Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5196/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxslər Bakı Şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələri barədə protokolun etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının və qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs XXX oğlunun vəkili Nümayəndə, qətnamə maraqlarına toxunan şəxs X2 vəkili X3, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1436/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı, qətnamə maraqlarına toxunan şəxslər Maraqlı şəxs XXX oğlu və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1613/2016 nömrəli, 11 may 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin Maraqlı şəxs XXX oğluna, İddiaçı və X4 qarşı iddia tələbləri qism ən təmin edilərək, Bankla Maraqlı şəxs arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 11.05.2016-cı il tarixə olan 98.435,95 manat məbləğində əsas, 14.933,25 manat məbləğində faiz borcunun, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş 600 manat cərimənin, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manatın və mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 114.009,20 manat məbləğində pul vəsaitinin tutularaq Bankın xeyrinə ödənilməsi, tutmanın İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 111 saylı mənzilə (bundan sonra – mənzil) yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan vəsait hesa bına borcun Banka ödənilməsi, mənzilin hərracdan satışından əldə olunacaq pul vəsaiti tutulmalı olan məbləğdən artıq olarsa, qalan hissənin sonuncuya qaytarılması, mənzil satıldıqdan sonra 1 ay müddətində cavabdehlər tərəfindən boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1492/2019 nömrəli, 08 may 2019-cu il tarixli qətnaməsi ilə Maraqlı şəxs XXX oğlu və İddiaçı birgə verdikləri apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmış, mənzilin ilkin satış qiymətinin 230.000 manat müəyyən edilməsi qət olunmuşdur. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-6367/2019 nömrəli, 20.09.2019-cu il tarixli qərarı ilə Maraqlı şəxs XXX oğlu, onun vəkili və eyni zamanda İddiaçı nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən ipoteka predmeti olan mənzilin hərrac vasitəsi ilə satılması üçün "xxxx" MMC-yə sifariş verilmiş, təkrar hərracda mənzilin alıcısı olmadığından, mənzil Cavabdeh1 ASC-yə təklif edilmiş və Banka olan borcun əvəzinə Bank tərəfindən qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Bank) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – Hərrac Mərkəzi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilə dair keçirilmiş hərracların, hərracların nəticələrinin və cavabdehlər arasında bağlanmış hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzilin hərracı keçirilərkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçıya məxsus mənzil açıq hərraca çıxarılarkən bu barədə ona heç bir məlumat verilməmişdir. İlkin və sonrakı hərrac baş tutmamış və mənzilin əvvəlcə 230.000 manata hərraca çıxarılmasına baxmayaraq həmin mənzil 146.625 manata Banka təklif olunmuşdur. İddiaçı yalnız ona telefonla xəbər verildikdən sonra bu barəd ə məlumat tutmuşdur. Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş bildirişlərdən görünür ki, ilkin hərrac 29.01.2020-ci il tarixə təyin edilmiş, bildiriş isə yalnız 10.01.2020-ci il tarixdə tərtib edilmişdir. Bildirişdə hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat göstərilməmişdir. Təkrar hərrac 12.02.2020-ci il tarixə təyin edilsə də, bildiriş yalnız 31.01.2020-ci il tarixdə, hərraca 12 gün qalmış tərtib edilmişdir. Halbuki bu müddət ərzində ən azı 20 gün olmalı idi. Bu bildirişdə də hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat göstərilməmişdir. Hərracın keçirilməsinə dair cavabdehin rəsmi internet saytında elan dərc edilmə si barədə heç bir məlumat yoxdur. Hətta cavabdehin rəsmi internet saytının olmasını belə müəyyən etmək mümkün olmamışdır. Hərracın keçirilməsi ilə bağlı elanlardan göründüyü kimi, həmin elanların məzmunu qanunvericiliyin tələblərinə uyğun deyildir (hərracda iştirak üçün nəzərdə tutulan behin məbləğinin ödənilməsi müddəti və qaydası göstərilməmişdir) və elanlar “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində nəzərdə tutulan müddətlər pozulmaqla dərc edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək göstərmişdir ki, bildirişlər qanunvericiliyin tələblərinin pozulması ilə göndərilmiş, bildirişin mətni “İpoteka haqqında” Qanunun tələblərinə zidd tərtib edilmiş, eyni zamanda hərracın keçirilməsinin yeri və vaxtı barədə tərəf məlumatlandırılmamı şdır. İddiaçının 83 yaşı var, yaşlı həyat yoldaşı ilə yaşayır və həmişə evdə olur. Məhkəmə iclasında Hərrac Mərkəzinin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hərrac qanunun tələblərinə uyğun şəkildə keçirilmiş, hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində və internet saytda məlumatlar yerləşdirilmiş, tərəflərə rəsmi bildiriş göndərilmişdir. Birinci hərracın keçirilməsi barədə bildirişin qəbulundan iddiaçı özü imtina etmiş, ikinci hərracın keçirilməsi barədə bildiriş isə rəsmi qaydada alınmışdır. Bankın nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı “İpoteka haqqında” Qanunun 42-ci maddəsinə istinad edərək hərracın keçirilməsinə ən azı 20 gün qalmış tərəflərə məlumat verilməli olmasını qeyd edir. Qanunve ricilik isə əslində təkrar hərracın keçirilmə gününün 20 təqvim günündən gec olmayan müddətdə keçirilməsini nəzərdə tutur. Beləliklə də hərrac qanunun tələblərinə uyğun keçirilmişdir. Digər tərəfdən, hərracın keçirilməsi barədə məlumat həm kütləvi informasiya vasitəsində, həm internet saytında yerləşdirilmiş, bildirişlər rəsmi qaydada iddiaçıya göndərilmiş, ilkin hərracın keçirilməsi barədə bildirişin qəbulundan imtina olunsa da, təkrar hərracın keçirilməsi barədə bildiriş rəsmi qaydada qəbul edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmədə tədqiq olunmuş, Hərrac Mərkəzi tərəfindən Səbail rayon İcra Şöbəsinə, tələbkar Banka, borclular Maraqlı şəxs XXX oğluna, İddiaçı və X4 göndərilmiş 10.01.2020-ci il tarixli 13 saylı bildirişdə qeyd olunmuşdur ki, Səbail rayon İcra və Probasiya Şöbəsinin 172873/2019-16-12/2362 saylı 28.12.2019-cu il tarixli sifariş məktubuna əsasən, mənzilin ilkin satış qiyməti 230.000 manat olmaqla satılması ilə bağlı 29.01.2020-ci il tarixdə ilkin hərracın keçirilməsi barədə məlumat verilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmədə tədqiq olunmuş Hərrac Mərkəzi tərəfindən Səbail rayon İcra Şöbəsinə, tələbkar Banka, borclular Maraqlı şəxs XXX oğluna, İddiaçı və X4 göndərilmiş 31.01.2020-ci il tarixli 103 saylı bildirişdə qeyd olunmuşdur ki, Səbail rayon İcra və Probasiya Şöbəsinin 172873/2019-16-12/2362 saylı 28.12.2019-cu il tarixli sifariş məktubuna əsasən mənzilin satış qiyməti 195.500 manat olmaqla satılması ilə bağlı 12.02.2020-ci il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilir. Bank tərəfindən təqdim edilmiş və məhkəmədə tədqiq olunmuş “X15” MMC-nin kuryeri tərəfindən tərtib edilmiş 21.01.2020-ci il tarixli aktda qeyd olunmuşdur ki, kuryer 13.01.2020-ci il tarixdə iddiaçının ünvanına getmiş, qapı bağlı olmuş, iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, 21.01.2020-ci il tarixdə təkrar əlaqə saxlanılarkən iddiaçı məktubun qəbulundan imtina etdiyini bildirmişdir. Bank tərəfindən təqdim edilmiş və məhkəmədə tədqiq olunmuş “X15” MMC-nin poçt göndərişinin verilməsi haqqında qəbzlərinə əsasən, borclular Maraqlı şəxs XXX oğlu, İddiaçı və X1 Mərkəzi tərəfindən göndərilmiş, təkrar hərracın keçirilməsi barədə bildirişləri 04.02.2020-ci il tarixdə qəbzə imza etməklə rəsmi qaydada almışlar. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1040/20 20 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində iddianın əsası kimi bildirişlərin ona çatdırılmamasını göstərsə də, təqdim edilmiş qəbzlərdən görünür ki, iddiaçıya rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilən bildirişlərdən birincisinin qəbulundan imtina olunmuş, lakin təkrar hərracın keçirilməsi barədə bildiriş iddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. İlkin hərracda mənzilin alıcısı olmadığından hərrac baş tutmamış və bu səbəbdən Hərrac Mərkəzi tərəfindən təkrar hərrac keçirilmişdir. Təkrar hərracda da evin alıcısı olmadığından, “İpoteka haqqında” Qanunun tələblərinə əsasən mənzil Banka təklif edilmiş və iddiaçının Banka olan b orcunun əvəzinə Bank tərəfindən qəbul edilmişdir. Məhkəmə hesab etmişdir ki, Hərrac Mərkəzi tərəfindən keçirilən hərracla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) və “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən, həmçinin hərracın qanunun tələblərinin pozulması ilə keçirilməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə bildirişin qanunda nəzərdə tutulan 20 günlük müddətdən az müddətdə ona göndərilməsi barədə iddiaçının dəlilinə münasibətdə qeyd etmişdir ki, hərracın keçirilməsi barədə tarixlər və onun keçirilməsi barədə bildirişlərin göndərilməsi qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Bu səbəbdən iddiaçının də lilləri əsassız hesab olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 416-cı, “İpoteka haqqında” Qanunun 42.1, 43.3, 43.4, 44-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı və qətnamə maraqlarına toxunan şəxslər X6 və Maraqlı şəxs XXX oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Eyni məzmunlu apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Şikayətlər onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, işə birtərəfli baxılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1436/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Hərrac Mərkəzi tərəfindən keçirilən hərracla bağlı Mülki Məcəllədə və “İpoteka haqqında” Qanunda müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən, həmçinin keçirilmiş hərracın qanunun tələblərinin pozulması ilə keçirilməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən, hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar yoxdur. O dur ki, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 337.1, 416-cı, “İpoteka haqqında” Qanunun 44, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı və qətnamə maraqlarına toxunan şəxslər Maraqlı şəxs XXX oğlu və X6 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi bir sıra maddi və prosessual hüquq normalarını pozmuş, iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamışdır. Qətnamədə göstərilən nəticələr işin yallarına uyğun deyildir. İddiaçının oğlu Maraqlı şəxs XXX oğlu qətnamə maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti versə də, onun apellyasiya şikayətinə heç bir münasibət bildirilməmişdir. Kassasiya şikayətinin əsası kimi, Mülki Məcəllənin 416, “İpoteka haqqında” Qanunun 42.1, 43.4, 43.5, 44-cü maddələrinə istinad olunmuşdur. Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs XXX oğlu (vəkil Nümayəndə) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yen i apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri iddiaçının kassasiya şikayətinin dəlilləri ilə eynidir. Qətnamə maraqlarına toxunan şəxs X6 (vəkil X7) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri iddiaçının və digər maraqlı şəxsin kassasiya şikayətinin dəlilləri ilə eynidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorların vəkilləri ayrı-ayrılıqda kassasiya şikayətlərinin təmin edilməsini, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Bankın vəkili kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehin və üçüncü şəxslərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakı n rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır (maddə 415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416). “İpoteka haqqında” Qanun Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipotekaqoyana verilməsini təsdiqetmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərrac keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər (maddə 42). Hərraca iki nəfərdən az alıcı gəldikdə: hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə: hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmi n müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmus qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər (maddə 43). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellya siya instansiyası məhkəməsi tərəfindən Maraqlı şəxs XXX oğlunun apellyasiya şikayətinə münasibət bidlirilmədiyi barədə kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, qətnamədə həmin şəxsin apellyasiya şikayətində münasibət bildirilməsə də, sonuncu – 28.01.2021-ci il tarixli məhkəmə iclas protokolunda hər üç apellyasiya şikayətinə baxıldığı qeyd olunmuşdur. Bu hal isə işə baxmış məhkəmənin özü tərəfindən məhkəmə iclas protokolları ilə qətnamə arasında yaranmış uyğunsuzluğun mülki prosessual qanunvericiliyin tələblərinə uyğun aradan qaldırılması imkanlarının müzakirəsini istisna etmir. Digər tərəfdən birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş hər üç şikayətin dəlili eynilə biri-birini təkrarladığı üçün apellyasiya instansiyası məhkəməsi iddiaçının və X2 apellyasi ya şikayətlərinin dəlillərini yoxlayarkən, həm də Maraqlı şəxs XXX oğlunun da apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş sayılır. Bu baxımdan kassasiya şikayətində istinad olunan həmin hal prosessual pozuntu kimi qəbul olunsa belə, MPM-in 418.3-cü maddəsinə əsasən düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmədiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı, qətnamə maraqlarına toxunan şəxslər Maraqlı şəxs XXX oğlu və X6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1436/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5196/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5196/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver