münasibətdə hesab etmişdir ki, iddiaçı 01 iyul 2019-cu ildən 01 iyul 2020-ci ilədək olan dövr üçün pul tələbi üzrə iddia müddətini ötürməmişdir. Lakin 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyul ayına qədər olan dövr üçün gecə vaxtı yerinə yetirilən işə görə əlavə haqqın ödənilməsi tələbini irəli sürmək üçün iddia müddətini buraxmışdır. Ona görə də buraxılmış müddətə, yəni 2016-cı ilin sentyabr ayından 2019-cu ilin iyul ayına qədər olan dövrə görə pulun ödənilməsi tələbi təmin oluna bilməz.
38. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin olunmalı və 01 iyul 2019-cu il tarixdən 01 iyul 2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatlarında işə görə 26.954,36 manat məbləğində əlavə haqqın Cavabdeh MMC-dən tutulub iddiaçıy a ödənilməsi qət edilməlidir.
39. Apellyasiya instansiya məhkəməsi bu qənaətə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 97 və 166 və 296-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” 05 aprel 2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin mülki kollegiyası konstitu siya, maddi və prosessual normalara riayət etmədən, işin hallarını qanunla müəyyən olunmuş qaydada hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan, işdə olan cavabdehin çoxsaylı dəlil və sübutlarına tədqiq etmədən, onun xeyrinə olan sübutlara qiymət vermədən, işin digər iştirakçıların heç bir sübut təqdim edə bilmədiyinə əhəmiyyət vermədən, hər hansı sübuta deyil, ancaq “ekspert rəyinə” əsaslanan qeyri-qanuni qətnamə qəbul etmişdir. İddiaçı gecə saatlarında işləməmiş və bu barədə onun və “şahidlərin” izahatları əsassızdır. İddiaçının məhkəməyə təqdim etdiyi gecə saatlarındakı kompyuter yazıları da onun gecələr işlədiyinin təsdiq edən hal ola bilməz. Ancaq bir anlıq bunun belə olmasını (iddiaçının gecə saatlarında işləməsini) fərz etsək də, məhkəmə qətnamənin qət etdi hissəsində iddiaçıya ödəniləcək məbləği ən azından 10 dəfə artıq göstərərək kobud səhvə yol vermişdir.
42. İddiaçı gecə saatlarında işləmiş olsa idi, yenə də son bir il ərzində gecə saatlarında yerinə yetirilən işə əlavə haqq kimi 26.954,36 manat (iyirmi altı min doqquz yüz əlli dörd manat, 36 qəpik) məbləğində pul məbləğinin Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə absurd və yanlışdır. Belə ki, gecə saatlarında işləməsi halında işçi X1 1 il ərzində cəmi 1842 iş saatı üçün 14.338,7 manat olan əmək haqqına 20% gecə saatına görə əlavə olunmaqla vəzifə maaşı kimi 16.817,2 manat əmək haqqı hesablanmalı və həmin əmək haqqından tutulmalar çıxıldıqdan sonra ona 15.542,2 manat vəsait ödənilməli idi. Həmin vəsaitdən də gündüz saatları üçün faktik i olaraq iddiaçıya ödənilmiş olan 13.032,8 manat çıxıldıqda (15.542,2 - 13.032,8) = 2.509,4 manat (20%) gecə saatlarında işlədiyinə görə məhkəmə tərəfindən tutula bilərdi. Tutulmalar çıxılmadan işçiyə son 1 il ərzində 14.336,7 manat əmək haqqı hesablanmışdır.
43. Ekspert rəyinə əlavə olunmuş və təsdiq edilmiş cədvəldən göründüyü kimi, ekspert iyul 2019-iyun 2020-ci ili əhatə edə dövrdə işçi X4 ümumilikdə 2744 saat işlədiyini (halbuki həmin dövrdə işçi cəmi 1913 saat işləmişdir və istehsalat təqvimindəki rəsmi iş saatları da bunu təsdiq edir) göstərmişdir ki, bu da işçinin orta hesabla bir ayda 228.6 saat, yəni hər ayın təqribən 28.5 gününü, yəni sutka ərzində 13-14 saat istirahət etmədən işləməsi deməkdir. Ekspertin bu rəqəmləri haradan götürdüyü də olduqca müəmmalıdır. Çünki məhkəmənin hazırki mübahisələndirilən qərarı qəbul etməsi üçün yeganə əsas olaraq istifadə etdiyi ekspert rəyində iddiaçının guya 2019-cu ilin noyabr və 2020-ci ilin iyun aylarında 224 saat (yəni bir ayda 28 gün 8 saat və ya hər iş günü 11.27 saat), 2019cu iiin avqust və dekabr aylarında isə 232 saat (yəni bir ayda 29 gün 8 saat və ya hər iş günü 11.6 saat) işlədiyini göstərmiş, şənbə-bazarları, bayram və istirahət günlərini nəzərə almamışdır. Hətta ekspert bundan başqa tərtib etdiyi rəydə iddiaçının 2020-ci ilin yanvar ayında 256 saat (yəni bir ayda 32 gün 8 saat və ya hər iş günü 14.2 saat), mart ayında 280 saat (yəni bir ayda 35 gün 8 saat və ya hər iş günü 17.6 saat), may ayında isə 264 saat (yəni bır ayda 33 gün 8 saat və ya hər iş günü 15.7 saat) işlədiyini qeyd edərək böyük bir rəqabətə və kob ud səhvə yol vermişdir.
44. Ekspert həmin «hesablamanı» apararkən mənşəyi bəlli olmayan rəqəmləri (gecə iş saatları) işçinin 1 saatlıq əmək haqqına+40%-nə vurmaqla (misal: 2020-ci ilin mart ayına görə 280 gecə iş saatı x9,5 manat bir saatlıq əmək haqqı+40%=3744 manat) guya işçiyə hesablanmalı olan aylıq əmək haqqını tapmışdır. Bu zaman ekspert faktik olaraq işçiyə ödənilmiş olan əmək haqqını (cəmi 14.336,7 manat) ümumiyyətlə nəzərə almamış və alınan rəqəmdən çıxmamış, gecə saatları ilə bağlı rəqəmləri də hansı mənbədən əldə etdiyi müəmmalı qalmışdır. Hətta ekspert bunu edərkən də kobud səhvə yol vermişdir. Çünki gecə iş saatlarına görə işçiyə ödəniləcək əmək haqqının üzərinə 20% deyil, ekspertin və apellyasiya məhkəməsinin səhvən hesab etdiyi kimi 40% gəlinsə belə yenə də son bir il üçün a lınan ümumi rəqəm 26.954,36 manat yox, məhz 18.050,5 manat edir. Həmin rəqəmdən də işçiyə ödənilmş olan 13.032,8 manat çıxıldıqda 5.017,7 manat qalmış olur.
45. Bundan başqa ekspertin və məhkəmənin nə üçün gecə saatlarında işə görə əmək haqqına məhz 40% əlavə hesablanmışdır. Müvafiq qanunvericilik normalarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq müəyyən edilməli idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə" 05 aprel 2001-ci il tarixli, 74 saylı Qərarının 1-ci bəndində göstərilir ki, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşını n 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin. İddiaçının iş rejimi həmin qərara görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilməlidir.
46. Məhkəmənin əsaslandığı ekspert rəyində işçiyə işlədiyi son bir il ərzində vəzifə maaşı kimi 14.338,7 manat əmək haqqı hesablandığı və həmin əmək haqqından çıxılmalar tutulduqdan sonra ona 13.032,8 manat vəsait ödənildiyi ümumiyyətlə nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
48. Maddə
97. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. 4
9. Maddə 166 hissə 1 və
2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.
50. Maddə 296, 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barəd ə” 05 aprel 2001-ci il tarixli Qərarı
51. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillər indən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının gecə vaxtı yerinə yetirilən işə görə əlavələrin verilməsi ilə bağlı nəticəyə gəlsə də, hesablanaraq tutulması qət olunan məbləğin müəyyən olunması ilə bağlı maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
61. Əvvəlki kassasiya icraatı üzrə məhkəmə tərkibinin həmin hissə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ərizəsində 2016-cı il tarixindən meyvə-tərəvəz şöbəsində satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işlədiyini, hər kəsin bildirdiyi kimi meyvə-tərəvəz bazarının topdan satışının gecə saatlarında olduğunu, cavabdehin onu gecə saatlarında işlətdiyini, lakin əmək haqqına müvafiq əlavələr ödəmədiyini bildirmişdir. Buna baxmayaraq mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr bu tələblə bağlı iddiaçının dəlillərini araşdırmamış, təqdim etdiyi sübutları onların mötəbərliyi, mümkünlüyü və aid edilənliyi ilə bağlı prosessual tələbləri də nəzərə almaqla qiymətləndirməmiş, həmin dəlilləri nə üçün qəbul etmədiklərini əsaslandırmamışlar.
62. Cavabdehin kassasiya şikayətinin dəlilləri: - «… iddiaçı gecə vaxtı işə cəlb edilməmişdir, bununla bağlı məhkəmənin gəldiyi nəticəsi düzgün olmamışdır» - «… ekspert rəyi işin hallarına uyğun olmamış və əsassızdır». - « … gecə saatlarında işləməsi halında işçi X1 1 il ərzində cəmi 1842 iş saatı üçün 14.338,7 manat olan əmək haqqına 20% gecə saatına görə əlavə olunmaqla vəzifə maaşı kimi 16.817,2 manat əmək haqqı hesablanmalı və həmin əmək haqqından tutulmalar çıxıldıqdan sonra ona 15.542,2 manat vəsait ödənilməli idi. Həmin vəsaitdən də gündüz saatları üçün faktiki olaraq iddiaçıya ödənilmiş olan 13.032,8 manat çıxıldıqda (15.542,2 13.032,8) = 2.509,4 manat (20%) gecə saatlarında işlədiyinə görə məhkəmə tərəfindən tutula bilərdi. Tutulmalar çıxılmadan işçiyə son 1 il ərzində 14.336,7 manat əmək haqqı hesablanmışdır.» _ «… ekspert rəyində iddiaçının guya 2019-cu ilin noyabr və 2020-ci ilin iyun aylarında 224 saat (yəni bir ayda 28 gün 8 saat və ya hər iş günü 11.27 saat), 2019-cu iiin avqust və dekabr aylarında isə 232 saat (yəni bir ayda 29 gün 8 saat və ya hər iş günü 11.6 saat) işlədiyini göstərmiş, şənbə-bazarları, bayram və istirahət günlərini nəzərə almamışdır. Hətta ekspert bundan başqa tərtib etdiyi rəydə iddiaçının 2020-ci ilin yanvar ayında 256 saat (yəni bir ayda 32 gün 8 saat və ya hər iş gü nü 14.2 saat), mart ayında 280 saat (yəni bir ayda 35 gün 8 saat və ya hər iş günü 17.6 saat), may ayında isə 264 saat (yəni bır ayda 33 gün 8 saat və ya hər iş günü 15.7 saat) işlədiyini qeyd edərək böyük bir rəqabətə və kobud səhvə yol vermişdir.» - «Ekspert həmin «hesablamanı» apararkən mənşəyi bəlli olmayan rəqəmləri (gecə iş saatları) işçinin 1 saatlıq əmək haqqına+40%-nə vurmaqla (misal: 2020-ci ilin mart ayına görə 280 gecə iş saatı x 9,5 manat bir saatlıq əmək haqqı+40%=3744 manat) guya işçiyə hesablanmalı olan aylıq əmək haqqını tapmışdır. Bu zaman ekspert faktiki olaraq işçiyə ödənilmiş olan əmək haqqını (cəmi 14.336,7 manat) ümumiyyətlə nəzərə almamış və alınan rəqəmdən çıxmamış, gecə saatları ilə bağlı rəqəmləri də hansı mənbədən əldə etdiyi müəmmalı qalmışdır. Hətta ekspert bu nu edərkən də kobud səhvə yol vermişdir. Çünki gecə iş saatlarına görə işçiyə ödəniləcək əmək haqqının üzərinə 20% deyil, ekspertin və apellyasiya məhkəməsinin səhvən hesab etdiyi kimi 40% gəlinsə belə yenə də son bir il üçün alınan ümumi rəqəm 26.954,36 manat yox, məhz 18.050,5 manat edir. Həmin rəqəmdən də işçiyə ödənilmş olan 13.032,8 manat çıxıldıqda 5.017,7 manat qalmış olur.» - «… ekspertin və məhkəmənin nə üçün gecə saatlarında işə görə əmək haqqına məhz 40% əlavə hesablanmışdır. Müvafiq qanunvericilik normalarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq müəyyən edilməli idi.»
63. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin halları baxımından belə qətn aətə gəlir ki, iddiaçı cavabdeh MMCdə gecə saatlarında işə cəlb edilmiş və lakin ona əmək haqqına bu iş saatları üzrə əlavələrin verilməsi təmin olunmamışdır.
64. Belə ki, cavabdeh tərəf həm iddia ərizəsinə etirazında və həm də hazırkı kassasiya şikayətində göstərir ki, «… Meyvəli bazarı Cavabdeh MMC-nin baş ofisinin yerləşdiyi ünvan 1 ünvanından kifayət qədər uzaq məsafədə yerləşir. Cavabdeh MMC-nin rəhbərliyi bu halları nəzərə alaraq meyvə-tərəvəz məhsullarının satın alınması üzrə mütəxəssisin əmək funksiyasını Meyvəli bazarda icra etdikləri günlər Baş ofisə gəlmədən birbaşa əmək funksiyalarını faktiki icra etdikləri yerə getmələrinə icazə vermişdir.»
65. Göstərildyi kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə dindirilmiş şahid ifadələrinə, cavabdeh tərəfin etirazında olan dəlillərin ə və iddiaçının dəlillərinə qiymət verərək iddiaçının gecə saatlarında işə cəlb edilməsi ilə bağlı nəticəyə gəlmişdir.
66. Lakin məhkəmə kollegiyasının qənaətinə görə iddia müddəti tətbiq olunmayan son bir illik müddət üçün gecə saatlarına görə əlavələrin hesablanması və ödənilməsi ilə bağlı nəticə maddi və prosessual hüquq normalarının tələbinə uyğun olmamışdır.
67. Məbləğlərin hesablanması və ödənilməsi ilə bağlı nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi keçirilmiş ekspertiza ilə bağlı verilmiş rəyə əsaslanmışdır, lakin həmin rəyin əsaslandırılmaması və ziddiyyətli olmasını nəzərə almamışdır.
68. Azərbaycan Respulikası Nazirlər Kabinetinin «Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə» 05 aprel 2001-ci il tarix li qərarının 1-ci bəndində göstərilir ki, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejminin axşam növbəsində işin hər saatına görə işçinin tarif (vəzifə) maaşının 20 fazi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir.
69. «Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejminə görə əmək haqqının ödənilməsi barədə» xx.xx.2001-ci il tarxli izahatdan görünür ki,Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” 5 aprel 2001-ci il tarixli 74 nö mrəli qərarı ilə müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq yuxarıda qeyd edilən həddə, digər müəssisə, idarə və təşkilatlarda isə kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulmaqla həmin həddən aşağı olmayaraq ödənilir. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda büdcə və saitləri çərçivəsində, digər müəssisə, idarə və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 97-ci maddəsinin 1-ci bəndinə əsasən saat 22-dən səhər saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır. Çoxnövbəli iş rejimi deyildikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər böl üşdürülür. İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam. saat 22dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxtamuzd əmək haqqı sistemi üzrə ödənilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunan digər iş rejimləri (iş gününün hissələrə bölün məsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi zamanı işçinin saatlıq tarif (vəzifə) maaşmı tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşmı ödəniş aparılan ayın iş vaxtı normasına bölmək lazımdır. Gecə vaxtı yerinə yetirilən işə, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı belə iş şəraitli bütün kateqoriyadan olan (rəhbərlər, mütəxəssislər, texniki icraçılar və fəhlələr) işçilərə ödənilir.
70. İşin halları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı MMC-də menecer vəzifəsinə qəbul olunmu ş, müqavilədə onun əmək funksiyası və əmək haqqı məbləği göstərilmişdir.
71. Apellyasiya instansiyası məhkəməsi (ekspert rəyinə əsaslanmaqla) məhz həmin müqavilədə nəzərdə tutulan əmək haqqı məbləğinə görə əlavələrin hesablanmalı olması ilə razılaşmış olsa da, müvafiq olaraq iddiaçıya həmin məbləğlərin ödənlibödənilməməsini aydınlaşdırmamışdır.
72. Nəzərə alınmalıdır ki, iddiaçının hazırda baxılan hissə üzrə tələbi gecə vaxtı yerinə yetirdiyi işə görə əmək haqqına edilməli olan əlavələrin ödənilməsi ilə bağlıdır.
73. Məhkəmənin istinad etdiyi ekspert rəyində isə faktiki olaraq işlədiyi gecə vaxtı üçün əmək haqqı, eyni zamanda ona əlavə ayrılıqda hesablanmış və nəticədə hər iki hesablanmanın nəticəsinə görə müvafiq ay və il üçün əmək haqqına əlavə məbləğləri müəyyən olunmuşdur.
74. Apellyas iya instansiyası məhkəməsi tərəfindən əmək müqaviləsi üzrə müəyyən olunmuş əmək haqqı məbləğinin alınıb-alınmaması aydınlaşdırılmadığından faktiki olaraq cavabdehin o, dəlili əsaslı hesab edilir ki, eyni günə iddiaçıya həm müqavilə də nəzərdə tutulmuş əmək haqqı məbləği, həm də gecə vaxtı işə görə əmək haqqı məbləğ ödənilmiş olur.
75. Apellyasiya məhkəməsi isə aylar üzrə müəyyən olunmuş məbləği (əmək haqqı əlavə ilə birlikdə) əmək haqqına əlavə olmasını qeyd etmiş və belə qaydada hesablanmanın aparılmasının mümkünlüyünü isə əsaslandırmamışdır.
76. Cavabdehin digər dəlillində isə qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi əlavələrin hesablanması zamanı gecə vaxtı görülən iş üçün nəzərdə tutulan 20% dərəcəsinə əsaslanmalı olduğu halda, gecə növbəsi üçün nəzərdə tutulan 40% dərəcəsinə ə saslanmışdır.
77. Bununla bağlı isə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi hesablanma aparmazdan əvvəl əlavələrin hansı faiz dərəcəsinə uyğun hesablanmalı olmasını müəyyən etməli, yəni iddiaçının yerinə yetirdiyi işin gecə vaxtı götürülmüş iş olması və ya gecə növbəsində görülən iş olmasını aydınlaşdırmalı, məhz bundan sonra müvafiq faiz dərəcəsinə uyğun hesablanmanın aparılmasını təmin etməli idi.
78. Apellyasiya instansiya məhkəməsi müvafiq olaraq ekspert rəyini sübut olaraq qəbul etsə də, həmin rəyin hər hansı tədqiqatın aparılmadan verildiyinə və ziddiyyətli olmasına əhəmiyyət verməmişdir.
79. Qeyd edilməlidir ki, məhkəmə kollegiyasının ekspert rəyini qiymətləndirməsi Azərbaycan Respublikası MPM-nin 88-ci və 103-cü maddələrinə uyğun olmamışdır. Çünki heç bir sübutun mə hkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məhkəmələr tərəfindən qiymətləndirilir.
80. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nə ticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
81. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə görə, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
82. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
83. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur
84. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, nə qədərki, Əmək Müfəttişliyi 3-cü şəxs olaraq cəlb edilmişdir, məhz yuxarıda istinad olunan dəlillərin aydınlaşdırılmasında çətinlik yaranmışdır, bu halda əmək qanunvericiliyin müxtəlif məsələləri (gecə vaxtı görülən iş, gecə növbəsində görülən iş, əlavələrin hesablama qaydası, bayram və qeyri-iş günlərində işə cəlb edilmişdirsə əlavələrin hesablama qaydası, əlavələr hesablanarkən əmək haqqının ödənilmə qaydası, eyni günə görə həm müqavilədə nəzərdə tutulmuş əmək haqqının, həm də gecə vaxtı görülən işə görə əmək haqqının və əlavələrin ödənilməsinin mümkün olması, və s) ilə bağlı mütəxəssis rəyinin alınmasının zəruriliyi və belə rəyin alınmasından sonra isə müvafiq olaraq mühasibatlıq ekspertizanın təyin edilməsinin mümkünlüyü müzakirə edilə bilərdi.
85. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.
86. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələrə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı)
87. İşin yuxarıd a qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi baxılan hissədə maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.
88. Odur ki, qətnamə ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilməlidir.
89. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nö qsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli və Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü -ci maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir.
90. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1636/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.