Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5194/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən Bakı şəhəri 24 saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi və mənzilə köçürülmə tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 24 saylı Notariat ofisinə qarşı iş üzrə “miras əmlakda payların müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4035/2022 nömrəli iş üzrə 1 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2015-ci il tarixdə notariat ofisinə müraciəti əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2016-cı il tarixində vəfat etmiş mərhum anası X5 adından vərəsəlik işi açılmışdır. X8 vərəsəlik işinin açılması üçün yalnız doğum haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnamə təqdim etmiş və bildirmişdir ki, mülkiyyət hüququnu təsdiq edən sənədləri digər vərəsələr ona vermir. Odur ki, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Digər vərəsə mərhu mun oğlu Cavabdeh1 xx.xx.2021-ci il tarixində ərizə əsasında mirasın qəbulu ilə bağlı müraciət etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.
2. X9 19 yanvar 1997-ci il tarixdə, X6 isə 15 iyun 2015-ci il tarixdə vəfat etmişdir.
3. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 173988 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 X7 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 25 noyabr 1998-ci il tarixdə qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı miras əmlakda paylarının müəyyən edilməsinə da ir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X7 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsindən ibarət miras əmlakda iddiaçının payının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 1943-cü il təvəllüdlü X10 onun anasıdır. O, X14 ilə nikahda olmuş və bu nikahdan iddiaçı, Rəfail və Ramaya anadan olmuşdur. X20 xx.xx.1997-ci il tarixdə dünyasını dəyişmişdir. Mübahisəli evin 1/2 hissəsi anasının mülkiyyətindədir. Anası dünyasını dəyişməzdən əvvəl iddiaçı bu ünvanda yaşamışdır. Anası 15 iyun 2015-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra da iddiaçı anasından miras qalan evdə yaşamışdır. Anasının vəfatından 3 ay keçməmiş iddiaçı miras qalan fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət etmişdir. Bundan sonra digər vərəsələr olan bacı və qardaşına miras əmlakda paylarının müəyyən edilməsini təklif etmişdir. Lakin qardaşı evin sənədlərini verməkdən imtina etmişdir. Bu hadisədən sonra bacısı Türkiyəyə getmiş, iddiaçı isə 1 il bu ünvanda yaşamışdır. Lakin getdikcə qardaşının həyat yoldaşı tərəfindən də iddiaçıya qarşı təzyiqlər artdığından anasının vəfatından bir il sonra miras əmlakdan çıxmalı olmuşdur. 2019-cu ilin sentyabr ayında bacısı Türkiyədən gələndən sonra iddiaçı yenidən miras evə köçərək orada yaşamışdır. 2021-ci ilin aprel ayında yenidən qardaşı və onun ailəsinin iddiaçıya q arşı olan təzyiqləri sayəsində məcburiyyət qarşısında qalıb anasından miras qalmış evdən çıxmışdır. Bundan sonra iddiaçı miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat kontoruna müraciət etmiş və Bakı şəhəri 24 saylı Notariat ofisindən aldığı cavab məktubunda iddiaçıya bildirilmişdir ki, vərəsələr arasında mübahisə olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil və bununla bağlı məhkəməyə müraciət etməlidir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı fərdi yaşayış evinin faktiki və ya rəsmi qaydada qəbulu ilə bağlı iddiaçı mərhum anaları X1 ünvan 2 ünvanındakı fərdi yaşayış evində anası i lə birgə yaşadığını, o cümlədən onun vəfatından sonra da orada yaşayaraq kommunal ödənişləri həyata keçirdiyini, bununla belə qardaşı Cavabdeh1 onu həmin evdən qovduğunu göstərməklə güya mərhum anasının mirasını qəbul etmiş olduğunu irəli sürməklə dolayı şəkildə həmin mirası faktiki qəbul etdiyi təəssüratını yaratmaq istəyir. İddiaçı həmçinin bildirir ki, güya mirasın qəbulu ilə bağlı dəfələrlə notariat kontoruna da müraciət etmişdir. İşin mübahisəsiz halıdır ki, X2 xx.xx.2015-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə, məhz həmin gün X2nın mirasının açıldığı vaxt sayılır. İddiaçının mərhum anaları X6 mirasını qeyd edilən iki formadan hər hansı biri üzrə qəbul etmiş olduqları müəyyən edilməmişdir. Belə ki, iddiaçı iddiasının faktiki əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakda paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
7. Suraxanı Rayon Məhkəməsinin (hakim N.Rzayeva) 2(010)-304/2022 nömrəli iş üzrə 9 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X6 ölümündən miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qurbanov Cəlal küçəsi, 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə dair 1/6 hissədə iddiaçıya, 1/6 hissədə Cavabdeh1, 1/6 Cavabdeh2 vərəsəlik hüququnun müəyyən edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, həm iddiaçı tərəf, həm də cavabdehlər miras evdə yaşamaqla və torpaq sahəsindən istifadə etməklə mirası faktiki olaraq qəbul etmişlər və miras əmlak birinci dərəcəli vərəsələr kimi onların arasında bölünməlidir. Məhkəmə bütün vərəsələrin mirası faktiki olaraq qəbul edərək ondan istifadə etməsini və hər üç vərəsənin birinci növbədən olan vərəsə kimi bərabər hüquqlara malikdirlər.
9. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Mülki Məcəllənin 1133.1, 1151.1, 1243.2, 1243.3, 1246, 1248, 1300 və 1301-ci maddələri ilə əsaslandırmışdır.
10. İddiaçı hazırkı mülki iş üzrə əlavə qətnamənin qəbul edilməsi ilə əlaqədar ərizə ilə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin X7 məxsus 1/2 hissəsindən iddiaçının miras payın müəyyən edilməsi və iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə müəyyən olunmuş payına köçürülmə tələbi qoyulsa da, araşdırılması təsviri əsaslandırıcı hissəsində aparılsa da, məhkəmə tərəfindən 09 fevral 2022-ci il tarixli məhkəmə qətnaməsinin nəticəvi hissəsində həmin tələbə münasibət bildirməmişdir. Bununla əlaqədar məhkəmə bu nəticəyə gəlir ki, öz təşəbbüsü ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin X7 məxsus 1/2 hissəsindən iddiaçının miras payın müəyyən edilməsi və iddiaçının Bakı şəh əri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə müəyyən olunmuş payına köçürülmə barədə iş üzrə əlavə qətnamə qəbul etməlidir.
11. Birinci instansiya məhkəməsinin (hakim: N.Rzayeva) 10 mart 2022-ci il tarixli, 2(010)-304/2022 nömrəli əlavə qətnaməsi ilə iddiaçının anası X4 qalmış miras əmlakı olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsinə dair müəyyən edilmiş 1/6 hissəsi olan payına köçürülmə tələbinə dair hissədə iddia təmin edilməsi qət edilmişdir.
12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25, 29 və 43-cü maddələri, Mülki Məcəllənin 157.2 və 157.8-ci maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqın da» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh X12 apellyasiya şikayətləri verərək 09 fevral 2022-ci il tarixli qətnamənin və 10 mart 2022-ci il tarixli əlavə qətnamənin ləğv edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə ailə qurduqdan sonra ər evinə köçmüş və bir daha onlarla yaşamamışdır. Analarının müalicə və dəfn xərclərini özü qarşılamışdır. İddiaçının analarının sağlığında və dəfnindən sonra onlarla yaşaması tamamilə yalandır. İddiaçı qeyd etdikləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli v ə E.C.Kazımov) 2(103)-4035/2022 nömrəli iş üzrə 1 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 9 fevral 2022-ci il tarixli qətnaməsi və 10 mart 2022-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
17. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçı miras açılandan sonra miras evdə yaşamamış və mirası faktiki qəbul etməmişdir.
18. Məhkəmə kollegiyası apellyasi ya şikayətinin həmin dəlilini əsassız saymış və qeyd etmişdir ki, qanunun mənasına görə iddiaçı miras açılandan sonra 3 ay ərzində mirasın qəbulu haqda ərizə ilə notariat ofisinə müraciət etməklə mirası qəbul etmiş sayılır. Belə olan halda qanun iddiaçıdan mirası rəsmi qəbul etməsi ilə yanaşı, həm də faktiki qəbul etməsini sübut etməyi tələb etmir. Belə ki, qanunla müəyyən olunmuş müddət ərzində mirasın qəbulu haqda rəsmi ərizənin verilməsi artıq mirasın qəbulu sayılır. Mirasın faktiki qəbulu o vaxt əhəmiyyətli sayılır ki, miras vərəsə tərəfindən rəsmi qaydada qəbul edilməmiş olsun.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mirası qanunla müəyyən edilmiş 3 ay ərzində rəsmi qəbul etdiyindən onun mirası faktiki qəbul edib-etməməsi barədə dəlillər heç bir əhəmiyyət daşımır.
20. Kolle giya həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi miras əmlakda iddiaçı ilə yanaşı digər vərəsələrin də paylarını müəyyən etmiş, lakin həmin vərəsələr bu halı mübahisələndirməmişlər. Bu baxımdan Kollegiya həmin hallar üzrə araşdırma aparmır.
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1159.1.1, 1243.2, 1243.3 və 1246-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətində qeyd olunmuşdur ki, İddiaçı ünvan 2 ünvanındakı fərdi yaşayış evinin faktiki və ya rəsmi qaydada qəbulu ilə bağlı iddiaçı mərhum anaları X1 ün van 2 ünvanındakı fərdi yaşayış evində anası ilə birgə yaşadığını, o cümlədən onun vəfatından sonra da orada yaşayaraq kommunal ödənişləri həyata keçirdiyini bildirsə də əslində İddiaçı 1991-ci il tarixdə ailə həyatı qurub ər evinə köçmüş bir daha bizimlə yaşamamışdır. X2 xəstə olarkən müalicəsinin və rəhmətə gedərkən dəfn xərclərini mən çəkmişəm. İddiaçının istər anamızın sağlığında, sonradan anamın dəfnindən sonra bizimlə birlikdə yaşaması tamamilə uydurma və yalandır. İddiaçı 1991-ci ildən ailə qurduqdan sonra bizimlə yaşamamışdır və bizimlə yaşaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə isə bu sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir.
24. Cavabdeh İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” iş üzrə 19 aprel 1993-cü il t arixli qərarına istinad etmiş, bildirmişdir ki, həmin qərarın hüquqi mövqeyinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslandırılmış və kifayətedici hesab edilə bilməz və buna görə də ləğv edilməlidir.
25. Kassasiya şikayəti Mülki Məcəllənin 1157, 1302, 1303, 1304, 1305-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətini təmin etməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2022-ci il tarixli 2(103)-4035/2022 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
27. Etiraz onunla əsaslandırılmışdır ki, guya, iddiaçı 1991-ci il tarixdən ailə həyatı quraraq, anama məxsus olan evdən köçmüşdür. Lakin bu halı təsdiq edən h eç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, iddia tələbində də qeyd edildiyi kimi anası X10 vəfat etdikdən sonra da o, qeyd olunan mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi 12 saylı fərdi yaşayış evinin 1/2 hissəsində qızı ilə birgə yaşamış, lakin sonradan Cavabdeh1 onu həmin mənzildən zorla çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi eyni zamanda həyat yoldaşı, bildirmişdir ki, onlar mənzildən çıxmadıqlarına görə sahə polis məntəqəsinə müraciət etmişdir. Həmçinin işin hüquqi baxımda həlli üçün birinci instansiya məhkəməsi tərəfndən ünvan 3 ünvanlanmış və sorğuya verilmiş cavab əsasında müəyyən edilmişdir ki, o, 12 sentyabr 2015-ci il tarixdə mirası qəbul etməyimə və mübahisəli evə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət etmiş, ərizəsində özündən başqa həmçinin digər vərəsələri - X11, X3 da göstərmişdir. Bu halı Bakı şəhəri 24 sayıl Notariat Ofisinin məktubu da təsdiq etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılır.
29. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayı lır.
30. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
31. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4035/2022 nömrəli iş üzrə 01 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.