Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5197/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Göyçay rayon Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi, mirasın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh1 və nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 20 20-ci il tarixli, 2(107)992/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi xxx oğlunun mülkiyyətində olmuşdur. xx xxxxxx 1931-ci il təvəllüdlü İddiaçı (iddiaçı) və xx xxxxxxxx 1947-ci il təvəllüdlü Cavabdeh1 (cavabdeh) xxx oğlunun övladlarıdırlar. xxx oğlu xx xxxxxxxx 1972-ci il tarixdə, arvadı (hazırki iş üzrə tərəflərin anaları) X6 isə xx xxxxxx 1986-cı il tarixdə vəfat etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxx 1993-cü il tarixli Şəhadətnamə ilə mərhum X2 məxsus olmuş ünvan 2 ünvanda 600 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 74,2 kv.m. olan fərdi yaşayış ev i qızı Cavabdeh1 irs qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1993-cü il tarixdə Göyçay rayon 1 nömrəli dövlət notariat kontoru tərəfindən cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin valideynlərinin ölümündən sonra onlardan ünvan 3 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Miras evdə, miras qoyanın vəfatından sonra Cavabdeh1 yaşasa da, iddiaçı, mərhum qardaşları X7, X8 və X9 tərəfindən təmir edilərək qorunub saxlanmışdır. 2019-cu ilin yazında mərhum valideynlərindən miras qalmış evin cavabdehin qızı X3 tərəfind ən satışa çıxarıldığını eşidərək, iddiaçı həmin daşınmaz əmlaklara dair texniki və hüquq müəyyənedici, vərəsəlik, həmçinin hüququn qeydə alınmasına əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin alınması məqsədilə vəkillə müqavilə bağlamış, sorğulara cavab verildikdən sonra müəyyən olunmuşdur ki, miras ev xx xxxxxx 2010-cu il tarixdə Cavabdeh1 xüsusi mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Cavabdeh1 mülkiyyət hüququnun qeydə alınmasına əsas 1995-ci ildə verilmiş qeydiyyat vəsiqəsi və Göyçay rayon Notariat Kontorunun xx xxxxx 1993-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Arxivdə saxlanılan vərəsəlik işinin materiallarını əldə etdikdən sonra məlum olmuşdur ki, xx xxxxx 1993-cü il tarixdə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haq qında şəhadətnamə verilərkən qanun üzrə birinci növbə vərəsələr olan 13 nəfərdən yalnız 4 nəfər vərəsənin olması barədə Göyçay rayon İHB-nin Göyçay şəhəri üzrə nümayəndəliyindən arayış verilmişdir. Həmin arayışda göstərilən qanun üzrə birinci növbə vərəsələr X4, X5 və X1 mirası qəbul etməmələri barədə ərizələri alınaraq vərəsəlik işinə əlavə edilsə də, digər qanun üzrə vərəsələrin ərizələri alınmamış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuz verilmişdir. Cavabdeh1 atasından qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx xxxxx 1993-cü il tarixdə, yəni miras açılan vaxtdan 21 il sonra notariat kontoruna müraciət etmiş və özündən başqa 8 qanun üzrə birinci növbə vərəsənin olmasını gizlədərək notariat kontoruna saxta arayış təqdim edib m iras əmlaka qanunsuz olaraq vərəsəlik hüququ əldə etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-141/2020 nömrəli qətnaməsi ilə (hakim İ.B.Fəttahov) İddiaçı iddiası təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş Mülki Məcəlləsinin 73 və 562-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı cavabdehə verilmiş xx xxxxx 1993-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini 27 il müddət keçdikdən sonra tələb etmiş və bununla üç illik iddia müddətini buraxmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apelyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-141/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmi n edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)992/2020 nömrəli qətnaməsi ilə (hakim E.Ş.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər M.M.Hüseynovdan və G.Q.Abbasovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(046)-141/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, həm köhnə, həm də yeni qanunvericilik mirasın qəbulunun iki (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönə lən bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. İddiaçı həm iddia ərizəsində, həm apelyasiya şikayətində, həm də apelyasiya məhkəməsinin iclasında göstərmişdir ki, valideynləri vəfat etdikdən sonra mübahisə predmeti olan evdə vərəsələrdən yalnız Cavabdeh1 yaşamışdır. Deməli, vərəsələrdən yalnız cavabdeh valideynlərindən miras qalmış əmlakı faktiki surətdə idarə etmiş və həmin mirasa yiyələnərək fasiləsiz olaraq həmin evdə yaşamış və xx xxxxx 1993-cü il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alması üçün Göyçay rayon Notariat Kontoruna müraciət etmiş, qeyd edilən miras qalmış fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında ünvan 4 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 1995-ci il tarixdə rəsmiləşdirilmiş və qeydiyyat vəsiqəsi almışdır. xx.xx.2010-cu il tarixdə isə həmin evə cavabdehin adına mülkiyyət hüququ üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. İddiaçı vərəsə kimi qanunla müəyyən edilmiş vaxt ərzində miras əmlakı nə faktiki surətdə idarə etməyə başlamış və ya mirasa yiyələnmiş, nə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə vermişdir. Bütün göstərilən vaxt ərzində, i ddiaçının və digər vərəsələrin mirasın qəbulu ilə bağlı cavabdehə qarşı heç bir iddiaları olmamışdır. İddiaçı hazırki iddianı iddia müddətinin buraxılması ilə vermişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-992/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın pozulmuş hüquqlarını bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla ə saslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh1 və nümayəndəsi Nümayəndə məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onların izahatları alınmadan baxılmışdır. Kasasiya baxışının hədləri Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kasasiya baxı şının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsə lik hüququna təminat verir. Azərbaycan Respublikasının xx xxxx 1965-ci ildən qüvvədə olmuş Mülki Məcəlləsinin: 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlı ğa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 562-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıl dığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə məlumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Dövlətin miras hüququ haqqında şəhadətnamə bütün hallarda vərəsəlik açıldığı gündən altı aydan tez verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun y oxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət k əsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəyə düzgün olaraq vərəsəliyin açıldığı dövrdə qüvvədə olmuş mülki qanunvericiliyi tətbiq etmişdir. Azərbaycan Respublikasının xx xxxx 1965-ci ildən qüvvədə olmuş Mülki Məcəlləsinin 552-ci maddəsində vərəsənin mirasın qəbul edilməsi üçün buna yönələn hərəkətləri vərəsəlik açılan gündən altı ay müddətində etməli olmasına dair tələb olduğu halda, iddiaçı mirası faktiki və ya rəsmi qəbul etməsini iddia etməmiş, bununla bağlı hər hansı sübutu işə mahiyyəti üzr ə baxan məhkəmələrə təqdim etməmişdir. Əksinə iddiaçının iddia ərizəsindən və məhkəmə araşdırmalarından müəyyən olunmuşdur ki, iddiaçı miras əmlakının cavabdeh tərəfindən faktiki qəbul edilməsini və ona sahiblik edərək, orada yaşamasını ötən müddət ərzində bilmişdir. İddiaçının mübahisələndirilən daşınmaz əmlaka vərəsəlik hüquqları yaranmadığı halda, onun cavabdehin həmin əmlak üzərində hüquqlarını mübahisələndirməyə də subyektiv hüququ yoxdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı vərəsəliyin açıldığı tarixdən 47 ildən, cavabdehin isə miras əmlak üzərində hüquqlarını rəsmiləşdirdiyi tarixdən 26 ildən artıq müddət keçdikdən sonra iddia verməkdə haqlı olmamışdır. Kasasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətdə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının konkret pozuntusuna istinad edilməmiş, şikayət iddiaçının şəxsi mülahizələrinə əsaslanmışdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiyası yeni sübut qəbul etmir. Odur ki, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Ap elyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)992/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5197/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5197/2020
02.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver